Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1459/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin və X1 ibarət tərkibdə; Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5, Müdafiəçi – Məhkum müdafiəçisi Müdafiəçi1 Aöalar oğlunun və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-in nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X2 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci tarixli 1(101)-406/2021 saylı hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən və məruzəçi), A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət təkibdə) Məhkum - Azərbaycan Respublikası CM-in 179.3.2 və 213.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 213.2.2- ci maddəsi ilə 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, Məhkum təyin edilmiş əsas cəzaların qismən toplanılması, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəzanın əsas cəzaya birləşdirilməsi və ona qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Hökmlə həmçinin mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Məhkum qarşı verilmiş mülki iddianın təmin edilməsi, 8.395.677,75 manat pulun Məhkum alınaraq dövlət büdcəsinə ödənilməsi, zərər çəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC tərəfindən Məhkum qarşı verilmiş mülki iddianın qismən təmin edilməsi, 1.884.769,35 manat pulun Məhkum alınaraq Zərərçəkmiş şəxs2 MMC-yə verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim F.A.Qasımovun sədrliyi və məruzəsilə, hakimlər E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət tərkibdə) 15 fevral 2022-ci il tarixli, 1(103)-265/2022 nömrəli qərarı ilə zərərçəkən hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən və məhkumun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İ.Ə.Rəcəbov (sədrlik edən və məruzəçi), Ş.Y.Yusifov və N.R.Mövsümovdan ibarət tərkibdə) 1(102)-1117/2022 nömrəli 13 oktyabr 2022-ci il tarixli qərarı ilə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-265/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının (hakim İ.A.İbrahimlinin sədrliyi və məruzəsilə, hakimlər H.H.Əhmədov və Z.A.Şirinovdan ibarət tərkibdə) 12 aprel 2023-cü il tarixli, 1(103)-150/2023 nömrəli hökmü ilə Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 1(103)-406/2021 saylı hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, həmçinin mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən, zərər çəkmi ş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC tərəfindən Məhkum qarşı verilmiş mülki iddialar baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ə.C.Seyidov (sədrlik edən və məruzəçi), T.L.Kazımov və V.C.Cəfərovdan ibarət tərkibdə) 1(102)-1604/2023 nömrəli 19 iyul 2023-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti, zərər çəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2 və 213.2.2-ci maddələri ilə bəraət ve rilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2023cü il tarixli hökmü ləğv edilmiş və cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim C.V.Hüseynin sədrliyi və məruzəsilə, hakimlər H.Ç.Məmmədov və E.H.Allahverdiyevdən ibarət tərkibdə) 03 sentyabr 2024-cü il tarixli, 1(103)-74/2024 nömrəli qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi. Məhkum Azərbaycan Respublikasının CM-in 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-406/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsi, Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddə tləri keçdiyindən Məhkum həmin maddə ilə cəza təyin edilməməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) il müdətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 05 (beş) ilə endirilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 09 sentyabr 2020ci il tarixdən 12 aprel 2023-cü il tarixədək həbsdə olduğu müddət 02 (iki) il 07 (yeddi) ay 03 (üç) günün ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddəsinin tətbiqi ilə bağlı müddəaların hökmdən xaric edilməsi, hökmün qalan hi ssələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı5 tərəfindən kassasiya protesti verilmişdir. Məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş və Məhkum ərizəsinə əsasən kassasiya şikayəti geri götürülmüşdür. İşin halları: Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apelyasiya instansiyası məhkəməsinin qərarlarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestdə qeyd edir ki, apellyasiya məhkəməsi tə rəfindən Məhkum həddindən artıq yüngül cəza təyin edilmiş, təyin edilmiş cəza məhkumun islah edilməsində əhəmiyyətli deyildir. Odur ki, aşağı instansiyası məhkəməsinin göstərdiyi və şəxsə təqsirli bildiyi cinayət əməlinin biri üzrə (digərində məsuliyyətə cəlb etmə müddəti keçmişdir.) ən aşağı həddə üzrə əsas cəzanın təyin edilməsinə əsas gördüyü konkret yüngülləşdirici halları təhlil edək: İlk dəfə cinayət törətmə - Birinci növbədə qeyd etməliyəm ki, təqsirləndirilən şəxsin barəsində olan bu hal CM-nin 59.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən əlamət kimi qiymətləndirilə bilər və bu xüsusat ittiham tərəfində də mübahisə doğurmur. Lakin, xüsusi vurğulamaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi qərarının 55- 56-cı səhifələrində sadəcə bu hala istinad e dir və ümumi sözlərdən istifadə edərək ədalət və humanizm prinsipləri baxımından ən aşağı həddə cəza təyin etməsinə haqq qazandırmağa çalışır. Bununla belə, məhkəmə həmin halın törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, nəyə görə ən aşağı həddə cəza təyininə əsas olmasını, cəzanın məqsədləri ilə uzlaşmasını əsaslandırmır. Təbii ki, məhkəmənin bu cür yanaşması ilə ilk dəfə cinayət törətmiş bir şəxsə ən aşağı həddə cəza təyin olunmasına haqg qazandırmaq və bunu ədalətli mövge hesab etmək mümkün sayıla bilməz. Şəxsin müxtəlif xəstəliklərdən (hipertoniya, şəkərli diabet və xroniki böyrək çatışmazlığı) əziyyət çəkməsi - Qeyd olunmalıdır ki, şəxsin sırf xəstəlikdən əziyyət çəkməsi ona ən aşağı həddə cəza təyin olunmasına qanuni əsas vermir. Ona görə ki, mövcud dövrdə demək olar ki, penitensiar müəssisələrin əksəriyyətində məhkum edilmiş şəxslərin sağlamlıq vəziyyətlərinin qayğısına qalan zəruri tibbi şərait və həkim heyəti mövcuddur, yəni, o, cəza çəkdiyi müddətdə penitensiar müəssisələrdə də müalicəsini davam etdirmək imkanına malikdir və dövlət bunun üçün zəruri olan bütün halları təmin etmişdir. İkinci bir tərəfdən, onun xəstəliyi azadlıqdan məhrum etmə cəzasını çəkməsinə mane olduğu halda, o, hökmün icrası qaydasında ayrıca icraatda cəza çəkməkdən azad edilə bilər (Cinayət Məcəlləsinin 78-ci maddəsi bu institutun tətbiqinin mümkünlüyünü nəzərdə tutur.) Yəni, sırf xronik xəstəlikdən əziyyət çəkməsi əlamətini nəzərə alıb şəxsə ən aşağı həddə cəza təyin olunması hüquqi baxımdan düzgün yanaşma deyil. Beləliklə, yuxarı dakı bəndlərdə qeyd etdiyim hallar ona dəlalət edir ki, ilk dəfə cinayət törətmə və xəstəlikdən əziyyət çəkmə halları heç də bütün situasiyalarda ən aşağı həddə cəza təyin olunmasına əsaslar kimi qiymətləndirilməməlidir, bu hallar CM-nin 59.2-ci maddəsinə uyğun olaraq konkret işin şəxsiyyəti və davranışı səciyyələndirən əsasları ilə hökmdə, yaxud yekun qərarda ifadə olunmalı, həmin əlamətlərin törədilmiş cinayətlə əlaqəsi, onun ictimai təhlükəliliyinə təsiri, bu təsir kifayət qədər olması, ictimai təhlükəli əməlin nəticələrini aradan qaldırmağa yönəlməsi və cəzanın məqsədləri ilə uzlaşması əsaslandırılmalıdır. Hazırki qərarda göstərilənlər əlaqəli təhil edildikdə isə, şəxsə ən aşağı həddə cəza təyin olunması törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəliliyinə, onun nəticələrinə uyğ un gəlməmişdir. Son olaraq, məhkəmənin CM-nin 179.3.2-ci maddəsi ilə Şahid1 təyin etdiyi cəza və törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəli nəticələri arasındakı uyğunsuzluğa diqqət yetirək: Məlumdur ki, mənimsəmə cinayəti mülkiyyət münasibətlərinə qəsd edən cinayətlər fəslinə aiddir və hazırki işdə bu cinayətin ictimai-təhlükəliliyi külli miqdarda özgə əmlakının ("Güllübulaq” MMC-yə тəxsus olmaqla Şahid1 etibar olunmuş cəmi 1.884.769,32 manat (bir milyon səkkiz yüz səksən dörd min yeddi yüz altmış doqquz manat otuz iki qəpik) məbləğində pul vəsaitinin) talanmasına ifadə olunmuşdur. Göründüyü kimi, bu qəbildən olan işlərdə, qanunvericilik və formalaşmış məhkəmə təcrübəsi cəzanı yüngülləşdirən halları sırf zərər çəkmiş şəxsin mənafeyinə, onun mülkiyyət hüququna dəymiş ziyanı n azaldılmasına yönələn hərəkətlərə münasibətdə qəbul etmiş və bu halların realizəsini ictimai- təhlükəli əməlin nəticələrinin aradan qalxmasına (yəni, zərər çəkmiş şəxsin mülkiyyət hüququnun təmin olunmasına) hesablamışdır. Mübahisəsiz müəyyən olunur ki, hazırki işin apelyasiya baxışında birinci instansiya məhkəməsindən fərqli heç bir yeni hal aşkar edilməmiş və vurulmuş 1.884.769,32 manatlıq maddi ziyan ödənilməmiş qalmış, yəni əməlin ictimai təhlükəli nəticələri aradan qalxmamışdır. Məhkəmənin hazırki qənaəti isə təyin olunmuş cəzanın həddinin ödənilmiş maddi ziyana adekvat olmayan dərəcədə həddən artıq yüngülləşdirilməsi ilə nəticələnmişdir. Dövlət ittihamçısı yuxarıda qeyd edilənləri nəzərə alaraq X2 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçisinin və nümayəndənin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya proteti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya in stansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifa yətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təy in edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 408, 409, 410, 412 və 416-cı maddəslərində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkum X4 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəru ri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli ola raq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşd irən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən ilk dəfə cinayət əməli törətməsini və xəstə olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq ona CM-in 179.3.2-ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prins ipini, yəni onun şəxsiyyətini, o cümlədən, barəsində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, cəzanın ailəsinin həyat şəraitinə təsirini və diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Məhkum hipertoniya, şəkərli diabet və xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir, 58 yaşı vardır. Düzdür, qeyd edilən hallar CM-in 59.1-ci maddəsinə əsasən şəxsə cəza təyin edilərkən nəzərə alınması zəruri olan hallardan olmasa da, həmin halların diqqətdən kənar saxlanılması da, ədalət və hümanizm prinsipləri baxımından düzgün olmazdı. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, həmin hallar da CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Həmçinin, təqsirkar şəxsin ilk dəfə məhkum olunması onu kriminal meyilli, əvvəllər məhkum olunmuş şəxslərdən fərqləndirmək üçün ağlabatan əsasdır.Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi Məhkum birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının 5 (beş) il müddətinə endirilməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya di gər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 408, 409, 410, 412 və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində cəzanın artırılması ilə bağlı irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-74/2024 saylı 3 sentyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1459/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1459/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver