Məhkəmə qərarları › İş №1(102)-1456/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1456/2019

26.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1456/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxanoğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə təqsirli bilinib məh kum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2019-cu il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Ağdaş Rayon Məhkəməsinin (sədrlik edən Əliyev Nizam Mübariz oğlu) 12 mart 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1984-cü ildə Ağdaş rayonunun Malay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup hərbi əlil, işsiz, Ağdaş Rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 1(014)-01/2017 nömrəli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 04 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il 06 ay sınaq müddəti m üəyyən edilməklə şərti məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası CM-in 289.1-ci maddəsi ilə təqsirli bilinib 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Ağdaş Rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmü ilə Məhkum CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş dörd il müddətə azadlıqdan məhrum etmə cəzasının iki il altı ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilməsinin CM-in 71.4-cü maddəsinə əsasən ləğv edilməsi, CMin 67.1-ci maddəsinə əsasən, Ağdaş Rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə ona təyin edilmiş 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzər ində qəti olaraq 04 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 12 mart 2019-cu ildən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), X10 oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 14 may 2019-cu il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 may 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən, Məhkum Ağd aş Rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 1(014)-01/2017 nömrəli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-in 70-ci maddəsi tətbiq edilməklə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti olaraq 02 il 06 ay sınaq müddəti ilə məhkum edilmiş, sınaq müddəti ərzində 15 may 2018-cidə, saat 10 radələrində Ağdaş Rayon Məhkəməsində hakim Ruslan Əlizadənin sədrliyi ilə barəsində olan cinayət işinə açıq məhkəmə iclasında baxılarkən iş üzrə şahid qismində dindirilmiş Ağdaş rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili X3 ünvanına şərəf və ləyaqəti alçaldan nalayiq ifadələr işlətməklə onu təhqir etmiş, həmçinin sədrlik edənin xəbərdarlıqlarına baxmayaraq, hərəkətlərini davam etdirərək məhkəmə prosesini pozmuş, hərəkətləri ilə ədalət mühakiməs inin nüfuzuna xələl gətirməklə məhkəməyə hörmətsizlik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, verilmiş ittiham əsassızdır, məhkəmələr tərəfindən işin halları araşdırılmadan ədalətsiz və əsassız nəticəyə gəlinmişdir. Məhkum CM-nin 289.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək barəsində ədalətli qərar qəbul edilməsini, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 may 2019-cu il tarixli hökmünün ləğv edilərək Ağdaş Rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayə ti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işi nə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 15 may 2018-ci il tarixdə Ağdaş rayon Məhkəməsində onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmışdır. Məhkəmə iclasına hakim Ruslan Əlizadə sədrlik etmişdir. İşə baxılan zaman sədrlik edən şahid qismində ifadə verməsi üçün Ağdaş rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşı kimi tanıdığı Samid Kərimovu dəvət etmişdir. Samid iclas zalına daxil olarkən onun ünvanına təhqiramiz ifa dələr işlətmişdir. Həmçinin həqiqətə uyğun olmayan ifadə verdiyindən Samidin dediklərinə əsəbləşərək onun ünvanına şərəf və ləyaqətini alçaldan ifadələr gətirmişdir. Zərərçəkmiş şəxs X7 ifadəsində göstərmişdir ki, Ağdaş rayon polis şöbəsinin cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 15 may 2018-ci il tarixdə Ağdaş rayon Məhkəməsində Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair baxılacaq cinayət işinə şahid qismində dəvət edilmişdir. Qeyd edilən tarixdə Ağdaş rayon Məhkəməsinə gələrək bir müddət dəhlizdə gözlədikdən sonra sədrlik edən tərəfındən iclas zalına çağırılmışdır. Məhkəmə iclasına sədrlik edən hakim Ruslan Əlizadə ifadə vermək üçün sözü ona vermiş və o, da ifadə verməyə başlamışdır. Bu vaxtı təqsirləndirilən şəxs lərin saxlanılması üçün nəzərdə tutulan hissədə dayanmış Məhkum onun ünvanına şərəf və ləyaqəti alçaldan nalayiq sözlər işlədərək onu təhqir etmişdir. Sədrlik edən X2i sakitliyə riayət etməyə dəvət etsə də X2 onu təhqir etməkdə davam etmişdir. X2 onunla barışmağa cəhd etməmiş, eləcə də üzr istəməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi CPM-in 143-146-cı mаddələrinin tələblərinə müvafiq sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş məhkumun CM-nin 289.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi barədə əsaslı nəticəyə gəlmişdir. Məhkum ona istinad edilən cinayət əməlini törətməməsi barədə gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır.Məhkəmələr məhkumun ona qarşı irəli sürülən cinayət əməlini törətməsini onun məhkəmə istintaq zamanı verdiyi ifadələrə,zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, həmçinin işin digər obyektiv hallarına əsaslanmışdır. Məhkəmələrin nəticəsi işin faktiki hallarına uyğundur. Kollegiya qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1,41.2ci maddələrinin tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının tövsiyələrini, törədilmiş cinayətin xarakterini və içtimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, məhkumun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq ona qanununi və ədalətli cəza tə yin etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 may 2019-cu il tarixli hökmünın ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar