Məhkəmə qərarları › İş №1(102)-1459/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1459/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1459/2022 ALİ MƏHKƏMƏ 19.10.2022 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 34.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə (hakim P.Ə.Hacıyev) ilə xx xxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsi yat/ev 25 otaq 513 A-da qeydiyyatda olan və Sumqayıt şəhəri Köhnə Kotec qəsəbəsi ərazisində yerləşən fərdi evdə yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç ) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 06-08 fevral 2021-ci il tarixlərində şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddətin ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 mart 2021-ci il tarixindən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 03 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-130/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinib məhkum olunaraq üzərində qəti olaraq saxlanılan 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının amnistiya aktının qüvvəyə mindiyi günə çəkilməmiş 5 ay 5 gün müddətinə «8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilməklə, qalan 5 ay 5 gün müddətinə cəzadan azad edilmişdir. Həmçinin, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-353/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-130/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Məhkum üzərində təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və üzərində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müəyyən edilməsinə dair müddəalar xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 06-08 fevral 2021-ci il tarixlərində Məhkum şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddəti sonuncuya Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-353/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-353/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 485,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əld ə edib daşıyaraq üzərində saxlamış, 06 fevral 2021-ci il tarixdə saat 19:11-də Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yerləşən “Bakı” restoranının qarşısında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli gödəkcənin içərisində saxladığı bir ədəd göy rəngli üzərində “Samuray” yazısı olan polietilen torbada 485,0 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya pr otestini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı «8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiqi ilə əlaqədar qeyri qanuni və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarın Amnistiyanın tətbiqi qaydalarını nəzərdə tutan bölmənin 36-cı bəndində göstərilmişdir ki, alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas - tibbi r əy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarıdır). 36-cı bəndinin məzmunundan aydın görünür ki, narkomaniyadan müalicə təyin edilmiş şəxslərin cəzadan azad edilməsi məsələsi müalicə başa çatdıqdan sonra həll edilməldir. Başqa sözlə desək, şəxs narkomaniyadan məcburi müalicəsini davam etdirirsə, onun barəsində cəzadan azad etmə həmin müalicə başa çatdıqdan sonra tətbiq edilə bilər. Amnistiyanın aktının məzmunundan görünür ki, narkomaniyadan məcburi müalicənin təyin edilməsi cəzadan azad etməni, o cümlədən amnistiya aktının 2.4-cü bəndində nəzərdə tutulmuş cəzadan azad etmə halını məhdudlaş dırır. Bü cür məhdudlaşdırma isə amnstiya aktının 4-cü bəndində nəzərdə tutulan hala, yəni cəzanın azaldılmasına aid deyildir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmündən görünür ki, çəzaçəkdiyi müddət ərzində Məhkum barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilmiş və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmışdır. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Göründüyü kimi Məhkum narkomaniyadan məcburi müalicə aldığı müddətdə təyin edilmiş cəzadan azad edilmişdir. Beləliklə də, məhkəmə amnistiya aktını düzgün tətbiq etməmişdir. Odur ki, göstərilənləri nəzər ə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı ləğv edilməsini və iş yeni baxışa qaytarılmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və y a kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin d üzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, apellyasiya məhkəməsinin amnistiya aktının düzgün tətbiq etmədiyi iddia edilir. Kassasiya protestinin dəlillərində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi ni tətbiq etməsi, Məhkum narkomaniyadan məcburi müalicəsini davam etdirdiyi və onun barəsində cəzadan azad etmə həmin müalicə başa çatdıqdan sonra tətbiq edilməli olduğu halda, onu cəzasının azaldılması barədə qərar qəbul edərək, beləliklə də cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulduğu göstərilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestini iş materialları ilə birlikdə tədqiq edərək belə qənaətə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə görə, bu Qərarın 2. 2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər barəsində tətbiq edilir. Həmin qərarın 30-cu hissəsinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Həmin qərarın, 36-cı bəndinə görə, alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələs i isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas – tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarıdır). Qeyd ediləndən aydın görünür ki, şəxs narkomaniyadan məcburi müalicəsini davam etdirirsə, onun barəsində cəzadan azad etmə həmin müalicə başa çatdıqdan sonra tətbiq edilə bilər. Narkomaniyadan məcburi müalicənin təyin edilməsi cəzadan azad etməni, o cümlədən amnistiya aktının 2.4-cü bəndində nəzərdə tutulmuş cəzadan azad etmə halını məhdudlaşdırır. Bü cür məhdudlaşdırma isə amnstiya aktının 4-cü bəndində nəzərdə tutulan hala, yəni cəzanın azaldılmasına aid deyildir. İş materiallarını apellyasiya məhkəməsinin qərarı ilə birlikdə tədqiq edərək müəyyən olunur ki, apellyasiya məhkəmə kollegiyası amnistiya aktını tətbiq edərkən Məhkum narkomaniyadan məcburi müalicəsinin bitməsini təsdiq edəcək heç bir sübut əldə etmədən yəni, məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxs barəsində məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarı və ya məcburi müalicənin bitməsini təsdiq edən müvafiq sənəd olmadan, əsassız olaraq amnistiya tətbiqi ilə bağlı qərarın tələbinə zidd olaraq Məhkum barəsində həmin qərarı tətbiq etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası qərar qəbul edərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qa nunvericiliyin tələblərindən kənara çıxmış, əsassız olaraq amnistiya aktını tətbiq edərək, Məhkum narkomaniyadan məcburi müalicəsinin bitməsini müəyyən etmədən qanunun tətbiqində səhvə yol vermişdir. Mübahisəsizdir ki, bu formada qəbul edilən apellyasiya məhkəməsinin qərarı da qanuni və əsaslı hesab edilə bilməz və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respubli kası Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Cinayət Prosessual Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar