Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-146/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Nigar Vidadi qızı Adilovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-c ü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs və qeyrisinin barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məhkum Təqsirləndirilən şəxs vəsatətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.İ.Əliyev, hakimlər C.İ.Hüseynov və E.H.İsmayılov), Təqsirləndirilən şəxs, xx.xx.1986-cı ildə Rusiya Federasiyasının Açinski şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam şəhəri, ********************** qeydiyyatda olan, barəsin də həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 10 avqust 2016-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən məhkumlar tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Mirzəli Abbasov, hakimlər Qədim Babayev və Vaqif Mursaqulovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinay ətlər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs 27 sentyabr 2019-cu il tarixdə kassasiya şikayəti və elə həmin tarixdə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Məhkum vəsatətini onunla əsaslandırmışdır ki, atasının səhhəti ilə əlaqədar sarsıntı keçirdiyi üçün kassasiya şikayəti vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası vəsatətin təmin edilməməsinə dair dövlət ittihamçısı V6 çıxışını dinləyib, vəsatəti və iş materiallarını öyrənib müzakirə edərək belə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün bur axılmış prosessual müddətin bərpa edilməsi barədə məhkumun vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsinin tələblərinə görə kassasiya şikayətinin verilməsi müddətinin bərpası üçün cəmi iki hal müəyyən edilmişdir: 1.Kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmadıqda; 2.Həmin şəxsi vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası vurğulayır ki, göründüyü kimi qanun norması kassatorun dəlilini prosessual müddətin bərpasına rəvac verən əsas kimi nəzərdə tutmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qərarından, məhkəmə iclas protokolundan və iş materiallarından müəyyən olunur ki, məhkum özü məhkəmə iclasında iştirak etmiş və məhkəmənin qərarı məhkumun məhkəmə iclasında iştirakı ilə elan olunmuşdur. Azərbaycan Respublikası CPM-in 410.1.4-cü maddəsinin tələbinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən çıxarıldığı gündən məhkum və ya müdafiəçisi tərəfindən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti verilə bilər. Lakin, məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2018-ci il tarixli qərarından 01 (bir) il 07 (yeddi) ay 21 (iyirmi bir) gün vaxt keçdikdən sonra, yəni 27 sentyabr 2019-cu il tarixdə kassasiya şikayəti vermişdi r. Göründüyü kimi məhkumun qərardan qanunda göstərilən müddətdə kassasiya şikayəti vermək üçün bütün imkanları olmuşdur. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, vəsatətin təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə olan halda, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq belə nəticəyə gəlir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair məhkumun vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 410.1.4 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs və qeyrisinin barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məhkum Təqsirləndirilən şəxs vəsatəti təmin olunmasın. Qərar qətidir, ondan şikayət vermək olmaz.
Məhkəmə qərarları › İş №1(102)-146/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-146/2020
11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver