Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1450/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum - Məhkum4, Müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili İmamverdiyev Beytulla Dadaş oğlu iştirakları i lə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarından Məhkum4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(101)-342/2021 nömrəli (hakimlər: Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 7 mart 1994-cu ildə Cəlilabad rayonun Svetlaya Zarya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum ol unmamış, XXX-də qeydiyyatda olmaqla yaşamış Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 235.4.2 və 235.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum4 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 iyul 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1, Məhkum2, Məhkum3, Məhkum5 və Məhkum6 da təqsirli bilinərək məhkum olunmuşdurlar. Hökmdən Məhkum4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, Cavid Vaqif oğlu Huseyn və İlqar Mustafa oğlu Murquzovdan ibarət məhkəmə tərkibində) 18 yanvar 2022-ci il tarixli 1(103)-180/2022 nömrəli qərarı ilə Məhkum4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərarı apellyasiya şikayətinə əsasən Məhkum4 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarından Məhkum4 tərəfindən kassasiya ş ikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsi məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5 və Məhkum6 haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum1, Məhkum3, Məhkum2, şəxsiyyətləri istintaqa məlum olmayan “Mehdi”, “Abbas” və “Veysəl” adlı İran İslam Respublikasının vətəndaşları və qeyriləri ilə cinayət əlaqəsinə girərək qazanc əldə etmək niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satılması, həmçinin külli miqdarda narkotik vasitələrin dəyərini sonradan ödəmək şərtilə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli ölkə ərazisinə keçirilməsi barədə razıl ığa gələrək qrup üzvü Məhkum3 aralarında olan vəzifə bölgüsünə əsasən 12 iyul 2019cu il tarixdə qanuni yolla İİR-nın Biləsuvar şəhərinə gedərək orada ibtidai istintaqa məlum olmayan şəxslərlə görüşərək şərtləşdikləri narkotik vasitənin dəyəri ödənilənədək sonuncuların evində yaşamış, razılaşmaya əsasən istintaqla müəyyən edilməyən şəxslər istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdikləri 885,06 qram tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və şəraitdə İlR-dan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirib Azərbaycan Respublikasının ərazisinə daşıyaraq Astara-Bakı magistra| yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsindəki “31”-ci kilometr yazılan lövhə nin yaxınlığında gizlədib saxlayaraq Məhkum3 vasitəsilə bu barədə Məhkum2la X-a məlumatlandırdığından ikisi birlikdə 12 iyul 2019-cu il tarixdə günorta saatlarında Məhkum2 idarə etdiyi “VAZ Priora” markalı B 7** EK *** rus dövlət qeydiyyat nişanlı avtomobil ilə Astara-Bakı magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində “31”-ci kilometr yazılan lövhənin altından bir ədəd sellofan bağlamada olan külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq Məhkum1 yaşadığı X yeni massivdə yerləşən fərdi yaşayış evinin həyətinə gətirərək həmin narkotik vasitədən külli miqdarda, 304,210 qramını ayırıb satış məqsədi ilə qanunsuz olaraq X yaşadığı evin həyətindəki “azbest” materialdan olan su borusunun içərisinə yerləşdirməklə gizlədərək saxlamış, bundan sonra narkotik vasitələrin 15500 manata satışını təşkil etmək üçün qabaqcadan razılaşdıqları tanışları Məhkum4, X7 və Məhkum6 yaşadığı evə dəvət etmiş, külli miqdarda narkotik vasitələrin alqı-satqısı zamanı sonuncular qabaqcadan əlbir olan bir qrup şəxs halında həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsilə külli miqdarda narkotik vasitəni dəyərini ödəmədən quldurluq yolu ilə talayıb aparacaqlarını əvvəlcədən planlaşdırdıqlarından 13 iyul 2019-cu il tarixdə saat 02 radələrində Məhkum4 qalan 580,850 narkotik vasitə heroini dəyərini ödəmədən talayıb aparan zaman Məhkum1 və Məhkum2 ona mane olmaq istədikdə Məhkum6 istintaqla müəyyən edilməyən tapança formalı predmeti Məhkum1 baş nahiyəsinə dirəyib onu və həmin vaxt narkotik vasitənin satışında iştirakı olan Məhkum2 zor tətbiq etməklə hədələyərək, həmin predmetin qundağı ilə Məhkum1 baş və kürək nahiyələrinə vurmuş, Məhkum1 aldığı zərbələrin təsirindən yerə yıxıldıqda Məhkum6 onun baş və bədəninə yumruq və təpik zərbələri ilə vurmağa davam etdikdə narkotik vasitəni verməmək üçün yerdən qalxmaq istəyən zaman cinayətkar qrupun digər üzvü Məhkum5 istintaqla müəyyən edilməyən bıçağı boğaz nahiyəsinə dirəyib zor tətbiq etməklə hədələyib ona sol çiyin qurşağı, sol dirsək oynağı və sağ bazu nahiyəsində sıyrıqlar, sol kürək nahiyyəsində qançır əmələ gəlməsi ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirib həyat və ya sağlamlığı üçün təhlükəli zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə hədələyərək külli miqdarda narkotik vasitəni quldurluq yolu ilə talayıb a parmış, 16 iyul 2019-cu il tarixdə saat 19 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı razılığı əsasında öz iştirakı ilə yaşadığı evin həyətinə baxış keçirilən zaman həmin 304,210 qram narkotik vasitə heroin həyətdəki “azbest” materialından olan su borusunun içərisindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüş, RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı nəticəsində cinayətkar qrupun digər üzvü Məhkum5 21 iyul 2019-cu il tarixdə saxlanılaraq Cəlilabad RPŞ-nin İstintaq bölməsində istintaq olunan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulub həmin tarixdə saat 19 radələrində ifadəsi nin yerində yoxlanması istintaq hərəkəti keçirilən zaman satış məqsədilə talayıb apardığı külli miqdarda 580,850 qram narkotik vasitə heroin Məhkum5 yaşadığı X evin həyətindəki yardımçı tikilinin içərisində qara rəngli yun dərinin alt hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkum5, Məhkum4 və Məhkum6 qabaqcdan əlbir olub bir qrup şəxs təşkil edərək Cəlilabad şəhər sakinləri Məhkum1, Məhkum3, Məhkum2 İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli ölkə ərazisinə külli miqdarda narkotik vasitəni keçirdiyini bilərək, həmin şəxslərin həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri quldurluq yolu ilə talama barədə razılığa gəldikdən s onra 13 iyul 2019-cu il tarixdə saat 02 radələrində Məhkum4 idarə etdiyi “VAZ-2121 Niva” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Məhkum1 yaşadığı X-də yerləşən yeni yaşayış massivindəki fərdi yaşayış evinə gəlməklə, əvvəlcədən aralarında olan sövdələşməyə əsasən külli miqdarda narkotik vasitə heroini 15500 manata əldə edəcəkləri barədə razılaşdıqlarından Məhkum1 bir ədəd bağlamada olan narkotik vasitə heroini təqdim etdikdən sonra Məhkum4 həmin narkotik vasitəni götürərək pulunu ödəmədən həyəti tərk etdikdə Məhkum1 buna öz iradını bildirdiyindən cinayətkar qrupun digər üzvü Məhkum6 istintaqla müəyyən edilməyən tapança formalı predmetlə Məhkum1 və həmin vaxtı narkotik vasitənin satışında iştirakçı olan sonuncunun tanışı Məhkum2 zor tətbiq edəcəyi ilə hədələmiş, Məhkum1 narkotik vasitənin talanıb aparılmaması üçün müqavimət göstərdikdə Məhkum6 istifadə etdiyi tapança formalı predmetin dəstəyi ilə Məhkum1 başına və kürək nahiyyəsinə ardıcıl zərbələr vurduğundan sonuncu aldığı zərbələrin təsirindən yerə yıxılmış, Məhkum6 isə yumruq və təpiklə X bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq ona sol çiyin qurşağı, sol dirsək oynağı və sağ bazu nahiyyəsində sıyrıqlar, sol kürək nahiyyəsində qançır əmələ gəlməsi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, belə bir şəraitdə Məhkum1 narkotik vasitələrin talanıb aparılmaması üçün müqavimətini davam etdirdikdə o, istintaqla müəyyən edilməyən bıçağı sonuncunun boğazına dirəməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq e dərək tərpənməməyini tapşırdıqdan sonra külli miqdarda narkotik vasitə heroini quldurluq yolu ilə talayaraq birlikdə Məhkum4 idarə etdiyi “VAZ-2121 Niva” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməklə hadisə yerindən uzaqlaşmış, 21 iyul 2019-cu il tarixdə Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qrupun digər üzvü Məhkum5 yaxalanaraq Cəlilabad RPŞ-nin İstintaq bölməsində istintaq olunan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulub həmin tarixdə saat 19 radələrində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilən zaman satış məqsədilə talayıb apardıqları külli miqdarda 580,850 qram narkotik vasitə heroin Məhkum5 yaşadı ğı X həyətindəki yardımçı tikilinin içərisində qara rəngli yun dərinin alt hissəsindən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum4 kassasiya şikayətində qeyd etmişdir ki, onun barəsində olan məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. Belə ki, məhkəmə cəza təyin edərkən onun ilk dəfə cinayət törətməsini, səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailə vəziyyətinin çox ağır olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, ailə vəziyyətini nəzərə almamış, o cümlədən cinayət işinin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 235.4.2 və 235.4.3-cü maddələri ilə tövsif edilməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum4 və müdafiəçi İmamverdiyev Beytulla Dadaş oğlu ayrı-ayrılıqda çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, o cümlədən onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin fak tiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norm ası tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq et diyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qər ar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum4 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, daşıma və saxlama, o cümlədən külli miqdarda narkotik vasitəni və psixotrop maddəni həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə talama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi n əticə ilə razılaşmışdır. Məhkum4 əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində törədilmiş cinayət əməlinin məhkəmələr tərəfindən CM-nin 235.4.2 və 235.4.3-cü maddələri ilə düzgün tövsif edilmədiyi, ona verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 235.4.2 və 235.4.3cü maddələrinin xaric edilməli olduğu iddia edilir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə soyuq silahlar ekspertizasının 19 sentyabr 2019-cu il tarixli, 23647 saylı rəy indən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd predmet sıxılmış hava təzyiqi iş prinsipinə malik olan, pnevmatik tapançanın komplekt hissəsi olmaqla zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. Məhkum4 külli miqdarda - 580,850 qram narkotik vasitə heroini quldurluq yolu ilə talaması, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 235.4.2 və 235.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilənlərə əsasən kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum4 külli miqdarda narkotik vasitəni və psixotrop maddəni həyat və ya sağlamlıq üçün təhlükəli ola n zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə talama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Azərbaycan Respublikası CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübut ları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını, həmçinin maddi hüququn tətbiqində səhvə yol verib-vermədiyini yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının dəyişdirilməsi və ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələ r tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müəlliflərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Odur ki, Məhkum4 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı itti ham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anla yışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum4 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütü n hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların (yaşadığı yer üzrə müsbət xarakterizə edilməsi və əvvəllər məhkumluğunun olmaması) olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum4 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum4 tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarı Məhkum4 aid hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1450/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1450/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver