Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-146/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum İsmail Aktaşın və məhkumun müdafiəçisi Müdafiəçi və tərcüməçi Vasib Məmm əd oğlu Əliyevin iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2023-cü il tarixli qərarından məhkum X3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Natiq Əliyev (sədrlik edən), hakimlər Mikayıl Məmmədzadə (məruzəçi) və Abdulla Məmmədov) 11 aprel 2023-cü il tarixli, 1(100)-169/2023 nömrəli hökmü ilə xx xxxxxxxx 1966-cı il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücü işləmiş, Türkiyə Respublikası Kocaeli rayonunda qeydiyyatda olmaqla yaşamış X3 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 206.2-ci maddəsi ilə 5 (be ş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Aktaş İsmailin həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 28 iyul 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Aktaş İsmail təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xüsusilə külli miqdarda qızıl-zinət əşyalarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirilib Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilməsini təşkil etmək barədə 2021-ci ilin oktyabr ayında istintaqla dəqiq müəyyən edilməmiş vaxtda tanışı, Türkiyə Respublikası vətəndaşı Albayrak Davut və Azərbaycan Respublikası vətəndaşı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə gi rmiş, Şahid1 Türkiyə Respublikasının İstanbul şəhərində təhvil aldığı ümumilikdə xüsusilə külli miqdarda 1.439.249 manat dəyərində 16.113,73 qram müxtəlif əyarlı qızıl-zinət əşyalarını əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq tamah niyyəti ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirib cinayətkar qrupun üzvü Şahid1 çatdırılması üçün Albayrak Davutla birlikdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdikləri “Mercedes-Benz 930.05” markalı, MM881CC/BB881M qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin altında olan hava balonunda yerləşdirib saxlamış, Albayrak Davut nəqliyyat vasitəsini idarə edərək həmin qızıl-zinət əşyalarını 24 oktyabr 2021-ci il tarixdə saat 07 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İda rəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Qırmızı körpü” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində qeyd olunan ümumilikdə xüsusilə külli miqdarda, 1.439.249 manat dəyərində 16.113,73 qram müxtəlif əyarlı qızılzinət əşyaları nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüşdür. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Nural Əliyev (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) 07 iyul 2023-cü il tarixli, 1(104)-335/2023 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(100)-169/2023 nömrəli hökmü dəyişdirilmədən saxla nılmış, təqsirləndirilən şəxs İ.Aktaş və onun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Aktaş İsmail kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilməsi barədə qərar qəbul edilməsin xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Aktaş İsmail kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, heç vaxt 35 illik iş təcrübəsində qaçaqmalçılıqla məşğul olmamışdır. Ona veriliş ittiham əsassız və qanunsuzdur. Belə ki, o qaçaqmalçılıq cinayətində iştirak etməmişdir, cinayət törətdiyi vaxt 24 oktyabr 2021-ci il tarixdə Türkiyə Respublikasının ərazisində olmuş, Azərbaycan Respublikası ərazisinə daxil olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında h ökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət tə qibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Bunu nla bağlı məhkəmə kollegiyası bildirir ki, məhkum Aktaş İsmail ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, onun ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işin digər materialları ilə təsdiq edilmişdir. Apelyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin apelyasiya şikayətlərinə əsasən baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun ona elan edilmiş ittihamda təqsirini təsdiq edən sübutlar birinci və apelyasiya məhkəmələrin müvafiq olaraq hökm və qərarında ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası həmin sübutları sadalamaq və onların məzmununu təkrar açıqlamağa zərurət görmür. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq hesab edir ki, həmin sübutların məcmusu məhkum Aktaş İsmailin qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə külli miqdarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli malların keçirilməsində, yəni Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin – qaçaqmalçılığın törədilməsində təqsirli olmasına dair mötəbər yekun nəticəyə gəlməyə imkan verir. Məhkum tərəfindən öz kassasiya şikayətində qeyd etmişdir ki, o, cinayət törətdiyi vaxt Türkiyə Respublikasının ərazisində olmuş və Azərbaycan Respublikası ərazisinə daxil olmamışdır. Ona görə də, onun qaçaqmalçılıq cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilməsi əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarının 19-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaq cadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Cinayət işi üzrə sübutlar əsasında müəyyən edilmişdir ki, məhkum Aktaş İsmail Azərbaycan Respublikası vətəndaşı Şahid1 ilə Türkiyə Respublikasının ərazisindən Azərbaycan Respublikasına gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə xüsusilə külli miqdarda qızıl-zinət əşyaların keçirilməsi barədə cinayət razılığına gəlmiş, həmin niyyətini həyata keçirmək üçün İsmail Aktaş nəqliyyat vasitəsinə gizli saxlanc yeri avtomaşın alt hissəsində dəmir balonu quraşdıraraq qızıl əşyaları ora yerləşdirmiş və Azərbaycan Respublikası dövlət gömrük sərhədindən keçirilməsi üçün Davut Albayrakı həmin nəqliyyat vasitəsi ilə təmin etmişdir. Göründüyü kimi məhkəmələrin məhkum Aktaş İsmailin əməlinə verdikləri hüquqi qiymət Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında əks etdirilmiş mövqeyinə tam uyğun gəlir. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Aktaş İsmailin əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab e dir. Odur ki, məhkum Aktaş İsmailin əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün əməlinin həmin maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apelyasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Aktaş İsmailin əməli CM-in 206.3.2-ci maddəsi ilə düzgün tövsif olun muşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmi ş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası məhkum Aktaş İsmailin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır, məhkəmələrin onun barəsində çıxardığı hökm və qərarını əsaslı və qanuna uyğun hesab edir. Bundan başqa, məhkəmələr məhkum Aktaş İsmaila cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qay dasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, Aktaş İsmailin barədə apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Aktaş İsmailin Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ape lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-146/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-146/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver