Məhkəmə qərarları › İş №1(102)-1452/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1452/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1452/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov X4 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə 3 yanvar 1963-cü il tarixdə Sabirabad rayonunun Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Sadıqova Zibeydə Söhbət qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7 avqust 2020-ci il tarixli hökmü ilə (hakim Vüsal Qurbanov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 15 oktyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murquzov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq hər birində ayrı-ayrılıqda 4.747 qram, 5,336 qram və 1 qram olmaqla üç ədəd kağız bükümdə ümumilikdə 11,083 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, Məhkum qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üstündə saxlamaqla daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra – DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra – BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum 15 oktyabr 2019-cu il tarixdə saat 18.50-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq qeyd olunan Baş İdarəyə dəvət edilmiş və Baş İdarədə xidməti otaqlardan birində həmin tarixdə saat 21.35-dən etibarən Məhkum üzərinə keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki ağ-qara rəngli idman tərzli gödəkcəsinin sol yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 1 qram, əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən isə iki ədəd kağız bükümdə ayrı-ayrılıqda 4,747 qram və 5.336 qram olmaqla ümumilikdə 3 ədəd bükümdə cəmi 11,083 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitə aşkar olunduğundan götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum haqqında olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və Məhkum İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 8-ci, 10-cu 11-ci və 18-ci maddələrində göstərilən hüquqlarının pozulmasının və kompensasiya almaq hüququn un izah edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsin də məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddə ləri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən: “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquq i qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan hüquq və X9 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyan ın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CP M-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq X5 verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai ara şdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki: - İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 15 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Məhkum 15 oktyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, DİN-in BMCMİ-nə daxil olmuş məlumatda Məhkum qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərl iyinə məruzə edilərək Məhkum müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 15 oktyabr 2019-cu il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin gün saat 18.50 radələrində Məhkum ünvan 3 ünvanın qarşısında saxlanılaraq qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olmasında şübhəli bilindiyinə görə Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Məhkum hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 dəvət olunaraq ona təqdim olunmuşdur. Məhkum hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmişdir.Məhkum şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qər ar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Paşa Umuodova qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olmasında şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynində olan paltarlarının yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Baxış həyata keçirilməzdən əvvəl şübhəli şəxs Məhkum Azərbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Baxış 15 oktyabr 2019cu il tarixdə saat 21:35-də “Sony” markalı rəqəmsal aparatla videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlan ılmış, Məhkum təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə varsa, könüllü olaraq təqdim etsin. Məhkum üzərində narkotik vasitənin olmadığını bildirdikdə onun üzərində olan bütün əşyaları masanın üzərinə qoyması təklif edilmişdir. Bu zaman Məhkum əynində olan ağ-qara rəngli idman tərzli gödəkcəsinin sol yan cibindən bir ədəd kağız bükümünü, tünd boz rəngli şalvarının sağ yan cibindən isə nisbətən böyük ölçülü iki kağız bükümünü masanın üzərinə qoymuş, həmçinin gödəkcəsinin və şalvarının ciblərindən 1 ədəd cib dəsmalını, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsini, 1 ədəd “Bolkart” plastik kartını, 1 ABŞ dollarını, 1 ədəd salfeti, 1 ədəd alışqanı, 1 ədəd açarı və 1 ədəd “Vinchester” adlı siqareti masanın üzərinə qoymuşdur. Təqdim edilmiş bükümlərə baxış zamanı onl arın içindən yaşıl rəngli, spesifik iyə malik, ot halında narkotik vasitə olan marixuanaya bənzər maddələr aşkar edilmişdir. Məhkum sorğu zamanı narkotik maddə olan marixuana istifadə etdiyini etiraf etsə də, üzərindən aşkar olunan narkotik vasitələrin əldə edilmə mənbəyi ilə bağlı suallara “bilmirəm” və “mənim deyil” kimi cavablar vermişdir. Məhkum üzərindən aşkar edilmiş 3 ədəd kağız bükümdə olan maddələr özünün iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürlənmiş və Məhkum iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişlər. Məhkum üzərinə keçirilmiş şəxsi axtarış və baxış 15 oktyabr 2019-cu il tarixdə saat 21:50-də başa çatmış və videoçəkiliş dayandırılmışdır. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş, pr otokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. -İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2019-cu il tarixli, 25970 saylı rəyindən görünür ki, Məhkum üzərindən aşkar edilmiş təmiz çəkiləri 4,747 qram, 5,336 qram, 1,0 qram, ümumi təmiz çəkisi 11,083 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. -Məhkum edilmiş şəxs Məhkum ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 oktyabr 2019-cu il tarixdə təxminən saat 18-18.30 radələrində yaşadığı evin yaxınlığında ona qara rəngli “Toyota Camry” markalı avtomobil yaxınlaşmış və içərisindən 3 nəfər şəxs düşmüş, həmin şəxslər onu avtomobilə mindirmək istəyərəkən o, etiraz etmiş və kim olduqlarını soruşmuşdur. Həmin şəxslər isə özlərini polis əməkdaşları kimi təqdim etməmişlər. Sonradan adının Rəşad olduğunu bildiyi həmin şəxslərdən biri onun əynində olan idman gödəkcəsinin sol yan cibinə əlini salıb çıxarmış, o, isə dərhal əlini həmin cibinə salıb fikrincə narkotik vasitə ola biləcək bir ədəd kağız bükümü çıxarıb avtomobilin üzərindən digər tərəfə tullamışdır. Rəşad adlı şəxs isə həmin bükümü yerdən götürüb d igər iki şəxslə birlikdə onu avtomobilin arxa oturacağına mindirmişlər. Bundan sonra o, avtomobildə olarkən onun qoluna qandal vurulmuşdur, sonra Rəşad adlı şəxs yenə də həmin bükümü onun sol yan cibinə qoymuş və cibinin zamokunu çəkmişdir, sonra Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə getmişlər. Onun qollarını burub başında olan papağını gözlərinin üzərinə salaraq liftlə binanın 5-ci mərtəbəsinə qaldırmışlar. Daha sonra dəhlizdə sol tərəfdə sonuncu otaqda üzü divara tərəf ayaq üstə saxlamışlar. Həmin vaxt əynində olan şalvarının sağ yan cibinə əlavə olaraq bir büküm narkotik vasitə olacağını fikirləşdiyi əşya qoymuşlar, lakin papaq gözünün üstünə düşdüyündən kimin bunu etdiyini görməmişdir. Həmin vaxt otaqda kənarda beysbol taxtaları olmuş, fikirləşmişdir ki, ona qarşı istifadə oluna bil ər, lakin sonradan ona hər hansı qanunsuz hərəkət edilməmiş, insan ləyaqətini alçaldan hərəkət edilməmiş, ona işgəncə verilməmişdir. Daha sonra ona dövlət hesabına vəkil təyin olunmuş və vəkilin iştirakı ilə onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir, çəkiliş zamanı ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa, təqdim etsin, o, isə üzərində narkotik vasitə olmadığını bildirdikdə üzərində olan bütün əşyaları təqdim etməsi təklif olunmuşdur, o da bundan sonra əynində olan ağ-qara rəngli idman tipli gödəkcənin sol yan cibindən bir ədəd kağız bükümü, tünd boz rəngli şalvarının sağ yan cibindən 2 ədəd nisbətən böyük bükülünü masanın üzərinə qoymuşdur, həmçinin əlavə olaraq üzərində olan cib dəsmalını, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd sürücülük vəsiqəsini, 1 ədəd Bolkart plas tik kartını, 1 ABŞ dollarını, 1 ədəd salfeti, 1 ədəd alışqanı, 1 ədəd açarı və 1 ədəd “Vinchester” markalı siqareti masanın üzərinə qoymuşdur. Onun təqdim etdiyi bükümlərə baxıldıqda onların narkotik vasitə qurudulmuş marixuanaya bənzədiyi məlum olmuşdur. Bundan sonra əynində olan gödəkcənin ciblərini açmış, şalvarının ciblərini tam göstərmiş, kəməri və ayaqqabını çıxarmış, lakin qanunsuz nəsə aşkar olunmamışdır və orada bildirmişdir ki, üzərindən aşkar olunmuş marixuanadan xəbəri yoxdur, onun deyildir. Bundan sonra onun üzərindən aşkar olunmuş 3 ədəd büküm zərfdə qablaşdırılmış və möhürlənmiş, zərfin üzərinə imza etmişdir. Üzərindən aşkar olunmuş digər bütün əşyalar isə onun özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi isə götürülmüşdür. Daha sonra o, vəkilinin iştirakı ilə sərbəst olaraq, heç b ir təsir olmadan izahat vermişdir və həmin təyinatla ona təqdim edilmiş vəkili cəmi iki dəfə görmüş digər səndlər tərtib edilərkən həmin vəkil iştirak etməmişdir, hətta şəxsi axtarış zamanı ondan götürülmüş narkotik vasitənin ona məxsus olmadığını bildirdikdə həmin vəkil heç nə deməmiş və onu müdafiə etməmişdir. Bir daha qeyd edir ki, üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunsa da, hesab edir ki, həmin narkotik vasitəni onun cibinə polis əməkdaşı olan Rəşad adlı şəxs qoymuşdur və o, AXCP-nin üzvü olduğundan siyasi fəaliyyəti ilə bağlı həbs edilmişdir. Eyni zamanda polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etsin, yoxsa daha ağır maddə ilə sənədləşdiriləcəkdir. O, isə daha ağır maddə ilə tutulmaqdan qorxduğu üçün sonradan yalan izahat verərkən üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu və tapdığını, sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir, əslində isə onun üstündə narkotik vasitə olmamışdır. -Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyərkən, 15 oktyabr 2019-cu il tarixdə BMCMİ-nə Məhkum qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat raportla Baş İdarə rəhbərliyinə məruzə olunaraq Məhkum yerinin müəyyən olunub onun qanunsuz əməllərinin ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdi r. Həmin qərarın icra edilməsi ilə əlaqədar əməliyyat qrupu yaradılmış və Məhkum həmin gün saat 18.50-də ünvan 4 ünvanının qarşısında saxlamışlar və araşdırma aparılması üçün BMCMİ-nə gətirilmiş, sonra Məhkum üzərinə şəxsi axtarış keçirilməsi üçün toplanmış material aidiyyəti üzrə Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinə verilmişdir. O, Məhkum əvvəllər tanımamış və onun cibinə heç bir narkotik vasitə və digər əşyalar qoymamışdır, eləcə də onunla olan digər polis əməkdaşları Məhkum cibinə heç bir narkotik vasitə qoymamışlar, Məhkum ona qarşı düzgün ifadə vermir, yəqin belə ifadə verməkdə cinayət məsuliyyətindən yayınmaq istəyir. -Apellyasiya instansiyası məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X8 göstərmişdir ki, 15 oktyabr 2019-cu il tarixdə Məhkum Azərbaycan Respublikası DİN -nin BMCMİ-nin təhqiqatçısı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və onun hüquqlarının müdafiə olunması üçün o, dövlət hesabına müdafiəçi kimi dəvət edilmişdir, həmin hadisədən uzun müddət keçdiyi üçün o, hadisəni tam xatırlamır, həmin tarixdə BMCMİ-də təhqiqatçı Yusif Yusifov tərəfindən Məhkum üzərində şəxsi axtarış keçirilmişdir, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir, Məhkum etiraz etmədikdən sonra təhqiqatçı tərəfindən ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya, o cümlədən narkotik vasitə varsa könüllü təqdim etsin, Məhkum üzərində narkotik vasitənin olmadığını bildirdikdə üzərində olan bütün əşyaları masanın üzərinə qoyması təklif edilmişdir, bu zaman Məhkum cibində olan əşyaları masanın üzərinə qoymuşdur, Məhkum tərəfindən təqdim edilmiş bükümlərə baxış zamanı onların içərisindən yaşıl rəngli, xüsusi iyə malik, ot halında narkotik vasitə olan marixuanaya oxşar maddələr aşkar edilmişdir, sorğu zamanı Məhkum narkotik maddə olan marixuana istifadə etdiyini etiraf etsə də üzərindən aşkar olunan narkotik vasitələrin əldə edilmə mənbəyi ilə bağlı suallara “bilmirəm” və “mənim deyil” kimi cavablar vermişdir, sonra Məhkum üzərindən aşkar edilmiş 3 ədəd kağız bükümdə olan maddələr özünün iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və Məhkum iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir, sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, şikayət olmadığından protokolun d oğruluğu imzalarla təsdiq olunmuşdur, Məhkum ilə əlaqədar tərtib olunmuş sənədlərlə bağlı keçirilən istintaq hərəkətlərində iştirak etmiş və tərtib olunan sənədlərə imza etmişdir və həmin sənədlərdə olan onun soyadı qarşısındakı bütün imzalar ona məxsusdur, Məhkum nəyə görə onu cəmi iki dəfə görməsini bildirməsi barədə heç nə deyə bilməz, lakin onun imzası olan bütün sənədlərin tərtib olunması zamanı iştirak etmiş və imza etmişdir, onun iştirakı olmadan tərtib olunmuş sənədlərə o, heç vaxt imza etmir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, təxminən 1 ildən artıqdır ki, narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurmaqla istifadə etmişdir. Əvvəllər istifadə etdiyi narkotik vasitə marixuananı yaşadığı Hövsan qəsəbəsində üzdən tan ıdğı şəxslərdən almış, lakin sonradan isə Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən “Miraj” kafesini işlədən Yaşar adlı şəxsdən və daha çox onun yanında gördüyü Paşa adlı şəxsdən almışdır. Paşa adlı şəxsi təxminən 2019-cu ilin əvvəllərindən tanımış, həmin şəxs narkotik vasitə qurudulmuş marixuananın istifadəsi və satışı ilə məşğul olur. Ona görə də özünə marixuana lazım olduqda ondan almışdır. O, Paşa adlı şəxsdən təxminən 8-10 dəfə marixuana alıb istifadə etmiş, hər dəfə də bir büküm marixuananı 15-20 manata almışdır. Aldığı bükümü isə 2-3 dəfəyə istifadə etmişdir. O, qeyd etmişdir ki, Yaşar adlı şəxs də, Paşa adlı şəxs də narkotik vasitə marixuananı gizli şəkildə satmış və ona görə də demişlər ki, əgər marixuana lazım olarsa, Yaşarın kafesinə gəlsin, oradan onlarla görüşüb m arixuana alsın. Yaşardan narkotik vasitəni kafenin içərisində, Paşadan isə kafenin qarşısında almışdır. Belə ki, danışığa əsasən onların çox vaxt kafedə olduğunu bildiyindən narkotik vasitə lazım olduqda kafeyə gəlmiş və Paşa və Yaşardan kim rast gəlmişsə ondan da marixuana almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 Akif oğlu ifadəsində göstərmişdir ki, təxminən 2 ildən çox olar ki, narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurmaqla istifadə etmişdir. Narkotik vasitəni daha çox Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən “Miraj” kafesinin yaxınlığında və ya bəzən kafenin giriş hissəsində tanışı Paşa ilə birgə çəkmişdir. Məhkum təxminən 2 ilə yaxın olar ki, tanımış, Paşa özü də narkotik vasitə marixuananın istifadəsi ilə məşğul o lmuş, onu tanıdığından və onun narkotik vasitə marixuana istifadəçisi olduğunu bildiyindən zənn etmişdir ki, o lazım olsa haradansa marixuana tapa bilər. Lakin dəqiq haradan əldə etdiyini bilməmişdir. Sadəcə könlü narkotik vasitə istədikdə kafeyə gəlib Paşaya müraciət etmiş və onun üzərində olduğu halda siqaretə doldurulmuş vəziyyətdə istifadə etmişlər. Bu formada dəfələrlə Paşa ilə birlikdə narkotik vasitə istifadə etmişdir. Hər dəfə də narkotik vasitəni Məhkum əldə etmişdir. Lakin kimdən və hansı qaydada əldə etdiyini bilməmişdir. Sonuncu dəfə Yaşara məxsus “Miraj” kafesinə gəldikdə görmüşdür ki, kafenin girişində Paşa ayaq üstə durub siqaretə doldurulmuş vəziyyətdə nəşə çəkir. Normal münasibət olduğundan Paşadan xahiş etmişdir ki, ona da nəşə versin. Paşa da etiraz etməmiş və özünün ist ifadə etdiyi siqaretə doldurulmuş vəziyyətdə olan nəşəni ona vermiş və o da bir-iki qullam ondan istifadə etmişdir. O, Paşa ilə birgə nəşə çəkən zaman bunun müqabilində Paşaya pul vermədiyini bildirmişdir. Sadəcə ondan çəkmək üçün nəşə istəmiş və Paşa da özü istifadə etdiyi halda siqaretə doldurulmuş vəziyyətdə nəşə vermişdir, o da Paşanın yanında istifadə etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, təxminən 2-3 il olar ki, narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmiş, həmin marixuananı tanımadığı şəxslərdən almışdır. Məhkum təxminən 2018-ci ilin oktyabr ayından etibarən tanımış, birlikdə Binəqədi rayonunda yerləşən inzibati qaydada həbs olunanların saxlama məntəqəsində olarkən tanış olmuşlar, h əmin ərəfədə hər ikisi barəsində inzibati qaydada həbs verilmişdir. Orada olarkən bilmişdir ki, Məhkum da onun kimi narkotik vasitə qurudulmuş marixuana istifadəçisidir. Bir-birilərinə öz mobil telefon nömrələrini vermişlər. Sonradan isə aralarında daha yaxın münasibətlər olmuşdur. O, üç dəfə Məhkumla birlikdə narkotik vasitə marixuana qəbul etmişdir. Belə ki, bunlardan hər dəfəsində Məhkumla Yeni Günəşli qəsəbəsində sonuncunun yaşadığı evin yaxınlığında görüşmüş və hər ikisində Məhkum özü narkotik vasitə qurudulmuş marixuana təşkil etmişdir. O, Məhkum həmin narkotik vasitəni haradan əldə etdiyini bilməmişdir. Sadəcə Məhkum onu özü yaşadığı evin yaxınlığına məhz narkotik vasitə nəşə istifadə etmək üçün dəvət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şah id6 göstərmişdir ki, təxminən 20 ildən çox olar ki, narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurmaqla istifadə etmişdir. O, narkotik vasitəni yaşadığı ərazidə müxtəlif şəxslərdən almış, həmin şəxslərin adlarını və telefon nömrələrini bilməmişdir. Həmçinin qeyd etmişdir ki, təxminən yeddi il olar ki, Məhkum tanımış, Paşa ev tikintisi və təmiri ilə məşğul olmuş,təxminən 6-7 il olar ki, hazırda icarəyə verdiyi obyektdə santexnika işlərini Paşaya etdirmişdir. Sonradan bilmişdir ki, Paşa özü də narkotik vasitə marixuanadan siqaretə doldurmaqla istifadə edir. Ona görə də, elə həmin dövrdən özündə nəşə olduqda ona demiş, Paşa da olduqda isə Paşa ona demiş, nəticədə görüşərək birlikdə siqaretə doldurmaqla nəşə istifadə etmişlər. Paşanın həmin nəşəni haradan aldığını bilməmişdir. Sadəc ə bəzən ürəyi istədikdə ona müraciət etmiş və Paşa kimdənsə nəşə almış və neçəyə almışdırsa pulun yarısını o vermiş və birlikdə də istifadə etmişlər. Lakin Paşaya konkret pul verib ondan nəşə almamışdır. Sadəcə lazım olduqda hər ikisi birlikdə istifadə etməyi üçün Məhkum marixuana almış və nəticədə pulunu öz aralarında yarı bölmüşlər. Paşa ilə bəzən yaşadıqları məhəllədə, bəzən Yaşar adlı tanışlarının işlətdiyi Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən “Miraj” kafesinin yaxınlığında, bəzən isə onun özünün yaşadığı evin yaxınlığında ona məxsus əşyaların saxlanılması üçün nəzərdə tutulmuş saxlanc yerində birlikdə nəşə istifadə etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitə m arixuanadan siqaretə doldurmaqla istifadə etmişdir. O, marixuananı əvvəllər tanımadığı şəxslərdən almışdır. Məhkum təxminən 5-6 il olar ki, tanımış, hər ikisi Xətai rayonunda yaşamışlar. Həmçinin Məhkum əvvəllər onunla qonşu məhəllədə yaşamış, sonradan isə başqa yerə köçmüşdür. Məhkum özü narkotik vasitə olan marixuananın istifadəsi və satışı ilə məşğul olur. Belə ki, təxminən 2018-ci ilin sonlarında Paşa ilə birlikdə yaşadığı evin yaxınlığında yerləşən adsız balaca kafedə marixuanadan siqaretə doldurmaqla istifadə etmişlər. Həmin vaxt marixuananı Paşa tapmışdır. Bundan sonra o, Paşadan soruşmuşdur ki, əgər ona marixuana lazım olarsa ona müraciət edə bilərmi? Paşa da bildirmişdir ki, marixuana lazım olarsa müraciət edə bilər. Bu danışıqdan sonra özü Paşadan 2 dəfə özü istifadə etmək üçün m arixuana almışdır. O, həmin 2 dəfənin hər birində müvafiq olaraq birdəfəlik istifadə etmək üçün marixuana almış və hər dəfə də marixuana aldıqda Paşaya 10 manat pul vermişdir. O, Paşadan həmin marixuananı yaşadığı evin yaxınlığında onunla görüşüb almışdır. Belə ki, həmin vaxt Paşa ilə telefonla əlaqə saxlamışdır. Paşadan aldığı marixuananı isə özü tək istifadə etmişdir. Qeyd etmişdir ki, o, özü narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə özü üçün aradabir imkan düşdükdə istifadə etmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı şahidlər Şahid4, Şahid5 Akif oğlu, Şahid8, Şahid6 və Şahid7 ilə təqsirləndirilən şəxs Məhkum arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid4, Şahid5, Şahid8, Şahid6 və Şahid7 ifadələrində Məhkumla bağlı göstərdiklərini sonuncunun üzünə demişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 13 noyabr 2019-cu il tarixli, 2680 saylı rəyindən görünür ki, Məhkum çətənə bitkisi preparatlarına aid narkotik vasitə olan marixuana istifadəçisidir. Bu həmçinin də, təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində Sərxoşluq hallarının bütün növlərinn təyini məqsədi ilə aparılan 15 oktyabr 2019-cu il tarixli, 1/5831 saylı tibbi müayinə protokolu ilə də təsdiq olunur və protokoldan görünür ki, Məhkum sidiyində THC (+) (marixuana) aşkar edildi. Hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi mü alicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqda rına, habelə onların külli miqdarına görə siyahı”-nın konkret müddəalarına əsasən beynəlxalq adı «heroin» olan narkotik vasitənin 0,15 qramı və ondan artıq olan hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur, 2 qram və ondan artıq miqdarda «heroin» isə külli miqdar hesab edilir, “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9) məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkot ik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, hə m də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satı ş məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onl arın prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ saylı Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikas ının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Az ərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarix li 2 №-li Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində Azərbaycan Respublikası CMin 234.2-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Məhkəmə kоllеgiyаsı məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məh kəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstər ilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanl ar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş də lillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar