Məhkəmə qərarları › İş №1(102)-1458/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1458/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1458/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Məmmədov Kərim Həsən oğlunun iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 30 dekabr 2021 -ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2 və 29,317-1.1-ci maddələri ilə bəraət verilməsinə və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli hökmü ilə onun həmin maddələrlə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin göstərilən hökmündən Məhkum müdafiəçisi K.H.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Pərviz Vaqif oğlu) Məhkum, 24 avqust 1992-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki a zyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.2 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma oranı tərəfindən Məhkum CM-nin 234.2 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, qəsdən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr olan marixuana, tiryək və heroini əldə etmə, saxlama, daşıma, göndərmə və satma, həmçinin qəsdən, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi qadağan olunmuş əşya hesab edilən narkotik vasitələrin cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum o lmayan mənbədən və naməlum vaxtda qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 4.60 qram olan narkotik vasitə - qurudulmuş marixuana, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 4.322 qram olan narkotik vasitə - tiryək və kustar üsulla hazırlanmış, təmiz çəksi 1.253 qram olan narkotik vasitə - heroini satış məqsədi ilə əldə edib daşıyaraq saxlamış, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraq məqsədilə həmin narkotik vasitələrin Şəki Penitensiar Müəssisəsində cəza çəkən X10 ötürülməsi üçün göndərmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, cinayətkar məqsədlər üçün aldığı bir cüt ayaqqabının sol tayının daban hissəsinə 4 ədəd sello fan bükülüdə ümumi çəkisi 3.83 qram olmaqla, ayrı-ayrılıqda təmiz çəkiləri 1.42 qram, 0.84 qram, 0.61 qram və 0.96 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, həmin ayaqqabının sağ tayının daban hissəsinə 03 ədəd sellofan bükülüdə olmaqla, ayrı-ayrılıqda təmiz çəkiləri 0.77 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 4.322 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 1.253 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini xüsusi üsulla gizlədib qablaşdıraraq bir ədəd şalvar və bir qutu “West” markalı siqaretdən ibarət sovqatlarla birgə 02 aprel 2021-ci il tarixdə, saat 12 radələrində Mingəçevir şəhəri Heydər Əliyev prospektind ə yerləşən “İki qardaş” adlı mağazanın qarşısında X10un keçmiş arvadı, cinayətkar qəsddən məlumatı olmayan Şahid1 ilə görüşüb ona vermiş, sonuncu da həmin narkotik vasitələri sovqatlarla birlikdə alıb onların yanına ərzaq məhsulları alıb qoyaraq cinayətkar qəsddən məlumatı olmadan həmin tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Mingəçevir Poçt Filialından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində cəza çəkən X10a göndərmiş, Şəki Penitensiar Müəssisəsinə daxil olmuş sovqata həmin müəssisənin əməkdaşları tərəfindən 08 aprel 2021-ci il tarixdə saat 15:45 radələrində axtarış-baxış keçirilən zaman sovqatın içərisində olan bir cüt ayaqqabının sol tayının daban hissəsindən 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 3,83 qram olmaqla, ayrı-ayr ılıqda təmiz çəkiləri 1,42 qram, 0,84 qram, 0,61 qram və 0.96 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin ayaqqabının sağ tayının daban hissəsinə 03 ədəd sellofan bükülüdə olmaqla, ayrı-ayrılıqda təmiz çəkiləri 0,77 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 4,322 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 1,253 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və naməlum vaxtda qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı narkotik vasitələri özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə o lunan digər şəxsi maraq məqsədilə həmin narkotik vasitələrin Şəki Penitensiar Müəssisəsində cəza çəkən X10 ötürülməsi üçün göndərməsinə baxmayaraq o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə, yəni 08 aprel 2021-ci il tarixdə, saat 15:45 radələrində Şəki Penitensiar Müəssisəsinin əməkdaşları tərəfindən daxil olmuş sovqata axtarış-baxış keçirilən zaman sovqatların içərisində olan narkotik vasitələrin aşkar olunaraq götürülməsinə görə Cəzaçəkmə Müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətmək yolu ilə Cəzaçəkmə Müəssisəsinə ötürülməsinə cəhd cinayət əməlini törətmişdir. Qeyd olunduğu kimi, Şəki Rayon Məhkəməsi Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi ə sası ilə 20 dekabr 2021-ci il tarixdə onun barəsində bəraət hökmü çıxarmışdır. Həmin hökmdən dövlət ittihamçısı İsmayılov Elmar Nağı oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) 06 may 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilərək Şəki Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum ona qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə CM-nin 234.2 və 29,317-1.1-ci maddələri ilə təqsrli bilinərək, CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 29,317-1.1-ci maddəsi ilə 06 (altı) ay müddətə, CM-nin 66. 2-ci maddəsinə əsasən isə təyin edilmiş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq onun 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət, eyni zamanda 12 aprel 2021-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 18 (on səkkiz) gün müddət, ümumilikdə isə 03 (üç) ay 20 ( iyirmi) gün müddət bir günə bir gün hesablanmaqla həmin cəzadan çıxılmış və məhkum olunmuş şəxsin üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılaraq o, dərhal mə hkəmə iclas zalında dərhal həbs olunub cəza çəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən, hökmdə anlaşılmazlığın aradan qaldırılması haqqında apellyasiya instansiyası məhkəməsinin 13 may 2022-ci il tarixli qərarı ilə isə - 06 may 2022-ci il tarixdən hesablanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi K.H.Məmmədov kassasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və birinci instansiya məhkəməsinin 30 dekabr 2021-ci il tarixli hökmünün qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini, kassasiya şikayətinə əlavədə isə - hüquqlarını müdafiə etdiyi şəxsin 30 dekabr 2021-ci il tarixlədək həbsdə saxlanıldığı bütün müddətlərin ona təyin edlmiş cəza müddətinə hesablanmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin faktiki hallarını mübahisəlndirən və bu halları təsdiq edən sübutlara, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir sıra normalarına, normativ və qeyri-normativ hüquqi aktlara, birinci və apellyasya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökmlərə və birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə məhkəmə baxışının gedişatına istinad edən müdafiəçi K.H.Məmmədov kassasiya şikayətini belə əsaslandırmışdır ki, ibtidai araşdırma zamanı Məhkum qarşı irəli sürülmüş ittiham yolverlməz sübutlar üzərində qurulmuş, apellyasiya instansiyası məhkəməsi də faktiki olaraq ittiham tərəfinin mövqeyindən çıxış edərək həmin sübutlara, habelə özünün də də araşdırdığı, lakin Məhkum ona ittiham olunmuş cinayətləri törət məsini təsdiq etməyən sübutlara əsaslanaraq sonuncunun barəsində qanunsuz və əsassız ittiham hökmü çıxarmış və o, təqsirliliyi sübuta yetirilmədiyi halda, yəni heç bir əsas olmadan törətmədiyi cinayətlərə görə məhkum olunmuşdur. Daha sonra müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutları, əsasən də məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini şərh edərək qeyd etmişdir ki, bu ifadələrlə də Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi təsdiq olunmamış, lakin apellyasiya instansiyası məhkəməsi buna baxmayaraq ibtidai araşdırma zamanı qanun pozuntuları ilə əldə olunmuş sübutları ittiham hökmünü əsası kimi qəbul etmişdir. Müdafiəçinin mövqeyinə görə, birinci instansiya məhkəməsi də eyni, yəni qanunsuz yolla əldə edilmiş sübutl arı məhkəmə iclasında tam və hərtərəfli araşdırmış və apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq bu sübutlar əsasında Məhkum barəsində ittiham hökmünün çıxarılmasını mümkün saymamışdır. Daha sonra kassasiya şikayətinin müəllifi qeyd edir ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində Şəki Penitensiar Müəssisəsinə göndərilmiş sovqatın içərisində olan ayaqqabıların daban hissələrində narkotik vasitələrin gizlədilməsi ona məlum olmamış, həmin narkotik vasitələri o, əldə etməmiş, gəzdirməmiş və saxlamamış və yalnız hazır sovqatı bir şəxsdən götürərək başqa şəxsə vermişdir. Lakin apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlarla təkzib edilməyən bu ifadələrə də heç bir əhəmiyyət verməmiş, nəticə etibarı ilə Məhkum təqsirliliyinə dair heç bir sübut əldə etməmişdir. Kassasiya ş ikayətində ətraflı şərh edilmiş dəlillərə əsaslanaraq müdafiəçi onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə əlavəsində isə müdafiəçi K.H.Məmmədov yenə də Məhkum əsassız məhkum olunmasını qeyd edərək eyni zamanda bildirir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum çəkməli olduğu qəti cəzanın müddətini müəyyən edərkən səhvə yol vermiş və bu səbəbdən də onun üzərində düzgün olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Belə ki, cinayət işinin materiallarına əsasən, Məhkum 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanılmış, bundan sonra isə Şəki Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o, həmin tarixdən 30 dekabr 2021-ci il tarixəd ək, yəni barəsində bəraət hökmü çıxarılanadək həbsdə saxlanılmış və yalnız 30 dekabr 2021-ci il tarixdə həbsdən azad edilmişdir. Yəni hüquqlarını müdafiə etdiyi şəxs faktiki olaraq məhkəməyədək icraat zamanı və işə birnci instansiya məhkəməsində baxılarkən (barəsində bəraət hökmü çıxarılana qədər) 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətində həbsdə saxlanılmışdır ki, bu müddət də ona təyin olunmuş cəzanın qəti müddəti müəyyən edilərkən CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq nəzərə alınmalıdır. Şər edilənlərə əsaslanaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edilmədiyi halda həmin şikayətinə verdiyi əlavənin təmin olunmasını və müraciətində göstərdiyi əsaslarla Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını xahiş edir. Kassasiya şikayətinə və ona edilmiş əlavəyə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçlırarı qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi K.H.Məmmədovun kassasiya şikayətindən və ona edilmiş əlavədən göründüyü kimi, o, hüquqlarını müdafiə etdiyi Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmədiyi halda qanunsuz və əsassız olaraq məhkum edilməsini, apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilmədiyini, həmin məhkəmə tərəfindən çıxarılmış ittiham hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyini və bununla yanaşı məhkuma təyin olunmuş cəzanın müddətinin düzgün müəyyən edilmədiyini iddia edərək 06 may 2022-ci il tarixli hökmün ləğv edilməli və ya dəyişdirilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; Odur ki, məhkəmə kollegiyası müdafiəçi K.H.Məmmədovun kassasiya şikayətini və ona edilmiş əlavəni kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq mür aciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab e də bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında ic raat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qa ydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqları nın və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları cəmiyyyəti və hər bir insanı cinayətkar qəsdlərdən qorunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət mə suliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CPM-nin 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri kimi cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsinin həyata keçirilməsi müəyyən edilmişdir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının t ərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilmə si prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdi r. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələ binə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməli olması başa düşülür. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəb ərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəy yən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkü nlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi süb utlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinay ətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onu n nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər s übutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu ha llara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum müdafiəçi K.H.Məmmədovun kassasiya müraciətlərində irəli sürdüyü apellyasiya instansiyası hökmünün qanunsuz sayılması və həmin hökmün ləğv edilməsi, bu mümkün olmadıqda isə - kassasiya şikayətinə edilmiş əlavədə göstərilən əsaslarla həmin hökmün dəyişdirilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən əsasən kassasiya şikayətində əksini tapmış halları deyil, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Apellyasiya instansiyası məhkəmələrinin iş üzrə müəyyən etdiyi faktiki hallar isə qısa şəkildə ondan ibarətdir ki, Məhkum qəsdən, istint aqa məlum olmayan mənbədən və naməlum vaxtda qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 4.60 qram olan narkotik vasitə qurudulmuş marixuananı, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 4.322 qram olan narkotik vasitə - tiryəki və kustar üsulla hazırlanmış, təmiz çəksi 1.253 qram olan narkotik vasitə - heroini satış məqsədi ilə əldə edib daşıyaraq saxlamış və həmin narkotik vasitələri özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraq məqsədilə onların Şəki Penitensiar Müəssisəsində cəza çəkən X10 ötürülməsi üçün göndərməsinə baxmayaraq o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə g örə, yəni 08 aprel 2021-ci il tarixdə, saat 15:45 radələrində Şəki Penitensiar Müəssisəsinin əməkdaşları tərəfindən daxil olmuş sovqata axtarış-baxış keçirilən zaman sovqatın içərisində olan narkotik vasitələrin aşkar olunaraq götürülməsinə görə Cəzaçəkmə Müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətmək yolu ilə Cəzaçəkmə Müəssisəsinə ötürülməsinə cəhd etmişdir. Əvvəla, iş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında, həm də apellyasiya protestinə məhkəmə baxışı iclasında tam, hərtər əfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri məhkəmənin 06 may 20221-ci il tarixli hökmündə onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və kassasiya müraciətlərində irəli sürülmüş iddianın əksinə olaraq həmin məhkəmə çıxardığı hökmün əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, çoxsaylı şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişdir. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələbinə görə, yalnız həm in maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edə n şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə, o cümlədən apellyasiya icraatına aid olan materiallarla həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Bundan başqa, Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, həm faktları araşdırmaq və müəyyən etmək, həm də qanunvericiliyin bu və ya digər normasını tətbiq etmək səlahiyyətləri üzərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun həmin məhkəmənin hökmündə təsvir edilən cinayət əməllərini törətməsi və bu əməllər üzrə onun təqsirli bilinərək cəzalandırılmalı olması barədə nəticəyə gəlmişdir. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də məhkəmə kollegyası apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və hökmdə qanuna müvafiq qaydada qiymət verilmiş sübutların bir hissəsinə müraciə etməyi zəruri bilir. Belə ki, kassasiya şikayətində iş üzrə maddi sübut olan narkotik vasitələrin Şəki Penitensiar Müəssisəsində qanunsuz yolla əldə edilməsi göstərilsə də, bu iddia həm işdə olan sübutlarla, şahidlərin ifadələri ilə və elə müdafiəçi K.H.Məmmədovun özünün istinad etdiyi normativ sənədlərin tələbləri ilə tam təkzib edilir. Əvvəla, cinayət işinə əlavə edilmiş Şəki Penitensiar Müəssisəsinin sovqata baxış otağında quraşdırıbmış müşahidə kamerasının qeydə aldığı video görüntüdən görünür ki, müşahidə kamerası çəkilişi keyfiyyətli qeydə almasa da, məhkum X10a keçmiş arvadı Şahid1 tərəfindən poçt vasitəsi ilə göndərilmiş sovqata Penitensiar Müəssisəsinin 2 əməkdaşı ilə yanaşı məhkum X10un iştirakı ilə baxış keçirilir. Sovqatın içərisindəki əşyalar masanın üzərinə qoyulub həmin əşyalara ayrı-ayrılıqda baxılır, sovqatın içərisindəki ayaqqabıların içliyi aralanıb baxılarkən, ayaqqabıların daban hissəsində bükümlər halında, sonradan məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə müəyyən edildiyi kimi, narkotik vasitələr aşkar olunur, bundan dərhal sonra Penitensiar Müəssisənin bir əməkdaşı otaqdan çıxaraq digər məsul əməkd aşları dəvət edir. Belə yoxlamanın qanuna uyğun aparılması onunla təsdiq edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19 noyabr 2010-cu il tarixli 16-T nömrəli əmri ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində daxili intizam qaydaları”nın 23-cü fəslinin 90-cı bəndinə əsasən, sovqatlarda bu Qaydalarla müəyyən edilmiş və cəzaçəkmə müəssisələrində məhkumlara verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyalar aşkar edildikdə, müvafiq protokol tərtib olunur, cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun materiallar toplanılır, maddi sübutlar götürülür, qablaşdırılır və bu fakt barədə dərhal cəzaçəkmə müəssisəsinin müdiriyyətinə, Penitensiar xidmətə və Ədliyyə Nazirliyinə məlumat verilir. Aşkar edilmiş əşyalar araşdırma sənədləri ilə birlikdə tədbir görülməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilir. Həmçinin həmin Qaydaların 93-cü bəndində də baxış keçirilməsi ilə bağlı qeyd edilmişdir ki, bağlama və banderolların açılması və yoxlanılması məhkumun iştirakı ilə nəzarətçilər tərəfindən aparılır. Bağlama və banderollarda daxil olmuş ərzaq məhsullarına və mallara baxışın keçirilməsi, onların yoxlanılması sovqatların qəbul edilməsi ilə eyni qaydada keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 04 iyul 2002-ci il tarixli 19-T nömrəli əmri ilə təsdiq olunmuş “Cəzaçəkmə müəssisələrində məhkumlar üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında” Təlimatında sovqat, bağlama və banderollara baxışla bağlı prosedurlardan bəhs edən 90-94- cü maddələrində də qeyd edilmişdir ki, bağlama və banderollar onları alan məhkumun yan ında açılır. Məhkuma bağlama gəlməsi barədə dəstə rəisinə xəbər verilir. Sovqat, bağlama və banderollarda aşkar edilmiş qadağan olunmuş əşyalar götürülür. Cinayət məqsədilə istifadə oluna bilməyəcək götürülmüş əşyalar səbəbi izah edilməklə sovqatı gətirən şəxsə qaytarılır. Cinayət məqsədi ilə istifadə oluna biləcək və digər qadağan olunmuş əşyalar barədə nəzarətçi tərəfindən akt tərtib olunur və müəssisə rəisinin növbətçi köməkçisinə təqdim edilir. Qanunla dövriyyəsi qadağan olunmuş əşyalar aşkar olunduqda, müvafiq orqanlara məlumat verilməklə səlahiyyətli şəxslər tərəfindən təhqiqat aparılır. “Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 63 nömrəli Qərarının 9.5-ci bəndində qeyd olunmuşdur ki, həbs edilmiş şəxslərə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədi ilə sovqata onu gətirmiş şəxsin, bağlama və banderollara isə həbs edilmiş şəxslərin iştirakı ilə istintaq təcridxanasının işçiləri tərəfindən baxış keçirilir. Həmin Qərarın 9.6-cı bəndində isə müəyyən edilmişdir ki, həbs edilmiş şəxslərin adına göndərilən bağlama və banderollarda, gətirilən sovqatlarda qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar protokol tərtib edilməklə götürülür və cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Bağlama, sovqat və banderollarda həbs edilmiş şəxslərin özlərində saxlamasına icazə verilməyən əşyalar aşkar edildikdə, onlar akt tərtib edilməklə götürülür və həbs edilmiş şəxs azad olunanadək həmin əşyalar saxlanılması üçün istintaq təcridxanasının anbarına təhvil verilir və ya bağlama və banderolu göndərmiş şəxsin hesabına geri qaytarılır. Həmin ərzaq məhsulları və ya əşyalar geriyə göndərilməsi üçün poçt müəssisəsi tərəfindən qəbul edilmədikdə, habelə onların təbii səbəblərdən istintaq təcridxanasının anbarında saxlanması mümkün olmadıqda, istintaq təcridxanasının müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhv edilir və həbs edilmiş şəxsə bu barədə məlumat verilməsi təsbit olunmuşdur. Göründüyü kimi məhkumlara göndərilmiş sovqatların və bağlamaların yoxlanılması ilə bağlı qəbul edilmiş təlimatda, müəssisələrin daxili intizam qaydalarında və Nazirlər Kabinetinin Qərarında belə yoxlamaların aparılması zamanı hal şahidlərinin iştiraklarını nəzərdə tutan hər hansı müddəa yoxdur, Penitensiar Müəssisədə həmin yo xlamalar isə yuxarıda göstərilən normativ sənədlərin tələblərinə uyğun aparılmışdır. Bundan başqa, məhkum olunmuş şəxs Məhkum verdiyi bütün ifadələrində Şəki Penitensiar Müəssisəsində cəza çəkən X10u tanımadığını və onun keçmiş arvadı Şahid1 vasitəsilə sovqat göndərməsini Rusiyada yaşayan X adlı tanışının xahişi ilə göndərməsini, bu sovqatın ona Y adlı şəxs tərəfindən verildiyini israrla bildirsə də, apellyasiya protestinə məhkəmə baxışı zamanı onun bu ifadələri təkzib olunmuş və Məhkumlə X10 arasında telefon danışıqlarının aparılması, habelə Məhkum cəza çəkən məhkumun qohumları ilə də ona müəyyən məbləğdə pul göndərilməsi ilə bağlı əlaqə saxlaması müəyyən edilmiş, ibtidai araşdırma zamanı isə müvafiq tədbirlər görülsə də onun istinad etdiyi Y adlı şəxs (sovqatı ona verən) aşkar edilməmi ş və buna görə də onun dindirilməsi mümkün olmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum ifadələrinə görə, onun istinad etdiyi məhz X adlı şəxs Şahid1 telefon nömrəsini ona vermiş, Y adlı şəxs isə sovqatı gətirmişdir. Bu ifadələrdən belə çıxır ki, X həm Şahid1, həm də Yi tanımış (hərçənd əməliyyataxtarış tədbirləri nəticəsində həmin şəxslər müəyyvən edilməmiş və onlar haqqında heç bir məlumat əldə olunmamışdır) onun göndərdiyi sovqatın asanlıqda Y tərəfindən bilavasitə Şahid1 verməsi üçün heç bir maneə olmamış və bu hərəkətlərin edilməsində Məhkum vasitəçi qsmində iştirakına da ehtiyacın olması səbəbləri müəyyən edilməmişdir. Bu halı nə məhkum olunmuş şəxs verdiyi ifadələrində, nə də onun müdafiəçisi kassasiya şikayətində heç cür izah edə bilməmişlər. Məhkəmə k ollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu və iş üzrə müəyyən etdiyi digər hallara, o cümlədən Məhkum işlətdiyi mağazada kişi ayaqqabılarının satılmasına, sonuncunun uşaq yaşlarından ayaqqabı təmiri ilə məşğu olmasına və həmin halların arxasında duran mötəbər sübutlara (həmin sübutların hamısı apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şərh edilmiş və qiymətləndirilmişdir) əsaslanıb məhkum olunmuş şəxsin ona istinad olunan cinayət əməllərinin onun bilavsitə icraçılağı ilə törədilməsi barədə nəticəyə gəlmiş və belə nəticənin təkzib edilməsi üçün əsasları müəyyən etməmiş, sonuncunun özünü müdafiə xarakterli ifadələrini isə məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmişdir. Kassasiya şikayətində irəli sürülmüş tələblə bağlı CPM-nin 419-cu maddəsinin tələblərinə əsaslanan məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, müdafiəçi K.H.Məmmədov şikayətdə apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və birinci instansiya məhkəməsinin bəraət hökmünün qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etsə də, CPM-nin 419.10-cu maddəsində kassasiya instansiyası məhkəməsinin belə qərarlar qəbul etmək səlahiyyəti nəzərdə tutulmamışdır və kassasiya kollegiyası kassasiya müraciətlərinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün və ya qəbul edilmiş qərarın ləğv edilməsi əsaslarını müəyyən etdikdə həmin hökmün və ya qərarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işi üzrə icraata bu və ya digər əsaslarla xitam verilməs i barədə qərar qəbul edə bilər. Bütün qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası müdafiəçi K.H.Məmmədovun kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin şikayətin təmin olunmasını, Məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini və onun barəsindəki həmin iş üzrə icraata bəraətverici, yəni CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verilməsini mümkün bilmir və hesab edir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirliliyi barədə məhkəmənin qənaəti tamamilə qanuni və əsaslıdır. Kassasiya şikayətinə edilmiş əlavənin dəlillərini və onların arxasında duran sübutları təhlil edən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşır və qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum həqiqətən məhkəməyədək icraat zamanı 10 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2021-ci il tarixdə isə o, CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Şəki Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra eyni məhkəmənin 23 iyun 2021-ci il tarixli qərarı ilə Məhkum həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün, yəni 31 iyul 2021-ci il tarixədək uzadılmış, 30 iyun 2021-ci il tarixdə isə cinayət işi üzrə ittiham aktı tərtib edilərək iş mahiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İşə birinci instansiya məhkəməsinin hazırlıq iclasında baxılarkən Məhkum müdafiəçisi K.H.Məmmədov məhkəməyə vəsatətlə müraci ət edərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmiş, lakin həmin iclasın 05 avqust 2021-ci il tarixli qərarı ilə bu vəsatət təmin olunmamışdır. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq 30 dekabr 2021-ci il tarixdə Məhkum barəsində bəraət hökmü çıxarılmış və həmin hökmlə də onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Göründüyü kimi, qeyd olunan müddətlər ərzində (həm məhkəməyədək icraat zamanı, həm də işə birinci instansiya məhkəməsində baxılarkən) Məhkum 10 aprel 201-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2021-ci il tarixdən 30 deka br 2021-ci il tarixədək həbsdə saxlanılmış və mümuilikdə bu müddət 8 (səkkiz) ay 20 (gün) təşkil edir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi məhkum olunmuş şəxsin 30 iyul 2021-ci il tarixədək həbsdə saxlanılmasını müəyyən etməklə və yalnız 10 aprel 2021-ci il tarixdən həmin tarixədək olan müddəti ona təyin olunmuş cəzadan çıxmaqla səhvə yol vermişdir. Halbuki, CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir g ünə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə təsvir edilmiş sübutlardan və qanunvericiliyin tələblərindən çıxış edərək, digər tərəfdən isə Məhkum cinayətlərin məcmusu üzrə təyin edilmiş 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün əsaslar görməyərək (bununla bağlı kassasiya müraciətlərində heç bir dəlil irəli sürülməmiş və məhkuma təyin olunmuş cəzanın yüngülləşdiriməsi xahiş edilməmişdir) məhkəmə kollegiyası müdafiəçi K.H.Məmmədovun kassasiya şikayətinə verdiyi əlavənin təmin edilməsini mümkün bilir və buna görə hesab edir ki, məhkumun 10 aprel 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək hübhəli şəxs qismində tutulması və həbsdə saxlanılması müddətləri azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmi n müddətlər (cəmisi 8 (səkkiz) ay 20 (iyrmi) gün) ona cinayətlərin məcmusu üzrə qəti olaraq təyin olunmuş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, bu əsasla da Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli hökmü dəyişdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb kassasiya şikayətinin və ona edilmiş əlavənin təmin edilməsi barədə müdafiəçi K.H.Məmmədovun, kassasiya şikayətinin təmin edilməməsi, ona edilmiş əlavənin isə təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya şikayətinə edilmiş əlavə təmin olunmalı, Məhkum CM-nin 234.2 və 29,317 -1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli hökmü həmin əlavəyə münasibətdə dəyişdirilməli və CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq Məhkum 10 aprel 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulması və həbsdə saxlanılması müddətləri azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin müddətlər (cəmisi 8 (səkkiz) ay 20 (iyirmi) gün) ona təyin olunmuş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, hökm qalan hissədə isə dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya şikayətinə edilmiş əlavə təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 10 aprel 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulması və həbsdə saxlanılması müddətləri azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin müddətlər (cəmisi 8 (səkkiz) ay 20 (iyrmi) gün) ona CM-nin 66.2-ci maddəsinin tələbl ərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin olunmuş 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm kassasiya müraciətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar