Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1451/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1982-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti i lə məşğul olmuş, əvvəllər Ağır Cineayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26 noyabr 2002-ci il tarixli hökmü ilə CM-nin 126.2.4 və 177.1-ci maddələri ilə təqsirli bilənərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Yasamal Rayon Məhkəməsinin 04 avqust 2009-cu il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 326.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmü ilə CM-nin 326.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) ay 13 on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 14 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməs inin hökmünə əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 2,881 qram çəkidə külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, əldə etdiyi narkotik vasitə heroini satış məqsədi olmadan özünün qəbul etməsi üçün bölüb ayırmaqla hər birində müvafiq olaraq 1,468 qram və 1,413 qram olmaqla 2 bükümdə qablaşdırmaqla üzərində qanunsuz saxlayaraq daşımış və narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zaman ı Məhkum 10 yanvar 2022-ci il tarixdə saat 00:10-da ünvan 3 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra həmin idarədə 10 yanvar 2022-ci il tarixdə saat 1:56-dan etibarən üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd yaşıl rəngli şalvarın sol yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,468 qram və 1,413 qram, ümumi təmiz çəkisi 2,881 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum və onun müdafiəçisi Verdiyev Yusif Hüseyn oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Kəngərli Orxan İlqar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 20 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, dövlət ittihamçısı M.İ.Vəliyev isə kassasiya protesti verərək həmin qərarın ləğv olunması və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdilər. Kassasiya protestinin dəlilləri: Barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallar ını mübahisələndirən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə iclaslarında onun barəsindəki cinayət təqibi ilə bağlı bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış və onun əməlində CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olması ümumiyyətlə sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı verilmiş ifadələrə və iş materiallarında olan digər sübutlara əsaslanan məhkum həmçinin qeyd etmişdir ki, həmin sübutlarla ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməməsi və ittiham edildiyi cinayət əməli ilə heç bir əlaqəsinin olmadığı açıq-aşkar müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi işin hallarına hüquqi münasibət bildirməmiş, sadəcə, birinci instansiya məhkəməsinin hökmünü tək rarlamaqla, həmin məhkəmənin mövqeyi ilə razılaşaraq qərar qəbul etmişdir. Məhkum bildirir ki, onun üzərində heç bir narkotik vasitə aşkar edilməmiş, polis idarəsində polis əməkdaşlarının təzyiqi ilə o, təqsirli bilindiyi əməli etiraf etməyə məcbur olmuş və ona təqdim olunmuş sənədləri oxumadan imzalamışdır. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, həm ibtidai, həm də məhkəmə araşdırmaları tam, hərtərəfli və obyektiv aparılmamış, işin halları isə düzgün müəyyən edilməmiş, nəticə də o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kassasiya protestində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətnd ə CPM-nin) bir sıra normalarına, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına və iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı M.İ.Vəliyev həmin protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi qanunun tələblərini pozaraq iş üzrə toplanmış və araşdırılmış sü butlara düzgün qiymət verməmiş və nəticədə Məhkum əməlini düzgün tövsif etməməklə onun barəsində qanunsuz və ədalətsiz yekun məhkəmə aktları qəbul etmişlər. Dövlət ittihamçısı kassasiya protestində bildirir ki, məhkəmələrin gəldikləri nəticələr işin faktiki hallarına uyğun olmadığından Məhkum əməli birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq CM-nin 234.4.3-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir. İşin hallarından isə görünür ki, birinci və apellyasiya instansiya məhkəmələri bu nəticəyə gələrkən cinayət qanunun normalarının tələblərinə əməl etməmiş, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarındakı tövsiyələri nəzərə almamışlar. Məhkum satış məqsədilə 2 ədəd bükümdə külli miqdarda 2,881 qram narkotik vasitə heroi n aşkar edilməsi faktı şahidlərin – polis əməkdaşlarının ifadələri ilə, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə protokolu, ekspertiza rəyi və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkum olunmuş şəxsin üzərində aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən daha bir hal ondan ibarətdir ki, həmin narkotik vasitəni o, 09 yanvar 2022-ci il tarixdə naməlum şəxsdən almasına baxmayaraq, tutulduğu vaxtadək, yəni 10 yanvar 22-ci il tarixədək həmin narkotik vasitəni üzərində saxlamış, daşımış və istifadə etməmişdir. Bundan başqa, bu narkotik vasitə heroinin şəxsi istehlak miqdarından 19 dəfə çox olmuş və bu halları da məhkəmələr nəzərə almamışlar. Həmçinin Məhkum əvvəllər də eyni xarakterli cinayətlərə görə məhkum olunmuş, əvvəlki məhkumluqlarından heç bir nəticə çıxarmamış və yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş, satış məqsədilə 2 ədəd bükümdə, külli miqdar olan, 2,881 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək, daşımaqla üzərində saxlamış, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin narkotik vasitə ondan aşkar edilərək götürülmüşdür. Kassasiya protestində daha geniş təsvir edilmiş dəlillərə əsaslanan və apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsini iddia edən dövlət ittihamçısı M.İ.Vəliyev sonda kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə və kass asyia protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı çəkib qurtarmış Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxı lması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətindən göründüyü kimi, həmin şikayətin müəllifi məhkəmələr tərəfindən iş üzrə araşdırılmış sübutların CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada tədqiq edilməməsini, qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsini, ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətmədiyi halda əsassız olaraq məhkum edilməsini iddia edərək kassasiya qaydasında mübahisələndirən qərarın l əğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və məhkumun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiy a instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini və dövlət ittihamçısı M.İ.Vəliyevin protestini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum olunması na dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mö təbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətin in ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqların ın müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir.. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çə kişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zaman ı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-nin 3-c ü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-c ü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər material lardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu i lə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Heç bir sübuta, o cümlədən ona şər və böhtan atılmasını, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsini təsdiq edən sübutlara istinad olunmadan (cinayət işinin materiallarının təhlili göstərir ki, belə sübutlar cinayət işinin materiallarında ümumiyyətlə mövcud deyil) apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkumun özünün ibtidai araşdırma zamanı heç bir təsir göstərmədən, müdafiəçinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, şahidlərin ifadələri, axtarış və götürmə aparılması haqqında 10 yanvar 2022-ci il tarixli və başqa istintaq hərəkətlərinin aparılması barəsində protokol larla, məhkəmə ekspertizalarının rəyləri ilə, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Brinci instansiya məhkəməsi tərəfindən bu sübutların əksəriyyəti tam, hərətərəfli və obyektiv araşdırılaraq onlara Məhkum barəsindəki 06 sentyabr 2022-ci il tarixli ittiham hökmündə istinad olunmuş, bu sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qanunda nəzərdə tutulmuş qaydada müvafiq qiymət verilmiş və məhkəmə ibtidai araşdırma orqanından fərqli olaraq Məhkum satış məqsədi olmadan narkotik vasitə olan cəmisi 2,881 qram çəkidə, yəni külli miqdarda heroini əldə edərək saxlaması və daşıması barədə nəticəyə gələrək onun CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsini və həmin maddə əsasında cəzalandırılmasını mümkün bilmişdir. Apellyasiya instansiyası məhkəməsi də Bakı Ağır Cinayətlər Məhkəməsinin bü nəticəsi ilə razılaşaraq iş üzrə sübutların təkrarən araşıdırılmasına ehtiyac görməmiş və hökmdən Məhkum, onun müdafiəçisi Y.H.Verdiyev tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı O.İ.Kəngərli tərəfindən verilmiş apelyasiya protestinə həmin apellyasiya müraciətlərinin dəlilləri həcmində, məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılmasını mümkün bilərək özünün 20 dekabr 2022-ci il tarixli qərarı ilə hökmün dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətlərinin və apelyasiya protestinin isə təmin edilməməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası istər Məhkum məhkəmələr tərəfindən müəyyən edilmiş cinayət əməlini törətməsinin sübuta yetirilməsi, istərsə də bu əməlin CM-nin 234.1-ci madd əsi ilə tövsif edilməsini düzgün hesab edir və bunlarla bağlı əvvəla vurğulamağı lazım bilir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etdikləri işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 2,881 qram çəkidə külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, əldə etdiyi narkotik vasitə heroini satış məqsədi olmadan özünün qəbul etməsi üçün bölüb ayırmaqla hər birində müvafiq olaraq 1,468 qram və 1,413 qram olmaqla 2 bükümdə qablaşdırmaqla üzərində qanunsuz saxlayaraq daşımış və narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfin dən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum 10 yanvar 2022-ci il tarixdə saat 00:10-da ünvan 3 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra həmin idarədə 10 yanvar 2022-ci il tarixdə saat 1:56-dan etibarən üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd yaşıl rəngli şalvarın sol yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,468 qram və 1,413 qram, ümumi təmiz çəkisi 2,881 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkum bu əməllərinə tətbiq edilmiş CM-nin 234.1-ci maddəsinə əsasən isə, şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur: - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma. Cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin təhlili göstərir ki, Məhkum həmin hərəktlərin bir hissəsini – narkotik vəsitəni əldə etmə, daşıma və saxlama hərəkətlərini etmiş, lakin bu hərəkətlərinin edilməsi zamanı cinayətin subyektiv cəhətinə aid olan satış məqsədi izləməmişdir. Buna görə, məhkəmələr Məhkumun hərəkətlərində bu məqsədin olmasını araşdırılmış sübutlarla müə yən etməyərək haqlı olaraq onun əməllərini CM-nin 234.1-ci maddəsi ilə tösif edilməsini qanuni və əsaslı saymış və yalnız naroktik vasitənin miqdarının külli olmasına görə onun ibtidai araşdırma orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə baxmayaraq, məhkum olunmuş şəxsin həmin maddə ilə təqsirli bilinərək məhkum olunması üçün əsaslar görməmişlər. Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulma sı müəyyən edilməmiş, onun ibtidai araşdırma zamanı verdiyi ifadələri isə toplanmış və araşdırılmış digər sübutlarla tam uzlaşmışdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə, iş materiallarına görə, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əmə l etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən təqsirli bilinərək məhkum olunduğu cinayətin törədilməsinə dai r onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmələrin sübut növü kimi qəbul etdikləri və hökmün və apellyasiya şikayətinə baxılmasına dair yekun qərarın əsasını təşkil edən Məhkum onun qanunsuz əldə edib üstündə gəzdirldiyi narkotik vasitənin olmaması barədə iddialarına gəldikdə, məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəmələri kimi, bu iddiaları əsassız sayır və hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr təqsirləndirilən şəxsin əməlinin sübuta yetirilməsi və bu əməlin hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gəlmiş, bu nəticə isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması üzrə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olmuşdur. Göst ərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, apellyasiya instansiyası məhkəməsinin razılaşdığı hökmlə Məhkum barəsində cəza tədbiri seçilərkən isə o nun törətdiyi əməlnin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, o cümlədən əməlində cinayətlərin residivinin müəyyən edilməsi, yəni CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kifayət qədər nəzərə alınmışdır. Dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestinə gəldikdə isə həmin protestdə göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum narkotik vasitə olan 2,881 qram heroini qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilsə də, onun həmin narkotik vasitəni satmaq niyyətində olmasına dair heç bir sübut əldə olunmamışdır. Birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticənin əksinə olaraq isə dövlət ittihamçısı hesab edir ki, Məhkum narkotik vasitə heroini cibinə qoyaraq tutulma təhlükəsini dərk etdiyi halda küçəyə çıxması, ünvan 3 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasının qarşısında gəzdirməsi, sonuncunun üzərindən aşkar edilərək götürülmüş heroinin miqdarının 2 bükümdə olmaqla şəxsi istehlak miqdarından 19 dəfə çox olması, həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edərək üstündə daşımasını təsdiq edir. Halbuki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitənin məhz satış məqsədi ilə əldə edib daşımasına dəlalət edən həmin ehtimal xarakterli dəlillər birinci instansiya məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmündən verilmiş apellya siya protestində də əksini tapmış, bu dəlillər apellyasiya protestinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də tədqiq edilmiş və məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) araşdırılmış mötəbər sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmələr bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək Məhkum onun təqsirli bilindiyi, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinin tam s übuta yetirilməsi barədə nəticəyə gəlmiş, onun narkotik vasitəni satış məqsədilə əldə edərək üzərində saxlamasına dair isə heç bir sübut əldə olunmamışdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Məhkum müdafiəçinin iştirakı ilə 11 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində törətdiyi əməl barəsində geniş təfərrüatı ilə məlumat vermiş, şəxsi axtarış zamanı əynindəki yaşıl rəngli şalvarın sol yan cibindən özünün çıxarıb təqdim etdiyi 2 bükümdə olan heroini şəxsi istifadə etmək məqsədilə cibində saxladığını bildirmişdir. Bu halları əməliyyat-axtarış tədbirini həyata keçirmiş və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid7, Şahid4 və Şahid8 Şahid1 təqsirləndirilən şəxs Məhkum külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlama sı, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, birinci instansiya məhkəməsində elan olunub araşdırılmış cinayət işi materiallarından görünür ki, ibtidai istintaq zamanı istintaq tapşırığı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini kimdən, necə və hansı şəraitdə əldə etməsini, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslərlə əlaqəsinin olmasını təsdiq edən məlumatlar əldə olunmamışdır. Həmçinin birinci instansiya məhkəməsində şahidlər öz ifadələrində Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə onların məlumatları olmadığını göstərmişlər. Qeyd edilən şahidlərin ifadələrindən göründüyü kimi, Məhkum barəsində olan əməliyyat məlum atı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum narkotik vasitəni əldə edərək saxlamasına, daşımasına və satmasına görə onlar tərəfindən saxlanılıb polis şöbəsinə aparılmış və orada şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman üzərində olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu ifadələrin fövqundə Məhkum onun üzərində aşkar edilərək götürülmüş narkotik vasitəni satmaq niyyətində olması barədə fikir yürütmək mümkün deyil ona görə ki, həmin ifadələrdə bunu təsdiq edən hər hansı mötəbər sübuta istinad olunmamışdır. Həmçinin Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 05 iyun 2022-ci il tarixli 007-4355-1221 saylı məktubundan da görünür ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini kimdən, necə və hansı şəraitdə əldə etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslərlə əlaqəsini müəyyən etmək üçün müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin qeyd olunanlarla bağlı müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, ibtidai araşdırma orqanı Məhkum narkotik vasitəni saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi halları da araşdırılmamışdır. Satılacaq narkotik vasitənin müqabilində Məhkum hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki b u hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Beləliklə də, iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olması deyil, sonuncunun narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə edib saxlaması müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra məsələlər üzrə qəbul etdiyi qərarlarında da çıxış etmişdir. Belə ki, kassasiya protestində də istinad olunan“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyy əti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmaya n şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Buna baxmayaraq, yalnız hazırki cinayət işi üzrə törədilmiş əməlin predmeti olan narkotik vasitənin külli miqdarda ol ması əsası ilə Məhkum qarşı CM-nin 234.4.3-cü maddə ilə ittiham irəli sürülmüş və iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən də, iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün sübut kimi sonuncunun ifadələri ilə yanaşı şahidlərin ifadələri, baxış və götürmə haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim olunmuş, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də birinci instansiya məhkəməsi yalnız təqdim olunmuş sübutların araşd ırılması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi isə həmin sübutların təkrarən araşdırılmasına lüzum görməmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etməklə bütün şübhələri onun xeyrinə həll etmişlər. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin I-III hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada süb uta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetiril məsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənlə şdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticə si həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi) yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi mara qlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyekt ivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prins ipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, həmin maddənin dispozisiyasında CMnin 234.2- ci maddəsinə istinadən motiv və məqsədin konkred göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci m addəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azər baycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop ma ddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzəri nə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzə rə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi (narkotik vasitənin qanunsuz olaraq əldə etməsi və üzərində saxlayaraq daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham isə yalnız narkotik vasitənin külli miqdarda olmasına və onun üzərində axtarışın və götürmənin aparılmasında iştirak etmiş şəxslərin ifadələrinə əsaslanır ki, bu ifadələrin məzmunundan da Məhkum üzərində aşkar edilmiş narkoti k vasitəni məhz satış məqəsədi ilə əldə edərək saxlaması və daşıması görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar isə əldə edilməmişdir. Məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda işə mahiyyəti üzrə baxmış məhkəmələr Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (narkotik vasitəsini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmamış, təqsirləndirilən şəxs tərəfindən yalnız narkotik vasitəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq sonuncunun həmin əməlini CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilmişlər. Həmçinin, hazırkı iş üzrə Məhkum narkotik vasitələrin başqa şəxsə satması, istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş və onda aşkar edilmiş narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Beləliklə, Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən əsaslı şübhə yaratmayan mötəbər sübut təqdim edilməmiş, onda aşkar edilmiş 2,881 qram çəkidə narkotik vasitənin – heroinin külli miqdarda olması və kassasiya protestində göstərilən ehtimal xarakterli digər dəlillər onun ittiham olunduğu əməli satış məqsədi ilə törətməsinə dəlalət etmir, çünki, yuxarıda göstərildiyi kimi, başqa sübutların mövcudsuzluğunda təkcə həmin n arkotik vasitənin külli miqdarda olması Məhkum onu satış məqsədilə əldə edib saxlaması və gəzdirməsi barədə nəticəyə gəlmək üçün əsas vermir. Törədilmiş cinayətin predmeti olan narkotik vasitələrin Məhkum tərəfindən ayrı-ayrı bükümlərə yerləşdirilməsinin onun həmin vasitə və maddəni satmaq niyyətində olmasına dəlalət etməsi barədə kassasiya protestinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, məhkum olunmuş şəxsin üzərində aşkar edilmiş heroinin kimin tərəfindən qablaşdırılması da müəyyən olunmamış, buna dair də heç bir sübut əldə edilməmiş, onun həmin vasitləri şəxsi istifadəsi üçün əldə edilməsi barədə verdiyi ifadələri isə toplanmış və araşdırılmış sübutlarla təkzib edilməmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvaf iq qaydada qiymət verib Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin aşağıdakı normalarının tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında əksini tapmış hüquq mövqeyə əməl etmiş, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə almış və bütün şübhələri onun xeyrinə həll etməklə tamamilə əsaslı olaraq ehtimallar üzərində qurulmuş ittiham üzrə yekun məhkəmə aktlarını qəbul etməkdən imtina etmişlər. Belə ki, CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqın da tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət m əhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, məhkəmələr həm də bu normaların tələblərindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən çıxış edib işin faktiki hallarına (araşdırımış sübutlara) əsaslanaraq Məhkum narkotik vasitələri məhz satış məqsədilə əldə edərək saxlamasını və daşımasını müəyyən etməmiş, buna görə ehtimal xarakterli məhkəmə aktlarını qəbul etməkdən imtina edərək bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edib onun cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında kassasiya protesti ilə ehtiva olunan CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi və Məhkum kassasiya şikayətinin təmin edilməməsi barədə dövlə t ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət iş i üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1451/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1451/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver