Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1460/2025 25.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkum X2nun və zərər çəkmiş şəxs X3 iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat yolu” adlanan ərazidə nömrəsiz fərdi evdə yaşamış X2nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-81/2025 nömrəli 11 fevral 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim E.H.İsmayılovun sədrliyi ilə, hakimlər C.İ.Hüseynov və S.S.Hüseynovdan ibarət tərkibdə) 1(101)-428/2024 nömrəli 20 iyun 2024-cü il tarixli hökmü ilə X2 - Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, onun 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai araşdırma zamanı 1 noyabr 2022-ci il tarixdən 3 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün cəza müddətinə daxil edilməklə çıxılaraq üzərində çəkilməsi üçün qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının 19 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum olunmuş şəxs, onun müdafiəçisi Müdafiəçi2 və zərər çəkmiş şəxs X5 tərəfindən apellyasiya şikayətlər i verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11(103)-81/2025 nömrəli 11 fevral 2025ci il tarixli qərarı ilə (hakimlər Ə.Q.Ələkbərov (sədrlik edən), İ.A.İbrahimli və F.Ə.Qəniyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2024cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən X2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldığı müxtəlif növ quru meyvələri respublikanın rayonlarında daha baha qiymətə sataraq özünün də gəlir əldə etməsi ilə yanaşı, aldığı malların dəyərini qısa müddətə ona ödəyəcəyini yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020ci ilin yanvar-fevral aylarında Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” bazarında əvvəlcə 7.000 manat, daha sonra 3.000 manat olmaqla, ümumilikdə 10.000 manat dəyərində müxtəlif növ quru meyvələri alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Rusiya Federasiyanın vətəndaşı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldığı qoz ləpəsini respublikanın rayonlarında daha baha qiymətə sataraq özünün də gəlir əldə etm əsi ilə yanaşı, aldığı malların dəyərini qısa müddətə ona ödəyəcəyini yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 4 noyabr 2020-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” bazarında Zərərçəkmiş şəxs3 ümumilikdə həmin dövrün məzənnəsi ilə 85.850 manat təşkil edən 50500 ABŞ dolları dəyərində qoz ləpəsini alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əl ə keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui- istifadə edib aldığı müxtəlif növ quru meyvələri respublikanın rayonlarında daha baha qiymətə sataraq özünün də gəlir əldə etməsi ilə yanaşı, aldığı malların dəyərini qısa müddətə ona ödəyəcəyini yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin sentyabr-oktyabr aylarından 2021-ci ilin mart ayına qədər olan müddətdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən yerləşən “8-ci kilometr” bazarında hissə-hissə olmaqla, ümumilikdə 132.000 manat dəyərində müxtəlif növ quru meyvələri alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 külli miqda rda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib başqa şəxslərdən aldığı müxtəlif növ quru meyvələrin dəyərini ödəyib yenidən həmin məhsullardan alaraq daha baha qiymətə satmaqla tezliklə pulunu geri qaytarmaqla yanaşı, ona da gəlir verəcəyini yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin sentyabr-oktyabr aylarında ünvan 1 ünvanında yerləşən “Paxlava” restoranında bir neçə dəfəyə olmaqla, ümumilikdə 14.000 manat, barəsi ndə Bakı şəhəri, Nizami rayon Polis idarəsi, 24-cü Polis şöbəsində araşdırılan material üzrə şikayətçi Rusiya Federasiyanın vətəndaşı Zərərçəkmiş şəxs3 ödəyib sonradan qısa müddətə pulunu geri qaytaracağı adı ilə 09 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 “B” ünvanda yerləşən həmin polis şöbəsinin inzibati binasının yaxınlığında 4.000 manat olmaqla, ümumilikdə 18.000 manatı alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xahiş etmişdir. Məhkumun müdafiəçis i kassasiya şikayətində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmdə məhkum Elman Ağasiyev tərəfindən dələduzluq cinayətinin törətməsi barədə gəldiyi nəticə, məhkəmə iclasında tədqiq edilmiş sənəd-sübutlarla, habelə şahid ifadələri ilə işin faktiki hallarına uyğun deyildir. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum X2 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsinə dair ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı Məhkum, zərər çəkmiş şəxsin V.Kuliyevin, dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, məh kumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericil iyin qeyd edilən tələbini və məhkum X2nun kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum X2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1460/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1460/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver