Məhkəmə qərarları › İş №1(102)-1455/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1455/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1455/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və zərərçəkmiş şəxs X1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 22 yanvar 2025-ci il tarixli 1(107)-34/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə, Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 23 oktyabr 2024-cü il tarixli 1(025)-32/2024 nömrəli hökmü ilə xx xxxxx 1988-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ona CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) i l 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 320.1-ci maddəsi ilə ona 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilmiş, onun 27 fevral 2024-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, 11 may 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək, həbsdə saxlanıldığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 oktyabr 2024-cü il tarixindən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi və digər mülki hüquqi xidmətlərlə məşğul olan "xxxx" MMC-nin təsisçi direktoru işlədiyi vaxt tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeydindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqs ədi ilə Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs arvadı Şahid xx.xx.2009-cu il tarixdə “Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialı” tərəfindən verilmiş ona məxsus B № 140740 seriya, 2/1242 qeydiyyat nömrəli diplomun müvafiq elektron hökumət portalına (egov v.s.) daxil edilməsini hüquqi müstəvidə həll edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Qəbələ şəhəri ərazisində həmin vaxt işlədiyi "xxxx" MMC-nin ofisində 6500 (altı min beş yüz) manat məbləğində pulunu bilavasitə Zərərçəkmiş şəxs götürməklə ələ keçirib əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə 6500 (altı min beş yüz) manat pulunu əvəzsiz və qanuns uz ələ keçirib ona qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmiş, bundan sonra törətdiyi cinayəti ört-basdır etmək, eləcə də aldığı pul müqabilində guya iş gördüyünə inandırmaq üçün yaşadığı evdə bir gün ərzində xx.xx.2022-ci il tarixdə özünə məxsus “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüterdə “Adobe Photoshop” proqramı vasitəsi ilə hazırlayaraq “Epson L 3110” markalı rəngli printer vasitəsi ilə saxtalaşdırıb çap etdiyi hüquq verən rəsmi sənədlər olan Şahid məxsus ali təhsil haqqında sənədə dair hər hansısa bir qanun pozuntusu faktı aşkar edilməməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri H.Həsənlinin adından hazırladığı xx.xx.2022-ci il tarixli TA-145-1 nömrəli saxta məktubu və yaşadığı evdə bir gün ərzində xx.xx.2022-ci il ta rixdə özünə məxsus “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüterdə “Adobe Photoshop” proqramı vasitəsi ilə hazırlayaraq “Epson L 3110” markalı rəngli printer vasitəsi ilə saxtalaşdırıb çap etdiyi hüquq verən rəsmi sənədlər olan Şahid məxsus diplomunun elektron portala yerləşdirilməsi, bu barədə öhdəliyin Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli № e-2-1(112)11965/2022 nömrəli saxta qərarı Zərərçəkmiş şəxs təqdim etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid məxsus diplomunun elektron portala yerləşdirilməsi barədə qərardan Təhsil Nazirliyi tərəfindən apellyasiya şikayətinin verilməməsini təs diq edən Bakı İnzibati Məhkəməsinə pul verib arayış alınacağına dair Zərərçəkmiş şəxs yalandan vəd verib aldadaraq bu adla xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Qəbələ şəhəri ərazisində 1000 (bir min) manat məbləğində pulunu bilavasitə Zərərçəkmiş şəxs götürməklə ələ keçirib əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə 1000 (bir min) manat pulunu əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı dələduzluq cinayətini törətmiş, bundan sonra o, təkrarən törətdiyi cinayəti ört-basdır etmək, eləcə də aldığı pul müqabilində guya iş gördüyünə inandırmaq üçün yaşadığı evdə bir gün ərzində xx.xx.2022-ci il tarixdə özünə məxsus “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüterdə “Adobe Photoshop” proqramı vasitəsi ilə hazırlayaraq “Epson L 3110” markalı rəngli printer vasitəsi ilə saxtalaşdıraraq çap etdiyi hüquq verən rəsmi sənədlər olan Şahid ünvanlanmış Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2-1(112)-11965/2022 saylı Məhkəmə qərarından Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə apellyasiya şikayətinin verilmədiyi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2-1(112)-11965/2022 saylı məhkəmə qərarının xx.xx.2022-ci il tarixdən qanuni qüvvəyə minməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli 21(112)-11965/2022 nömrəli saxta məktubu Zərərçəkmiş şəxs təqdim etmişdir. Həmçinin o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ötən illərin məzunlarının ali təhsil haqqında diplomlarının elektron hökumət portalına (e-gov, v.s) daxil edildiyindən bu işdə ləngimələr olmasını, buna görə Şahid məxsus diplomunun elektron portala yerləşdirilməsini tez bir zamanda həll etmək üçün Elm və Təhsil Nazirliyinə pul verəcəyinə dair Zərərçəkmiş şəxs yalandan vəd verib aldadaraq bu adla xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Qəbələ şəhəri ərazisində 1500 (bir min beş yüz) manat məbləğində pulunu bilavasitə Zərərçəkmiş şəxs götürməklə ələ keçirib əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə 1500 (bir min beş yüz) manat pulunu əvəzsiz və q anunsuz ələ keçirib ona qarşı dələduzluq cinayətini törətmiş, bundan sonra o, təkrarən törətdiyi cinayəti ört-basdır etmək, eləcə də aldığı pul müqabilində guya iş gördüyünə inandırmaq üçün yaşadığı evdə bir gün ərzində xx.xx.2023-cü il tarixdə özünə məxsus “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüterdə “Adobe Photoshop” proqramı vasitəsi ilə hazırlayaraq “Epson L 3110” markalı rəngli printer vasitəsi ilə saxtalaşdıraraq çap etdiyi hüquq verən rəsmi sənədlər olan Şahid məxsus diplomun təkrar qeydiyyata alınması və müvafiq elektron hökumət portalına (e-gov, v.s) məlumatların daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması, ötən illərin məzunlarının ali təhsil haqqında diplomlarının elektron hökumət portalına (e-gov, v.s) daxil edilm əsi üzərində işlər aparılması barədə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevin adından hazırladığı xx.xx.2023-cü il tarixli № M-2063/04/11-48 nömrəli saxta məktubu Zərərçəkmiş şəxs təqdim etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), İmanverdi Şükürov və Zamin Tahirov) 22 yanvar 2025-ci il tarixli, 1(107)-34/2025 nömrəli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 1(025)-32/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 1(107)-34/2025 nömrəli hökmünün ləğv edilərək ona qanunvericiliklə mümkün olan ən aşağı həddə cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə əlavədə isə məhkum onun barəsində bəraət verici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 1(107)-34/2025 nömrəli qərarını ləğv edib, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum verdiyi kassasiya şik ayətini və kassasiya şikayətinə əlavəsini onunla əsaslandırmışlar ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəmələri iş üzrə mühüm əhəmiyyət kəsb edən halları gözardı etməklə bir sıra prosessual pozuntulara yol vermiş və nəticədə barəsində ədalətsiz hökm çıxarılmışdır. Belə ki, istər ibtidai istintaq orqanında istərsə də birinci instansiya məhkəməsində iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs onun ona təqdim etdiyi sənədlərin saxta olduğundan məlumatlı olmasına dair tərəfindən təqdim edilmiş kifayət qədər məntiqli və mötəbər arqumentlər gözardı edilmiş, ümumiyyətlə hüquqi münasibət bildirmədən rədd edilmiş, sadəcə zərərçəkmişin şikayəti əsas götürülməklə o, CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinmişdir. O, özünü yalnız CM-in 320.1-ci maddəsi ilə təqsirli bilmiş, göstərilən cinayət əməlini səmimi etiraf etmiş və istintaqa səmimi ifadə vermişdir. Zərərçəkmişdən verdiyi saxta sənədlərin müqabilində 6500 manat pul aldığını istintaq orqanına könüllü etiraf etmişdir. Hesab etsək ki, onun CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri təqsirliliyi tam sübuta yetirilmişdir. Bütün hallarda baş vermiş cinayət əməlinin fonunda verilmiş cəza həddindən artıq çoxdur. Ona cəza verilərkən himayəsində 2 azyaşlı övladı, yaşlı və xəstə ata və anası olmaqla 6 nəfərdən ibarət ailənin yeganə əmək qabiliyyətli şəxsinin o olmasını, həmçinin cəza verilərkən verilmiş cəzanın vurulmuş ziyana uyğunluğu nəzərə alınmamış, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş 5000 manatdan 50000 manatadək diapozunu üzrə verilməli olan 2 ildən 5 ilədək cəzanın yuxarı həddini tətbiq edilmişdir. Əməlindən peşman olduğunu ifadə edir, həbsdə olduğu üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməməyinin mümkünsüzlüyünün nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ona qarşı törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına, ümumiyyətlə Məhkum şəxsiyyətinə uyğun olmadığı üçün hədsiz yüngüldür ki, bu mənada həmin cəza ədalətli cəza kimi xarakterizə oluna bilməz. Məhkum öz qulluq mövqeyindən istifadə etməklə və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, o cümlədən hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama cinayətlərini təkrar törədibdir və onun Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam olaraq sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirm ədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutla ra hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası ilk öncə Məhkum kassasiya şikayətində onun əsassız olaraq Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli bilinib məhkum edilməsinə dair irəli sürülmüş dəlillər ilə əlaqədar qeyd edir ki, Məhkum elan edilmiş ittiham üzrə tam həcmdə təqsiri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla – zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, sənədlər və maddi sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin f aktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllər yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin və kassasiya şikayətinə əlavəsinin digər dəlillər məhkəmələr tərəfindən ona törədilmiş cinayətin ağırlığına və işin hallarına uyğun olmayan sərt cəzanın təyin edilməsi ilə əlaqədardır. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin başlıca dəlili isə Məhkum təyi n olunmuş cəzanın yüngül olması ilə əlaqədar olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükə lilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarak terinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən CM-in 59-cu maddəsinə əsasən onun himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi, həmçinin CM-in 61.1.1 və 61.1.6-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi cinayəti təkrar, tamah və ört-basdır etmək məqsədi ilə törətməsi olmasını nəzərə almış, ona təqsirli bilindiyi CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsinin (dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) və 320.1-ci maddəsinin (üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddə tə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası) sanksiyaları həddində olan, yəni CM 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəzası, 320.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməklə, qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum tətbiq ediləcək cəza həcmini müəyyən edərkən düzgün olaraq onun ailə vəziyyətini, yəni onun himаyəsində оlаn 2 azyaşlı uşağının olmasını nəzərə almışdır. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkuma təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın daha da yuxarı və ya aşağı həddində cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, nəticəyə gəlir ki, Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xar akterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Təyin edilmiş cəza məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Hökm və qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması və ya yüngülləşdirilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətlərinin bu barədə dəlili əsassızdır. Kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, həmin dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətinin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmiş və əsaslandırmışdır. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli 1(107)34/2025 nömrəli Məhkum haqqındakı qərarının kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli 1(107)-34/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar