Məhkəmə qərarları › İş №1(102)-1453/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1453/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1453/2024 24.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.Müdafiəçi8, hakimlər A.Ə.Məcidov və Z.Q.Ağayevdən ibarət məhkəmə tərkibi) Məhkum1 (xx xxxx 1976-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, ünvan3-də qeydiyyatda olmaqla, faktiki ünvan4ndə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.4, 228.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6-cı maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaç əkmə müddətinin 9 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum2 (xx xxxxxx 1991-ci ildə ünvan5ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan6ndə qeydiyyatda olmaqla ünvan7də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etm ə cəzasına, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 9 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 182.2.1, 182.2.2 və 182.2.4cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim C.V.Hüseyn, hakimlər H.Ç.Məmmədov və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya prot esti, məhkumlar Təqsirləndirilən şəxs3, Məhkum2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək ona aid hissədə hökm dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi tövsif olunmuş əməli həmin maddədən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən bu cəza hökmlə Məhkum1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin digər maddələri ilə təyin olunmuş cəzalarla qismən toplanılmış və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin e dilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər Ə.C.Seyidov və T.L.Kazımovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş (o cümlədən, Məhkum1 əməlinin hüquqi tövsifinin ittihamda göstərilən Cinayət Məcəlləsinin müvafiq maddələrindən 228.1 və 234.1-ci maddələrinə tövsif edilməsinin mübahisələndirildiyi) kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixl i qərarından məhkumlar Məhkum2 və Məhkum1 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyadan istifadə etməklə, tamah məqsədi ilə adam oğurluğu, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərə rçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silahın komplekt hissələrini, partlayıcı qurğuları əldə etmə, saxlama, gəzdirmə və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətlərini törətmişdir. Belə ki, Məhkum1 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Məhkum2, Təqsirləndirilən şəxs3 və X5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2021-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “XXX5” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan8ndə yerləşən 9 saylı blokun qarşısına gəlmiş, birlikdə binanın 8-ci mərtəbəsinə qalxaraq orada Zərərçəkmiş şəxs1 məxsus 34 nömrəli mənzilin giriş qapısının qıfılını X10 əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə qırmaqla, yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin qonaq otağında divara quraşdırılmış 500 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, 30 manat dəyərində 1 ədəd “Geepas” markalı, “GCE-1643” modelli, 300 W-luq ağ rəngli şirəçəkən aparatı, 50 manat dəyərində 1 ədəd “blender”i, 45 manat dəyərində 1 ədəd “Startrek” markalı “krosno” aparatını, 20 manat dəyərində 1 ədəd üzərində qırmızı-qara zolaqları olan çarpayı örtüyünü, yataq otağındakı paltar dolabından isə 100 manat dəyərində 1 ədəd qadın gödəkcəsini, həmin gödəkcənin cibindən 500 manat dəyərində üzərində 6 ədəd brilyant qaşları olan 1 ədəd qızıl üzüyü, 1.000 manat dəyərində üzərində 12 ədəd b rilyant qaşları olan 1 ədəd qızıl üzüyü, 150 manat dəyərində 1 ədəd qızıl qolbağı, 500 manat dəyərində zoğalı formalı üzükdən və sırğadan ibarət 1 ədəd qızıl dəstini, 300 manat dəyərində 1 ədəd qızıl nişan üzüyünü və 4.200 manat məbləğində nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 7.395 (yeddi min üç yüz doxsan beş) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş, daha sonra öz cinayət əməllərini davam etdirərək oğurladıqları əşyaları birlikdə aşağı düşürdüb binanın qarşısında park etdiyi yuxarıda göstərilən avtomobilinin yük yerinə yığmış, Məhkum2, Təqsirləndirilən şəxs3 və X10 cinayət planına əsasən quldurluq etmək niyyəti ilə yenidən oğurluq etdikləri mənzilə qayıtmış, özü isə zərərçəkmiş Zərərçəkmiş şəxs1 gəlməsini müşahidə edib onlara xəbər verməsindən ötrü avtomobildə gözləmiş, həmin gün saat 15:30 radələrində o, zərərçəkmiş Zərərçəkmiş şəxs1 gəldiyini gördükdə qrupun digər üzvlərini mobil telefon vasitəsi ilə məlumatlandırmış və Zərərçəkmiş şəxs1 mənzilə daxil olduğu zaman qrup üzvləri əvvəlcədən aralarında olan razılığa əsasən Zərərçəkmiş şəxs1 hücum edib silah qismində dəmir parçasından istifadə etməklə, sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək, başının arxa nahiyəsindən vurub huşsuz vəziyyətə gətirib, evin yataq otağına aparıb çarpayının üzərinə yıxmaqla zərərsizləşdirmiş, qızıl-zinət əşyaların və nağd pulların saxladığı yerləri bildirməsini tələb edib yumruqla və dəmir parçası ilə baş, bədən nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs1 burun əng almacıq və alt çənə sümüklərinin yeri nidəyişmiş qapalı sınıqları, eləcə də sağ qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, həmçinin alt çənənin və hər iki süd vəziləri də daxil olmaqla qarının ön divarının yuxarı hissəsini əhatə edən sahənin qançırları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq etməklə qurdurluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama cinayətlərini törətmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Məhkum2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, hazırladıqları cinayət planına əsasən, cinayət təcavüzünün obyekti kimi Bakı şəhəri, Babək prospektində yerləşən "XX25" otelinin icarədarı, sahibkar Zərərçəkmiş şəxs2 seçərək, sonuncuya qarşı tamah məqsədi ilə adam oğurluğu cinayətini törətmək qərarına gəlmiş, öz cinayət niyyətlərini həyata keçirmək məqsədi ilə o, Məhkum2 ünvan9ndə yerləşən fərdi yaşayış evinin sahibi X2 arvadı kimi təqdim edərək, sonuncuya məxsus evdə Zərərçəkmiş şəxs2 tamah məqsədi ilə oğurladıqdan sonra girov saxlaması üçün həmin evi icarəyə götürmüş, bundan sonra 2021-ci ilin yanvar ayının sonlarından etibarən qabaqcad an aralarında razılaşdırılmış cinayət planına əsasən X5 barəsində daha geniş məlumat əldə etmək üçün Məhkum2 “Kəpəz* masaj salonuna işçi adı ilə getmiş və sonuncu qarşısında qoyulan məqsədin öhtəsindən gəldikdə, yəni Zərərçəkmiş şəxs2 barəsində yetərincə məlumat topladıqdan sonra Təqsirləndirilən şəxs4 etibarnamə əsasında idarə etdiyi “XXX10” markalı, **-xxx xxx-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərərək bir neçə dəfə Zərərçəkmiş şəxs2 yaşadığı evdən işinə və işdən evinə aparmış, bundan sonra onlar Zərərçəkmiş şəxs2 qarşı adam oğurluğu cinayətini xx.xx.2021-ci il tarixdə həyata keçirəcəkləri qərarına gəlmiş və həmin tarixdə saat 5 radələrində Təqsirləndirilən şəxs4, Zərərçəkmiş şəxs2 işlədiyi "XXX20" masaj salonundan götürüb idarə etdiyi “XXX10” markalı, **-xxx xx x-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gətirən zaman qrupun digər iştirakçılarını mobil telefon vasitəsi ilə məlumatlandırmış və o idarə etdiyi “XXX5” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək Zərərçəkmiş şəxs2 orada gözləmiş, Təqsirləndirilən şəxs4, Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında avtomobildən düşürdüb oradan uzaqlaşdıqdan sonra, özü avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs1 isə razılaşdırılmış cinayət planına əsasən avtomobildən düşərək Zərərçəkmiş şəxs2 yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdi m edərək, onu DİN-nin X8 Mübarizə İdarəsinə dəvət etmiş, sonuncunun bundan imtina etməsi səbəbindən əvvəlcədən hazırlanmış plan əsasında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq etməklə, başına və bədəninin müxtəlif nahiyələrinə əlləri ilə bir neçə dəfə zərbə endirərək, ona sağ alt göz qapağı və gözaltı nahiyənin, sol saidin arxa səthinin, sağ əlin ovuc səthinin, sağ və sol bazu nahiyələrinin qançırları ilə müşayiət olunan həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə, Zərərçəkmiş şəxs2 iradəsinə zidd şəkildə idarə etdiyi "XXX5” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilə zorla otuzdurub, başına qara rəngli polietilen torba keçirərək, Təqsirləndirilən şəxs3 əvvəlcədən özü ilə götürdüyü zavod üsulu ilə istehsal edilmiş yaylı-porşenli iş prinsipinə malik olan, plastmas kürəciklə atan yaylı mexanizmli odlu silah, qaz silahı və pnevmatik silah hesab edilməyən istifadəyə yararlı olan oyuncaq tapançanı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 başına dirəyib əvvəlcədən özləri ilə götürdükləri qandalla əllərini bağlayıb, Zərərçəkmiş şəxs2 əlindən içərisində 600 manat dəyərində 1 ədəd “Samsung Galaxy S-10” markalı “SM-G973F/DS” modelli mobil telefon, həmin telefonun üzərində 50 manat dəyərində ***-***-**-** saylı CSM mobil nömrəni, ümumi dəyəri 15 manat təşkil edən "Doktorskaya Lyübitelskay” kolbasalarından və çörəkdən ibarət ərzaq malları olan 10 manat dəyərində əl çantasını zorla alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 675 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şə xs halında, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, tamah məqsədi ilə adam oğurluğu cinayətini törətmiş və bundan sonra öz cinayət əməllərini davam etdirərək, Zərərçəkmiş şəxs2 ünvan9ndə yerləşən cinayətkar niyyətinin həyata keçirilməsi üçün kirayəyə götürdükləri fərdi yaşayış evinə aparmış, həmin ünvanda o, Zərərçəkmiş şəxs2 mobil nömrəsi ilə sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs3 zəng vuraraq özünü Azərbaycan Respublikası DİN-in X8 Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs2 azad olunması müqabilində 30.000 (otuz min) manat məbləğində nağd pul tələb etmiş, əks halda Zərərçəkmiş şəxs2 qarşı əxlaqsız yuva saxlama ittihamı irəli sürüləcəyini bildirmiş, Zərərçəkmiş şəxs3 rədd cavabı aldıqdan sonra Zərərçəkmiş şəxs2 əl çantasından sonuncunun yaşadığ ı evin giriş qapsının açarını gizli şəkildə götürmüş, Təqsirləndirilən şəxs2la Məhkum2, Zərərçəkmiş şəxs2 üzərində nəzarətçi kimi qalmış, özü isə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gəlib, evin giriş qapısını gizli şəkildə götürdükləri açarla açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 750 manat dəyərində 1 ədəd kişi qızıl qol saatını, 1.800 manat dəyərində 750 əyarlı, 28 qram çəkidə 1 ədəd kişi qızıl boyunbağını, ümumilikdə 220 manat dəyərində üzərində "5 qəpik” formasında qızıl kulonu olan 1 ədəd qızıl boyunbağını, 170 manat dəyərində 4 qram çəkidə uşaq üçün nəzərdə tu tulmuş üzərində xameleon qaşları olan 1 cüt qızıl sırğanı, 570 manat dəyərində sırğa və üzükdən ibarət 1 ədəd qızıl dəstini, 700 manat dəyərində üzərində brilyant qaşı olan 1 ədəd qızıl üzüyü, 35 manat dəyərində 1 ədəd kişi şalvarını, 56 manat dəyərində şalvar və gödəkcədən ibarət 1 ədəd kişi geyim dəstini, 30 manat dəyərində 1 ədəd “Derimix” markalı L ölçülü qolsuz dəri gödəkcəni (jilet), 3.500 manat dəyərində 1 ədəd qolsuz kürkü (xəz), hər birinin dəyəri 130 manat olmaqla, ümumilikdə 520 manat dəyərində üzərində müxtəlif rəngli "Svarovski” qaşları olan 4 cüt sırğanı, hər birinin dəyəri 90 manat olmaqla, ümumilikdə 270 manat dəyərində üzərində müxtəlif rəngli "Svarovski" qaşları olan 3 ədəd qolbağı, 60 manat dəfərində üzük, sırğa, boyunbağı və kulondan ibarət 1 ədəd gümüş dəstini, hər b irinin dəyəri 35 manat olmaqla, ümumilikdə 105 manat dəyərində 3 ədəd gümüş boyunbağılarını, 180 manat dəyərində boyunbağı və qolbaqdan ibarət 1 ədəd gümüş dəstini, hər birinin dəyəri 50 manat olmaqla, ümumilikdə 200 manat dəyərində 4 ədəd kişi qol saatını, hər birinin dəyəri 20 manat olmaqla, ümumilikdə 40 manat dəyərində 2 ədəd dini təspehləri, 70 manat dəyərində 1 ədəd "Bollara" markalı qadın ətrini, 50 manat dəyərində 1 ədəd qara-yaşıl rəngli qəlyan aparatını, 130 manat dəyərində 1 ədəd elektron təzyiq ölçən aparatı, 80 manat dəyərində 1 ədəd keramik boşqabı, 40 manat dəyərində 1 ədəd “Nokia 6700” markalı mobil telefonu, 4 manat dəyərində 1,93 qram kütləli mis əsaslı ərintidən hazırlanmış 1 ədəd üzüyü, 5 manat dəyərində 2,42 qram kütləli 925 əyarlı gümüşdən hazırlanmış 1 ədəd sırğa tay ını, maddi dəyəri olmayan 2,85 qram kütləli mis əsaslı ərintidən hazırlanmış 1 ədəd sırğa tayını, 5 manat dəyərində 2,13 qram kütləli mis və sink əsaslı ərintidən hazırlanmış 1 ədəd kulonu, 25 manat dəyərində 5,17 qram kütləli 925 əyarlı gümüşdən hazırlanmış 1 ədəd rəngli kulonu, 3 manat dəyərində 1,73 qram kütləli mis və sink əsaslı ərintidən hazırlanmış 1 ədəd kulonu, 14 manat dəyərində 3,38 qram kütləli boyunbağı hissəsi 925 əyarlı gümüşdən, kulonu isə mis əsaslı ərintidən hazırlanmış 1 ədəd kulonlu boyunbağını, 18 manat dəyərində 3,58 qram kütləli 925 əyarlı gümüşdən hazırlanmış 1 ədəd boyunbağını, 45 manat dəyərində 1,00 qram məmulat hissəsi 583/585 əyarlı qızıldan hazırlanmış qırıntı kimi kütləni, maddi dəyəri olmayan 15,71 qram məmulat hissəsi mis və sink əsaslı ərintidən hazırlanmı ş kütləni, maddi dəyəri olmayan 9,64 qram məmulat hissəsi mis və sink əsaslı ərintidən hazırlanmış kütləni, maddi dəyəri olmayan 2,32 qram şəffaf məmulat hissəsi qeyri metaldan ibarət kütləni, 8 manat dəyərində 34,21 qram kütləli dəmir əsaslı ərintidən hazırlanmış 1 ədəd qol saatını, 10 manat dəyərində 17,58 qram kütləli dəmir əsaslı ərintidən hazırlanmış 1 ədəd qol saatını, 15 manat dəyərində 29,18 qramkütləli dəmir ərintidən hazırlanmış 1 ədəd qol saatını, 5 manat dəyərində 22,21 qram kütləli siferblatının dairəvi formalı əsas hissəsi 925 əyarlı gümüşdən, digər hissələri isə titan əsaslı ərintidən hazırlanmış 1 ədəd qol saatını, 15 manat dəyərində “Cepium” markalı, “Boss-T2” model, 10000 mAh, boz rəngli 1 ədəd enerji-ehtiyat aparatını (Powerbank), 15 manat dəyərində Türkiyə istehsalı üzə rində “Maserati” yazısı olan, XL ölçülü, tünd göy rəngli şalvar və gödəkcədən ibarət 1 ədəd idman dəstini, 15 manat dəyərində üzərində “Sweat” yazısı olan, L ölçülü, tünd göy rəngli şalvar və gödəkcədən ibarət 1 ədəd idman dəstini, 30 manat dəyərində üzərində “Reebook” yazısı olan, L ölçülü, tünd göy rəngli şalvar və gödəkcədən ibarət 1 ədəd idman dəstini, 3 manat dəyərində üzərində rəngli muncuqları olan, 1 ədəd kiçik ölçülü çantanı, hər birinin dəyəri 1 manat olmaqla, ümumilikdə 5 manat dəyərində 5 ədəd müxtəlif formalı müxtəlif rəngli muncuqlu qolbaqları, 0,10 manat dəyərində 1 ədəd qırmızı rəngli kiçik ölçülü saç yığmaq üçün broşu, 5 manat dəyərində üzərində “Fila” yazısı olan, mavi rəngli, iki tutacaqlı, parça materialından olan 1 ədəd çantanı, 10 manat dəyərində “Heimishe” yazısı ola n, qırmızı rəngli iki tutacaqlı parça materialından olan 1 ədəd çantanı, 10 manat dəyərində üzərində “Fila” yazısı olan, qara rəngli, iki tutacaqlı, parça materialından olan 1 ədəd çantanı və 1.250 manat məbləğində nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 11.091,10 (on bir min doxsan bir manat on qəpik) məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyadan istifadə etməklə, tamah məqsədi ilə adam oğurluğu və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zo r göstərmə hədəsi ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişdir. Bundan başqa o, 2020-ci ilin sentyabr ayında X68ndə istintaqa məlum olmayan mənbədən ümumi çəkisi 302,711 qram olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq evində saxlamış və xx.xx.2021-ci il tarixdə saat 19:15-də yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Həmidov küçəsində yerləşən 16 nömrəli evinə və həmin evin həyətyanı sahəsinə axtarış keçirilərkən, oradan 1 ədəd sarı rəngli polietilen torbada təmiz çəkisi 255.0 qram, həmin sarı rəngli polietilen torbada 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 47,711 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə, (kannabis) bitkisindən kustar üsull a hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Azərbaycan Respublikası MN-in Mingəçevir stansiyasında yerləşən N saylı hərbi hissədə müddətdən artıq xidmət edən Şahid4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2020-ci ilin noyabr ayında ünvan 1 ünvanında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Şahid4 tərəfindən gətirilmiş yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatlarını, “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsini, 1 ədəd qəlpəli əl qumabarasını və müxtəlif növ əl qumbaralarının alışdırıcılarını qanunsuz olaraq əldə edib həmin ünvanda saxlamış və xx.xx.2021-ci il ta rixdə saat 19:15-də yaşadığı ünvan25inə və həmin evin həyətyanı sahəsinə axtarış keçirilərkən, oradan “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş istifadəyə yararlı 1 ədəd predmet sandıqça (daraq), “AK-74”, “AKS- 74”, “AKS-74U” modelli avtomatlarda, “RPK-74”, əl pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, döyüş sürsatı hesab edilən, istifadəyə (atəşə) yararlı 52 ədəd patronlar, zavod üsulu ilə istehsal edilmiş, “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən, döyüş sürsatı hesab edilən, istifadəyə (atəşə) yararlı 9x18 mm kalibrli 6 ədəd patronlar, “Zəfər K”, “Mətin”, “LUGER PO” (“PARABELLUM”), “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browninq”, “Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mkl”, “Sterling L2A3”, “Berqman MP34-1”, “Erma”, “Schmeisser CR 18-1”, “MP-38”, “MP40”, “UZİ” markalı tapança-pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı 9x19 mm kalibrli 2 ədəd patronlar, zavod üsulu ilə istehsal edilmiş, 5x45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” kostruksiyalı “AK-74”, “AKS-7”, “AKS-74U” və s. Konstruksiyalı avtomotik silahlarda, “RPK-74” və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək ü çün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsi, istifadəyə (atəşə) yararsız, üzərində öz kalibrinə və təyinatına uyğun olaraq silahlara doldurub-boşaldılma prosesində və atəş prosesi zamanında vurucunun təsirindən yaranmağa xarakterik olan batıq izi olan 1 ədəd giliz və Təqsirləndirilən şəxs4 idarə etdiyi “XXX10 X45” markalı, **-xx xxx-*** dövlət qeydiyyat nişanlı avtomobilinə xx.xx.2021-ci il tarixdə saat 15:42-də axtarış keçirilərəkən, oradan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən “F-l” tipli müdafiə təyinatlı, təyinatı üzrə istifadəyə yararlı 1 ədəd qəlpəli əl qumabarasının hissəsigövdəsi və “F-l”, “RQ-42”, “RDQ-5” tipli qəlpəli əl qumbaralarının gövdələrinin partladılması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatının hissəsi hesa b edilən istifadəyə yararlı 2 ədəd “UZRQM” tipli alışdırıcılar aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, tamah məqsədi ilə adam oğurluğu, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçək miş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişdir. Belə ki, Məhkum2 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Məhkum1 və X5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Məhkum1 idarə etdiyi “XXX5” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan8ndə yerləşən 9 saylı blokun qarşısına gəlmiş, birlikdə binanın 8-ci mərtəbəsinə qalxaraq, orada Zərərçəkmiş şəxs1 məxsus 34 nömrəli mənzilin giriş qapısının qıfılını X10 əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə qırmaqla, yaşayış sahəsinə qanunsuz daxil olaraq mənzilin qonaq otağında divara quraşdırılm ış 500 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, 30 manat dəyərində 1 ədəd “Geepas” markalı, “GCE-İ643” modelli, 300 W-luq ağ rəngli şirəçəkən aparatı, 50 manat dəyərində 1 ədəd “blender”i, 45 manat dəyərində1 ədəd ”Startrek” markalı “krosno” aparatını, 20 manat dəyərində 1 ədəd üzərində qırmızı-qara zolaqları olan çarpayı örtüyünü, yataq otağındakı paltar dolabından isə 100 manat dəyərində 1 ədəd qadın gödəkcəsini, həmin gödəkcənin cibindən 500 manat dəyərində üzərində 6 ədəd brilyant qaşları olan 1 ədəd qızıl üzüyü, 1000 manat dəyərində üzərində 12 ədəd brilyant qaşları olan 1 ədəd qızıl üzüyü, 150 manat dəyərində 1 ədəd qızıl qolbağı, 500 manat dəyərində zoğalı formalı üzükdən və sırğadan ibarət 1 ədəd qızıl dəstini, 300 manat dəyərində 1 ədəd qızıl nişan üzüyünü və 4.200 manat mə bləğində nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 7.395 (yeddi min üç yüz doxsan beş) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş, daha sonra öz cinayət əməllərini davam etdirərək, oğurladıqları əşyaları birlikdə aşağı düşürdüb Məhkum1 binanın qarşısında park etdiyi yuxarıda göstərilən avtomobilinin yük yerinə yığmış, o, Təqsirləndirilən şəxs3 və X10 cinayət planına əsasən quldurluq etmək niyyəti ilə yenidən oğurluq etdikləri mənzilə qayıtmış, Məhkum1 isə zərərçəkmiş Zərərçəkmiş şəxs1 gəlməsini müşahidə edib onlara xəbər verməsindən ötrü avtomobildə gözləmiş, həmin gün saat 15:30 radələrində Məhkum1 zərərçəkmiş Zərərçəkmiş şəxs1 gəldiyini gördükdə, onları mobil telefon vasitəsi ilə məlumatlandırmış və Zərərçəkmiş şəxs1 mənzilə da xil olduğu zaman qrup üzvləri əvvəlcədən aralarında olan razılığa əsasən Zərərçəkmiş şəxs1 hücum edib silah qismində dəmir parçasından istifadə etməklə sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək, başının arxa nahiyəsindən vurub huşsuz vəziyyətə gətirib, evin yataq otağına aparıb çarpayının üzərinə yıxmaqla zərərsizləşdirmiş, qızıl-zinət əşyaları və nağd pulları saxladığı yerləri bildirməsini tələb edib yumruqla və dəmir parçası ilə baş, bədən nahiyələrinə vuraraq, Zərərçəkmiş şəxs1 burun əng almacıq və alt çənə sümüklərinin yerinidəyişmiş qapalı sınıqları, eləcə də sağ qaşüstü nahiyənin əzilmişcırılmış yarası, həmçinin alt çənənin və hər iki süd vəziləri də daxil olmaqla qarının ön divarının yuxarı hissəsini əhatə edən sahənin qançırları ilə nəticələnən sağlamlı ğın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq etməklə qurdurluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama cinayətlərini törətmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, hazırladıqları cinayət planına əs asən, cinayət təcavüzünün obyekti kimi Bakı şəhəri, Babək prospektində yerləşən "XX25" otelinin icarədarı, sahibkar Zərərçəkmiş şəxs2 seçərək, sonuncuya qarşı tamah məqsədi ilə adam oğurluğu cinayətini törətmək qərarına gəlmiş, öz cinayət niyyətlərini həyata keçirmək məqsədi ilə Məhkum1 onu, ünvan9ndə yerləşən fərdi yaşayış evinin sahibi X2 arvadı kimi təqdim edərək, sonuncuya məxsus evdə Zərərçəkmiş şəxs2 tamah məqsədi ilə oğurladıqdan sonra girov saxlaması üçün həmin evi icarəyə götürmüş, bundan sonra 2021-ci ilin yanvar ayının sonlarından etibarən qabaqcadan aralarında razılaşdırılmış cinayət planına əsasən Zərərçəkmiş şəxs2 barəsində daha geniş məlumat əldə etmək üçün o, “Kəpəz’' masaj salonuna işçi adı ilə getmiş və qarşısında qoyulan məqsədin öhtəsindən gəldikdə, yəni Zərərçəkmiş şəx s2 barəsində yetərincə məlumat topladıqdan sonra Təqsirləndirilən şəxs4 etibarnamə əsasında idarə etdiyi “XXX10” markalı, **-xxx xxx-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərərək, bir neçə dəfə Zərərçəkmiş şəxs2 yaşadığı evdən işinə və işdən evinə aparmış, bundan sonra onlar Zərərçəkmiş şəxs2 qarşı adam oğurluğu cinayətini xx.xx.2021-ci il tarixdə həyata keçirəcəkləri qərarına gəlmiş və həmin tarixdə saat 5 radələrində Təqsirləndirilən şəxs4, Zərərçəkmiş şəxs2 işlədiyi "XXX20" masaj salonundan götürüb idarə etdiyi “XXX10” markalı, **-xxx xxx-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gətirən zaman qrupun digər iştirakçılarını mobil telefon vasitəsi ilə məlumatlandırmış və Məhkum1 idarə etdiyi “XXX5” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomob illə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək, Zərərçəkmiş şəxs2 orada gözləmiş, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında avtomobildən düşürdüb oradan uzaqlaşdıqdan sonra Məhkum1 avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs1 isə razılaşdırılmış cinayət planına əsasən avtomobildən düşərək Zərərçəkmiş şəxs2 yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək, onu DİN-nin X8 Mübarizə İdarəsinə dəvət etmiş, sonuncunun bundan imtina etməsi səbəbindən, əvvəlcədən hazırlanmış plan əsasında Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq etməklə, başına və bədəninin müxtəlif nahiyələrinə əlləri ilə bir neçə dəfə zərbə endirərək ona sağ alt göz qapağı və gözaltı nahiyənin, sol saidin arxa səthinin, sağ əlin ovuc səthinin, sağ və sol bazu nahiyələrinin qançırları ilə müşayiət olunan həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə, Zərərçəkmiş şəxs2 iradəsinə zidd şəkildə Məhkum1 idarə etdiyi "XXX5" markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilə zorla otuzdurub, başına qara rəngli polietilen torba keçirərək, Təqsirləndirilən şəxs3 əvvəlcədən özü ilə götürdüyü zavod üsulu ilə istehsal edilmiş, yaylı-porşenli iş prinsipinə malik olan, plastmas kürəciklə atan yaylı mexanizmli, odlu silah, qaz silahı və pnevmatik silah hesab edilməyən istifadəyə yararlı olan oyuncaq tapançanı silah qismində istifadə edərək Z ərərçəkmiş şəxs2 başına dirəyib əvvəlcədən özləri ilə götürdükləri qandalla əllərini bağlayıb, Zərərçəkmiş şəxs2nm əlindən içərisində 600 manat dəyərində 1 ədəd “Samsung Galaxy S-10” markalı “SM-G973F/DS” modelli mobil telefon, həmin telefonun üzərində 50 manat dəyərində ***-***-**-** saylı CSM mobil nömrəni, ümumi dəyəri 15 manat təşkil edən “Doktorskaya, Lyübitclskay" kolbasalarından və çörəkdən ibarət ərzaq malları olan 10 manat dəyərində əl çantasını zorla alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 675 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, tamah məqsədi ilə adam oğurluğu cinayətini törətmiş və bundan sonra öz cinayət əməllərini davam etdirərək, Zərərçəkmiş şəxs2 ünvan9ndə yerləş ən cinayətkar niyyətinin həyata keçirilməsi üçün kirayəyə götürdükləri fərdi yaşayış evinə aparmış, həmin ünvanda Məhkum1 Zərərçəkmiş şəxs2 mobil nömrəsi ilə sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs3 zəng vuraraq, özünü Azərbaycan Respublikası DİN-in X8 Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs2 azad olunması müqabilində 30.000 (otuz min) manat məbləğində nağd pul tələb etmiş, əks halda Zərərçəkmiş şəxs2 qarşı əxlaqsız yuva saxlama ittihamı irəli sürüləcəyini bildirmiş, Zərərçəkmiş şəxs3 rədd cavabı aldıqdan sonra Məhkum1 Zərərçəkmiş şəxs2 əl çantasından sonuncunun yaşadığı evin giriş qapsının açarını gizli şəkildə götürmüş, özü isə Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs2 üzərində nəzarətçi kimi qalmış, Məhkum1, Təqsirləndirilən şəxs3la və Təqsirləndirilən şəxs1 la birlikdə xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gəlib, evin giriş qapısını gizli şəkildə götürdükləri açarla açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 750 manat dəyərində 1 ədəd kişi qızıl qol saatını, 1.800 manat dəyərində 750 əyarlı, 28 qram çəkidə 1 ədəd kişi qızıl boyunbağını, ümumilikdə 220 manat dəyərində üzərində "5 qəpik” formasında qızıl kulonu olan 1 ədəd qızıl boyunbağını, 170 manat dəyərində 4 qram çəkidə uşaq üçün nəzərdə tutulmuş üzərində xameleon qaşları olan 1 cüt qızıl sırğanı, 570 manat dəyərində sırğa və üzükdən ibarət 1 ədəd qızıl dəstini, 700 manat dəyərində üzərində brilyant qaşı olan 1 ədəd qızıl üzüyü, 3 5 manat dəyərində 1 ədəd kişi şalvarını, 56 manat dəyərində şalvar və gödəkcədən ibarət 1 ədəd kişi geyim dəstini, 30 manat dəyərində 1 ədəd “Derimix” markalı L ölçülü qolsuz dəri gödəkcəni (jilet), 3.500 manat dəyərində 1 ədəd qolsuz kürkü (xəz), hər birinin dəyəri 130 manat olmaqla, ümumilikdə 520 manat dəyərində üzərində müxtəlif rəngli "Svarovski” qaşları olan 4 cüt sırğanı, hər birinin dəyəri 90 manat olmaqla, ümumilikdə 270 manat dəyərində üzərində müxtəlif rəngli "Svarovski" qaşları olan 3 ədəd qolbağı, 60 manat dəfərində üzük, sırğa, boyunbağı və kulondan ibarət 1 ədəd gümüş dəstini, hər birinin dəyəri 35 manat olmaqla, ümumilikdə 105 manat dəyərində 3 ədəd gümüş boyunbağılarını, 180 manat dəyərində boyunbağı və qolbaqdan ibarət 1 ədəd gümüş dəstini, hər birinin dəyəri 50 manat olm aqla, ümumilikdə 200 manat dəyərində 4 ədəd kişi qol saatını, hər birinin dəyəri 20 manat olmaqla, ümumilikdə 40 manat dəyərində 2 ədəd dini təspehləri, 70 manat dəyərində 1 ədəd "Bollara" markalı qadın ətrini, 50 manat dəyərində 1 ədəd qara-yaşıl rəngli qəlyan aparatını, 130 manat dəyərində 1 ədəd elektron təzyiq ölçən aparatı, 80 manat dəyərində 1 ədəd keramik boşqabı, 40 manat dəyərində 1 ədəd “Nokia 6700” markalı mobil telefonu, 4 manat dəyərində 1,93 qram kütləli mis əsaslı ərintidən hazırlanmış 1 ədəd üzüyü, 5 manat dəyərində 2,42 qram kütləli 925 əyarlı gümüşdən hazırlanmış 1 ədəd sırğa tayını, maddi dəyəri olmayan 2,85 qram kütləli mis əsaslı ərintidən hazırlanmış 1 ədəd sırğa tayını, 5 manat dəyərində 2,13 qram kütləli mis və sink əsaslı ərintidən hazırlanmış 1 ədəd kulonu, 25 man at dəyərində 5,17 qram kütləli 925 əyarlı gümüşdən hazırlanmış 1 ədəd rəngli kulonu, 3 manat dəyərində 1,73 qram kütləli mis və sink əsaslı ərintidən hazırlanmış 1 ədəd kulonu, 14 manat dəyərində 3,38 qram kütləli boyunbağı hissəsi 925 əyarlı gümüşdən, kulonu isə mis əsaslı ərintidən hazırlanmış 1 ədəd kulonlu boyunbağını, 18 manat dəyərində 3,58 qram kütləli 925 əyarlı gümüşdən hazırlanmış 1 ədəd boyunbağını, 45 manat dəyərində 1,00 qram məmulat hissəsi 583/585 əyarlı qızıldan hazırlanmış qırıntı kimi kütləni, maddi dəyəri olmayan 15,71 qram məmulat hissəsi mis və sink əsaslı ərintidən hazırlanmış kütləni, maddi dəyəri olmayan 9,64 qram məmulat hissəsi mis və sink əsaslı ərintidən hazırlanmış kütləni, maddi dəyəri olmayan 2,32 qram şəffaf məmulat hissəsi qeyri metaldan ibarət kütləni, 8 manat dəyərində 34,21 qram kütləli dəmir əsaslı ərintidən hazırlanmış 1 ədəd qol saatını, 10 manat dəyərində 17,58 qram kütləli dəmir əsaslı ərintidən hazırlanmış 1 ədəd qol saatını, 15 manat dəyərində 29,18 qramkütləli dəmir ərintidən hazırlanmış 1 ədəd qol saatını, 5 manat dəyərində 22,21 qram kütləli siferblatının dairəvi formalı əsas hissəsi 925 əyarlı gümüşdən, digər hissələri isə titan əsaslı ərintidən hazırlanmış 1 ədəd qol saatını, 15 manat dəyərində “Cepium” markalı, “Boss-T2” model, 10000 mAh, boz rəngli 1 ədəd enerji-ehtiyat aparatını (Powerbank), 15 manat dəyərində Türkiyə istehsalı üzərində “Maserati” yazısı olan, XL ölçülü, tünd göy rəngli şalvar və gödəkcədən ibarət 1 ədəd idman dəstini, 15 manat dəyərində üzərində “Sweat” yazısı olan, L ölçülü, tünd göy rəngli şalvar və gö dəkcədən ibarət 1 ədəd idman dəstini, 30 manat dəyərində üzərində “Reebook” yazısı olan, L ölçülü, tünd göy rəngli şalvar və gödəkcədən ibarət 1 ədəd idman dəstini, 3 manat dəyərində üzərində rəngli muncuqları olan, 1 ədəd kiçik ölçülü çantanı, hər birinin dəyəri 1 manat olmaqla, ümumilikdə 5 manat dəyərində 5 ədəd müxtəlif formalı müxtəlif rəngli muncuqlu qolbaqları, 0,10 manat dəyərində 1 ədəd qırmızı rəngli kiçik ölçülü saç yığmaq üçün broşu, 5 manat dəyərində üzərində “Fila” yazısı olan, mavi rəngli, iki tutacaqlı, parça materialından olan 1 ədəd çantanı, 10 manat dəyərində “Heimishe” yazısı olan, qırmızı rəngli iki tutacaqlı parça materialından olan 1 ədəd çantanı, 10 manat dəyərində üzərində “Fila” yazısı olan, qara rəngli, iki tutacaqlı, parça materialından olan 1 ədəd çantanı və 1. 250 manat məbləğində nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 11.091,10 (on bir min doxsan bir manat on qəpik) məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyadan istifadə etməklə, tamah məqsədi ilə adam oğurluğu və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişdir. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum1 qeyd edilən narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması üzrə hərəkətləri satış məqsədi olmadan törətmiş və bu səbəbdən Məhkum1 həmin əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə dəyişmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən ilk dəfə məhkum olunması, gəncliyi, əməllərindən səmimi peşman olması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmış, bununla da Cinayət Məcəlləsinin cəzanın təyini məsələlərini tənzimləyən maddələrinin tələblə ri pozulmuşdur. Məhkum2 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 mart 2023-cü il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini edir. Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, nəticədə o, Cinayət Məcəlləsinin 181 və 182-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmədiyi, eləcə də Cinayət Məcəlləsinin 228 və 234-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə aidiyyəti olmadığı halda, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətlərə görə təqsirli bilinib ağır cəzaya məhkum olunmuşdur. Məhkum1 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 2 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apelyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbi qinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum2 kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasi ya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının yüngülləşdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Məhkum1 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə təqsirliliyi müəyyən edilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181, 182, 228, 234-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə də təqsirli bilindiyini və ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yeni məhkəmə b axışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına gö rə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamı n həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının, təqsirliliyinin) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum1 kassasiya şikayətində göstərdiklərinin əksinə olaraq, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi və həmin əməllərə görə Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.4, 228.1 və 234.1-ci maddələri ilə təqsirliliyi məhkəmələr tə rəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində də Məhkum1 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətə, eləcə də yuxarıda qeyd olunan digər cinayətlərə görə əsassız olaraq təqsirli bilindiyini və əməlində Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulmuş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətinin tərkibinin olduğunu iddia etmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum1 apellyasiya şikayəti ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutların tədqiqi, işin faktiki hallarının müəyyən edilməsi və müəyyən olunmuş faktiki hallara cinayət-hüquqi normaların tətbiqi məsələlərində (narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi və saxlanması üzrə hərəkətlərin əsassız olaraq satış məqsədi ilə törədilən əməl kimi CM-in 234.2-ci maddəsi ilə tövsif olunması istisna olmaqla) hər hansı başqa pozuntu aşkar etməmiş, birinci instansiyada tədqiq olunmuş sübutlardan, onlar əsasında müəyyən edilmiş faktlardan, Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.4, 228.1 və 234.1-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 əməllərində Cin ayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin və təqsirli bilinməsi üçün əsasların olması, baxılan işdə cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir (apellyasiya instansiyası məhkəməsi müstəsna olaraq Məhkum1 CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib, təqsirkarın əməlini həmin maddədən CM-in 234.1-ci maddəsinə tövsif etmişdir). Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, kassasiya şikayətində isə apelyasiya instansiyası məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırm anın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, məhkəmə heyəti nə sübutları yenidən təsvir edib onları və Müdafiəçi2 kassasiya şikayətinin təqsirlilik məsələsinə həsr olunmuş dəlillərini daha ətraflı şərh etmək, nə də ki, bu məsələ üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası Məhkum1 ona təyin olunmuş cəzanın qanunsuz və ağır olmasına dair iddiası, eləcə də müstəsna olaraq cəzanın mübahisələndirilməsinə həsr olunmuş digər məhkum – Məhkum2 kassasiya şikayəti ilə də razılaşmaq üçün əsas tapmır. Belə ki, Məhkum1 ona qanunsuz və ağır cəzanın təyin edilməsinə dair iddiasının əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü əməlin CM -in 234.2-ci maddəsi ilə tövsif edilməsi hissəsində dəyişdirib, həmin maddə ilə ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə yanaşı, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini də azaltmış və bu zaman iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, o cümlədən Zərərçəkmiş şəxs3 Məhkum1lə barışmasını və himayəsində 2 azyaşlı uşağının olmasını da nəzərə aldığını qərarında xüsusilə qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum1 cəzasını müəyyən edərkən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması ilə yanaşı Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit edilmiş cinayətin xarakteri, ictimai təhülükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailə sinin həyat şəraitinə təsiri kimi məsələlər üzrə müəyyən olunmuş halları da nəzərə almışdır. Bu qaydada təyin olunan cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin tələblərini pozan, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədləri ilə uzlaşmayan tədbir kimi qiymətləndirilə bilməz. Eynilə, apellyasiya instansiyası məhkəməsi Məhkum2 cəzasını törədilmiş cinayətlərin ağırlığına, təqsirkarın şəxsiyyətinə uyğunluğu aspektindən yoxlayarkən də hər hansı pozuntuya yol verməmiş, Zərərçəkmiş şəxs3 Məhkum2 ilə barışmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alan, cəzanı ağırlaşdıran halların isə olmaması haqında nəticəyə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, Məhkum2 birinci instansiya məhkəməsi nin hökmü ilə təqsirli bilindiyi əməllərə görə Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6-cı maddələri ilə təyin olunmuş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasını, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təyin olunmuş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasını, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasını, eləcə də Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasını dəyişdirilmədən saxlamaqla cəzanı y üngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Qeyd olunanlar baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində təsbit olunmuş, o cümlədən kassasiya şikayətləri ilə ehtiva olunan həmin Məcəllənin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntuların müəyyən olunmadığını, yəni kassasiya şikayətlərinin təmin edilməsi, mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi, o cümlədən məhkumlar Məhkum1 və Məhkum2 təyin olunmuş cəzaların yüngülləşdirilməsi üçün əsasların olmadığını göstə rir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair Məhkum1 və kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkumlar Məhkum1, Təqsirləndirilən şəxs3, Məhkum2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 barəsində olan 2 mart 2023-cü il tarixli qərarı məhkumlar Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikay ətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1, Təqsirləndirilən şəxs3, Məhkum2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 barəsində olan 2 mart 2023-cü il tarixli qərarı məhkumlar Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar