Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1457/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 1(103)-596/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Şako” ləqəbli şəxslə qabaqcada n əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və yerdə “Şako” ləqəbli şəxsdən satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan çəkidə külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 8,635 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, “Şako” ləqəbli şəxsin təklifi ilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroinin 1 (bir) ədəd bükümdə istintaqa məlum olmayan hissəsini satış məqsədilə istintaqa məlum olmayan vaxtda “Sahil” metro stansiyasının yaxınlığına daşıyaraq istintaqa məlum olmayan yerə qoymuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 iyul 2021-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində piyada hərəkət edən zaman saxlanılaraq, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə aparılmış və Polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 27,515 qram, 27,923 qram və 3,011 qram olmaqla, ümumi təmiz çəkisi 58,449 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 3,875 qram və 4,760 qram olmaqla, ümumi təmiz çəkisi 8,635 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdrda psixotrop maddə metamfetamin, əynindəki şalvarın sol arxa cibin dən isə narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə gəzdirdiyi elektron tərəzi aşkar olunaraq götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Ə.İ.Məmmədov, hakimlər F.A.Qəribov və T.Q.Hüseynovdan ibarət tərkibdə) 29 dekabr 2021-ci il tarixli, 1(101)1819/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən K.H.Əkbərov, hakimlər E.E.Rəhim ov və F.A.Qasımovdan ibarət tərkibdə) 04 aprel 2022-ci il tarixli, 1(103)-596/2022 saylı qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri
7. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunmuşdur ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsa ssız olmuşdur. Belə ki, nə ibtidai istintaq orqanı, nə də ki, aşağı instansiya məhkəmələri “Şako” adlı şəxsin kimliyini, onun harada olmasını, ümumiyyətlə, belə bir şəxsin mövcudluğunu araşdırmamışdır. Bundan əlavə, həm birinci instansiya, həm də apellyasiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum hansı narkotik vasitəni və kimə satmasına, habelə onlara hansı miqdarda və hansı tərkibdə narkotik vasitə satılmasına dair halların olmamasına qiymət verməmiş, ümumiyyətlə, belə bir satışın olacağını təsdiq edən hər hansı bir mötəbər sübut ortaya çıxarmadan yalnız ittiham yönümlü hökm qəbul etmişdir. Bundan başqa, Məhkum narkotik vasitələrin satışı ilə bağlı heç kimlə telefon əlaqəsi yaratmaması və sms yazışmasının olmaması birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunsa belə, birinci instan siya məhkəməsi ehtimallar əsasında yekun qərar qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin hallara hüquqi qiymət verməmişdir. Həmçinin, ibtidai istintaq orqanı Məhkum satmaq məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməsini israr edərkən, bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutları təqdim etməmişdir.
8. Kassasiya şikayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, məhkumun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və məhkum barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. III.Hüquqi məsələlər
9. Kassasiya inst ansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bil ər.
13. Kassasiya şikayətində müdafiəçi tərəfindən məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyinə, şəxsin təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, bununla da məhkum barəsində qeyri-qanuni və əsassız ittiham hökmü çıxarılmasına istinad edərək, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir.
14. Kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CP M-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2022-ci il tarixli, 1(103)-596/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Məhkəmələr tərəfindən müəyyən edilən işin faktiki hallarına əsasən, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə külli miqdarda olmuşdur. Həmçinin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı barədə daxil olmuş əməliyyat məlumatı əsasında 08 iyul 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş, bu tədbirlər nəticəsində Məhkum həmin gün Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində piyada hərəkət edən zaman saxlanılmış və 22-ci Polis şöbəsinə aparılmışdır. 22-ci Polis şöbəsində videoçəkiliş vasitəsi ilə Məhkum üzərinə şəxsi axtarış keçirilmiş və həmin prosessual hərəkətin keçirilməsi zamanı onun üzərindən 3 (üç) ədəd bükümdə ümumi çəkisi 58,449 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə təmiz çəkisi 8,635 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək maddi sübut kimi götürülmüşdür.
16. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, müvafiq ekspert r əyləri və digər sübut növləri ilə tam sübuta yetirilmişdir.
17. Kassasiya məhkəməsi qeyd edir ki, cinayət işi üzrə əhəmiyyət kəsb edən və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsasını təşkil edən sübutlar məhkəmələr tərəfindən qanun normalarına uyğun tədqiq edilmiş və onlar tərəfindən heç bir prosessual pozuntuya yol verilməmişdir.
18. Qeyd olunanlara əsasən, cinayət işi üzrə əməlin tövsifi ilə bağlı birinci və apellyasiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
19. Təyin edilmiş cəza ilə əlaqədar kollegiya qeyd edir ki, cinayət-hüquqi normaların məzmunundan görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayəthüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
20. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya in stansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşar və hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir.
21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-c i maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
22. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2022-ci il tarixli, 1(103)596/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 04 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun müdafiəç