Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1454/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi Yusifov Eyvaz Aslan oğlunun iştirakları ilə, Bakı Ağır C inayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə (hakimlər Məmmədzadə Səbinə Adil qızı (sədrlik edən və məruzəçi), Məmmədov Əli İrfan oğlu və Məcidov Azad Əli Ağa oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1981-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada xadimə kimi fəaliyy ət göstərmiş, ünvan 1 ünvanında qeydiyyatda ünvanında yaşamış, olmaqla ünvan 2 CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddasinə əsasən Məhkum 6 sentyabr 2022-ci il tarixdən 7 sentyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 2 (iki) gün ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 2 (iki) günün bərabər hesabı ilə hesablanaraq həmin cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə onu dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin avqust ayını əvvəllərindən etibarən 11 avqust 2022-ci il tarixədək olan müddətdə müxtəlif vaxtlarda vahid niyyətlə əhatə olunmuş qəsdlə xadimə kimi işlədiyi Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanından mənzilin müxtəlif yerlərindən 5000 manat dəyərində olan brilyant qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəstini, 3000 manat dəyərində olan, firuzə qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəstini, 2000 manat dəyərində olan, üzərində 2 karat b rilyant qaşlarla bəzədilmiş, paxlava şəkilli 1 ədəd qızıl üzüyü, 3000 manat dəyərində, ortasında amitis qaş, ətrafı brilyant qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəstini, 3000 manat dəyərində olan, 2 karat brilyant qaşlarla bəzədilmiş 1 ədəd qızıl üzüyü, 4000 manat dəyərində, 3 karat brilyantla bəzədilmiş 1 qızıl sırğa və üzük dəstini, ümumi dəyəri 5000 manat olan, brilyant qaşlarla bəzədilmiş 4 ədəd üzüyü, ümumi dəyəri 4000 manat olan 3 ədəd müxtəlif ölçülərdə qızıl qolbağılarını, ümumi dəyəri 3000 manat olan, müxtəlif çeşidlərdə 6 ədəd qızıl boyunbağılarını, ümumi dəyəri 3000 manat olan, 3 ədəd qızıl saatı, 7000 manat dəyərində olan, ağ qaşlarla bəzədilmiş, üzük, sırğa, bilərzik və boyunbağıdan ibarət 1 ağ qızıl platin dəstini, 850 manat dəyərində «Sony» markalı «DSX-RX100M4» modell i 1 ədəd fotoaparatı, ümumi dəyəri 8 manat təşkil edən 8 ədəd balaca ölçülü qutunu, ümumi dəyəri 6 manat təşkil edən 3 ədəd böyük ölçülü qutunu, dəyəri 200 manat olan 1 ədəd «İpad» markalı «A1430» modelli planşeti, 10 manat dəyərində 1 ədəd qara rəngli zəncirbəndlə açılıb-bağlanan çantanı, 50 manat dəyərində 1 ədəd ilan formasına bənzər gümüşü rəngli kəməri, 800 manat dəyərində 1 ədəd içi rezin materialdan səthi metal elementdən ibarət əntik kəməri, 220 manat dəyərində üzərində üç ədəd kubşəkilli element olan, qulaqcığında «Oriflame» yazısı olan gümüşü rəngli 1 ədəd boyunbağını, 170 manat dəyərində üzərində bir ədəd kubşəkilli element olan, qulaqcığında «Oriflame» yazısı olan gümüşü rəngli 1 ədəd boyunbağını, 150 manat dəyərində içərisində qurudulmuş gül elementi olan, qəhvəyi rəngli ipdən və romb formalı kulondan ibarət 1 ədəd boyunbağını, 140 manat dəyərində kulonunun üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd boyunbağını, 210 manat dəyərində üzərində bənövşəyi rəngli minalanmış hissələr və bənövşəyi rəngli qaşlar olan gümüşü rəngli 1 ədəd boyunbağını, 140 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan kəpənək formalı elementlərdən ibarət gümüşü rəngli 1 ədəd boyunbağını, 180 manat dəyərində lampayabənzər kulonu olan gümüşü rəngli 1 ədəd boyunbağını, 220 manat dəyərində kulonu şəffaf qaş şəklində olan gümüşü rəngli 1 ədəd boyunbağını, 450 manat dəyərində üzərində kişi baralyefi, asılqan hissəsində «925» damğası, boyunbağının qulaqcığında «İTALY» və «925» damğaları olan dairə formalı kulonu olan gümüşü rəngli 1 ədəd boyunbağını, ümumi dəyəri 90 manat o lan boyunbağı hissəsinə bənzər sarı rəngli 3 ədəd zəncirvari elementi, ümumi dəyəri 70 manat olan boyunbağı hissəsinə bənzər qırmızımtıl- sarı rəngli 3 ədəd zəncirvari elementi, 90 manat dəyərində sarı rəngli 1 ədəd boyunbağını, 50 manat dəyərində gümüşü rəngli 1 ədəd boyunbağını, ümumi dəyəri 60 manat olan boyunbağı hissəsinə bənzər sarı rəngli halqaya keçirilmiş qara rəngli 5 ədəd zəncirvari elementi, 20 manat dəyərində boyunbağı hissəsinə bənzər qara rəngli 1 ədəd zəncirvari elementi, ümumi dəyəri 50 manat olan gümüşü rəngli 3 ədəd boyunbağı hissəsini, ümumi dəyəri 20 manat olan gümüşü rəngli 2 ədəd boyunbağı hissəsini, 20 manat dəyərində boyunbağı hissəsinə bənzər 1 ədəd zəncirvari elementi, 250 manat dəyərində halqasının iç tərəfində «925» damğası vurulmuş üzərində rəngsiz, şəffaf q aşlar olan gümüşü rəngli 1 ədəd üzüyü, 180 manat dəyərində üzərində beş ədəd rəngsiz, şəffaf daş olan gümüşü rəngli 1 ədəd üzüyü, 130 manat dəyərində üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd üzüyü, 170 manat dəyərində üzərində bir ədəd açıq çəhrayı rəngli, oval formalı daş olan sarı rəngli 1 ədəd üzüyü, 160 manat dəyərində üzərində açıq mavi rəngli qaşlar olan qara rəngli 1 ədəd üzüyü, 120 manat dəyərində üzərində qaşlar olan sarı rəngli 1 ədəd üzüyü, 500 manat dəyərində halqasının iç tərəfində «S925» damğası vurulmuş, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd qoşahalqalı üzüyü, 200 manat dəyərində «H» hərfi formalı, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd kulonu, 150 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar və bir ə dəd ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli 1 ədəd kulonu, 250 manat dəyərində qaşın iç tərəfində əqrəb elementi olan, narıncı rəngli qaşdan və metal hissələrdən ibarət 1 ədəd kulonu, 30 manat dəyərində səthində açıq çəhrayi rəngli qaş olan gümüşü rəngli 1 ədəd kulona bənzər elementi, 130 manat dəyərində üzərində ərəb və ya fars mənşəli yazılar və gözmuncuğu elementi olan, dairə formalı, gümüşü rəngli 1 ədəd kulonu, 170 manat dəyərində 925 əyarlı gümüşdən olan gül formalı, gümüşü rəngli 1 ədəd kulonu, 200 manat dəyərində 925 əyarlı gümüşdə olan, üzərində qaşlar olan sonsuzluq formalı, 1 ədəd kulonabənzər elementi, 20 manat dəyərində sarı rəngli 1 ədəd zəncirvari məmulat hissəsini, ümumi dəyəri 30 manat olan, ikisinin iç tərəfində ağ rəngli muncuq olan, gümüşü rəngli 3 ədəd kulonabə nzər elementi, 100 manat dəyərində üzərində əqrəb formalı elementlər olan 1 ədəd üzükdən və əlavə hissələrdən ibarət qolbağılı-üzüyün hissələrini, ümumi dəyəri 60 manat olan açıq çəhrayı, açıq qəhvəyi və açıq mavi rəngli, dairəvi cilalı 3 ədəd sərbəst qaşı, 250 manat dəyərində «H» hərfi formalı, üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 1 cüt sırğanı, 200 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar və ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli 1 cüt sırğanı, 150 manat dəyərində üzərində bənövşəyi rəngli minalanmış hissələr və bənövşəyi rəngli qaşlar olan gümüşü rəngli 1 cüt sırğanı, 350 manat dəyərində kilidin iç tərəfində «925» damğası vurulmuş, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 cüt sırğanı, 300 manat dəyərində üzərində qaşlar olan, musiqi notası şəklin də 1 cüt sırğanı, 150 manat dəyərində üzərində qaşlar olan 1 ədəd yaxa sancağını, 20 manat dəyərində açar formalı, gümüşü rəngli 1 ədəd kulonabənzər elementi, 90 manat dəyərində kilidin iç tərəfində «925» damğası vurulmuş, üzərində rəngsiz şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd sırğa tayını, 30 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd sırğa tayını, 40 manat dəyərində üzərində bir ədəd qəhvəyi rəngli, dördkünc cilalı və 3 ədəd dairəvi cilalı rəngsiz şəffaf qaş olan gümüşü rəngli 1 ədəd sırğa tayını, 40 manat dəyərində gümüşü rəngli 1 ədəd sırğa tayını, 40 manat dəyərində üzərində bir ədəd rəngsiz, şəffaf qaş olan 1 ədəd sırğa tayını, ümumi dəyəri 180 manat olan halqa formalı, gümüşü rəngli 2 ədəd qolbağını, 130 manat dəyərində gümüşü rəngli 1 ədəd qolbağını, 220 manat dəyərində üzərində yaşıl və mavi rəngli qaşlar olan qara rəngli 1 ədəd qolbağını, 300 manat dəyərində iç tərəfində «@zmu6750» yazısı olan, üzərində müxtəlif rəngli parıltılı hissələr olan sarı rəngli 1 ədəd qolbağını, 320 manat dəyərində üzərində qaşlar olan gümüşü rəngli 1 ədəd qolbağını, 90 manat dəyərində halqa formalı, sarı rəngli 1 ədəd qolbağını, 150 manat dəyərində iç tərəfində «3STAR» yazısı olan, halqa formalı 1 ədəd qolbağını, 100 manat dəyərində halqa formalı 1 ədəd qolbağını, 150 manat dəyərində iç tərəfində «18KGP» yazı olan, halqa formalı, qırmızımtıl-sarı 1 ədəd qolbağını, 350 manat dəyərində iç tərəfində «925» damğası olan, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 1 ədəd qolbağını, 200 manat dəyərində sferblatının iç tərəfində «GUCCİ» yazısı olan sarı rəngli 1 ədəd qol saatını, 240 manat dəyərində kulon əlavələrin üzərində açıq çəhrayı rəngli qaşlar olan, üzərində 12 ədəd kulon əlavələr birləşdirilmiş gümüşü rəngli 1 ədəd qolbağını, 200 manat dəyərində 925 əyarlı gümüşdən olan, üzərində bir ədəd qaş olan gümüşü rəngli 1 ədəd kulonu, 400 manat dəyərində kilidində «750» damğası olan, kilidi qızıldan olan sarı rəngli 1 ədəd qolbağını gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 53 814 (əlli üç min səkkiz yüz on dörd) manat məbləğində olmaqla külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Bağırov Nazim Salman oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 31 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və onun törətdiyi əməlin CM-in 177.1-ci maddəsinə tövsif edilməklə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyası məhkəməsidə onun it tiham olunduğu CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə dair təqsiri sübuta yetirilməmiş, o heç vaxt qızıl-brilyant əşyalarını oğurlamamışdır. Məhkəmə iclasında X8nın ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuş, həmin protokolda qeyd olunmuş və o, həmin ifadələrində onun evindən konkret olaraq hansısa qiymətli əşyaların oğurlanmasını göstərməmişdir. Şikayət müəllifi qız övladının xəstə anasının himayəsində olmasını, ilk məhkumluğunu, qadın olmasını, xəstə anasının ona ehtiyacının olmasını, həmçinin etmədiyi bir əmələ görə məhkum olunmasını nəzərə alaraq, onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2024-cü il tarixli qərarı ilə Məhkum məhkəmə prosesində iştirakı təmin edilmiş, lakin o, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirakdan imtina etmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçıların rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq, kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin müraciətin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr iş üzrə toplanmış və araşdırılmış sübutları qanuna müvafiq qaydada tədqiq etməmiş və onun törətdiyi əməlin tövsifində məhkəmələr səhv nəticəyə gəlmiş, bunun da nəticəsində həddindən artıq ağır cəzaya məruz qalmışdır. Bununla da, kassasiya müraciətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın lə ğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən həmin iş üzrə qəbul ed ilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını həmin materiallarla əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılm ası, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikay ətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziy yətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiy ası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqs irləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alı nmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tə rəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şər aitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları na minə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai t əhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət tö rətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı qərarlarında əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər ci nayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuli yyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci ma ddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qa nunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətli liyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 138.1-ci maddəsində əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin tə qsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir süb utun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349. 5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilm əz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin tör ədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikavsı Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həq iqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında göstiərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələb inə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, hər hansı qanun pozuntusuna yol verilmədən əldə edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvi r edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya müraciətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 138-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırı lmış və qiymətləndirilmiş sübutlarla, yəni sonuncunun özünün qismən etirafedici ifadələri ilə yanaşı Zərərçəkmiş şəxs və şahidlərin ifadələri, “təqdim edilmiş əşyanın götürülməsi haqqında” 5 sentyabr 2022-ci il tarixli protokolla, qismən məhkəməəmtəəşünaslıq ekspertizasının 8 sentyabr 2022-ci il tarixli 6/4811-9/6349 saylı rəyi ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutlar ın məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin avqust ayını əvvəllərindən etibarən 11 avqust 2022-ci il tarixədək olan müddətdə müxtəlif vaxtlarda vahid niyyətlə əhatə olunmuş qəsdlə xadimə kimi işlədiyi Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanından mənzilin müxtəlif yerlərindən qızıl-zinyət və digər əşyaları gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 53814 (əlli üç min səkkiz yüz on dörd) manat məbləğində olmaqla külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, Zərərçəkmiş şəxs evində üç ilə yaxın işləmiş, evdə təmizlik edərkən, evdə olan bijuteriya məmulatlar ını istifadə edib geri qaytarmaq məqsədi ilə götürmüş, evdən götürdüyü əşyalar qolbaq, sırğa və boyunbağı olmuşdur. Götürdüyü əşyaların ümumi olaraq saylarını xatırlamır, həmin əşyaların lazımsız, ortalıqda olan, istifadə edilməyən bijuteriya məmulatları olmasını hesab etmişdir. Zərərçəkmiş şəxs evdən həmçinin qiymətli qızıl-zinət əşyalarının da itdiyini bildirib, onu həmin əşyaları götürməkdə ittiham etdiyi üçün işdən çıxmış, işdən çıxdıqdan təxminən bir həftə sonra polis işçiləri ona telefon vasitəsilə zəng etmişlər. O, götürdüyü bijuteriya məmulatlarını götürməsi barədə Zərərçəkmiş şəxs heç nə deməmiş, lakin polis şöbəsində öz əməlini etiraf etmiş, bu haqda izahat və ifadələr vermiş, sonra isə oğurladığı bütün əşyaları könüllü olaraq qaytarmışdır. Məhkum həmçinin bildirmişdir ki, o, Z ərərçəkmiş şəxs yaşadığı mənzildə xadimə kimi işlədiyi dövrdə ona qarşı irəli sürülmüş ittihamda göstərilən qızıl-zinət əşyalarını görməmiş, evin xanımı X8 da yalnız bijuteriyadan istifadə etmiş, belə qızıl-zinət əşyaları mənzildə olsa da, onların saxlanıldığı yer barədə məlumatı olmamış və belə əşyaları oğurlamamışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Məhkum uzun müddət onun yaşadığı mənzildə xadiməçi kimi işləmiş, bir müddət sonra işdən ayrılmışdır. Lakin, bundan sonra o, həyat yoldaşı X8ya sms-lər göndərərək işsiz qaldığını, vəziyyətinin ağır olduğunu və işə geri qayıtmaq istədiyini bildirmişdir. X8 da çox götür-qoy etdikdən sonra Məhkum yenidən işə geri qaytarmaq qərarına gəlmiş, onu yenidən xadiməçi kimi işə götürə rkən onunla danışığı olmuş, çünki Məhkum onların mənzilində işləyən vaxt evdən ərzaq malları itmişdir. Söhbət zamanı o, Məhkum evində ondan başqa heç kimin olmadığını, nəsə itsə onun üçün problem olacağını, bir az diqqətli olmasını, özlərinin də əllərindən gələn qədər ona köməklik edəcəklərini demişdir. Buna baxmayaraq Məhkum bir neçə dəfə polietilеn torbalara nəsə yığıb aparanda o, həmin torbalarda nə olduğunu soruşduqda sonuncu torbalarda zibil olduğunu bildirmişdir. Lakin o, guman etməyə başlamışdır ki, Məhkum mənzildən nəsə daşıyıb aparır. 2022-ci ilin avqust ayında mənzilin təmiri ilə bağlı ustalar işləyərkən həyat yoldaşı X8 oğlunun yataq otağına keçmiş və orada onlar yastığın içərisinə qutu qoyulduğunu aşkar etmiş, həmin qutuda isə əvvəl qızıl kolye və təsbeh olmuşdur. Bundan sonra onlar anlamışlar ki, Məhkum həmin qızıl əşyaları boş olan otağa qoymuş, sonradan isə onları oğurlamışdır. Belə şübhəyə əsas isə həmin otağa başqa şəxslərin girməməsi, yalnız Məhkum bu otaqda təmizlik işlərini aparması olmuşdur. Belə şübhə ilə o, həyat yoldaşı ilə birlikdə başqa qızıl-zinət əşyalarının saxlanıldığı çantanın içərisini yoxladıqda oradan da qızıl-zinət əşyalarının hamısının oğurlandığını müəyyən etmişlər. Bu ərəfədə isə Məhkum xəstə olduğunu bildirərək bir həftə işə gəlməmiş, həmin müddətdə də onlar sonuncunu ifşa etmək məqsədilə mənzildə kameralar quraşdırtmışlar. Məhkum işə çıxdıqdan sonra isə bir-iki gün qızıl-zinət və antikvar bijuteriya əşyaları olan otağa bir-iki gün girməmiş, çünki mənzildə kameralar quraşdırıldığını görmüşdür. Buna baxmayaraq, o, Məhkum mənzildən bəzi əşyaların oğurlandığını bildirərək ona mənzildən götürdüyü bütün əşyaları qaytarmasın təklif etmiş, əks təqdirdə isə oğurluqla bağlı polis orqanlarına şikayət edəcəyini izah etmişdir. Sonuncu isə təkidlə evdən heç nə götürmədiyini və heç kimin bunu sübut edə bilməyəcəyini dedikdə, o, polis orqanlarına şikayət etmək istəmədiyinə görə ona üç gün vaxt vermiş, bu müddət keçdikdən sonra ona yenə də götürdüyü əşyaları geri qaytarmasını təklif etmiş, lakin o, təkrarən mənzildə olan əşyaları oğurlamamasını, oğurluğun onun tərəfindən törədilməsinin heç kimin sübut edə bilməyəcəyini bildirmiş və telefonu bağlamışdır. Bundan sonra isə o, Məhkum ilə əlaqə saxlaya bilməmiş və məcbur olub sahə müvəkkilinə müraciət etmiş, sonuncu isə iki gün sonra ona zəng edərək Məhkum ilə danışdığını, onun səhəri gün s aat 16-da polis şöbəsinə gələcəyini bildirmiş, onunla bir yerdə görüşməyi təklif etmişdir. O, sahə müvəkkilinin dediyi vaxtda onun yanına getmiş, axşama kimi gözləmiş, lakin Məhkum şöbəyə gəlməmiş, telefonunu da söndürmüşdür. Həmin vaxtdan sonra Məhkum ilə əlaqə kəsilmiş, on gün ərzində sahə müvəkkili onu tapmaqdan ötrü tədbirlər görmüş, lakin bu tədbirlər də heç bir nəticə verməmiş, buna görə də o, ərizə ilə mənzilindən oğurluq edilməsi barədə ərizə ilə Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət etmişdir. Bundan üç gün sonra isə polis bölməsindən ona zəng vurularaq Məhkum tutulması və bölməyə gətirilməsi barədə məlumat verilmiş, o, da bölməyə getdikdə, İrinanın özü ilə bölməyə oğurladığı əşyaların bir qismini gətirib təqdim etdiyini bilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şə xs həmçinin qeyd etmişdir ki, o, polis orqanlarına ünvanladığı şikayət ərizəsində oğurlanmış əşyaların tam siyahısını deyil, yalnız qızıl-zinyət əşyalarını göstərmişdir. Sonrakı ifadələrində isə, o cümlədən məhkəmə iclasında o, oğurlanmış qızıl-zinət və qədim, X8nın valideynlərindən miras qalmış bijuteriya məmulatlarının, habel digər əşyaların ətraflı təsvirini və onların qiymətləri barədə məlumat vermişdir. Həmçinin, birinci instansiya məhkəməsinin məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid X8 ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ifadələrinin məzmununa uyğun məzmunda ifadələr vermişdir. Cinayət işinin materiallarında olan «Təqdim edilən əşyanın götürülməsi haqqında» 5 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkətinin aparılması zamanı Məhkum ün van 3 ünvandan oğurluq etdiyini edərək bildirərək oğurladığı əşyaları 1 (bir) ədəd “İpad 32 GB” planşeti, 1 ədəd qara rəngli çantanı, 1 ədəd kəməri, 1 ədəd gümüşü kəməri, 1 ədəd “Sony” markalı qara rəngli fotoaparatı, 11 ədəd hədiyyə qutusunu, üzərində «Emporio Armani» yazısı olan 1 ədəd qara rəngli torbanı, 1 ədəd çəhrayı rəngli torbanı və içərisində olan 13 ədəd qolbağı, 1 ədəd «Gucci» modelli saatı, 13 ədəd boyunbağını (sepləri), 3 ədəd kulonu, 6 ədəd üzüyü, içərisində 5 cüt sırğa olan 1 ədəd ağgöy rəngli torbanı, içərisində 2 ədəd qolbaq, 3 ədəd boyunbağı (sep), 2 cüt sırğa, 1 ədəd üzük, 2 ədəd kulon olan açıq rəngli torbanı könüllü olaraq Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis kapitanı X təqdim etmişdir. Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamda zərərçək miş Zərərçəkmiş şəxs yaşadığı mənzildən oğurlanmış əşyaların, o cümlədən qızıl-zinət əşyalarının təsviri və qiymətləri ətraflı olaraq öz əksini tapmış, lakin məhkum olunmuş şəxs bunları təkzib edərək qızıl-zinət əşyalarını oğurlamamasını bildirsə də, məhkəmə kollegiyası onun bu ifadələrini və bu haqda kassasiya şikayətinin dəlillərini mötəbər və qəbul edilən ifadələr və dəlillər hesab etmir və işin müəyyən olunmuş faktiki hallarına, bu halların arxasında duran sübutlara, digər tərəfdən onun oğurluq cinayət əməlini törətdikdən sonra olan dövrdə davranışına (zərərçəkmiş şəxsə hətta sonradan qaytardığı əşyaları oğurlamasını etiraf etməməsinə, bir müddət ondan və sahə müvəkkilindən gizlənmək üçün müəyyən hərəkətlər etməsinə) əsaslanaraq, birinci və apellyasiya instansiyası məhkəmələri kimi, be lə qənaətə gəlir ki, o, məhz həmin ittihamda əksini tapmış cinayət əməlini törətmiş, yəni məhz Zərərçəkmiş şəxs ifadələrində göstərdiyi bütün əşyaları oğurluq yolu ilə ələ keçirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında bütün araşdırılmış sübutlar ətraflı təsvir edilərək onlara qanuna müvafiq qaydada, yəni onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilmiş və bu qiymətləndirilməyə əsasən Məhkum törətdiyi cinayət əməli CM-in 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum törətdiyi əməlin bu cür dəyərləndirilməsi araşdırılmış sübutlarla yanaşı həmçinin cinayət qanunvericiliyinin tələbləri və oğurluq işləri üzrə vahid məhkəmə təcrüb əsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən 3 mart 2005-ci il tarixdə qəbul edilmiş “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliklərlə birlikdə) əksini tapmış izah və tövsiyələrlə də uzlaşır. Belə ki, CM-in 173.2-ci maddəsində külli miqdarda özgə əmlakın oğurlanmasına, yəni gizli olaraq talanmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. İşin faktiki hallarından və bu halların arxasında duran sübutlardan göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs məxsus əmlakı məhz gizli olaraq talamış, onun ələ keçirdiyi əmlakın dəyəri ümumilikdə 53.814 (əlli üç min səkkiz yüz on dörd) manat, yəni 50.000 manatdan ar tıq olmuş, CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən isə bu məbləğ külli miqdar hesab edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmas ı (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəl tmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin Qərara əsasən, özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.3.2, 180.3.2, 181.3.2-ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərd ə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Həm toplanmış və aradırılmış sübutlardan, həm də yuxarıda təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum törətdiyi əməl həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən CM-in 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, bu əməlin başqa cür dəyərləndirilməsi, o cümlədən, kassasiya şikayətində göstərildiyi kimi, CM-in 177.1-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan da adı çəkilən məhkumun kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalı, həmin şikayət isə təmin edilməməlidir. Kassasiya şikayətində Məhkum ona məhz təqsirli bilindiyi maddə ilə ağır cəzanın təyin edilməsini mübahisə ləndirməsə də məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələbinə uyğun olaraq kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu məsələyə dair də məhkəmələr tərəfindən maddi hüquq normalarının tələblərinə düzgün əməl olunub-olunmamasını yoxlamış və bu yoxlamanın nəticəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsi həll olunarkən həmin məhkəmə CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 25 iyun 2003-cü il və 24 dekabr 2021-ci il tarixli Qərarla rında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə əməl edərək onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini qismən etiraf etməsini, qadın olmasını və vurulmuş ziyanı istintaq müddətində qismən ödəməsini, habelə CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq onun təqsirli bilindiyi CM-in 177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasına baxmayaraq ona həmin sanksiyanın ən aşağı həddində - 5 il müddətə azadlıqdan məhrum etmə növündə qanuni və ədalətli cəza təyin etmişdir. B una görə, məhkəmə kollegiyası Məhkum təyin edilmiş həmin cəzanın yüngülləşdirilməsi və ya başqa cəza ilə əvəz edilməsi üçün də əsaslar görməyərək qeyd edir ki, ümumilikdə apellyasiya instansiyası məhkəməsi həmin məhkəmə tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-in 416.1-ci maddəsində göstərilən hər hansı pozuntuya yol verməmişdir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları ilə müqayisəli şəkildə bir daha təhlil edib həmin şikayətin təmin edilməsi haqqında Məhkum müdafiəçisi E.A.Yusifovun, kassasiya şikayətinin təmin olunmaması barədə isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qəna ət gəliir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı kassasiya ş
Məhkəmə qərarları › İş №1(102)-1454/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1454/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver