Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-146/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X13, məhkumun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X10 və X1 ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1976-cı ildə tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, qeydiyyatda olmuş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il 6 (altı) ay müddətə a zadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan - xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs mülkiyyətində olan Qəbələ rayonunun Vəndam kəndi ərazisində yerləşən 1,5 hektar torpaq sahəsini və Bakı şəhərində yerləşən 4 ədəd mənzilini «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə aralarında imzalanmış xx.xx.2007-ci il tarixli İ-924 nömrəli ipoteka müqaviləsinə əsasən girova qoyduğu ünvan 1 ünvanının qarşı hissəsində yerləşən 0,044 hektar torpaq sahəsi ilə dəyişməklə Zərərçəkmiş şəxs adına sənədləşdirəcəyinə dair yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2010-cu il tarixdə, saat 18:30 radələrində, Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 124 ünvanında yerləşən yaşayış binasının arxa hissəsində Zərərçəkmiş şəxs 3.000 manat pulunu, xx.xx.2010-cu il tarixdə, saat 12 radələrində isə ünvan 3 ünvanda yerləşən 38 saylı notariat kontorunda 100.000 manat dəyərində Qəbələ rayonu, Vəndam kəndi ərazisində yerləşən 1,5 hektar torpaq sahəsinə dair hüquqları notarial qaydada ƏN1 239415 nömrəli etibarnamə ilə ələ keçirərək verdiyi vədə əməl etməyib, həmin torpaq sahəsini və ona dair hüquqları etibarnamə əsasında digər şəxsə verərək Zərərçəkmiş şəxs ümumilikdə 103.000 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək məhkumun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq düzgün aparılmamış, məhkəmələr tərəfindən cin ayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, istintaq orqanı tərəfindən verilmiş əsassız ittihamın nəticəsində işin halları obyektiv, hərtərəfli və ədalətli araşdırılmadan barəsində qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, bir insanın azadlıqdan məhrum edilməsi ilə bağlı hökmün əsasını yalnız Ə.NNNnın uydurma, ziddiyyətli, yalan və heç bir məntiqə sığmayan ifadəsi təşkil etmişdir. Aydındır ki, Ə.NNN ifadəsində törətdiyi əməllərlə və söylədiyi yalanlarla bağlı səmimi etiraf edərək özünü ittiham etməyəcəkdi. Bunu etməyəcəyinə görə də, belə bir ssenari uydurmuş, məhkəmə isə bu ssenari əsasında işin faktiki hallarını araşdırmadan S.YYY barəsində 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə barədə hökm vermişdir. Bundan başqa, Əgər S.YYYun də ləduzluq niyyəti olsaydı Q.PPPdan xx xxxxxx 2010-cu il tarixdə etibarnaməni aldıqdan dərhal sonra Q.PPPa məxsus torpaq sahəsini özgəninkiləşdirər və guya Ə.NNNya olan 70000 AZN məbləğində borcunu qaytarardı. Q.PPP özü izahatında bildirmişdir ki, etibarnaməni verdikdən sonra S.YYYu tapa bilmirdi və 10 gün sonra S.YYY özü Rusiya nömrəsi ilə Q.PPPa zəng vuraraq səhhətində problem olduğunu bildirmişdir. Dələduzluq niyyəti olan aldatdığı adamı özü axtarıb tapmazdı, çünki onsuz ölkə xaricində idi və Zərərçəkmiş şəxs onu tapması qeyri-mümkün idi. S.YYY həmçinin bilirdi ki, Q.PPP istənilən vaxt istənilən notariat kontoruna getməklə etibarnaməni ləğv etdirə bilərdi. Lakin, əmlak etibarnamə verildikdən yalnız 2 ay sonra xx.xx.2011-ci il tarixdə Ə.NNN tərəfindən qanunsuz şəkildə satılmışdır. Qeyd olu nanlardan da aydın olduğu kimi məhkumun təqsirliliyi barədə hökmün əsasını tamamilə əsassız və tam şəkildə araşdırılmamış, ziddiyyətli və yalan (“şahid” Ə.NNNnın uydurma ifadəsi, S.YYY tərəfindən Ə.NNNya yalnız öz əmlakı ilə bağlı verdiyi etibarnamə, Ə.NNNnın heç bir səlahiyyəti olmadan Q.PPPa məxsus torpaq sahəsini qanunsuz şəkildə satması barədə alqı-satqı müqaviləsi, bir-biri ilə ziddiyyətli ifadələr, araşdırılmamış və öz həllini tapmamış məsələlər) sübutlar təşkil etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərin nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrən ib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxs və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normala rının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bund an başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət v erilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası Məhkum təqsirsiz hesab olunmasına dair kassasiya şikayətində qeyd edilmiş müddəaları əsassız hesab edərək həmin müddəaların zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər X3, X9, X2 ifadələri, eləcə də xx xxxx 2018-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi, telefon danışıqlarına baxış keçirilməsinə dair protokol, məhkuma aid telefon nömrəsinə daxil olan və çıxan zənglərin si yahısı, göstərilən abonentlərin anket məlumatları, nömrələrin hansı ötürücü anten dairəsində olması, göndərilən və qəbul edilən SMS-lərin mətninin əks olunduğu CD disk və digər mötəbər sübutlarla tam təkzib olunduğunu bir daha vurğulayaraq qeyd edir ki, kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət işi üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, e kspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara ald ı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-146/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-146/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver