Məhkəmə qərarları › İş №1(102)-1456/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1456/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1456/2022 02.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum2 müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Əliyev Ramin Rasim oğlunun iştirakları ilə xx xxxxxx 1976-cı ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin sədri işləmiş, Zərd ab rayonu Yarməmmədbağı kəndində qediyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 178.2.1, 32.5, 311.3.3, 32.4, 312.2 və 32.5, 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Əliyev Ramin Rasim oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən), B.M.Məmmədov (məruzəçi) və N.N.Mirzəyev) Məhkum2 - Azərbaycan Respublikası CM-in 29, 178.2.1, 32.5, 311.3.3, 32.4, 312.2 və 32.5, 313-cü mad dələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 29, 178.2.1-ci maddəsi ilə CM-in 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.5, 311.3.3-cü maddəsi ilə CM-in 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə c əzasına, CM-in 32.5, 313-cü maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, Məhkum2 təyin edilmiş cəzaların qismən toplanması yolu ilə qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 28 iyul 2020-ci il tarixdən hesablanması, Məhkum2 əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə dövlət və yerli özünü idarə or qanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 Azərbaycan Respublikası CM-in 29, 178.2.1, 29, 178.2.3, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və G.Q.Abbasov) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilm ədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 23 dekabr 2019-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində Zərdab rayon Yarməmmədbağı kənd bələdiyyəsinə üzv, 15 yanvar 2020-ci il tarixdə keçirilmiş və 1 nömrəli protokolla rəsmiləşdirilmiş bələdiyyə üzvlərinin ümumi yığıncağında həmin bələdiyyənin sədri seçilməklə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs Məhkum1 məsləhət və məlumatlar verməklə yardım edərək və cinayət yolu ilə əldə edilmiş pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə Məhkum1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 i yun 2001-ci il tarixli № 160-İİQ nömrəli Qanununun 6.2, 6.6, 9.1 və 19.4-cü maddələrinin, bələdiyyə torpaqları üzərində icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini icarəyə götürmək istəyən şəxsin rəsmi müraciəti əsasında bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi tələblərinə əməl edilmədən həmin bələdiyyənin mülkiyyətində olan 74 ha torpaq sahəsinin Şahid1 istifadəsinə köhnə tarixə saxta icarə müqaviləsi, bələdiyyə iclas protokolundan çıxarış və bələdiyyə büdcəsinə ödənişlər həyata keçirilməsinə dair qəbzlər əsasında verilməsinə görə sonuncudan 2020-ci ilin iyul ayının ortalarında Zərdab rayonu ərazisində Məhkum1la birlikdə görüşləri zamanı sonuncu və özü üçün birbaşa yolla sonuncu vasitəsilə və şəxsən külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəmiş, həmin niyyətlə, Məhkum1la cinayətdən xəbərsiz ortaq tanışları olan Şahid5 vasitəsilə əldə etdikləri cinayətdən xəbərsiz Şahid2 adına "xxxx" ASC tərəfindən verilmiş 5103 07144768 8504 nömrəli plastik bank kartının nömrələrini Şahid1 sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə Məhkum1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “WhatsApp” proqramı vasitəsilə göndərilməklə həmin kart hesabına qeyd edilən pul vəsaitinin 500 (beş yüz) manatının Bakı şəhəri ərazisində “MilliÖn” terminalı vasitəsilə 18 iyul 2020-ci il tarixdə Şahid1 tərəfindən göndərilməsinə nail olub, həmin pul vəsaitinin özü Məhkum1la birlikdə Zərdab rayonu, H.Əliyev prospekti 3A ünva nında yerləşən həmin bankın Zərdab rayon filialında bankomatdan çıxarmaqla, həmin məbləği, bundan sonra, Şahid1 rüşvət qismində istədikləri məbləğin tam həcmdə veriləcəyinə əmin olaraq 18 iyul 2020-ci il tarixdən 22 iyul 2020-ci il tarixədək olan müddətdə Zərdab rayonu, Yarməmmədbağı kənd bələdiyyəsinin inzibati binasındakı xidməti otağında kompüterdə özünün şəxsən məsləhətləri və məlumatları ilə etdiyi yardımla Məhkum1 tərəfindən tamah niyyətilə rəsmi sənədlər olan 2 nüsxədə 04 fevral 2007-ci il tarixli bələdiyyə iclas protokolundan çıxarış və 2 nüsxədə 06 fevral 2007-ci il tarixli, 08 nömrəli müqavilənin məzmununa qeyd edilən 74 ha torpaq sahəsinin Şahid1 icarəsinə verilməsinə guya həmin bələdiyyə iclasında müzakirə olunmaqla razılıq verilməsi və icarə müqaviləsinin bağlanmasına dair b ilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilib çap qurğusu (printer) vasitəsilə surəti kağız daşıyıcı üzərində çıxarılmaqla həmin sənədlərdə, habelə, 1 nüsxədə 08 fevral 2007-ci il tarixli, 219196 nömrəli və 1 nüsxədə 14 mart 2012-ci il tarixli, 219195 nömrəli həmin bələdiyyəyə məxsus qəbzlərə guya sonuncu tərəfindən torpaq icarəsi üzrə 2007-2012-ci illər və 2012-2017-ci illər üzrə bələdiyyə büdcəsinə hər birində 740 manat məbləğində ödəniş edilməsinə dair Məhkum1 tərəfindən əlyazma xətti ilə biləbilə yalan məlumatlar daxil edilməklə həmin qəbzlərdə, cəmi dörd rəsmi sənəddə 2007-ci il tarixdə həmin bələdiyyənin sədri vəzifəsində işləmiş X5 imzası görüntüsünün yaradılması üçün bələdiyyə sədri “O.A.Həsənov” adının qarşısında diyircəkli qələmlə qəsdən oxşadılmaqla imzalandıqdan sonra Zərdab rayon, Yarməmmədbağı bələdiyyəsinin möhürü ilə təsdiq edilməklə hazırlanıb 22 iyul 2020-ci il tarixdə Şahid1la Zərdab rayonu Aşağı Seyidlər kəndində yerləşən “Elay” restoranında Məhkum1la birlikdə görüşüb köməkçiliyi ilə vəzifə saxtakarlığı yolu ilə hazırlanan qeyd edilən rəsmi sənədlər sonuncu tərəfindən Şahid1 təqdim edilib, habelə, həmin saxta icarə müqaviləsində sonuncuya icarəyə götürən qrafasında imza etdirilib, ondan həmin niyyətlə özü və Məhkum1 üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini almaqla, həmin məbləği, eyni niyyətlə, 28 iyul 2020-ci il tarixdə Şahid1la yenidən qeyd edilən restoranda Məhkum1la birlikdə görüşərək ondan sonuncu və özü üçün Məhkum1 birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini qəbul etməsilə, həmin məbləği, ümumilikdə qeyd edilən qaydada vahid niyyətlə Şahid1 Məhkum1 özü və onun üçün birbaşa və dolayı yolla şəxsən və özü vasitəsilə külli miqdarda maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində alınmasında və Məhkum1 vəzifəli şəxs qismində rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq 23-24 iyul 2020-ci il tarixində Zərdab rayonu ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə is tifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərdab rayon Yarməmmədbağı kənd bələdiyyəsinin mülkiyyətində olan 74 ha torpaq sahəsinin istifadəsinə verilməsi üçün rüşvət qismində pul vəsaiti aldıqları Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək həmin rayonda 12 iyul 2013-cü il tarixdən 02 iyul 2020-ci il tarixədək Zərdab rayon İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləməsi ilə əlaqədar rayon İcra hakimiyyəti başçısının aparatında geniş əlaqələrə malik olmasını, həmin əlaqələrindən istifadə edərək istifadəsinə veriləcək qeyd edilən torpaq sahəsində müvafiq təsərrüfat obyektlərinin tikintisini aparmasından ötrü onun üçün icazə ala biləcəyini yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yaxın mün asibətdə olduğu Zərdab rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyən Şahid6 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və Məhkum1 vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 aldatmaqla bildirib, sonuncuda özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək onun razılığını almaqla sövdələşib, Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və Məhkum1 vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmiş,Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayon məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərarı əsasında 28 iyul 2020-ci il tarixdə həyata keçirilən əməliyyat tədbiri zamanı ünvan 4i ünvanında yerləşən “Elay” restoranında Məhkum1la birlikdə saxlanıldıqlarından, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, Şahid1 həmin niyyətlə qeyd edilən pul vəsaitini ala bilməməklə, Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid1 məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022 il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 144-cü və 145-ci maddələrinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, toplanmış sübutları düzgün təhlil və müqayisə etməmiş,əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini i ş materialları ilə əlaqəli şəkildə araşdırıb,verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi R.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə ak tları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qal dırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayəti məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası 178.2-ci maddəsinə əsasən “Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç i lədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası 311.1-ci maddəsində “Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası 311.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: 311.3.1. qabaqcadan əlbir olan bir qrup ş əxs və ya mütəşəkkil dəstə tərəfindən; 311.3.3. külli miqdarda törədildikdə— səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 313-cü maddəsinə əsasən “Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə mə hkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcə dən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə, heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, dələduzluq cinayətlərində talamanın digər növlərində olduğu kimi cinayətin obyekti mülkiyyət münasibətləri olduğu halda, rüşvət alma (passiv rüşvətxorluq) cinayətinin obyekti dövl ət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir. Rüşvət alma (passiv rüşvətxorluq) cinayətlərində pul, əmlak və sair nemətlər cinayətin predmetini təşkil edir. Məhkəmə kollegiyası Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübut lardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum2 verdi yi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum2 əməlini Azərbaycan Respublikası CM-in 29, 178.2.1, 32.5, 311.3.3, 32.4, 312.2 və 32.5, 313-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi Məhkum2 qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum2 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilsədə, iş üzrə digər təqsirləndirilən şəxs Məhkum1 ifadələri ilə yanaşı, Şahid1, X7, Şahid3, Şahid5 və Şahid2 ifadələri, “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 28 iyul 2020-ci il tarixli protokol, baxış keçirilməsi və götürmə aparılması haqqında 28 iyul 2020-ci il tarixli protokol, “Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin protokol kitabı”na baxış keçirilməsi haqqında 27 avqust 2020-ci il tarixli protokol, baxış keçirilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli protokola, məh kəmə-sənədlərin texniki ekspertizasının 15 sentyabr 2020-ci il tarixli, 5/548 nömrəli rəyi məhkəmə-xətşünaslıq ekspertizasının 28 sentyabr 2020-ci il tarixli, 4/623 nömrəli rəyi, məhkəmə-sənədlərin texniki ekspertizasının 23 sentyabr 2020-ci il tarixli, 5/554 nömrəli rəyi, ş 06 fevral 2007-ci il tarixli 08 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə, habelə iş üzrə toplanmış digər sübutlarla Məhkum2 təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respubli kası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum2 bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum2 əməlini Azərbaycan Respublikası CM-in 29, 178.2.1, 32.5, 311.3.3, 32.4, 312.2 v ə 32.5, 313-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılm ış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər is ə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar