Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1452/2022 22.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli, 1(107)-189/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi 2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1989-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşamışdır. 2. 17 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 29 dekabr 2021-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum ümumi təmiz çəkisi 6,174 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroini, ümumi təmiz çəkisi 10,401 qram olan narkotik vasitə tiryəki, ümumi təmiz çəkisi 15.90 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etmiş, onlardan bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,718 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 10,401 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əynində olan göy rəngli cins şalvarın sağ yan cibində satış məqsədilə qanunsuz olaraq saxlayara q daşımış, 05 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 3.425 qram, 0.452 qram, 0.371 qram, 0.391 qram, 0.394 qram ümumi təmiz çəkisi 5,033 qram, 02 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.251 qram, 0.093 qram, ümumi təmiz çəkisi 0,344 qram, bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0.079 qram olmaqla, ümumi təmiz çəkisi 5,456 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 03 ədəd kibrit qutusunda təmiz çəkiləri müvafiq olaraq 4.51 qram, 4.39 qram, 5.07 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.71 qram və 01 ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi 1.22 qram, ümumi təmiz çəkisi 15.90 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulm uş marixuananı isə ünvan 2 ünvanda yerləşən evinin hamam otağının paltar geyinib soyunulması üçün nəzərdə tutulan hissəsində, daxildə satış məqsədilə qanunsuz olaraq saxlamış, üzərində daşıdığı narkotik vasitələr xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində Ağdaş RPŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhkum ünvan 3 ünvanda yerləşən Ağdaş RPŞ-nın inzibati binasına gətirildikdən sonra, saat 11:15 dəqiqədə onun üzərində şəxsi axtarış keçirilən zaman, evində saxladığı narkotik vasitələr isə Məhkum qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan 5 ünvanında yerləşən evinə həmin gün, saat 11:40 dəqiqədə baxış keçirilərkən Ağdaş RPŞ-nın əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 1(091)-69/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən, Məhkum 18 may 2021-ci il tarixdən 20 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün onun cəzasına hesablanmaqla çıxılması və üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
6. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib, mü dafiə etdiyi şəxsin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməlini törətmədiyini, həmin əməlin düzgün tövsif edilmədiyini bildirməklə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 1(091)-69/2022 nömrəli hökmünün ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci tarixli, 1(107)-189/2022 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli 1(091)-69/2022 nömrəli hökmü baxılmış apellyasi ya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli, 1(107)-189/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, müdafiəçi onları təkrarlamaqla, Məhkum cinayət əməlinin hüquqi tövsifini, həmçinin təyin edilən cəzanın ağırlığını mübahisələndirmişdir. Məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli, 1(107)189/2022 nömrəli qərarının ləğv edilməsini, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında olan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya inst ansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin səhv tövsif edildiyini və cəzasının ağır olduğunu iddia edərək, tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxı mından səlahiyyətlərinə aid olan kimi görür və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli, 1(107)-189/2022 nömrəli qərarını qaldırılan dəlillərlə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfl i öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. İstinad edilən maddi və prosessual cinayət-hüquqi normalarını, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin tövsifi və ona təyin edilmiş cəzanın mübahisələndirilməsi üzrə irəli sürülmüş dəlillərlə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı hesab edir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə praktikasına görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 2, § 9, 4 mart 2011-ci il).
23. Cinayət işinin materiallarından da göründüyü kimi, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitələr bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,718 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, digəri bir ədəd sellofan bükümdə təmiz çəkisi 10,401 qram tiryək təşkil etmiş, daha sonra onun yaşadığı ünvan 7 ünvanında yerləşən evinin hamam otağından 05 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 3.425 qram, 0.452 qram, 0.371 qram, 0.391 qram, 0.394 qram ümumi təmiz çəkisi 5,033 qram, 02 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.251 qram, 0.093 qram, ümumi təmiz çəkisi 0,344 qram, bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0.079 qram olmaqla, ümumi təmiz çəkisi 5,456 qram olan külli miqdarda kustar üsulla hazırla nmış narkotik vasitə heroin, 03 ədəd kibrit qutusunda təmiz çəkiləri müvafiq olaraq 4.51 qram, 4.39 qram, 5.07 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.71 qram və 01 ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi 1.22 qram, ümumi təmiz çəkisi 15.90 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla yanaşı, Məhkum istifadə etdiyi mobil telefonunun yaddaşında müxtəlif növdən narkotik vasitələrin satışının təşkil edilməsinə dəlalət edən yazışmanı əks edici müxtəlif məzmunlu SMS mesajları aşkarlanmışdır. Məhkəmə kollegiyasının fikrincə, apellyasiya instansiyası məhkəməsinin bu halları nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməli nin məhz Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gəlməsinin təsdiqləməsi, qanuni və əsaslı qərar kimi qəbul edilməlidir.
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin qərarını təkzib edə biləcək dəlillər gətirilmədiyindən, Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini şübhə altına almaq üçün əsas müəyyən edilmir.
25. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum daha yün gül cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu hissədə mövqeyi ilə razılaşır və hesab edir ki, onların qəbul etdiyi qərarlar müvafiq maddi cinayət-hüquqi normalarına uyğunundur. Məhkəmələr Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal kimi yaşayış yerindən müsbət xarakterizə edilməsini, ali təhsilli olduğunu, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
26. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə p rosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiv a olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğun qəbul edilmişdir.
28. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli, 1(107)-189/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxar ıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli, 1(107)-189/2022 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.