Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1460/2021 12.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 20 may 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfin dən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Cavid Tağıyev) 1(043)-62/2020 nömrəli 26 oktyabr 2020-ci il tarixli hökmü ilə 08 avqust 1993-cü ildə Samux rayonu, Tatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Samux rayonu, Tatlı kəndində yaşayan Məhkum1 və xx xxx 2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Samux rayonu, Tatlı kəndində yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə əməllərində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: İttihama əsasən Məhkum1 tanışı Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs h alında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə 04.11.2019-cu il tarixdə saat 19 radələrində ünvan 1 ünvanda yaşayan X4 yaşadığı evə qanunsuz daxil olub oradan 90 manat dəyərində 1 ədəd Nokia markalı telefonu, 15 manat dəyərində bijuteriya qolbağını, 18 manat məbləğində qəpik və 3820 manat məbləğində kağız pul əskinazlarından ibarət pulu, ümumilikdə 3943 manat dəyərində əmlakı gizli yolla talayaraq oğurlamışlar. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Çingiz Məmmədov, hakimlər Teyyub Muxtarov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 1(104)-135/2021 nömrəli, 20 may 2021-ci il tarixli qərarı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçıs ı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu verdiyi kassasiya protestində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 20 may 2021-ci il tarixli qərarı ləğv edilsin və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Rəşad Alıkişiyev onunla əsaslandırır ki, Gəncə Apellyasiya Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı əsassızdır. Belə ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeydinin birinci bəndinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya di gər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə istintaqında ittiham üzrə təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 onlara qarşı istinad olunan əməlin törədilməsində özlərini qismən təqsirli bilmişlər. Məhkəmə əsassız olaraq ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sübutların bir qismini sübut növü kimi qəbul edib digər qismini nəzərə almadan zərərçəkmiş şəxsin evindən 3820 manat pulun oğurlanmaması qənaətinə gəlməklə qanunsuz və əsassız yekun qərar qəbul etmişdir. Kassator qeyd edir ki, zərərçəkmiş şəxs V ahid Rüstəmov ilkin olaraq təhqiqat orqanına verdiyi izahatında birmənalı olaraq ona məxsus 3820 manat pulun evində olan paltar dolabının içərisindəki pencəyinin cibindən oğurlandığını bildirmiş, bundan başqa işdə olan “hadisə yerinə baxış protokolundan” da görünür ki, baxış zamanı baxışda iştirak edən zərərçəkmiş şəxs Vahid Rüstəmov baxışı aparmış təhqiqatçıya evindən konkret olaraq haradan 3820 manat pulun oğurlandığı yeri yəni, paltar dolabındakı pencəyinin cibini göstərib məhz həmin cibindən pulunun oğurlandığını bildirmiş və həmin vaxt onun foto şəkili də çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə guya təqsirləndirilən şəxslər oğurluq etdikdən qısa müddət sonra polis əməkdaşları tərəfindən saxlanılmış və həmin vaxt isə onların üzərindən yalnız fərdi yaşayış evindən taladıqları 1 əd əd telefon, bijuteriya və qəpik pulların xərclənməmiş hissəsi aşkar olunmuş, onların üzərindən isə hər hansı bir məbləğdə kağız əskinası ilə pul vəsaiti aşkar olunmamışdır. Qeyd etmək lazımdır ki, məhkəmənin hökmdə göstərdiyi “qısa müddət” anlayışı (04.11.2019-cu il 06-11.2019-cu il) iki sutkanı əhatə edir ki, həmin müddət ərzində də təqsirləndirilən şəxslərin həmin oğurladıqları 3820 manat pulu istənilən formada xərcləməsi, gizlətməsi və s. üzərində sərəncam verməsi imkanları mümkün olmuşdur. Həmçinin məhkəmə onu da nəzərdən qaçırmışdır ki, ağır maddi durumda olan təqsirləndirilən şəxslər evindən 3820 manat pul oğurlamadıqları halda zərərçəkmiş şəxsə dəymiş zərəri haradan əldə edib və zərərçəkmiş şəxsə ödəyib onunla barışıq əldə etmişlər?. Belə ki, məhkəmə zərərçəkmiş şəxsə evindən oğurla nmış 3820 manat pulu haradan əldə etməsi ilə bağlı sual verib həmin faktı araşdırsa da nədənsə təqsirləndirilən şəxslərə zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı ödədikləri pulu haradan əldə edib ödəmələri ilə bağlı eyni sualı verib araşdırma aparmamışdır. Göründüyü kimi məhkəmə istintaq orqanının əsaslandığı sübutları əsassız qeyri mötəbər hesab edib yalnız təqsirləndirilən şəxslərin özünü müdafiə xarakterli ifadələrinə əsaslanıb hər iki təqsirləndirilən şəxsə qanunsuz və əsassız olaraq bəraət vermişdir. Digər tərəfdən verilmiş ittihamdan görünür ki, oğurlanmış əşyaların dəyəri o, cümlədən 1 ədəd «Nokia 210» modelli telefonun qiyməti 90 manat və 1 ədəd bijuteriya qolbağının qiyməti 15 manat təşkil etmişdir. Məhkəmə isə cinayət işinə əlavə edilmiş ekspert rəyini digər sübutlardan üstün t utaraq heç bir əsaslandırma aparmadan həmin əşyaların dəyərini o, cümlədən 1 ədəd «Nokia 210» modelli mobil telefon aparatının qiymətini təxminən 15 manat, 1 ədəd qızıl-gümüş olmayan bijuteriya boyunbağının qiymətini nəzəri qaydada 3,0 manat kimi qiymətləndirmiş və bununla da oğurlanmış əşyaların dəyərini oğurlanmış xırda qəpik pulları nəzərə almaqla 36 manat təşkil etdiyini müəyyən etmişdir. Məhkəmə toplanmış sübutları müqayisəli təhlil etməmiş, onları tam, hərtərəfli və obyektiv yoxlamamışdır. Belə ki, məhkəmənin istinad etdiyi oğurlanmış əşyaların dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının eksperti tərəfindən təxmini, nəzəri qaydada hesablamaq yolu ilə müəyyən edilmişdir. Həmin rəyin isə mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Məhkəmə işi qeyri-obyektiv və birtərəfli aparara q cinayət qanunun və cinayətprosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq az ağır cinayət törətmiş şəxslər törətdikləri əmələ görə cinayət məsuliyyətindən kənarda qalmışlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Ayxan Hüseynlinin kassasiya protestinin təmin olunması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlay ır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələrin iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmaması, Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə bil əcək sübutların tədqiqindən əsassız imtina edilməsi, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmaması və təqsirləndirilən şəxsə bəraət verilməsinin əsassız və qanunsuz olmasıdır. İşdən görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Belə ki, Məhkum1 tanışı Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə 04.11.2019-cu il tarixdə saat 19 radələrində ünvan 1 ünvanda yaşayan X4 yaşadığı evə qanunsuz daxil olub oradan 90 manat dəyərində 1 ədəd “Nokia” markalı telefonu, 15 manat dəyərində bijuteriya qolbağını, 18 manat məbləğind ə qəpik və 3820 manat pulu, ümumilikdə 3943 manat dəyərində əmlakı oğurlamışlar. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İş materiallarından görünür ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs Məhkum1 ona qarşı istinad olunan əməlin törədilməsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən Məhkum2 onun həmkəndlisi olmaqla normal münasibətləri olmuşdur. 04.11.2019-cu il tarixdə Novruzəli ilə həmkəndliləri Orxanın oğlunun kiçik toy məclisində olarkən Novruzəli ona oğurluq etməyi təklif etmişdir. Əvvəlcə razılaşmasa da sonradan onunla oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra Novruzəli ilə birlikdə oğurluq etmək istədikləri evə yaxınlaşaraq barının üzərindən evə bitişik olan dam örtüyünün üzərinə çıxıb, evin arxa tərəfində plastik aynanı açıb evin həyətinə daxil olaraq kilidin üzərində olan açarla qapını açıb içəri daxil olmuşlar. İçəri otağa daxil olduqdan sonra birlikdə otaqları axtarmışlar lakin heç nə tapmadıqları üçün yenidən yataq otağına qayıdıb yenidən axtarış apararkən paltar rəfinin içərisindən dəmir qabda xırda qəpik pullar olduğunu aşkar edib qabı götürüb özündə saxlamış, sonra otaqda olan çarpayının yanındakı balaca ölçülü rəfin üzərində markasını xatırlamadığı sadə telefon aşkar etmiş və Novruzəli həmin telefonu götürmüş, bundan so nra Novruzəli otaqda olan güzgünün siyirməsindən sep aşkar edib götürmüşdür. Otağın bəzi yerlərinə baxaraq pul və ya başqa dəyərli əşyalar tapa bilmədikləri üçün daxil olduqları yolla evdən çıxmışlar. Yaxınlıqda olan boş sahədə dəmir qabın içərisində olan xırda qəpik pulları ciblərinə doldurub qabı orada atmışdır. Telefon və boyunbağı isə Novruzəlidə qalmışdır. Yenidən toy şənliyinin keçirildiyi "Sərin” şadlıq sarayına qayıdıb toy məclisi sona yaxınlaşdığı üçün yaşadıqları evə getmişlər. 06.11.2019-cu il tarixdə günorta saatlarında mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb Kəpəz rayon polis bölməsinə sonra isə Kəpəz rayon Polis İdarəsinə aparmışlar. Sorğu zamanı onlar etmiş olduqları oğurluğu etiraf etmiş və evdən oğurladıqları xırda qəpik pulları və digər əşyaları polis əməkd aşlarına təqdim etmişlər. Onlar həmin evdən 3820 manat pul oğurlamamışlar. Evin sahibi yalandan 3820 manatın oğurlandığını göstərmişdir. Onlardan şikayət olunduğu üçün anası evin sahibinə 2000 manat ödəmişdir ki, şikayətçi olmasın. Oğurluq etdikləri 18 manat qəpik pulun bir qismini taksiyə və siqaretə vermişlər, qalan 12 manat qəpik pulları, telefonu və bijuteriya boyunbağını polislər üzərilərinə baxış keçirərkən aşkar edib götürmüşlər. Həmçinin qeyd olunan ifadəyə uyğun Məhkum2 da eyni məzmunlu ifadə vermişdir. Lakin iş üzrə zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, 04.11.2019-cu il tarixdə hadisə olan günü arvadı Göyçay rayonu Yekəxana kəndində müəllimə işlədiyi üçün onu yola salıb evə qayıdarkən içəri daxil olanda görmüşdür ki, ev dağınıq vəziyyətdədir. Evdən oğurluq olduğunu görü b qardaşına zəng etmiş, qardaşı polis gələnə kimi heç nəyə əl vurmamasını və onun gəlişinə qədər gözləməsini bildirmişdir. Qardaşı gəlib 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlib evə baxış keçirərkən, evdə nə olduğunu soruşduqda pencəyinin cibində 3820 manat olduğunu demişdir. Polislərə pencəyinin cibinə baxanda pulun olmadığını görmüşdür. Həmin pul bankdan götürdüyü 5000 manat pulun qalığı olmuşdur. Bankdan pulu o məqsədlə götürmüşdür ki, dövriyyəyə buraxıb mal-qara alver etsin. Özünün Samux rayonunda ferması olmaqla 60 baş xırda buynuzlu heyvanları var. Bazar günü bazara getmiş 2 baş erkək quzu alıb əynini dəyişib pulun qalanını iş paltarının cibinə qoymuşdur. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hadisə günü evindən 3820 manat pulunun o ğurlanması ilə yanaşı evindən əlavə olaraq 90 manat dəyərində 1 ədəd “Nokia” markalı telefonun, 15 manat dəyərində bijuteriya qolbağının və 18 manat məbləğində qəpik pulun oğurlanmasını bilməmiş və məhz bu səbəbdən ilk vaxtı polisə evindən oğurluq olması barədə məlumat verən zaman ərizə və izahatlarında yalnız evindən 3820 manat pulun oğurlanmasını söyləmişdir. Belə ki, təqsirləndirilən şəxslər hadisədən iki gün sonra polis əməkdaşları tərəfindən saxlandıqdan sonra onların üzərindən qeyd olunan əşya və pullar çıxmış bundan sonra polislərin məlumatı əsasında o, həmin vaxt işləmək məqsədilə Göyçay rayonuna getmiş arvadı ilə telefon əlaqəsi saxlayıb evlərində olan qeyd olunan əşya və qəpik pullarla maraqlanan zaman arvadı ona həqiqətən evində qeyd olunan əşya və qəpik pulların mövcud olmasını söylədikdən sonra o, da bu barədə sonrakı ifadələrində polisə ətraflı məlumat vermişdir. İş materiallarından görünür ki, Gəncə şəhər Kəpəz rayon polis şöbəsinin növbətçisinin raportundan görünür ki, həqiqətən 04.11.2019-cu il tarixdə idarənin növbətçi hissəsinə DİN-nin 102 xidmətindən X4 həmin xidmətə zəng edərək evinə nəfəslikdən naməlum şəxslərin daxil olmaqla evindən yalnız 3820 manat pulunun oğurlanması barədə məlumatı daxil olmuşdur. Həmçinin 06 noyabr 2019-cu il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, həqiqətən həmin cinayət işi zərərçəkmiş şəxsin evindən yalnız 3820 manat pulunun oğurlanması faktına görə başlanmışdır. Birinci instansiya məhkəməsində iş üzrə 3820 manat pulun oğurlanma faktı təsdiqinin tapmaması əsası ilə Məhkum1 və Məhkum2 bəraət verilmiş dir. Məhkəmənin gəldiyi nəticəni əsaslanan dəlil ondan ibarətdir ki, 3820 manat pulu şübhəli bilinən şəxslərin üzərilərindən aşkar edilməmişdir. Məhkəmələrin fikrincə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsin evindən 3820 manat pulu oğurlansaydı qeyd olunan məbləğin xərclənməsinə müddət o qədər də çox olmamış və həmin pullar onlarda aşkar olunmalı idi. Kollegiya qeyd edir ki, məhkəmələrin sübutların qiymətləndirilməsinə bu cür yanaşması və nəticə olaraq ittihamın sübutları qəbul etməməsi, təqsirləndirilən şəxslərin ifadələrinin isə həqiqətə uyğun və doğru kimi qəbul etməsi məntiqsizdir və əsaslı hesab oluna bilməz. Belə ki, bəraət alınmış şəxslər iki sutkanı əhatə edən məhkəmələrin “qısa müddət” anlayışı kimi qəbul etdikləri vaxt ərzində oğurladıqları 3820 manat pulu istənilən formada xərcləmək gizlətmək və sair formada üzərində sərəncam vermək imkanına malik olmuşlar. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hadisədən iki gün sonra şübhəli şəxslərin üzərində 3820 manat pulunun aşkar edilməməsi onlar tərəfindən həmin pulların oğurlanmasını istisna edən hal kimi qəbul edilə bilməz. “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxışda zərərçəkmiş şəxs Vahid Rüstəmov iştirak etmişdir. Baxış zamanı evin yataq otağında döşək dəstinin dağınıq vəziyyətdə olması, otaqda paltar dolabı olması və dolabın içərisində geyim əşyaları olmaqla orada olan pencəyin cibində olan 3820 manat pulun oğurlanması müəyyən edilmişdir. Baxış protokoluna əlavə edilmiş fotoşəkil cədvəlindən görünür ki, fotoşəkillərdən birində zərərçəkmiş şəxs dolabdan asılmış boz rəngli pencəyi göstərərək həmin pencəyin sağ yan cibindən pulunun oğurlandığını göstərir. Həmin fotoşəkildən də görünür ki, pencəyin sağ yan cibinin iç hissəsi ağ rəngli parçadan olmaqla bayıra çıxmış vəziyyətdədir. İş üzrə Məhkum2 şübhəli şəxs qismində verdiyi ifadəsində onların həqiqətən zərərçəkmiş Vahid Rüstəmovun evində oğurluq edən zaman zərərçəkmiş şəxsə məxsus və içərisində 3820 manat pul olan pencəyin saxlandığı paltar dolabını axtardığını etiraf etmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, hadisə günü şübhəli şəxslər toy məclisindən çıxaraq qeyd olunan oğurluq əməli törətmələrini ifadələrində təsdiq etmiş, lakin ittihamda qeyd olunan 3820 manat pulun oğurlamadığını bildirmişlər. Birinci instansiya məhkəməsi hadisədən iki gün sonra təqsirləndirilən şəxslərin üzərində 3820 manat pulun aşkar olunmaması ilə əlaqədar nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə məxsus evdən 3820 manat pulun oğurlanması həqiqətə uyğun deyildir. Zərərçəkmiş şəxs Vahid Rüstəmov hadisə zamanı oğurlanan 3820 manat pulundan başqa digər əşya və xırda qəpik pulları oğurlanmasını sonradan, yəni həmin əşyaların Məhkum1 və Məhkum2 aşkar etdikdən sonra aşkar etmiş, özü isə oğurluq hadisəsindən sonra evinə nəzər yetirərkən əsas evindən pulunun oğurlandığına fikir verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin cinayət mühakimə icraatı həyata keçirilərkən cinay ət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Dövlət ittihamçısının birinci instansiyası məhkəməsinin hökmündən verdiyi apelyasiya protestindən görünür ki, protestdə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə bəraət hökmün əsassız və qeyriqanuni olması bildirilməklə ləğv olunmasını xahiş edilmişdir. Apellyasiya instansiyası mə hkəməsinin qərarından görünür ki, məhkəmə apellyasiya protestinin dəlillərini araşdırmamış, onlara hüquqi qiymət verməmiş, gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin sübutları və apellyasiya protestinin dəlilləri ilə bağlı işin halları tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Yuxarıda gös tərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri əsaslı olduğundan, kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 02 mart 2021-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirilməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin digər dəlilinə münasibət bildirməyi lüzumsuz hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 20 may 2021-ci il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1460/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1460/2021
12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver