Məhkəmə qərarları › İş №1(102)-1453/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1453/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1453/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Tağıyev Eldar Qara oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-218/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı X2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx xxxx-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 25 iyul 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 12 avqust 2024-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hazırlıq icl asının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 13 dekabr 2023-cü il tarixdə, saat 12 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş və idarə etdiyi “Hyundai Sonata” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən 45-ci kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun sağ kənarındakı işıq dirəyinə vurmuş, nəticədə ehtiyatsızlıqdan avtomobilin sərnişini Zərərçəkmiş şəxs baş beyin toxumasına onun mədəciklərinə və qişaları altına qansızma, baş beyin toxumasının ödemi, başın alın-təpə sümüyünün kəllə əsası sümüyünə keçən xətti sınığı, onurğanın boyun şöbəsinin Vİİ (J7) fəqərəsinin onurğa kanalını sıxan kompression sınıqları, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə VVİ-Vİİ, sağ yarısının orta körpücük sümük xətt üzrə İ-Vİ-Vİİ qabırğaların sınıqları, hər iki ağciyərin əzilməsi, hemotoraks, sağ körpücük sümüyünün yerinidəyişən sınığı, başın təpə və sol gözün bayır bucağı nahiyələrinin əzilmiş yaraları, sol baldır, sol iç topuq və büzdüm nahiyələrinin sıyrıqları kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölməsinə səbəb olmuşdur.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-248/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edi lmişdir.

6. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün Məhkum cəzanın müddəti ilə bağlı etdiyi təklifə uyğun hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzalarını təyin edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmaqla dəyişdirilməsini xahiş etmişdir.

7. Hökmdən həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi X6 apellyasiya şikayəti verib, hökmünün dəyişdirilməsi və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan son həddə cəza təyin edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-218/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-248/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayəti və dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri və etiraz

10. Kassasiya protestində qeyd olunmuşdur ki, Məhkum törətmiş olduğu cinayət əməlinə görə onun barəsində cəza təyini zamanı sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cəzanın məqsədinə nail olunması istiqamətində ədalətli mövqe nümayiş etdirilməmiş, cinayət qanunvericiliyinin normalarına uyğun cəza təyin edilməmişdir. Məhkəmə qərarlarının təsviri-əsaslandırıcı hissəsində məhkumun zərərçəkmiş şə xsin hüquqi varisi ilə “barışıq əldə etməyə cəhd etməsi” barədə məhkəmə baxışı gedişində hər hansı faktlarla öz təsdiqini tapmayan, əksinə sonuncu tərəfindən təkzib edilən halı önə çəkməklə məhkum edilmiş şəxsə yüngül cəza təyin etmək üçün zəmin yaratmış, barışığa cəhd etmənin nədə ifadə olunduğu əsaslandırılmamışdır. Cinayət işinin apellyasiya məhkəməsində bir neçə ay çəkən məhkəmə baxışı zamanı da kifayət qədər vaxt olmasına, məhkəmə prosesinin dəfələrlə təxirə salınmasına baxmayaraq, məhkum tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunması istiqamətində hər hansı addım atılmamış, həmin hal zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin məhkəmə baxışında dedikləri ilə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 Məhkum israrlı şəkildə şikayətçi o lmasını və sonuncuya sərt cəza təyin olunmasını xahiş etməsinə baxmayaraq, məhkəmə məhkumun himayəsində bir azyaşlı uşağının olması, əməlindən səmimi peşman olmasını və barışığa cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul etməklə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız Məhkum maraqları ilə tamamlamış, bununla da cinayət hadisəsi ilə əlaqədar maddi və mənəvi ziyana məruz qalmış tərəf kimi zərərçəkmiş tərəfin maraqlarını nəzərə almamışdır. Göstərilənlərə əsasən dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)218/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Zərərç əkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndini və məsuliyyəti ağırlaşdıran halları nəzərə almadan cəza təyin etmiş, təyin edilən cəza yüngül olduğundan qərar dəyişdirilməli, məhkuma Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəza təyin edilməlidir. İbtidai istintaq dövründə məhkumun qohumu cəmi 1 dəfə evinə gəlmiş, barışıq üçün heç bir real hərəkət etməmişdir. Bundan sonra birinci instansiya məhkəməsində məhkum barışıq üçün heç bir cəhd göstərməmiş, üzrxahlıq belə etməmişdir. A pellyasiya instansiyası məhkəməsində barışıq üçün 2 dəfə məhkəmə iclası təxirə salınmış, məhkuma onunla barışması təklif olunmuşdur. Lakin məhkum susmağa üstünlük vermiş, ondan üzr belə istəməmiş, ona çatdırılması üçün 7000 manat pulu vəkilinə vermişdir. O, ikinci dərəcəli əlildir. Məhkumun təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsində ərinin ölməsi səbəbindən ciddi sarsıntı keçirmiş, məhkumun ona qarşı etinasız davranışı bu sarsıntını daha da artırmışdır. Apellyasiya məhkəməsi kollegiyası tutarlı dəlillər gətirmədən özünümüdafiə xarakterli ifadəsinə üstünlük verməklə, onunla barışıq əldə etmək üçün real cəhdlər etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və hökmü dəyişdirmədən saxlamışdır. Məhkum onunla barışıq əldə etməmişdir. Buna görə də məhkəmənin qərarından nar azıdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)218/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarı qərarının dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş son həddə cəza təyin edilməsini xahiş etmişdir.

12. Məhkumun müdafiəçisi kassasiya protesti və kassasiya şikayətinə dair etiraz verərək qeyd etmişdir ki, məhkum hadisə yerindən qaçmamış, özü də baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində yaralanmış və uzun müddət komada olmaqla stasionar şəraitdə xəstəxanada müalicə olunmuşdur. Kassasiya müraciətlərində göstərilmiş cəzanı ağırlaşdıran hallar iş materialları ilə öz təsdiqini tapmır, məhkəmə işə baxarkən heç bir qanun pozuntusuna yol verməmiş, işə ədalətli və obyektiv baxılaraq, maddi və prosessual po zuntuya yol verilməmiş, qanunvericilik düzgün tətbiq edilmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-218/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarından verilmiş kassasiya protesti və kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər 13.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində a pellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Kassasiya protestində və kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın yüngül olduğu iddia edilərək, kassasiya xahişləri Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Res publikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan müraciətlər kimi görür və onlarla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-218/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).

21. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cin ayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

22. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

23. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, el əcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

24. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

25. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

26. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cina yətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

27. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

28. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

29. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə da ha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

30. Kassasiya müraciətlərində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olu nur ki, onlar Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

31. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

32. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddinə yaxın olan müddətə - 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

33. Həmin cəzanı təyin edərkən, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən xüsusiyyətləri, cəzasını yüngülləşdirən hallar olaraq hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməlini törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində 1 (bir) azyaşlı və 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün real cəhdlər etməsini və baş vermiş hadisə nəticəsində özünün də ağır dərəcəli bədən xəsarətləri almasını, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır.

34. Birinci instansiya məhkəməsinin c əza təyini ilə bağlı qənaəti iş materiallarına, qanunun tələblərinə uyğun olduğundan apellyasiya instansiyası məhkəməsi tərəfindən eyni əsaslarla təsdiqlənmişdir.

35. Məhkum daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayəthüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.

36. Belə ki, cinayət işinin materiallarında olan sübutlardan görünür ki, Məhkum həm birinci instansiya məhkəməsində, h əm də apellyasiya baxışı zamanı törətmiş olduğu cinayət əməlinə görə peşman olduğunu bildirib zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə çalışmış, əvvəlcə 5000 (beş) manat, sonradan isə 7000 (yeddi) manat pul vəsaitini vurulmuş ziyan kimi ödəməyə çalışmış, lakin zərərçəkmiş şəxsin hüquqi varisi həmin məbləği qəbul etməkdən imtina etmişdir. Bununla belə iş materiallarında olan ərizələrdən görünür ki, məhkum və müdafiəçisi bir neçə dəfə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş ziyan kimi 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin depozit hesaba köçürülməsinə dair icazə istəmişlər.

37. Kassasiya baxışı dövründə məhkumun müdafiəçisi tərəfindən yenidən məhkəməyə ərizə ilə müraciət olunaraq, zərərçəkmiş şəxsin hüquqi varisinin adına ödənilməsi nəzərdə tutulmuş 7000 (yeddi min) manat pul vəsaitinin sonuncunun adına açılmış depozit hesabına yerləşdirilməsi barədə müvafiq hesab nömrəsinin təqdim edilməsi xahiş olunsa da, lakin zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən imtina olunmuşdur. Belə olan halda məhkum tərəfindən hesab nömrəsi açılmadan poçt vasitəsilə zərərçəkmiş şəxsin hüquqi varisi X1 adına 17 iyun 2025-ci il tarixində 7000 (yeddi min) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz məhkəməyə təqdim edilmişdir.

38. Hazırda məhkum tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmasına müvəffəq olunmasa da, yuxarıda istinad olunanlardan görünür ki, bununla bağlı ciddi cəhdlər edilmiş, vurulmuş maddi və mənəvi ziyanın aradan qaldırılması ilə bağlı real addıml ar atılmışdır. Göstərilənlərə istinadən məhkəmə kollegiyası məhkum edilmiş şəxslə zərərçəkmiş şəxsin hüquqi varisi arasında barışıq əldə edilmədiyi əsası ilə ona daha ağır cəza təyin edilməsinin qanunvericilik baxımından zəruri olmasında dair kassasiya müraciətlərinin dəlillərini qeyri-qanuni və əsassız hesab edir.

39. Həmin dəlillərə münasibətdə məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin imperativ tələbinə əsasən bu Məcəllənin 59.1.12-ci maddəsində (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) nəzərdə tutulmuş bütün hallar mövcud olduqda təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni oxşar işlər üzrə şəxsə təyin olunacaq cəzanın həddi dörd il altı aydan artıq ola bilməz. Aydın məsələdir ki, baxılan iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməmişdir, lakin qeyd edilən hal mövcud olduğu təqdirdə, cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması bu halın olmadığı təqdirdə cəzanın ağır olmasını özündə ehtiva etmir.

40. Cinayət qanunvericiliyində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində cəzanı ağırlaşdıran halların dairəsi dəqiq müəyyən olunmuş, oxşar işlər üzrə hüquqi varisi ilə barışıq əldə edilmədiyi təqdirdə bir mənalı şəkildə təqsirləndirilən şəxsə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əlaqədar daha ağır cəza təyin edilməsinə dair cinayət qanunvericiliyində hər hansı imperativ norma və ya buna dair vahid məhkəmə təcrübəsi mövcud deyil.

41. Qeyd edilənlər kassasiya müraciətlərinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətlərin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

42. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-218/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı X2 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-218/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayəti və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar