Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1460/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, yeni yaşayı ş massivi nömrəsiz fərdi evdə yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli 1(103)-900/2023 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 1(101)-287/2023 nömrəli hökmünə əsasən (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsin də təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 10 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti və ona əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli 1(103)-900/2023 nömrəli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev) apelyasiya şikayəti və ona əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 1(101)-287/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qaba qcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma məqsədilə dəqiq şəxsiyyəti qeyri-müəyyən olan “X10” adlı İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək naməlum vaxtda və şəraitdə qabaqcadan razılaşdırılmış yerdə “X10” adlı şəxsdən ümumi təmiz çəkisi 2089,536 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə olan heroin narkotik vasitəsini və təmiz çəkisi 225 qram təşkil edən kustar üsulla hazırlanmış ağ rəngli kristallik maddə olan p sixotrop maddə metamfetamini satış məqsədilə əldə edərək üzərində və yaşadığı evdə saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: BNMİ-nin) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 may 2022-ci il tarixdə, saat 14:35 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, yeni yaşayış massivində yerləşən “Akasiya” şadlıq sarayının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən BNMİ-nə aparılmış və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 9,536 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə olan heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Bundan sonra elə həmin gün əməliyyat-axtarış tədbirlərinin davamı olaraq təqsirləndirilən şəxs Məhkum yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə videoçəkiliş aparılmaqla baxış və götürmə həyata keçirilən zaman həmin evin həyətyanı sahəsində evin sağ küncündə torpağa basdırılmış halda olan sellofan kisənin içərisində iki ədəd bağlamada və üç ədəd bükümdə ümumilikdə beş ədəd ayrı-ayrılıqda çəkiləri 1000 qram, 980 qram, 30 qram, 35 qram və 35 qram olmaqla, ümumi təmiz çəkisi 2080 qram təşkil edən, istər öz aralarında və istərsə də Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblə rinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, digər bir ədəd bağlamada təmiz çəkisi 225 qram təşkil edən kustar üsulla hazırlanmış ağ rəngli kristallik maddə metamfetamin psixotrop maddəsi və üzərində narkotik vasitə heroinin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsinin təkrar baxışına təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və ədalətsizdir. Belə ki, müəyyən edilmişdir ki, Məhkum təqsir ləndirilməsi barədə cinayət işi üzrə hadisənin faktiki halları istintaq orqanı tərəfindən düzgün müəyyən edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən bu hala diqqət yetirilməmişdir. İş materialları ilə müəyyən edilir ki, Məhkum işin hallarında təsvir edildiyi kimi, 10 may 2022-ci il tarixdə, saat 14:35 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, yeni yaşayış massivində yerləşən “Akasiya” şadlıq sarayının yaxınlığında deyil, anası X4 qəsəbəsində yerləşən evinə qanunsuz basqın edilməsi yolu ilə tutulmuşdur. Lakin məhkəmələr tərəfindən polis işçilərinin qanunsuz əməliyyat-axtarış tədbirləri keçirilməsi ilə əlaqədar hərəkətlərinə hüquqi qiymət verilməmiş, təqsirləndirilən şəxsə fiziki zor tətbiq edilməsi yolu ilə ittiham sübutları toplanması barədə dəlillər əsassız ola raq rədd edilmişdir. İşin apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, polis işçilər Məhkum işin hallarında göstərildiyi kimi 10 may 2022-ci il tarixdə saat 15:30 radələrində deyil, saat 9:30 radələrində evdən tutub aparmışlar və evin qapılarını bağlayıb, açarları da özləri ilə aparmışlar. Həmin gün saat 15:30 radələrində polis əməkdaşları ikinci dəfə həmin həyətə qayıdıb təkrarən həyətə baxış keçirmişlər (əməliyyat tədbirlərinin keçirilməsində iştirak etmiş polis işçisi Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdir). Məhkəmələr həmçinin həmin vaxt Məhkumlə birlikdə olmuş və hamilə vəziyyətində olan faktiki nikah münasibətində olduğu X3 da qollarına qandal vurularaq polis idarəsinə aparılması, X11nın da məsul iyyətə cəlb olunması ilə təhdid edilərək Məhkum etiraf ifadələri verilməyə məcbur edilməsi, X11nın 15 saat saxlanılaraq izahat və ifadəsi alınmadan sərbəst buraxılması kimi hallara aydınlıq gətirməmişlər. Müdafiəçi qeyd edir ki, Məhkum “üzvi şəxsiyyət pozuntusu” F 07.0 müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (Bakı Baş Səhiyyə Mərkəzi 3 nömrəli şəhər poliklinikasında 2009-cu il tarixdən “Baş-beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, yaddaş zəifliyi” diaqnozu ilə qeydiyyatda olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı Klinik Psixiatriya Xəstəxanasında “Başbeyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə yaddaş zəifliyi” diaqnozu ilə stasionar müayinədə olması, Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi şəhər Ruhi Əsəb Xəstəlikləri Diapenserində “Mərkəzi üzvi xəstəliyin qalıq əlamətləri. İntellektin enməsi, psixopata bənzər davranış pozuntuları ilə” diaqnozu ilə stasionar müayinədə olması, Bakı şəhəri Yasamal rayonu M.Hüseynov adına 3 saylı şəhər poliklinikasında 2009-cu ildən qeydiyyatda olması təsdiq edir. Ona görə də Məhkum psixi vəziyyətinin obyektiv müəyyən edilməsi üçün stasionar məhkəmə psixiatriya ekspertizasının keçirilməsi zəruri olduğu halda, müdafiə tərəfinin bununla bağlı vəsatəti təmin olunmamışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Mə hkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: M əhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1460/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1460/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver