Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1454/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17 8.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(101)-159/2021 nömrəli (hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1982-ci il tarixdə Tovuz rayonunun Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində işləmiş, əvvəllər Bakı şəhəri Səbail Rayon Mə hkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 309.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı müdət nəzərə alınmaqla üzərində qəti olaraq 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 3 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmiş, xxx-də qeydiy yatda olmaqla, xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmü ilə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Məhkum qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi) Rəhimov Elmar Eldar oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 23 dekabr 2021-ci il tarixli, 1(103)-1194/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, hökmdən CM-nin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsinə və CM-nin 67.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası 28 iyun 2022-ci il tarixli, 1(102)-897/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti təmin edilmiş, CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkumnun barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarı kassasiy a protestinə münasibətdə Məhkum haqqında CM-nin 71.5 və 67.1-ci maddələrinin tətbiqinə dair müddəaların Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmündən xaric edilməsinə dair hissədə ləğv edilməklə cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-159/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən Məhkum müdafiəçisi F.İ.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 23 sentyabr 2022-ci il tarixli, 1(103)-1619/20 22 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, xxx zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilmiş, ona CM-nin 32.4, 312.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə xxxin üzərində qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, 12 iyun 2014-cü il tarixdən 11 sentyabr 2017-ci tarixədək olan müddətdə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda cinayət işi başlamaq, səlahiyyəti daxilində bütün istintaq və digər prosessual hərəkətləri aparmaq, şəxsi cinayət işi üzrə tə qsirləndirilən şəxs qismində cəlb etmək və onun barəsində qətimkan tədbirinin seçilməsini təmin etmək, cinayət işi üzrə icraatın xitam olunması barədə qərar qəbul etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə icraatında olmaqla Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ibtidai istintaqını apardığı ********* nömrəli cinayət işi üzrə Şahid7 barəsində 11 iyul 2016-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edib həmin ittihamı sonuncuya elan etməklə onun barəsində həmin tarixdə Bakı şəhəri, Səbail rayon məhkəməsinin qərarı ilə 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçildikdən sonra Şahid7 barəsində olan həmin işin icr aatına xitam verilməklə sonuncunun həbsdən azad edilməsində köməklik göstərilməsi üçün 2016-cı ilin iyul ayında özünə müraciət edən Şahid7 bacısı Zərərçəkmiş şəxs1 və arvadı Şahid1 ilə dəfələrlə işlədiyi idarənin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşüb özünün Şahid7 qeyd edilən köməkliyi göstərmək, yəni onun əməlində CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətlərinin olmasına baxmayaraq, barəsində qanunsuz olaraq cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verməklə həbsdən azad etdirmək, yaxud işin məhkəmədə yekunu zamanı onu cəzadan azad etdirmək imkanına malik olmasını qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə onlara yalandan vəd verib, həmin məsələnin müsbət həlli üçün işlədiyi həmin idarənin rə hbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi bilə-bilə qanunsuz həmin hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 30.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını öz xidməti otağında Şahid7 arvadı Şahid1 və bacısı Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncuların razılığını almaqla sövdələşib, həmin adla 2016-cı ilin iyul ayının sonlarında işlədiyi idarənin inzibati binasının qarşısında yerləşən “Sahil bağı” adlanan parkda Zərərçəkmiş şəxs1 3.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.530 manat, 2016-cı ilin avqust ayında 2.600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4.186 manat, 2016-cı ilin sentyabr ayında 8.000 manat, olmaqla ümumilikdə 17.716 manat məbləğində pul vəsaitini alı b, 25 oktyabr 2016-cı il tarixdə Xətai RPİ-nin istintaq şöbəsində Şahid7 işə düzəltmək adı ilə qeyrilərinə qarşı dələduzluq etməsi faktları üzrə CM-nin 178.3.2-ci maddəsi istintaq olunan ********* nömrəli cinayət işinin özünün icraatında olan ********* nömrəli həmin cinayət işi ilə bir icraatda birləşdirilməsindən sonra öz cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs1 ilə həmin parkda 2016-cı ilin oktyabr ayında görüşərək Şahid7 barəsində olan həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinin çətinləşdiyini bildirib, digər cinayət işinin də bir icraatda birləşməsi ilə əlaqədar vədini yerinə yetirməsinin daha da mürəkkəbləşməsinə dair görüntü yaradıb, guya həmin vədini tam şəkildə yerinə yetirməsi üçün artıq daha çox pul vəsaitinin, yəni 40.000 manat pul vəs aitinin həmin məsələnin müsbət həlli üçün işlədiyi həmin idarənin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi bilə-bilə qanunsuz həmin hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, Zərərçəkmiş şəxs1 razılığını almaqla sövdələşib, həmin adla sonuncudan dayısı Şahid2 iştirakı ilə 2016-cı ilin oktyabrdekabr ayları ərzində Bakı şəhəri, M.K. Atatürk prospekti 2A ünvanında yerləşən “Karvan” kafesində bir neçə dəfəyə hissəhissə olmaqla, cəmi 20.000 (iyirmi min) manat məbləğində, həmçinin, 2016-cı ilin dekabr ayında özünün cinayətdən xəbərsiz olan yaxın tanışı X15 vasitəsi ilə sonuncunun icarə əsasında idarə etdiyi Bakı şəhəri, M.K.Atatürk prospekti 2A ünvanında yerləşən «Karvan» kafesində 2.000 (iki min) manat məbləğində, vahid niyyətlə Zərərçəkmiş şəxs1 qızma məxsus ümumilikdə 39.716 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus 39.716 (otuz doqquz min yeddi yüz on altı) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin əməli ilə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 40.000 manat məbləğində pul vəsaitinin vahid niyyətlə rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs1, Şahid1 və Şahid2 təhrik etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Baş prokurorunun 11 s entyabr 2017ci il tarixli, 10/75-11/449-k nömrəli əmri ilə prokurorluq orqanlarından xaric olunduqdan sonra, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qeyri-rəsmi formada hüquqi yardım göstərdiyi cinayətdən xəbərsiz X10 vasitəsi ilə tanış olduğu və sahibkarlıq fəaliyyəti ilə əlaqədar X1 materialın əvəzində ödənilməli olan 840.000 ABŞ dolları məbləğində pul vəsaitini ala bilməyən Zərərçəkmiş şəxs2 ilə 2018-ci ilin noyabr ayında İlyas Sadıqovun istifadəsində olan Bakı şəhəri, Dərnəgül prospekti 3097-ci məhəllədə yerləşən istehal sexinin həyətindəki ofisdə görüşdükləri zaman Zərərçəkmiş şəxs2 özünün əvvəllər prokurorluq orqanlarında işləməklə həmin orqanda geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək Elşən Rəhimov b arəsində cinayət işi başlanmaqla sonuncunu cinayət məsuliyyətinə cəlb etdirib ona ödəməli olduğu pul vəsaitini ödətdirə biləcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün prokurorluqda işləyən vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 18 noyabr 2018-ci il tarixdə qeyd edilən istehal sexinin həyətindəki ofisdə İlyas Sadıqovun iştirakı ilə Zərərçəkmiş şəxs2 10.000 ABŞ dol ları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat məbləğində, həmçinin, eyni niyyətlə, 4 dekabr 2018-ci il tarixdə həmin ofis otağında X17 Dadaşova məxsus 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 34.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin əməli ilə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 34.000 manat məbləğində pul vəsaitinin vahid niyyətlə rüşvət qismində verilməsinə sonuncunu və İlyas Sadıqovu təkrarən təhrik etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏ LİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası özünün xx.xx.2022-ci il tarixli qərarında zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən barəsində CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verməkdə və həmin maddələr üzrə cinayət məsuliyyətindən azad etməkdə haqlı olsa da, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməkdə və həmin cəzanı CM-nin 67.1-ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə üzərində saxlanılan 4 il 1 ay 24 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlamaqla qanunsuzluğa yol vermişdir. İş materallarından görünür ki, istintaq orqanı və işə baxan bütün məhkəmələr CMnin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə yanaşı, eyni zamanda mənə CM-nin 32.4, 312.2-ci maddəsi ilə məsuliyyət müəyyən edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarının tələblərini əsas tutmuşlar. Belə ki, həmin qərarın 36-cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək a dı altında hər hansı bir hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4, 312-ci maddəsi) kimi qiymətləndirilir. Halbuki “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında tam fərqli mövqe nümayiş etdirilmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında göstərilmişdir ki, “...Səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə r üşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik adlandırılır. Göründüyü ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarı Ali Məhkəmə Plenumunun qərarından daha sonra qəbul edilmiş və üstün hüquqi qüvvəyə malikdir. Həmin qərarda yalançı vasitəçilik birbaşa olaraq dələduzluğun üsulu kimi göstərilmişdir. Bununla yanaşı rüşvət verməyə cəhd edən şəxslərin apellyasiya instansiyası məhkəməsi tərəfindən zərərçəkmiş şəxs qismində tanınması məsələnin mahiyyətini tamamilə dəyişir. Niyyətin həmin insanların əmlakını ələ keçirmək məqsədi daşıdığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obye ktinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Bundan əlavə, əgər cinayətin törədilməsində təhrikçi kimi iştirakçılıqda ittiham olunarsa, niyyəti təhrikçi olaraq rüşvət vermə cinayətinin başa çatdırılmasına hesablanmalıdır. Amma iş materiallarından görünür ki, yalançı vasitəçi olduğundan məlum şəxslərin vəzifəli şəxslərə rüşvət vermələrinə mane olan da məhz özünün hərəkətləridir. Belə halda isə heç bir iştirakçılıqdan söhbət gedə bilməz. Yalançı vasitəçi olaraq niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlibdir. Bu səbəbdən də, əməllər CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tam əhatə olunur və əlavə olaraq CM-nin 32.4, 312.2-ci maddəsi ilə ittiham hökmünün çıxarılması tam qanunsuzdur. Odur ki, yuxarıda ya zılanları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarının CM-nin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə üzərində saxlanılan 4 il 1 ay 24 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasına dair hissəsini ləğv edərək həmin hissədə barəsində bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyas ı məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kasssiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlə rinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilm əsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə tə qsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektin ə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakimə sini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldı ğı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Kassasiya məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum barəsində zərərçəkmiş şəxslərlə barışdığından, dəymiş ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam vermiş və həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilmiş, lakin CM-nin 32.4,312.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməkdə və həmin cəzanı CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə üzərində saxlanılan 4 il 1 ay 24 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlamaqla qanunsuzluğa yol vermişdir. Məhkəmə kollegiyası işdə olan sübutları və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarını əlaqəli şəkildə təhlil edərək hesab edir ki, onlar Məhkum CM-nin 32.4, 312.2-ci maddəsi ilə əhatə olunan cinayət əməli üzrə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan vermir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kolllegiyası düzgün olaraq Məhkum barəsində CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verərək, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməsi barədə nəticəyə gəlsədə, işin bütün hallarının araşdırılması nəticəsində yenədə mahiyyətcə yanlış olan və qeyd edilən prossesual pozuntulara əsaslanan qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamət lərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə mü qayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsinin dispozisiyası - vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya tək rar rüşvət verməyə təhrikçilik kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasın a çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Qeyd olunmalıdır ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinun Plenumunun həmin tarixli qərarına əsasən yalançı vasitəçilik birbaşa ola raq dələduzluğun üsulu kimi göstərilmişdir. Cinayət işinin materiallarına nəzər yetirdik də müəyyən olunur ki, Məhkum niyyətinin həmin insanların əmlakını ələ keçirmək məqsədi daşıdığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməllər yekunda Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə tam əhatə olunduğundan, Məhkum CM-nin 32.4, 312.2-ci maddəsi ilə məhkum olunmasına və cəzalandırılmasına dair ittiham hökmünün çıxarılması əsassız hesab edilməlidir. Belə ki, iş materillarında olan sübutların təhlili göstərir ki, Məh kum öz əməlləri ilə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 40.000 manat məbləğində pul vəsaitinin vahid niyyətlə rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs1, Şahid1 və Şahid2, o cümlədən vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 34.000 manat məbləğində pul vəsaitinin vahid niyyətlə rüşvət qismində verilməsinə sonuncunu və İlyas Sadıqovu təkrarən təhrik etməsi CM-nin 178-ci maddəsinin tərkibini yaratdığından və həmin maddə ilə əhatə olunduğundan, Məhkum əməllərinin əlavə olaraq rüşvət vermə cinayəti ilə tövsif edilməsi əsassız hesab edilməlidir. Məhkəmə ko llegiyası belə qənaətə gələrkən "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilən məsələ barəsində izahını da nəzərə alır. Beləliklə, təqdiq olunmuş iş materiallarından aydın müəyyən olunur ki, məhkəmələr Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu və "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun Qərarları nı düzgün təhlil etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gələrək şəxsin təqsirli bilinməsində səhvə yol vermişlər. Yuxarıda qeyd edilən və apellyasiya instansiya məhkəməsi üçün bəraətin prosessual əsaslarını göstərən normalardan fərqli olaraq kassasiya instansiyası CPM-nin 39.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam vermək səlahiyyətinə malikdir. Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): - 39.1.2-ci maddəsinə əsasə n, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun əməlində cinayət tərkibi olmaması əsası ilə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə görə Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməli, birinci instanisya məhkəməsinin hökmü və apellyasiya məhkəmə qərarı onun Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə məhkum edilməsi və ona cəza təyin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, Məhkum kassasiya şikayəti isə təmin edilməlidir. Azər baycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.3 və 419.10.4cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və cinayət işi üzrə icraata xitam vermək, həmçinin dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Kassasiya şikayətinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsi və cəza təyin edi lməsi hissəsində ləğv edilsin, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı Məhkum barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş şərti məhkum etmənin CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməsinə, CMnin 67.1-ci maddəsinə əsasən həmin hökmlə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı cəza ilə qismən birləşdirilməklə cəza təyininə dair müddəalar xaric edilməklə dəyişdirilsin. Məhkum dərhal həbsdən azad edilsin. Bakı Ağır Cinayətlər Məhkə məsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1454/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1454/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver