Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1458/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlu oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 fevral tarixli, 1(103)-294/2025 nömrəli qərarından məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 4 noyabr tarixli, 1(101)-1005/2024 nömrəli hökmü ilə (X2 (sədrlik edən), X7 və X5 ibarət tərkibdə) xx xxxxxx 1984-cü il tarixdə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, "Xəbər.az" xəbər saytının təsisçisi və direktoru, Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhr um etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.4, 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-ci maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 23 yanvar 2023-cü il tarixdən hesablanması, CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirinin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X15 və X6 ibarət tərkibdə) 2025-ci il 3 fevral tarixli, 1(103)-294/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ Hökmə əsasən, Məhkum qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girmiş və bu məqsədlə təsisçisi və direktoru olduğu “Xəbər.az” media xəbər portalında paylaş ılacağı anons formasında Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar, yəni atasının dövlət məmuru olmasına baxmayaraq dəbdəbəli həyat tərzi keçirməsi, əxlaqsız qadınlara külli miqdarda pul xərcləməsi barədə videoçarx hazırlayıb Türkiyə Cümhuriyyətində yaşayan qrupun digər üzvlərinə göndərdikdən sonra, sonuncular 18 yanvar 2023-cü il tarixdə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxsla əlaqə saxlayıb qeyd olunan videoçarxın yayımlanacağı ilə hədə-qorxu gəlməklə həmin dövrün valyuta məzənnəsinə görə 8.500 manat təşkil edən 5.000 ABŞ dolları məbləğində pul tələb etdikdən sonra, sonuncu, tanışları vasitəsilə videoçarxın Məhkum tərəfindən hazırlandığını öyrənərək, mobil telefon vasitəsilə onunla əlaqə yaradıb videomaterialların yayılmamasını xahiş etdikdə, Məhk um həmin məlumatların rəhbəri olduğu xəbər portalı ilə yanaşı bütün digər xəbər portallarında da paylaşılacağı barədə 18 yanvar 2023-cü il tarixdə Bakı şəhəri ərazisində “WhatsApp” ani mesajlaşma mübadilə sistemi üzərindən aparılan danışıqlar zamanı Zərərçəkmiş şəxs hədə-qorxu gəlib, yayılmaması müqabilində 2.000 manat məbləğində pul tələb etmiş və arvadı X4 adına olan 5404 0852 3878 2694 saylı bank kart hesabına Zərərçəkmiş şəxs tərəfindən 18 yanvar 2023-cü il tarixdə saat 23:42 dəqiqədə köçürülmüş 1000 manat, 21 yanvar 2023-cü il tarixdə saat 19:48 dəqiqədə isə köçürülmüş 800 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamin əldə edib 3 ədəd xırda bükümlərə bölərək üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı 23 yanvar 2023-cü il tarixdə saat 23:50də qeyd olunan ünvanın yaxınlığında saxlanılaraq ünvan 3a yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib, 24 yanvar 2023-cü il tarixdə saat 01:42 dəqiqədən etibarən orada üzərində şəxsi axtarış aparılan zaman əlində olan pul qabından 2 ədəd selofan bükümdə, əynində olan şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,544 qram, 0,206 qram və 0,116 qram olmaqla, ümumi təmiz çəkisi 0,866 qram təşkil edən kustar üsulla hazırlanmış ağ rəngli kristallik formada psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı verilən vəsatətlərə münasibət bildirilməmiş və heç biri araşdırılmamışdır. Məhkum daha sonra bildirmişdir ki, onun himayəsində yetkinlik yaşına çatmayan həm öz uşağı həmdə “Parkinson” xəstəliyindən əziyyət çəkən qardaşının 2 uşağı və valideynləri vardır. Bundan başqa məhkəmə zalında zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkum daha sonra bildirmişdir ki, onun narkotik və psixator maddələrin satması ilə bağlı heç bir sübut yoxdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı verilən vəsatətlərə heç bir münasibət bildirilməmiş və həmin vəsatətlər araşdırılmamışdır. Təqsirləndirilən şəxsin barəsində verilmiş ittiham üzrə cinayət hadisəsi olmadığına və onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-ci maddə lərinə nisbətdə cinayət tərkibi olmadığına görə müdafiəçisi olduğu şəxsin ona verilmiş ittihama heç bir aidiyyəti olmamışdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Məhkum verilən ittihamda öz təstiqini tapmadığından əsasızdır. Belə ki, nə Bakı Ağır Cinayətlər Məhkəməsində nə də Bakı Apelyasiya Məhkəməsində məhkəmə iclaslarında Məhkum ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində açıq-aydın göstərmişdir ki, onunla Nərimanın danışmaq istədiyini Rəşad ona bildirmiş və dost olmaq istədiyini söyləmişdir. O isə, onun nömrəsini verməməyi tapşırmışdır. Bir müddət sonra Nəriman ona zəng edərək minnətdarlığını bildirmişdir. Nəriman Cəlalla özünün arasında problem olduğunu və onun həll olunması üçün köməklik etməsini xahiş etmiş, o da, kompromis əldə olunması üçün köməklik edəcəyini demişdir. Sonradan Rəşad ona yazaraq hesab nömrəsini istəmiş, bir reklam olduğunu və onu işləyəcəklərini bildirmişdir. Belə ki, o, Rəşadla tez-tez reklam işləri görmüş və videoçarxlar hazırlamışlar. Buna görə də, hesab nömrəsini Rəşada göndərmişdir. Yanvar ayının 10-15 aralığında Nəriman onun kartına 1000 manat pul vurmuş, üç gündən sonra isə 800 manat göndərmişdir. Buna görə də hesab edir ki, əgər o, Nərimana hədə-qorxu gəlsəydi və onu rüsvayedici hərəkətlərlə şantaj etsəydi, yəqin ki, pulu verməmişdən əvvəl Nəriman hər hansı bir dövlət qurumuna şikayət edərdi, həmin qurum da pulu aldığı vaxt onu yaxalayardı. Onu yanvar ayının 23-də saxlamışlar. Nərimanla Cəlalın arasında olan narazılıqlara görə sonuncunun özü yanvar ayının 10-15-dən əvvəl bu barədə m üxtəlif orqanlara şikayət etmişdir. Ona da xəbər göndərmişdir ki, Cəmil Həsənlinin nəvəsinə maddi-mənəvi dəstək olan bir şəxs var və həmin xəbəri ona göndərəndə artıq görmüşdür ki, Cəlal bu xəbəri artıq sosial şəbəkələrdə yayımlamışdır. Özü isə həmin xəbəri sadəcə səsli formada yığmışdır. Onun özündə Cəmil Həsənliyə qarşı nifrət hissi olduğundan və bir məmur ailəsinin ona dəstək olması özü tərəfindən xoş qarşılanmadığından, dövlət marağına xidmət etdiyi üçün həmin xəbəri yığmışdır. Cəlal ona demişdir ki, prokurorluqdan ona zəng etmişlər və Nəriman adlı şəxslə bağlı tədbirlər görüləcəkdir. O da, buna görə minnətdarlıq bildirmişdir. O, nə Nərimanla, nə də Cəlalla əvvəlcədən belə bir iş planlaşdırmamış, onun nə səs yazısı, nə də «sms» yazışması yoxdur. Bakı Apelyasiya Məhkəməsində cinayət işi nin obyektiv araşdırılması və ədalətin öz yerini tapması üçün məhkəmə istintaqının aparılması çox önəmli və əsaslı idi. Lakin məhkəmə obyektiv araşdırma aparmadan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 1(101)-1005/2024 nömrəli hökmünü qüvvədə saxlamışdır. Müdafiəçi daha sonra bildirmişdir ki, az miqdarda narkotik vasitənin şəxsin üzərindən çıxması niyyətində satma məqsədinin olması ehtimalının irəli sürülməsi üçün əsas ola bilməz, bu ehtimalla həmin şəxsə ittiham elan edilməsi isə ən böyük qanun pozuntusudur. Belə ki, X13 ümumi təmiz çəkisi 0,866 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir. Heç bir əsaslı sübut olmadan ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması və ona həmin mad də ilə ittiham elan edilməsi heç bir halda öz təsdiqini tapmadığından qanunsuz ittihamdır. X9 hər hansı bir şəxsin narkotik vasitə alması heç bir halda sübuta yetirilməyibdir. Həmçinin onun kiməsə narkotik vasitəni satmasını təsdiqləyən heç bir şahid də yoxdur. Ümumiyyətlə, Məhkum narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, hazırlaması, istehsal etməsi, emal etməsi və bu kimi hallar heç bir halda öz təsdiqini tapmamışdır. Həmçinin Məhkum hər hansı bir elektron tərəzidə aşkar edilməmişdir. Bu halda bir daha təsdiq edir ki, ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması və ona həmin maddə ilə ittiham elan edilməsi heç bir halda öz təsdiqini tapmadığından qanunsuz ittihamdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlər ə əsasən Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-294/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü maddələrinin tərkibi olmadığına və onun bu cinayəti törətməsi sübuta yetirilmədiyinə görə ona həmin maddələrə əsasən bəraət verilməsini və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığına və onun bu cinayəti törətməsi sübuta yetirilmədiyinə görə onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə barəsində həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi2 kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 fevral tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhk um edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum və onun müdafiəçisi kassasiya şikayətlərində məhkumun CM-in 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirsizliyini, CM-in 234.2-ci maddəsinə münasibətdə isə əməlinin tövsifini və cəzasının ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsin in qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsir lilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasib ət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətlərinin birinci dəlili məhkumun CM-in 182.2.1 və 182.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamda təqsirli olmaması, həmin cinayət əməlinin Məhkum tərəfindən törədilməməsi ilə bağlıdır. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onların dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı CM-in 182.2.1 və 182.2.4-cü maddəsi üzrə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yox lanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin CM-in 182.2.1 və 182.2.4-cü maddəsi ilə tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr hazırkı cinayət işi üzrə geniş şəkildə aradırma apararaq Məhkum tərəfindən cinayət əməlinin törədilməsi ilə bağlı düzgün nəticəyə gəlsələr də, lakin onun əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsifində səhvə yol vermişlər. Belə ki, Məhkum qarşı CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan görünür ki, o, psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, psixotrop maddən in mövcudluğu, növü, çəkisi şübhə doğurmasa da, lakin əməlin əsas tövsifedici əlaməti olan və obyektiv cəhəti xarakterizə edən satış məqsədi mötəbər dəlillərlə sübuta yetirilməlidir. Satış məqsədini sübuta yetirmək ittiham tərəfinin vəzifəsidir. Lakin əgər məhkəmə ittihamın mövqeyi ilə razılaşaraq qəbul edirsə, bu zaman qəbul etdiyi hökm və qərarda cinayətin obyektiv cəhətini inandırıcı şəkildə əsaslandırmaq vəzifəsi məhkəmənin üzərinə düşür. Lakin istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında satış məqsədi qanunla müəyyən edilmiş qaydada əsaslandırılmamış, bununla bağlı məhkəmənin istinad etdiyi sübutlar göstərilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cina yət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il 2 nömrəli Qərarının 9cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvv əlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki işin hallarından görünür ki, psixotrop maddənin Məhkum tərəfindən satılacağını təsdiq edən heç bir sübut mövcud deyil. Ali Məhkəmənin Plenumunun qərarında əks olunmuş mövqedən də yanaşdıqda məlum olur ki, Məhkum tərəfindən psixotrop maddənin satmaq məqsədi ilə hər hansı bir istehlakçı ilə narkotik vasitənin satışı ilə bağlı razılıq əldə edilməmiş, ümumiyyətlə, Məhkum psixotrop maddə ilə bağlı heç bir avadanlıq və onun gələcəkdə həmin maddəni satmaq məqsədi ilə əldə etməsini təsdiq edən heç bir düzünə və ya dolayı sübut mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Məhkum CM-in 234.1-ci maddəsi ilə təyin edilməsi nəzərdə tutulan cəzanın növünü və həddini müzakirə edərkən hesab edir ki, cəza məsələsi müzakirə edilərkən CM-in 58-ci maddəsinin müddəlarına uyğun olaraq törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti, onun cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halın olmaması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Məhkum CM-in 182.2.1 və 182.2.4-cü maddəsi ilə təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, ona, təqsirli bilindiyi həmin maddənin sanksiyasının ən aşağı həddinə yaxın, ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiaysı hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun və onun müdafiəçisinin kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı, müdafiə tərəfinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbayca n Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq QƏRAR ALDİ: Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 fevral tarixli, 1(103)-294/2025 nömrəli qərarı, kassasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il 7 (ye ddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar, kassasiya şikayətlərinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1458/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1458/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver