Məhkəmə qərarları › İş №1(102)-146/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-146/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-146/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2 022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Oruc Cəlilov (sədrlik edən), Xamməd Nuriyev və Əli Əliyev) 23 avqust 2021-ci il tarixli, 1(099)-365/2021 nömrəli hökmü ilə xx xxxxxx 1990-cı ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, Ağcabədi rayonunun Şərəfxanlı kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3- cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 09 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2020-ci ildə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan şəxsiyyəti məlum olmayan “Rəsul” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması, daşınması, həm də qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni əldə edib cinayətkar qrupun şəxsiyyəti məlum olmayan digər üzvünə çatdırılmasına qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda - 5218,8 qram (5 kq 218,8 qram) narkotik vasitə olan heroinin Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində qoyulduğu (gizlədildiyi) yer barədə ona məlumat verməsindən sonra o, həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd sellofan torbada olan həmin narkotik vasitəni götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən, d axil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 09 yanvar 2021-ci tarixdə saat 02 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Ağcabədi rayonunun Xocavənd kəndinin ərazisində saxlanılıb üzərində şəxsi axtarış zamanı əlində daşıdığı bir ədəd sellofanın torbanın içərisində 5 ədəd bağlamada 864,6 qram, 1120,5 qram, 1361,1 qram, 590,6 qram və 1282,0 qram olmaqla cəmi, külli miqdarda - 5218,8 qram (5 kq 218,8 qram) narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və İlkin Abdullayev) 01 mart 2022-ci il tarixli, 1(106)-97/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 1(099)-365/2021 nömrəli hökmü Məhkum cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 9 (doqquz) il 6 (altı) ay həddinədək azaldılmış, CM-in 66.3-cü maddəsinə əsasən bu cəza və CM-in 32.5,206.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla, ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum İbrahim İsmayılovun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 kassasiya şikayətləri verərək Şirvan Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 01 mart 2022-ci il qərarı dəyişdirərək ittiham olunduğu maddələrlə cəzasının daha aşağı həddə müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli və Məhkum barəsində daha yüngül cəza təyin edilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edərkən onun qaçaqmalçılıq cinayətinin törədilməsində əməli həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi halda ona həmin maddə üzrə cəza təyin edilmişdir. Bundan başqa Məhkum məsuliyyətini yüngülləşdirən bir sıra halları, eləcədə təyin edilən cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamışdır. Həmçinin Məhkum İran İslam Respublikasının vətəndaşı kimi telefonda tanış olub danışdığı “Rəsul” adlı şəxsin Bakı şəhərində yaşadığını bilmiş, narkotik vasitələrin İran İslam Respublikasından gətirildiyini bilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan sənədlərlə tam təsdiq olunur ki, Məhkum təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, eləcə də himayəsində bir azyaşlı uşağı olmaqla ailə üzvləri onun ümidinə qalıb. Ailəsinin yeganə qazanc gətirənidir, ailəni dolandıran şəxsdir, yaşayış yerindən müsbət xarakterizə olunur. Həmçinin Məhkum əvvəllər məhkum olunmayıb. Bu səbəbdən də müdafiəçi hesab edir ki, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən cəza təyin edilərkən onun c əzasını yüngülləşdirən bir sıra hallar nəzərə alınmamış, təyin edilmiş cəza isə onun şəxsiyyətinə, ailə vəziyyətinə uyğun gəlmir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarında həmin narkotik vasitənin Dövlət Sərhədindən və ya Gömrük Məntəqəsindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilməsi faktı barədə sübut yoxdur və nə ibtidai istintaq, nə də məhkəmə tərəfindən bu fakt sübuta yetirilməmişdir. Eyni zamanda həmin narkotik vasitənin əsl sahibinin, naməlum şəxsin də kimliyi nə istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Narkotik vasitənin qaçaqmal olması da göründüyü kimi sübuta yetirilməmişdir. Eyni zamanda kassator qeyd edir ki, məhkum - Məhkum narkotik vasitələrin üzə çıxarılmasında həm əməliyyatçılara, hə m də istintaqa səmimi olaraq yaxından kömək etməsini məhkəmə istintaqı zamanı hakimlər tərəfindən nəzərə alınmamış və açıq-aşkar əhəmiyyət verilməmiş və Məhkum Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək ona ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri qismən təmin olunmalı və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətlərinin dəlilləri Məhkum əməlində qaçaqmalçılıq əməlinin, yəni əməlində CM-in 32.5,206.2-ci maddəsinin tərkibinin o lmaması, həmçinin təqsirli bilindiyi CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə və işin hallarına uyğun olmayan ağır cəza təyin edilməsi ilə əlaqədardır. Məhkəmə cinayət qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma ilə bağlı ittiham, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün həmin sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. Həmin sübutların mötəbərliyini şübhə altına alan hər hansı bir xüsusat müəyyən edilməmişdir. Kassasiya şikayətində məhkumun əməlinin CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilməsi mübahisələndirilmir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsinin əsassız olması barədə dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməld ə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlar ının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdi rilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-in 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətin i təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Yuxarıda qeyd edilən qanunun normalarından və Ali Məhkəmənin Plenumunun qəra rında verilmiş izahlardan görünür ki, məhkum İ.N.İsmayılovun Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün məhkəmə iclasında tədqiq edilmiş sübutlarla onun digər şəxsə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin gətirilməsində köməklik göstərməsi müəyyən edilməli, onlar arasında bu barədə razılaşma (əlbirlik) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsindən əvvəl baş tutmalıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Şərəfxanlı kəndində yaşayır, evlidir, bir azyaşlı uşağı vardır, ali tə hsillidir, rəsmi olaraq heç yerdə işləməmişdir. Narkotik vasitələrdən istifadə etmir. Hər il müəyyən müddətlərdə Rusiyaya gedib orada işləyib geri qayıtmış, sonuncu dəfə 2019-cu ilin əvvəllərində Rusiyaya getmiş və orada bır müddət işlədikdən sonra Azərbaycan Respublikasına geri qayıtmışdır. Bundan sonra yollar bağlandığı üçün Rusiyaya gedə bilməmişdir. 2020-ci ildə xatırlamadığı tarixdə “instagram” sosial şəbəkəsində “Rəsul” adlı şəxslə tanış olmuşdur. Həmin şəxs iranlı olmasını bildirsə də, onun iranlı və ya azərbaycanlı olmasını bilməmişdir. Rəsulu heç vaxt görməmiş, onunla yalnız telefonla əlaqə saxlayıb danışmışdır. İstifadəsində «Samsung» markalı telefon və Rusiyaya aid +**********2 nömrəsi olmuş və əlaqə saxlaması üçün həmin telefon nömrəsini Rəsula vermişdir. Bir dəfə xatırlamadığı tarixdə telefonla danışarkən Rəsul ona təklif etmişdir ki, ona deyəcəyi yerdən narkotik maddəni götürüb başqa bir yerə qoysa ona müəyyən qədər pul verəcəkdir. O, Rəsulun təklifi ilə razılaşdıqdan sonra bir - iki dəfə Rəsulun dediyi yerdən narkotik maddəni götürüb dediyi başqa bir yerə qoymuş, buna görə də Rəsul onun bank kartına xatırlamadığı miqdarda pul yükləmişdir. Sonuncu dəfə 2021-ci il ilin yanvar ayının əvvəlində Rəsul “Whatsappla” ona zəng edib Beyləqan rayonunun Daşburun qəsəbəsinin ərazisinə narkotik vasitə qoyduğunu, həmin narkotik vasitəni oradan götürüb deyəcəyi şəxsə çatdırmasını, buna görə ona 1000-3000 manat arasında pul verəcəyini demişdir. Bundan sonra o, maşını ilə Beyləqan rayonunun Daşburun qəsəbəsinə gedib Rəsulun göndərdiyi fotoşəkillə narkotıkin qoyulduğu yeri tapı b oradan bir ədəd sellofan torbanı götürüb evinə qayıtmışdır. Bir neçə gündən sonra Rəsul ona zəng edib bildirmişdir ki, götürdüyü narkotik maddəni Ağcabədi rayonunun Xocavənd kəndində bir nəfərə çatdırsın, orada həmin şəxs gəlib ondan narkotik maddəni götürəcəkdir. 08 yanvar 2021-ci il tarixdə gecə saatlarında o, maşını ilə Ağcabədi rayonunun Xocavənd kəndinə gedib maşını yolun kənarında bir yerdə saxlamış, sonra içərisində narkotik maddə olan sellofan torbanı götürüb Rəsulun dediyi şəxsi gözləməyə başlamışdır. Həmin yerdə dayanıb gözləyərkən bir neçə polis əməkdaşı onu tutub Ağcabədi RPŞ-nə aparmışdır. Polis şöbəsində üzərində axtarış aparılmış, sonra əlində olan sellofan torbaya baxış keçirilmiş və torbanın içərisindən narkotik maddə aşkar olunmuşdur. Sorğu-sual zamanı o, torbanın içəri sində aşkar olunan maddənin heroin olduğunu, tanış olduğu özünü iranlı kimi təqdim edən Rəsul adlı şəxsin həmin narkotiki göndərdiyini və onun deyəcəyi yerə narkotik maddəni qoymalı olduğunu və buna görə ona pul veriləcəyini bildirmişdir. Sonra həmin narkotik maddə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, həmçinin ona məxsus bank kartı və «Samsung» markalı mobil telefonu da ondan götürülmüşdür. O, narkotik maddənin haradan, kim tərəfindən nə vaxt və hansı şəraitdə gətirilməsini bilmir. Götürdüyü narkotik maddənin İrandan gətirilməsində iştirak etməmiş, ona görə də qaçaqmalçılıq cinayəti törətməkdə özünü təqsirli hesab etmir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlar Məhkum ifadələrini təkzib etmir, həmin sübutlarla onun üzərində külli miqd arda narkotik vasitənin aşkar edilərək götürülməsi və onun “Rəsul” adlı şəxslə telefon əlaqəsi saxlaması müəyyən edilir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək nəticəyə gəlir ki, həmin sübutlar Məhkum tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroinin satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilməsi və saxlanması təsdiq edilsə də, onun həmin narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində iştirakı təsdiq olunmur. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların heç birində Məhkum narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Re spublikasına keçirilməsində köməklik etməsindən ötrü qabaqcadan razılaşma əldə etməsi, həmin şəxsin həmin narkotik vasitənin keçirilməsində və bundan sonra Məhkum tərəfindən saxlamaqla daşınmasında köməkçi qismində iştirakı müəyyən edilməmişdir. Bu isə ona qarşı narkotik vasitənin qaçaqmalçılıq cinayətində köməkçi qismində iştirakının ehtimal əsasında müəyyən edildiyi qənaətini qaçılmaz edir. Məhkəmələr tərəfindən Məhkum qaçaqmalçılıq cinayət əməlinin törətməsi barədə gəldiyi nəticə sübutlara deyil, ehtimallara əsaslanır, bu isə Azərbaycan Respublikası CPMin 139, 349.3 və 351.2-ci maddələrinin tələblərinə ziddir Ona görə də məhkəmə kollegiyası Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gələrək hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəl əri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün düzgün olaraq həmin maddələr ilə tövsif edilsə də, onun bu əməlinin həm də sözü gedən narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi kimi qiymətləndirilməsi və CM-in 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələr inə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə görə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində ona qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublika sı CPM-in 416.1.11-ci maddələrinə əsasən məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu barədə dəlilləri əsaslı hesab etmir. Şərh edilən əsaslara görə məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsinə dair çıxışını dinləyib, hesab edir ki, Məhkum müdafiəçilərinin kassasiya şikayəti qismən təmin edilməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı dəyişdirilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə ləğv edilməli və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə olan işin icraatına təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2 və 42.1.4-cü maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.11, 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kass asiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı dəyişdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissəsində ləğv edilsin. Cinayət işi üzrə icraatın Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə təqsiri sübuta yetirilməməsi əsası ilə xitam verilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmündən və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından Məhkum Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən qəti cəzanın təyin edilməsi barədə müddəalar çıxarılsı n. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı ilə Məhkum üzərində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar