Məhkəmə qərarları › İş №1(102)-1454/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1454/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1454/2022 22.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X2 və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2022-ci il tarixli, 1(106)-393/2022 nömrəli qərarından dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya in stansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1984-cü il tarixdə Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Qubadlı rayonunun Yuxarı Mollu kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıl dərə, 4-cü məhəllə həyət evində yaşamışdır. 2. 16 sentyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.1, 29,3171.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1,335 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ümumi sayı 8 ədəd həbdən ibarət olan qəhvəyi rəngli dairəvi formalı metadonu satış məqsədi olmadan əldə edib daşıyaraq yaşadığı evə aparmış, bundan sonra Sumqayıt şəhəri ərazisində 2 ədəd balığı bütöv şəkildə alaraq yaşadığı evə aparmış, evdə balıqların bağırsağına qeyd edilən narkotik vasitələri və psixotrop maddələri xüsusi üsulla yerləşdirib gizlətməklə sovqat şəklində hazırlayıb saxlamış, 2021-ci ilin aprel ayının əvvəllərində içərisində həmin psixotrop maddə və narkotik vasitə olan “sovqat”ın 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan X1 çatdırılmasından ötrü sonuncunun tanışı Şahid5 ilə telefonla əlaqə saxlayaraq Ramil Məhərrəmovla görüşə gedərkən ona xəbər etməsini, Ramil Məhərrəmova sovqat göndərəcəyini demiş, həmin psixotrop maddələrdən və narkotik vasitələrdən xəbərsiz olan Şahid5 2021-ci ilin aprel ayının əvvəllərində onunla görüşərək Ramil Məhərrəmova çatası sovqatı götürüb, 08 aprel 2021-ci il tarixdə təxminən saat 16:40-da qeyd olunan qanunsuz əşyaları Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına aparmış, orada təcridxananın əməkdaşları tərəfindən sovqat adı ilə gətirilmiş əşyalara baxış keçirilərkən balıqların bağırsağına xüsusi üsulla gizlədilmiş psixotrop maddələr və narkotik vasitələr aşkar olunduğundan, Məhkum İstintaq Təcridxanasında saxlan ılan şəxsə qadağan olunmuş əşyaları, yəni psixotrop maddəni və narkotik vasitəni yoxlamadan gizlətməklə ötürülməsini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, İstintaq Təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Bundan başqa, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 11,876 qram psixotrop maddə olan metamfetamin və 5,297 qram narkotik vasitə heroini məlum olmayan vaxtda və mənbədən əldə edib daşıyaraq metamfetamini 5 ədəd, heroini isə 7 ədəd polietilen bükümlərdə qablaşdıraraq bir hissəsini əynində olan şalvarın yan cibində, digər hissəsini isə əl çantasında gizlətməklə saxlamış, Ağcabədi rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 may 2021-ci il tarixdə gecə saat 05 radələrində Ağcabədi şəhəri, S.Vurğun küçəsində yerləşən avtovağzalın qarşısında Sumqayıt şəhər sakini Şahid6 məxsus Opel markalı, 99CL425 dövlət qeydiyyat nişanlı avtomobildən düşərkən saxlanılmış, özü və Şahid6 idarə etdiyi avtomobil Ağcabədi rayon polis şöbəsinə gətirilmiş, şöbənin inzabati binasında həmin gün saat 05:15 dəqiqədə onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,886 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, eyni zamanda avtomobilin salonuna baxış zamanı salonda ona məxsus olan əl çantasından 01 ədəd polietilen bükümdə təmiz çəkisi 10,031 qram, 02 ədəd polietilen bükümdə ayrı-ayrılıqda 0,546 qram, 0,210 q ram, 01 ədəd kağız bükümdə 0,203 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 07 ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,022 qram, 0,900 qram, 1,101 qram, 0,429 qram, 0,968 qram, 0,460 qram və 0,417 qram kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 1(099)28/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1, 29,317-1.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 19 may 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfinə aid məsələləri həll edilmişdir.

5. Hökmdən Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, hökmün Məhkum qəti olaraq daha sərt azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum qəti olaraq 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, qabaqcadan əlbir olan şəxs tərəfindən törədilən əməllərin daha ciddi cəzalara səbəb olmasını, Məhkum şəxsiyyətini nəzərə almamış, nəticədə cinayətlərin məcmusu üzrə onun barəsində qanunsuz və əsassız olaraq aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya protesti müəllifinin fikrincə, Məhkum təyin edilmiş 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə qəti cəzası sonuncunun törətdiyi cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmadığından açıq aydın ədalətsiz olmuşdur.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2022-ci il tarixli, 1(106)-393/2022 nömrəli qərarı il ə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-28/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2022-ci il tarixli, 1(106)-393/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarlamaqla və kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirməklə, Şirvan Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 06 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. III. Hüquqi məsələlər

9. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahi sə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 4 16-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində təsbit olunmuş halla əlaqələndirmişdir.

14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dai r” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

16. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə hal ları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

17. Kassasiya protestində irəli sürülmüş dəlillər şərh edilən maddi və prosessual cinayət-hüquqi normalarının məzmunu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmağa əsas vermir.

18. Belə ki, məhkum edilmiş şəxs Məhkum təqsirli bilinib məhkum edildiyi cinayət əməllərindən: Azərbaycan Respublikası CM-nin 317- 1.1-ci maddəsi - Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi - Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə az ağır, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə görə ağır cinayətlər kimi təsbit edilmişdir.

19. Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

20. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

21. Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

22. Həmin Məcəllənin 65.2-ci maddəsi ilə müəyyən edilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.

23. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşar və hesab edir ki, qəbul edilmiş və hazırda mübahisələndirilən qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmələr cəza təyin edərkən Məhkum himayəsində heç bir yerdə işləməyən anasının və ba cısının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi, həmçinin onun əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etməklə ədalətli və qanuni cəza təyin etmişdir.

24. Məhkəmə kollegiyası məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, təyin edilmiş cəza qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.

25. Qeyd olunanlar nəzərə alınmaqla, Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza (ap ellyasiya instansiyası məhkəməsinin razılaşdığı) bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.

26. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığı nı göstərir.

27. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 06 may 2022-ci il tarixli, 1(106)-393/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar