Məhkəmə qərarları › İş №1(102)-1452/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1452/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1452/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi – X8, Müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilinin iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli 1(010)238/2024 nömrəli (hakim: Muradov Pərviz Namiq oğlunun sədrliyi) hökmü ilə 19 avqust 2002-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sürücüsü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 2 (iki) il 6 (altı) ay müddə tinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, azadlıqdan məhrum etmə cəzasının əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində ibtidai istintaqda seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrasının əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunması, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X8 “ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsinin qismən təmin edilməsi, iş üzrə mər hum Zərərçəkmiş şəxs 24 fevral 2019-cu il təvəllüdlü övladı X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün “Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış Minimumu haqqında” Qanunda uşaqlara nəzərdə tutulan məbləğdə, yəni 235 manat ödəniş təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum tutularaq mərhumun həyat yoldaşı X2 xeyrinə ödənilməsi, zərərçəkmiş şəxsmərhum Zərərçəkmiş şəxs dəfn və yas mərasimlərinin keçirilməsi ilə bağlı 10.000 (on min) manat pulun təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X11 ödənilməsi müəyyən edilmiş, mülki iddia tələbi qalan hissədə təmin edilməmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya prote stinə, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə, eləcə də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hаkimlər: İbrahimov Zamin Vəliyəddin oğlu (sədrliyi və məruzəsi ilə), Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibаrət məhkəmə tərkibində) 10 dekabr 2024-cü il tarixli 1(103)-2481/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxs in hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, həmin hökmə əsasən Məhkum CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək, 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 10 dekabr 2024-cü il tarixdən hesablanması, haqqında seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin ləğv edilməsi, barəsində «həbs» qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından həbs edilm əsi, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X8 “ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsinin baxılmamış saxlanılması müəyyən edilmiş, hökmün «Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X8 “ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi qismən təmin edilsin. İş üzrə mərhum Zərərçəkmiş şəxs 24 fevral 2019-cu il təvəllüdlü övladı X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün “Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış Minimumu haqqında” Qanunda uşaqlara nəzərdə tutulan məbləğdə yəni 235 manat ödəniş təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum tutularaq mərhumun həyat yoldaşı X2 xeyrinə ödənilsin. Zərərçəkmiş şəxs-mərhum Zərərçəkmiş şəxs dəfn və yas mərasimlərinin keçirilməsi ilə bağlı 10.000 (on min) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X11 ödənilsin. Mülki iddia tələbi qalan hissədə təmin edilməsin» hissəsi hökmdən xaric edilmiş, mərhum Zərərçəkmiş şəxs hüquqi varisi X11 mülki və prosessual qanunvericiliyə uyğun olaraq Məhkum qarşı mülki iddia qaldırmaq hüququ, eyni zamanda mərhumun həyat yoldaşı X4 “ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi tələbinə dair” mülki iddia qaldırmaq hüquqlarının olması izah edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilərək məhkum olunmuşdur ona görə ki, o, nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 31 dekabr 2023-cü il tarixdə saat 00:10-da B1, B, C1, C kateqoriyalı, BD 035277 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMW” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti ilə üzü Ramana qəsəbəsi istiqamətində yolun sağ zolağı ilə saatda 100-120 kilometr sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında yerinə yetirməklə, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, bunu etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, həmin imkandan istifadə etməyib qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan “Azsamand” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan “Azsamand” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, kəllə əsasının sınığı, başın alın nahiyə sinin geniş əzilmiş yarası, sol gözalmasının travmatik göz yuvasından bayıra çıxması və göz almasına qansızma, burun sümüyünün qapalı sınığı, onurğa beyinin boyun şöbəsinin əzilməsi və İ-İİ boyun fəqərələrinin qapalı-qəlpəli sınıqları, sol bazu oynağı nahiyəsinin qançırı ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməsi səbəbindən 31 dekabr 2023-cü il tarixdə saat 01 radələrində hadisə yerində ölümünə səbəb olmaqla, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Apellyasiya instansiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının Məhkum barəsində olan qərar əsassız olduğu üçün ləğv edilməli və iş üzrə daha ədalətli qərar qəbul edilməlidir. Belə ki, məhkəmə istintaqında Məhkum CM-in 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki. törətdiyi əməldən peşmandır, hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə ailə üzvləri vasitəsilə barışıq əldə etməyə bir neçə dəfə cəhd etmiş, lakin qarşı tərəf barışığın olmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs X9 dəfn və bir neçə yas mərasiminin keçirilməsi ilə əlaqədar xərclərin çəkilməsi ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən heç bir sübut məhkəməyə təqdim olunmasa da, məhkəmə tərəfindən 10.000 manat pulun təqsirləndirilən şəxsdən tutulması qəbul edilmişdir. Lakin onun ödənilməsi qaydası və imkanı zərərçəkmiş şəxsin e tirazı səbəbindən mümkün olmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024cü il tarixli qərarının cəza təyini hissəsində dəyişdirməsinə, Məhkum 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə və onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə və ya işin yenidən ədalətli araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi çıxış edərək, məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək istədiyini, lakin buna nail ola bilmədiyini, ilk məhkumluğu olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Ka ssasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi çıxış edərək, verilmiş kassasıya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə b axaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını ara şdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş yol hərəkəti qaydalarının pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tə dqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda göstərilənləri qeyd etməyi məqsə dəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin x arakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlid ir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (subay olması, əvvəllər məhkum olunmaması, əməlindən səmimi peşman olması, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa bir neçə dəfə cəhd göstərməsi, iş üzrə mərhum zərərçəkmiş şəxsin bir azyaşlı övladının yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılmasına h azır olmasını bildirməsi, məhkəmə iclasında 15.000 manat pul məbləğinin zərərçəkmiş şəxsin hüquqi varisinə təqdim etmək istəməsi, yəni cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsinə cəhd göstərilməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəmənin gəlmiş olduğu o qənaətlə razılaşır ki, birinci instansiya məhkəməsi Məhkum zərərçəkmiş şəxsin hüquqi va risi ilə barışıq əldə etməməsini, sonuncunun ondan şikayətçi olmaqla daha ağır cəza təyin etmə tələbini nəzərə almayaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və beləliklə də, əsassız nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif form alarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunanlara əsasən də apellyasiya instansiyası məhkəməsi iş üzrə cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər halla rla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın məsuliyyəti yüngülləş dirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə al araq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar