Məhkəmə qərarları › İş №1(102)-1457/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1457/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1457/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2022-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rəşad Əliyev (sədrlik edən), Nahid Mirzəyev və Bilal Məmmədov) 1(091)-115/2021 nömrəli 20 may 2021-ci il tarixli hökmü ilə, xx xxxx 1969-cu il tarixdə Gürcüstan Respublikasının Laqodexi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhru m etmə cəzasına, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum2 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Məhkum2 yetişdirdiyi narkotik tərkibli çətənə bitkilərini özü satıb əldə edəcəyi gəlirin bir hissəsini sonuncuya verm əyi vəd edərək Məhkum2 verdiyi toxumları sonuncu 2020-ci ilin may ayının əvvəllərində Balakən rayonunun Yeni Şərif kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin qarğıdalı bitkiləri olan dirrik hissəsində qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əkərək həmin toxumlardan bitmiş 1122 (min yüz iyirmi iki) ədəd hündürlüyü 25 sm-dən 54 sm-dək, ümumi təmiz çəkiləri 5 kiloqram 770 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, 88 (səksən səkkiz) ədəd hündürlüyü 5 sm-dən 11 sm-dək, ümumi təmiz çəkiləri 18,05 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitillərinin, 181 (yüz səksən bir) ədəd hündürlüyü 26 sm-dən 50 sm-dək, ümumi təmiz çəkiləri 1 kiloqram 181 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, ümumilikdə isə 13 91 (min üç yüz doxsan bir) ədəd, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişlər. Bundan başqa o, Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək qəsdən, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq həmin bitkilərin hissələrini toplayaraq həmin sahənin yaxınlığında qurutmaq məqsədi ilə polietilen örtüyün üzərinə pərakəndə və dağınıq halda sərib 1 kiloqram 540 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuananı əldə edərək daşıyıb saxlamış, həmçinin vahid niyyətlə həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrini toplayıb qurutmaqla külli miqdarda, yəni təmiz çəkisi 1 kiloqr am 824,72 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı Məhkum2 əldə edib daşıyaraq yaşadığı evə aparmış, həmin narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 790 qram olan hissəsini 1 ədəd sellofan torbada idarə etdiyi “Daevo Nexia” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerində, təmiz çəkisi 29,72 qram olan hissəsini 1 ədəd sellofan torbada yaşadığı evin otağındakı odun sobasının içərisində, çəkisi 1 kiloqram 5 qram olan hissəsini isə 1 ədəd sellofan torbada evin otağındakı masanın altında saxlamış, eləcə də vahid satış niyyəti ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə əldə etdiyi təmiz çəkisi 14,19 qram olan tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış fərqli tərkibli narkotik vasitə-qurudulmuş marixuananı daşıyaraq yaşadığı evin həyətyanı sahəsində yerləşən daş anbarının üzərində bir ədəd sellofan torbanın içərisində saxlamaqla ümumilikdə 1 kiloqram 838.91 qram çəkidə, yəni külli miqdarda qurudulmuş marixuananı qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq saxlamışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Gündüz Abbasov) 1(107)-7/2022 nömrəli 08 aprel 2022-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-115/2021 nömrəli hökmü Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum1 kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, ədalətsiz, əsassız, qərəzli və qeyri-obyektivdir. Qərar maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməklə qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsi bütövlükdə ittiham aktını təmin edərək, mülahizələr və ehtimallar əsasında qurulmuş cinayət əməlini öz hökmü ilə təsdiq etmişdir. Xüsusilə, Azərbaycan Respublikası CM -in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham heç bir sübuta əsaslanmamışdır. Məhkəmə istintaqı zamanı da ittihamın bu hissəsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum1 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları tam və hərtərəfli yoxlamamış, məhkuma qarşı irəli sürülmüş ittiham məhkəmə iclasında tədqiqi edilmiş mötəbər sübutlarla təsdiq olunmadığı üçün birinci instansiya məhkəməsinin onun Azərbaycan Respublikası CM-in 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunmasına dair hökmü və həmin hökmün qüvvədə saxlanması barədə apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsi rliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinini tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Məhkum1 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, onun ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməsi, onun özünün ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəməsində tədqiq edilmiş ifadə, iş üzrə digər təqsirləndirilən şəxs Məhkum2, şahidlərin ifadələri, ekspertiza rəyləri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işin digər materialları ilə təsdiq edilir. Belə ki, şahidlər Şahid2, Şahid4, Şahid5, Şahid7, Şahid8 və Şahid9 məhkəmə iclasında verdikləri ifadələrdə məhkuma qarşı irəli sürülmüş ittihamın hallarını təsdiq etmişlər. İşdə olan istintaq hərəkətlərinin protokollarından və məhkəmə ekspertiza rəylərindən görünür ki, Məhkum1 idarə etdiyi avtomaşında və onun yaşadığı yerdə hökmün təsviri hissəsində göstərilən hallarda və miqdarda narkotik vasitə ol an qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Məhkum2 da məhkəmə iclasında hökmlə müəyyən edilmiş hallara uyğun ifadə vermişdir. Beləliklə cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum1 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin həmin maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət işi üzrə toplanmış sübutlara və işin hallarına uyğun olduğundan həmin nəticələrlə razılaşmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apelyasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum1 əməli CMin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasi ya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət i şi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2022-ci il tarixli qərarı Məhkum1 aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum1 kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar