Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1458/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 0* fevral 2023-c ü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin (hakim Nərminə Rzayeva) 25 oktyabr 2022-ci il tarixli, *(0*0)-*84/2022 nömrəli hökmü ilə xx.xx.*990-cı ildə Ağsu rayonu Ülgüc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağsu rayonu Ülgüc kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) *77.* və 234.*-ci maddələri ilə təqsirli bilinərək, CM-in *77.*-ci maddəsi ilə * (bir) il müddətinə, CM-in 234.*ci maddəsi ilə * ( bir) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası na məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ** noyabr 202*-ci il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihama əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 05.09.202*-ci il tarixdən, 20.09.202*-ci il tarixədək olan müddət ərzində, gecə saat 0*-02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ dairəsi, HövsanTürkan yolunun *800-ci metrliyində yerləşən yerüstü piyada keçidində quraşdırılmış, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin "xxxx" MMC-nə məxsus, bir metr kvadratının qiyməti orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 45 (qırx beş) AZN olan, **6,6 kvadrat metri isə 5247,00 (beş min iki yüz qırx yeddi) manat dəyərində *00 ədəd aliminium profildən olan pəncərələri vahid niyətlə gizli olaraq talayıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin "xxxx" MMC-nə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 03 ədəd bükümdə kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edən, ayrıayrılıqda təmiz çəkiləri 0,474 qram, 0,455 qram və 0,523 qram, ümumlikdə *,452 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin alaraq, əldə edib daşıyaraq üzərində saxlamış və ** noyabr 202*-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli qismində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi, nömrəsiz ünvanda saxlanılaraq ünvan 2nda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparıldıqdan sonra üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ cibindən 03 ədəd bükümdə kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,474 qram, 0,455 qram və 0,523 qram, ümumlikdə *,452 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrl ik edən və məruzəçi), Fərid Əyyubov və Emin Mehdiyev) 0* fevral 2023-cü il tarixli *(*03)-378/2023 nömrəli qərarı ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, *(0*0)*84/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 0* fevral 2023-cü il tarixli *(*06)-378/2023 nömrəli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən satış məqsədi ilə na rkotik vasitənin əldə edilməsi və saxlanılması cinayət əməli üzrə sübut edilməli olan narkotik vasitlərin satışı faktı deyil, cinayət əməlinin subyektiv cəhəti, məqsədidir. Bu baxımdan məhkəmənin gəldiyi nəticə reallığa və işin hallarına uyğun deyildir. Məhkəmə kollegiyası Məhkum ondan aşkar edilmiş narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlaması qənaətinə gələrkən onun öz ifadəsindən savayı, şahid ifadələri, müvafiq ekspertiza rəyləri, baxış keçirilməsi haqqında protokola da istinad etdiyindən ilk olaraq məhkəmənin bu mövqeyinə münasibət bildirilməsi məqsədəmüvafiq olardı. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri X3 və Şahid2 ifadələrində göstərmişlər ki, Məhkum satış məqsədi ilə narkotik vasitələ ri əldə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılmış, sonuncu üzərindən aşkar olunmuş narkotik vasitəni həqiqətən də satış məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun yaradılması barədə Suraxanı RPİ-nin 30-ci PŞ-nin ** noyabr 202*-ci il tarixli qərar və əmrindən görünür ki, Məhkum qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib üzərində saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Üzərindən 3 bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda aşkar edilmiş *,452 qram narkotik vasitə heroinin Məhkum məxsusluğu aşağı instansiya məhkəmələrində də şübhə doğurmamışdır. Lakin, məhkəmələr isə, özlərinin tədqiq etdiyi yuxarıda şərh olunan sübutları nəzə rə almadan Məhkum məhkəmə icraatı zamanı işin obyektiv hallarına uyğun olmayan verdiyi məlumat əsasında həmin narkotik vasitəni satış məqsədi olmadan əldə etməsi və əməlinin CM- nin 234.*-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlməkdə haqsız olmuşlar. Cinayət işi üzrə, təqsirləndirilən şəxs Məhkum aşkar edilmiş narkotik vasitə heroinin ümumi satış dəyəri, ikincisi, ondan aşkar edilmiş narkotik vasitə heroinin miqdarı, üçüncüsü isə aşkar edilmiş heroinin miqdarının “şəxsi istehlak miqdarından sadəcə deyil, dəfələrlə artıq olması kimi işin halları ilə cinayət işi üzrə narkotik vasitənin əldə edilməsi və saxlanılmasının hansı məqsədlə törədilməsi tam sübuta yetirilmişdir. Göründüyü kimi, Məhkum əməli tövsif edilərkən işin halları düzgün nəzərə alınmamış, mövcud dəlillərə qiymət verilməmiş, cinayət əməlinin tövsifində səhvə yol verilmiş, reallığa açıq-aydın uyğun olmayan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyasının məhkum edilmiş şəxs Məhkum aşkar edilmiş 3 bükümdə, *,452 qram narkotik vasitə heroini guya ki, onun istifadə etmək üçün əldə edib üzərində saxlayıb gəzdirməsi barədə göstərdikləri inandırıcı dəlil olmamaqla yanaşı həmçinin aşağıda şərh olunan sübutların məcmuyu ilə də təkzib olunur. Bundan başqa, məhkəmə kollegiyasının digər dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Məhkum narkotik vasitəni satmaması, bununla bağlı onunla istehlakçı arasında razılıq əldə olunmaması onun əməlinin Cinayət Məcəlləsinin 234.*-ci maddəsinə tövsif edilməsinə əsas vermir. Odur ki, Məhkum ondan aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olması, onun mütləq əvvəlcədən kiminləsə sövdələşməsi ilə şərtləndirilə bilməz. Təqsirləndirilən şəxs Məhkum əməlinə apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymət əsassız olub, bu sahədə səhv istiqamətdə vahid məhkəmə təcrübəsinin yaranmasına zəmin yaratmaqla yuxarıda qeyd edilən Ali Məhkəmə Plenumunun qərarının müəyyən etdiyi təcrübə ilə uyğunluq təşkil etmir. Bundan başqa Məhkum istintaq orqanı tərəfindən CM-in *77.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiaham üzrə əməlinin CM-in *77.*-ci maddəsinə tövsif edərkən hər iki məhkəmə instansiyası hesab etmişlər ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, ibtidai istintaq orqanı tərəfindən 2022-ci ilin yanvar ayı üçün deyil, cinayətin törədildiyi vaxt üçün, yəni 202*-ci iln sentyabr ayına uyğun olan talanmış pəncərələrin dəyəri ekspert rəyinə uyğun olaraq müəyyən edilm əli idi. Odur ki, əmtəəşünaslıq ekspertizanrn rəyində göstərilmiş aliminium profildən quraşdırılmış pəncərələrin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq bir kvadrat metrinin 202*-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 40 manat, **6,6 kvadrat metri isə 4664 (**6 kv m x 40 manat) manat müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 fevral 2022-ci il tarixli 9/342 saylı rəyinə əsasən ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən aliminium profildən quraşdırılmış pəncərələrin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq bir kvadrat metrinin 202*-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxmin ən 40 manat, **6,6 kvadrat metri isə 4664 (**6 kv m x 40,00 manat) manat müəyyən edir. Ekspertiza təyini haqqında qərarda göstərilən alüminium profildən quraşdırılmış pəncərələrin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq bir kvadrat metrinin 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yollu ilə təxminən 45 manat, **6,6 kvadrat metri isə 5247 ( **6 kv m x 45 man) manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi haqqında qərardan da görünür ki, zərərçəkmiş şəxs vurulmuş ziyanın 7540 manat olması ilə bağlı arayış təqdim etsə də, rəyin nəticə hissəsinin 2-ci bəndində göstərilən ziyanın 5247 manat olmasının nəzərə alnmasını xahiş etmişdir. Göründüyü kimi, ibtidai istintaq zamanı Azərbaycan Avtomob il Yolları Dövlət Agentliyinin "xxxx" MMC-nin rəhbərliyi tərəfindən dəymiş ziyanla bağlı müvafiq sənədlər təqdim edilməsinə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olunması haqqında protokolda vurulmuş ziyanın, rəyin nəticə hissəsinin 2-ci bəndinə uyğun olaraq 5247 manatla razılaşılmasına baxmayaraq, məhkəmələr tərəfindən vurulmuş ziyan 4664 manat kimi qəbul edilmiş və əsassız olaraq Məhkum əməli CM-in *77.2.4-cü maddəsindən həmin Məcəllənin *77.*-ci maddəsinə tövsif edilmişdir. Xüsusi vurğulanmalıdır ki, qeyd olunan epizod üzrə apellyasiya protestinin dəlilinə məhkəmə kollegiyası tərəfindən ümumiyyətlə qiymət verməmiş, yalnız bir kəlmə ilə “Birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin *77.* və 234.*-ci maddələri ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur” sözünü qeyd etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4*9-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxı şının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən Məhkum oğlunun əməli əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in *77.2.4 və 234.2-ci maddələrindən CM-in *77.* və 234.*-ci maddələrinə tövsif edilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müz akirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ilk öncə Məhkum CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittham üzrə münasibət bildirir ki, Azərbaycan Respublikası CM-in 234.*-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin əməlləri satış məqsədi ilə törətməyə və ya narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyə ti CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulur. Göründüyü kimi əməlin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün CM-in 234.*ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin satış məqsədi ilə törədilməsi və ya narkotik vasitələri və ya psixotrop maddələrin satılması müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in *39-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkü nlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda mənbədən 03 ədəd bükümdə kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edən, ayrı- ayrılıqda təmiz çəkiləri 0,474 qram, 0,455 qram və 0,523 qram, ümumlikdə *,452 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edib daşıyaraq üzərində saxlamış və ** nouabr 202*-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə-narko loji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi Məhkum aşkar olunmuş *,452 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin istehlak miqdarından artıq miqdarda olmasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübut olmamışdır. Həmçinin Məhkum narkotik vasitə olan heroinin satışı ilə bağlı məhkumun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcr übəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 20**-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum aşkar edilərək götürülmüş narkotik vasitələrin satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə ki, Məhkum narkotik vasitə olan heroinin öz istifadəsi üçün almasını bildirmişdir. Bununla da məhkum edilmiş şəxs Məhkum narkotik vasitənin hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi müəyyən edilməmiş və bunun üçün onda hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunsa da, həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitənin qanunsuz satışı ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Beləliklə, təqsirlə ndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq *,452 qram miqdarda narkotik vasitə heroinin satış məqsədi ilə əldə edib saxlamasına dair hər hansı bir mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.*-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan əlavə məhkəmə kollegiyası Məhkum CM-in *77.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə aşağıdakıları qeyd edir. İbtidai istintaq zamanı Məhkum 05.09.202*-ci il tarixdən, 20.09.202*-c i il tarixədək olan müddət ərzində, gecə saat 0*-02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ dairəsi, Hövsan-Türkan yolunun *800-ci metrliyində yerləşən yerüstü piyada keçidində quraşdırılmış, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin "xxxx" MMC-nə məxsus, *00 ədəd aliminium profildən olan pəncərələri vahid niyətlə gizli olaraq talayıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin "xxxx" MMC-nə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi Azərbaycan Respublikası CM-in *77.2.4-cü maddəsi iə tövsif edilmişdir. Məhkum əməli tövsif edilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əmtəəşünaslıq ekspertizasının 23 fevral 2022-ci il tarixli 9/342 saylı rəyi əsas götürülmüş, həmin *00 ədəd aliminium profildən olan pəncərələrinin bir metr kvadratın ın qiyməti orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 45 (qırx beş) AZN olan, **6,6 kvadrat metri isə 5247 (beş min iki yüz qırx yeddi) manat dəyərində müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 fevral 2022-ci il tarixli 9/342 saylı rəyinə əsasən ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən aliminium profildən quraşdırılmış pəncərələrin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq bir kvadrat metrinin 202*-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 40 manat, **6,6 kvadrat metri isə 4664 (**6 kv.m x 40 manat) manat, həmin pəncərələrin bir kvadrat metrinin 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri he sablama yolu ilə təxminən 45 manat, **6,6 kvadrat metri isə 5247 ( **6 kv.m x 45 man) manat müəyyən edilir. Oğurluq, souyğunçuluq və quldurluğa dair işlrə ürə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, * saylı qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı toplanmış sübutlara əsasən Məhkum cinayət əməlini 05 sentyabr 202*-ci il tarixdən 20 sentyabr 202*-ci il tarixədək olan müddətdə törətmişdir. Beləliklə, talanmış əmlakın qiyməti müəyyən edilərkən, ibtidai sitintaq orqanı həmin əmlakın dəyəri 2022-ci ilin yanvar ayı üçün deyil, cinayətin törədildiyi vaxt, yəni 202*-ci iln sentyabr ayına uyğun müəyyən edilməli idi. Odur ki, məhkəmələr tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmiş aliminium profildən quraşdırılmış pəncərələrin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq bir kvadrat metrinin 202*-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 40 manat, **6,6 kvadrat metri isə 4664 (**6 kv m x 40 manat) manat müəyyən edilməsi düzgün olmuşdur. Beləliklı məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum CM-in *77.2.4 və 234.2-ci maddələri ilə ittiham irəli sürərkən mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsas lanmış, sübutları düzgün qiymətləndirməmiş, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in *77.* və 234.*-ci maddələri ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.*-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının *25-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən ed ilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2*.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin *45.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in *45.*-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmələrin məhkumun əməlinin tövsifi ilə əlaqədar gəldiyi nəticə iş üzrə toplanmış sübutlara və işin hallarına tam uyğun olduğundan məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və məhkumun barəsində birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in *77.*-ci maddəsi ilə 0* (bir) il müddətinə, Azərbaycan Respublikası CM-in 234.*-ci maddəsi ilə *( bir) 6 (altı) ay mü ddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetə cəzası təyin etmşdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin cəza məhkumun törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və onun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.*, 4*.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxd ur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 0* fevral 2023-cü il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 4*9.*0.*-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 0* fevral 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1458/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1458/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver