Məhkəmə qərarları › İş №1(102)-1458/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1458/2018

04.10.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1458/2018 04.10.2018 ALİ MƏHKƏMƏ İş №1(102)-1458/2018 Azərbaycan Respublikası adından QƏRAR 04 oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X12 və X4 ibarət tərkibdə, X13 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, Zərərçəkmiş şəxs X2 iştirakı ilə xx xx1983-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, İ nşaatçılar qəsəbəsi, 2-ci paralel küçə, 9-cu məhəllə, yataqxana 10-da qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmündən məhkumun müdafiəçisi X16 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinin (hakim C.B.Məmmədov) xx xx 2018-ci il tarixli hökmü ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının x x xx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim H.Ə.Nəbiyev, hakimlər N.R.Mövsümov və E.M.Əhmədov) Sumqayıt şəhər Məhkəməsinin xx xx 2018- ci il tarixli hökmü ləğv edilmiş. Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx xx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X3 Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində torpaq sa həsi alıb sənədləşdirəcəyini, əvəzində isə 20.000 (iyirmi min) ABŞ dolları pul lazım olduğunu bildirmiş, xx xx 2013-cü ildə saat 18:00 radələrində E Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “İstanbul” kafesində görüşərkən 20.000 (iyirmi min) ABŞ dollar pulunu, milli valyutaya nisbətdə 15.688 (on beş min altı yüz səksən səkkiz) manat pulunu sonuncuya torpaq alıb onun adına sənədləşdirəcəyi adı ilə alıb ələ keçirərək E xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Məhkum bir qonşu kimi iş üzrə zərərçəkmiş şəxs X2 etbarından sui-istifadə edərək Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisindən ona torpaq sahəsi alıb sənədləşdirəcəyini, əvəzində isə 20.000 (iyirmi min) ABŞ dolları pul lazım olduğunu zərərçəkmiş şəxsə bi ldirmiş və xx xx 2013-cü ildə saat 18:00 radələrində zərərçəkmiş şəxs E Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “İstanbul” kafesində görüşərkən onun 20.000 (iyirmi min) ABŞ dollar pulunu, milli valyutaya nisbətdə 15.688 (on beş min altı yüz səksən səkkiz) manat pulunu ona torpaq alıb onun adına sənədləşdirəcəyi adı ilə almasına baxmyaraq öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin pulu zərəçəkmiş şəxsə qaytarmaq istəsədə zərəçəkmiş şəxsin yaşamaq üçün evi olmadığından və həmin pulun saxlanlmasl üçün banka qoyulacağı təqdirdə banka borcu olduğundan pulunun borcuna çıxılacağının bildirərək pulunun saxlanılması üçün qonşu kimi iş üzrə Məhkum etibar etmiş, iş üzrə Məhkumda zərəçəkmiş şəxs E ona etdiyi etibardan sui-istifadə edərək zərəçəkmiş şəxsi əvvəlcədən məlumatland ırmadan saxlamaq üçün zərəçəkmiş şəxsin ona vediyi 20.000 (iyirmi min) ABŞ dollar pulunu, milli valyutaya nisbətdə 15.688 (on beş min altı yüz səksən səkkiz) manat pulunu ələ keçirərək E xeyli miqdarda ziyan vurmaqla Azərbaycan Respublikası CM-in 178.2.4-maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətmişdir Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi, Sumqayıt şəhər Hüquq Məsləhətxanasının vəkili X16 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmün ləğv edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticələri işin faktik hallarına uyğun deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin hökmü yalnız apellyasiya protestinin də lillərinə əsaslanmış, Sumqayıt şəhər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmünün dəlillərinə istinad edilməmiş, həmin məhkəmə iclasında toplanmış sübütlara münasibət bildirilməmişdir. Belə ki, Sumqayıt şəhər məhkəməsində zərərçəkmiş X1 Səfərovun ifadəsinə uyğun ifadə verərək, ona dəymiş ziyanın ödənildiyini, Məhkum onun pulunu tamamilə qaytardığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirilsə də, cinayət işinin materiallarında olan zərərçəkmişin notarial qaydada təsdiq olunmuş ərizəsində isə ona dəymiş maddi və mənəvi ziyanın tam şəkildə ödənildiyi göstərilsə də, zərərçəkmiş apellyasiya məhkəməsində ona dəymiş ziyanın ödənilmədiyini bildirmiş, apellyasiya məhkəməsi isə zərərçəkmişin bu ziddiyətli ifadələrinə qiymət verməmiş, hətta notarial qaydada təsdiq olunmuş sənədi nəzərə almamışdır. Müdafiəçi qeyd edir ki, pulun zərərçəkmişə qaytarılması Məhkum iradəsindən asılı olmayan səbəblərə görə baş tutmamışdır. Digər tərəfdən hətta pul qaytarılmamışdırsa belə, işin bu halı da Məhkum cinayət məsuliyyətinə cəlb olunması üçün səbəb ola bilməz. Son nəticədə məhkəmədə mülki iddia qaldırmaq yolu ilə pulu geri tələb oluna bilərdi. Müdafiəçinin qeyd edir ki Məhkum zərərçəkmişin pulunu mənimsəmək fikri olmamışdır, belə ki Məhkum hərəkətlərində özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsi halı olmamışdır,o, yalnız öhdəliyi yerinə yetirmişdir. Göründüyü kimi törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsin ə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş olsun. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxs E.Nurməmmədovun, dövlət ittihamçısı C.Əliyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məsəlləsinin (bundan sonra CPM-in) 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbi qinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişdir. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, tör ədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəməkollegiyasıbeləqənaətəgəlirki, apellyasiyainstansiyasıməhkəməsiaçıq, ədalətmühakiməsininprinsiplərinəuyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliy i üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq iş üzrə zərərçəkmiş şəxs X2 Məhkum heç bir şikayət və tələbinin olmaması və ona dəymiş maddi və mənəvi ziyanın tam ödənilməsi barədə xx xx 2018-ci il tarixli notarial qaydada təsdiq olunuş ərizəsini sübut kimi qiymətləndirilməmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdır ma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü qismən təqsirli və ya ümumiyyətlə təqsirli bilməsə də, onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxs X5, şahidlər X10, X6 ifadələri və üzləşmə protokolları, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mö vcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektivcəhətdənbeləəməllərbirbaşaqəsdlətörədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinəəsasənözəməlinin (hərəkətvəhərəktsizliyinin) ictimaitəhlükəliolduğunudərketməli, onunictimaitəhlükəlinəticələriniqabaqcadangörməlivəbunlarıarzuetməlidir. Digərtərəfdən, dələduzluqcinayətininobyektivcəhətiniözündəehtivaedənAzərbaycanRespublikasıCM-nin 178.1-cimaddəsinindispozisiyasınaəsasən, şəxsinəməliohaldadələduzluqcinayətikimiqiymətləndiriləbilərki, şəxsözgəninəmlakınıvəyaəmlakhüquqlarınıəldəetməniyyətiizləyərəketibardansuiistifadəetmişolsunvəyaaldatmaüsu lundanistifadəetsin. Qanununmənasındangöründüyükimi, dələduzluqcinayətinintörədilməsizamanışəxsəvvəlcədənözqarşısınadigərşəxsinəmlakınıvə əmlakaolanhüququnuələkeçirməkməqsədinimüəyyənedir, sonradanisəhəminməqsədinənailolmaqüçünyazərərçəkmişşəxsinetibarındansuiistifadəetmişolur, yadaki, onualdadır, nəticədəisəsonuncununkönüllüolaraqözəmlakınıvəyaəmlakaolanhüquqununonaverilməsin ənailolur. Dələduzluğuntörədilməsizamanıaldatmaüsulundanistifadəedənşəxsəmlakınsahibinə müəyyənfaktlarbarədəqəsdənyalanməlumatlarverir, yaxuddabeləfaktlarhaqqındaməlumatlarıqəsdənsaxtalaşdırırvəyaümumiyyətləheçbirməlum atvermirki, sonnəticədəəmlakınsahibialdadılaraqözəmlakınıkönüllüqaydadadələduzluqcinayətinitörəd ənşəxsəverir. Etibardansuiistifadəzamanıözgəninəmlakınıvəyaəmlakaolanhüququnuəvəzsizələkeçirməkvəbunla rıqay tarmamaqməqsədiniizləyənşəxsonunlamülkiyyətçiarasındaolanetibarlımünasibətlərdənistif adəedirvəəmlakınidarəolunmasıvəyaonasərəncamverilməsiiləəlaqədarmüəyyənvəzifələrin yerinəyetirilməsiniüzərinəgötürübəmlakıələkeçirdikdənsonraəmlakıqaytarmaqniyyətindəol mayaraqvətamahniyyətindəolaraqözvəzifəsiniqəsdən, heçbirüzrlüsəbəbolmadanyerinəyetirmir. Göründüyükimi, əməlindələduzluqcinayətikimiqiymətləndirilməsiüçünbeləəməlitörətmişşəxsinəvvəlcədənə mlakıvəyaəmlakaolanhüququələkeçirməkniyyətindəolmasımüəyyənedilməlidir. Belə ki, Məhkum cinayət əməli iş materiallarında olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək Sumqayıt Apellyasiya Məhkəməsinin işüzrəgəldiyiyuxarıdagöstərilənnəticəniqanunivəəsaslısayırvəbeləqənaətəgəlirki, Məhkum elanolunmuşittihamlabağlıistəribtidaiaraşdırmaorqanı, istərsədəişəbaxanapellyasiya məhkəməsiAzərbaycanRespublikasıCPM-in 143-146cımaddələrinintələ blərinəəməledərəkadıçəkilənməhkumunittihamolunduğucinayətintörədil məsindətəqsirlibilinməsihaqqındamötəbərnəticəyəgəlməküçünqanuniüsullarlakifayətqədər sübutlartoplamış, həminsübutlarıədalətmühakiməsininprinsiplərinəuyğunolaraqağlabatanmüddətlərdəkeçiril mişməhkəməiclaslarındatam, hərtərəflivəobyektivaraşdırmışvə onlarınhərbiriniayrıayrılıqdavəməcmuqaydasındamənsubiyyəti, mümkünlüyüvəmötəbərliyiüzrəqiymətləndirərəkişinfaktikihallarınauyğunolanyekunməhkəm əqərarıqəbuletmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən hökmün qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əs asların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. ŞərhedilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin 419.10.1cimaddəsinirəhbərtutaraqməhkəməkollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar