Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1455/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - X9 və X4 ibarət tərkibdə) 14 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 5 may 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) 25 aprel 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı X10 və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin müəyyən edilməmiş vaxtda ünvan 2 ünvanının yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladığı külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 1027 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini cinayətkar qrupun digər üzvü X5 göstərişi ilə 5 may 2020-ci il tarixdə saat 22:30 radələrində qoyulduğu yerdən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 22:45-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun tanışı X10 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs h alında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, təmiz çəkisi 1027 qram narkotik vasitə heroin əlindəki bir ədəd ağ rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, ibtidai istintaq dövrü tərəfindən təqdim edilmiş vəsatətlərə əsasən müdafiə etdiyi şəxs 5 may 2020-ci il tarixdə əvvəllər tanıdığı şəxs X5 xahişi və 30 manat pul müqabilində ona məxsus avtomaşınla Bakı şəhəri, Nizami rayonuna, Əliyeva Şəhriyarla birlikdə aparılması xahişini yerinə yetirərək qeyd edilən tarixdə təxminən saat 22:00 radələrində onlar göstərilən yerə və məntəqəyə çatdırıldıqdan sonra Babayev Babanın xahişi əsasında axırıncıya məxsus olan əşyanın (bağlamanın) onun tərəfi ndən həmin bağlama qeyd olunan yerdən götürülərək polis əməkdaşları tərəfindən saxlanılaraq bağlamanın içində olan əşyadan onun xəbəri olmadan qanunsuz olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinə məcburi və təzyiq altında aparılaraq əməliyyatçılar tərəfindən "cizgi film" çəkilərək və izahat alınaraq ona aid olmayan narkotik maddənin ona məxsus olmasını göstərmişdir. Müdafiəçi adı ilə ona təqdim olunan dövlət hesabına dəvət edilmiş şəxs onunla heç bir istintaq hərəkətlərində iştirak etməmiş və nəticədə ona qarşı Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülərək 21 yanvar 3021-ci il tarixdə ittihamın aktı təsdiq olunaraq məhkəməyə verilsə də, məhkəmə gedişində sübutların təhlil edilməsi və hakim tərə findən həmin sübutlar düzgün qiymətləndirilməyərək ittiham aktı olduğu kimi hökmə köçürülərək qanunsuz olaraq hökm qəbul edilmişdir. Məhkum üstündə axtarış və götürmə aparılan zaman, onun axtarış və götürmə barədə qərarla və onun keçirilməsi əsaslan ilə tanış olmaq, şübhəli şəxs qismində həmin prosessual hərəkətdə iştirak etmək, öz müdafiəçisi ilə birlikdə müvafiq müdafiəsini hazırlamaq, axtarış və götürmə protokoluna dair qeydlərini vermək, axtarış və götürmənin qanunda göstərilən riayət edilməklə aparılmasını tələb etmək, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılmasından şikayət etmək və digər hüquqları kobud şəkildə pozulmuşdur. Qanunda tutulan şəxsin tutulduğu vaxtdan axtarış və götürmədə müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ göstərildiyi halda, tu tulduğu vaxtda və axtarış və götürmədə real olaraq, müdafiəçinin yardımından istifadə etməyə şərait yaradılmayaraq bu hüququ təmin olunmamaqla Məhkum müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da tərəflərin bərabərliyi prinsipinin real olaraq tətbiqi heçə enmişdir ki. bu hal da hazırkı işin ibtidai araşdırmasının ədalətli və qanuni şəkildə həyata keçirilməsini tam şübhə altına alır və məhkəmədə onlara göz yumularaq qanunsuz hökm qəbul edilmişdir. Müdafiə tərəfi Məhkum münasibətdə onun azadlıq müdafiə və digər hüquqlarının yolverilməz pozuntusu, qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftarla üzləməsi faktlarını və bunları təsdiq edən preyudisial əhəmiyyətli məhkəmə qərarını, habelə onun əleyhinə yönələn ittihamın mətnində həqiqi halların bilərəkdən təhrif olunduğunu, ittihamı qeydşərtsiz istisna edən hüquqi və faktiki əsasları birinci instansiya məhkəməsinin diqqətinə çatdırmışdır. Məhkəmə aparılan əməliyyat tədbirinin qanuniliyini qiymətləndirmək, hüquq normalarına riayət edilməməsinin özbaşınalığın nəticəsi olduğuna adekvat münasibət bildirmək əvəzinə, həmin əməliyyat tədbirinin nəticələrini qanunun tələbinə zidd olaraq və eyni zamanda məhkəmə açıq-aşkar qərəzli olaraq polis əməkdaşının hüquq pozuntularını davam etdirməklə əldə etdikləri digər məlumatları da sübut kimi qəbul etmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022ci il qərarını ləğv edib, bəraətverici əsaslarla yekun qərar qəbul ediməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkə məsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiya sı məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqəti n müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirs izə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət ve rməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı b ir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığı nın şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsir ini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələ ri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmuş və özünü ona irəli sürülən ittiham üzrə 234.4.1 və 234.4.3-cü maddələrlə təqsirli bilir. Lakin ona irəli sürülən ittiham üzrə digər maddələrlə özünü təqsirli bilmir. O, heç vaxt qaçaqmalçılıqla məşğul olmamış, Samir adlı şəxslə “Whatsapp” mobil tətbiqi ilə tanış olmuş, həmin Samir adlı şəxsi heç vaxt görməmiş, onunla yalnız yazışmışdır. Samir ona narkotik vasitələri götürülməli olduğu yerləri deyirdi və o, da gedib narkotik vasitəni götürüb yenə onun dediyi yerlərə aparıb qoyurdu. Samir adlı şəxs onun dediyinə görə, Türkiyədə yaşayırdı. Samir adlı şəxs ona gündəlik 50 manat kartla xidmət haqqı kimi pul ödəyirdi. Lakin bu məbləğ sabit deyildi, arabir dəyişir di. Sadəcə olaraq 26 gün bu formada fəaliyyət göstərmiş və həmin müddət ərzində bu fəaliyyətindən 1.000 manat məbləğində pul qazanmışdı. Arabir özü də narkotik vasitə istifadə edirdi. O, digər ölkələrdən ölkəyə narkotik vasitə gətirilməsini təşkil etməmiş və buna köməklik göstərməmişdir. O, narkotik vasitələri ona deyilən yerdən götürüb yenə ona deyilən digər ünvana qoymuşdur. Həmin malın nə vaxt, hansı şəraitdə və kim tərəfindən keçirilməsi barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstədi ki, 5 may 2020-ci il tarixdə Baş İdarəyə Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etməsi və d övriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş və Baş İdarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna rəhbərliyi Baş İdarənin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2 həyata keçirmişdir və qrup üzvləri Baş İdarənin əməliyyat müvəkkilləri polis kapitanı Şahid4, polis kapitanı Şahid3 və ondan ibarət olmuşdur. Əməliyyat qrupunun üzvləri təlimatlandırıldıqdan sonra tədbirin həyata keçirilməsinə başlanılmışdır. Məhkum Bakı şəhəri, Nizami rayonu ərazisində olması barədə məlumat olduğundan həmin əraziyə getmişlər. 5 may 2020-ci il tarixdə saat 22:45-də ünvan 3 ünvanının yaxınlığında dayanmış **-TJ-*** dövlət qeydiyyat nişanlı “HONDA” markalı avtomobilin yanında üç nəfərin olmasını və onlardan birinin Məhkum oxşadığını müəyyən etmişlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu vaxtı həmin şəxslərdən biri qaçaraq həmin ərazidən uzaqlaşmışdır. Digər şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Məhkum və Şahid5 olmalarını bildirmişlər. Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul edilmiş qərarla onu tanış etmişlər. Bundan sonra Məhkum və Şahid5 Baş İdarəyə dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Məhkum və Şahid5 müdafiəçi təyin edilmiş və hüquq-vəzifələri izah edilmişdir. Bundan sonra Baş İdarədə xidməti otaqların birində Məhkum üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl İlkin bu barədə qəbul edilmiş qərarla tanış edilmiş və İlkinə paltarlarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlər varsa könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum sağ əlində tutduğu, üzərində “ticarət mərkəzi” sözü yazılmış, ağ rəngli selofan paketi təqdim etmişdir. Həmin selofan paketin içinə baxış keçirilmişdir. Baxış zamanı qara rəngli üzərində “İNW” sözü yazılmış sellofan paketin içindən, bir bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Sonra Məhkum əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd “İPHONE” markalı, tünd boz rəngli mobil telefonu, bir ədəd avtomobil aç arını təqdim etmişdir. Daha sonra Məhkum üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı İlkinin üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən altmış beş manat pul, həmin şalvarın sağ yan cibindən altmış qəpik pul aşkar olunmuşdur. Daha sonra içində açıq qəhvəyi rəngli, heroinə bənzər kütlə olan bir ədəd büküm içi boş olan, ağ rəngli zərfə qoyuldu, möhürləndi, üzərində müvafiq qeydlər aparıldı, şübhəli şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “İPHONE” markalı, boz rəngli mobil telefon götürülmüşdür. Bir ədəd avtomobil açarı, əynində olan şalvardan aşkar olunmuş 65 manat 60 qəpik pul İlkinin özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı İlkin üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olmasını etiraf etmişdir. Baş verənlər barədə protokol tərtib edilmiş və həmin protokol imzalanmışdır. Bundan sonra Şahid5 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Şahid5 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Şahid5 üzərində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şprisi, “valerian” dərman preparatının şüşədən olan qabının sınıqlarını, həmin gödəkçənin sol yan cibindən bir ədəd “İPHONE” markalı mobil telefonu, bir ədəd siqaret qutusunu təqdim etmişdir. Daha sonra Şahid5 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun üzərində olan qırmızı rəngli gödəkçənin sol yan cibindən bir ədəd alışqan, bir ədəd kağız parçası, üzərində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd limon duzu paketi aşkar olunmuşdur. Daha sonra bir ədəd şpris və “valerian” dərman preparatının şüşədən olan qabının sınıqları içi boş olan, ağ rəngli, zərfə qoyulmuş, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “İPHONE” markalı mobil telefon, bir ədəd limon duzu paketi götürülmüş, bir ədəd siqaret qutusu, bir ədəd alışqan, bir ədəd kağız parçası Şəhriyarın özünə geri qaytarılmışdır. Baş verənlər barədə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra İlkin Xudaverdiyin idarə etdiyi **-TJ-*** dövlət qeydi yyat nişanlı “HONDA” markalı nəqliyyat vasitəsinə baxış keçirilməsinin zəruri olduğu bildirilmiş və sonuncu buna etirazı olmadığını qeyd etmişdir. Bu barədə Məhkum ərizə də alınmışdır. Avtomobilə baxış zamanı sürətlər qutusunun yanından avtomobilin qeydiyyat şəhadətnaməsi, etibarnamə, Məhkum məxsus sürücülük vəsiqəsi aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Avtomobilə baxış zamanı hər-hansı bir dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Baş verənlər barədə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 6 may 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikas ı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 5 may 2020-ci il tarixdə saat 22:45 radələrində ünvan 3 ünvanının yaxınlığında tanışı Şahid5 birlikdə saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Məhkum sağ əlində tutduğu ağ rəngli sellofan torbanın içərisindən 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1027 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6 may 2020-ci il tarixli, 6/670 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində "Vətəndaş Məhkum üzərindən aşkar olunmuş...” yazıları olan kağız pak etdəki 01 ədəd bağlamada təmiz çəkisi 1027 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Ambulator məhkəmə-narkoloji ekspertizasının 1995 saylı 20 iyul 2020-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 iyul 2020-ci il tarixli 1995 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Məcburi müalicəyə ehtiyacı vardır.Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Məhkum hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitə lərin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləs inin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta bi rinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələri n, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutl arla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllən in 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməli ni törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılma lıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət tö rətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olma masıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara u yğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prose ssual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tə rkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələ lərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qər ara aldı: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1455/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1455/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver