Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1456/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Həsənov Əbil Yadulla oğlunun iştirakları ilə, Bakı Ağır C inayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Həsənov Əbil Yadulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 1(101)-643/2022 nömrəli (hakimlər: Ağayev Zeynal Qurban oğlu (sədrliyi ilə), Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət məhkəmə tərkibdə) hökmü ilə xx.xx.1964-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərba ycan Respublikası CM-in 178.3.2-nin maddəsi ilə 4 il 8 ay 9 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 2 il şərti sınaq müddəti təyin edilmiş, xxx qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 5 fevral 2022-ci il tarixdən 7 fevral 2022ci il tarixədək tutulduğu 2 (iki) günün ona təyin ediləcək cəzadan çıxılmaqla ona qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 28 (iyirmi səkkiz gün) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş "həbs" qətimkan tədb irinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasının əvvəlinin 17 mart 2022-ci il tarixdən hesablanması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir. Hökmlə, həmçinin Təqsirləndirilən şəxs da təqsirləndirilərək məhkum edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli 1(101)-643/2022 nömrəli (hakimlər: Ağayev Zeynal Qurban oğlu (sədrliyi ilə), Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət məhkəmə tərkibdə) “hökmdə olan anlaşılmazlığın aradan qaldırılması barədə” qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022ci il tarixli 1(101)-643/2022 nömrəli hökmünün təsviri-əsaslandırıcı hissəsində «Məhkum və Təqsirləndirilən şəxs əməllərində Azər baycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur» cümləsindən sonra «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 05 fevral 2022-ci il tarixdən 07 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, X7 24 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün nəzərə alınıb onlara təyin edilən cəzadan çıxılmaqla onlara cəza təyin edilməlidir» cümləsinin əlavə edilməsi, həmin hökmün nəticəvi hissəsində «Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin» cümləsindən sonra «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 05 fevral 2022-ci il tarixdən 07 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılmaqla ona qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 28 (iyirmi səkkiz gün) azadlıqdan məhrum etmə cəzası təyin edilsin» cümləsinin əlavə edilməsi, «X13 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin» cümləsindən sonra «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X7 24 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün ona təyin ediləcək cəzadan çıxılmaqla ona qəti olaraq 7 (yeddiz) il 5 (beş) ay 29 (iyirmi doqquz gün) azadlıqdan məhr um etmə cəzası təyin edilsin» cümləsinin əlavə edilməsi müəyyən edilmişdir. Hökmdən məhkum edilmiş şəxslər və onların müdafiəçiləri tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli 1(103)-419/2023 nömrəli (hakimlər: Əyyubov Fərid İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlxan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il müddətə azadlıqdan məhrum e tmə cəzasına endirilmiş, Məhkum 5 fevral 2022-ci il tarixdən 7 fevral 2022-ci il tarixədək tutulduğu 2 (iki) günün ona təyin ediləcək cəzadan çıxılmaqla ona qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Həsənov Əbil Yadulla oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2024-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılarkən Məhkum vəsatət ilə məhkəməyə müraciət edərək, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdi r. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının və müdafiəçinin də məhkəmə çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab e dir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Həsənov Əbil Yadulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1456/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1456/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver