Məhkəmə qərarları › İş №1(102)-1461/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1461/2019

26.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1461/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxanoğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Məhkum iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 150.1 və 157.2-ci m addələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2018-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) 27 aprel 2018-ci il tarixli hökmü ilə xx.xx.1983-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1-də yaşamış, Məhkum Azərbaycan Respublikası CM-in 150.1, 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1- ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 1 (bir) müddətə islah işləri cəzası, Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən təyin olunmuş 1 (bir) il islah işləri cəzasının 3 (üç) gününə 1 (bir) gün azadlıqdan məhrumetmə cəzası hesabı ilə hesablanaraq 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 4 (dörd) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin 7 may 2009-cu il tarixli hökmü ilə ona təyin olunmuş 8 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 (iki) ay 5 (beş) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək üzərində qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2017-ci il tarixdən hesablanmışdır. Hökmdən Məhkum apellyasiya şikayətinə və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Mursaqulov Vaqif Ənvər oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 25 dekabr 2018-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2018-ci il tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.4-cü və 150.1, 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.4-cü maddəsi ilə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 1 (bir) il müddətə islah işləri cəzası təyin olunmuş, Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən təyin olunmuş 1 (bir) il islah işləri cəzasının 3 (üç) gününə 1 (bir) gün azadlıqdan məhrumetmə cəzası hesabı ilə hesablanaraq 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin 7 may 2009-cu il tarixli hökmü ilə ona təyin olunmuş 8 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 (iki) ay 5 (beş) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək Məhkum üzərində qəti olaraq 5 (beş) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddət inin əvvəli 22 avqust 2017–ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 25 dekabr 2018-ci il tarixli hökmündən Məhkum kassasiya şikayəti verərək apellyasiya qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən, Məhkum 22.08.2017-ci il tarixdə, saat 01 radələrində sərxoş vəziyyətdə keçmiş qayınanası X1 yaşadığı ünvan 2-ə gələrək mənzilin qapısının açıq olduğunu görüb Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsinə zidd olaraq mənzilə daxil olmaqla mənzil toxunulmazlığını pozmuş, bundan sonra mənzilin mətbəx otağı kimi istifadə edilən otağına keçərək həmin vaxt döşəmə üzərində yatan 1967-ci il təvəllüdlü X2nı oyadıb onunla c insi əlaqədə olmaq istədiyini demiş, X2 bundan imtina etdikdə, o, cinsi ehtirasını təmin etmək məqsədilə yaşının fiziki imkanlarını məhdudlaşdırdığı və həmin vaxt yuxulu olduğu üçün ona aktiv müqavimət göstərmək imkanına malik olmayan X2nın köməksiz vəziyyətindən istifadə edib zor tətbiq edərək əynində olan yaşıl rəngli sarafanını və boz rəngli tumanının dartıb cırmaqla, hər iki əli ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə sillə və yumruq zərbələri vuraraq, sağ almacıq nahiyəsində nisbətən şişkinlik fonunda bir qədər oval formalı 3,0x2,5sm ölçüdə qançır, döş qəfəsinin ön səthinin sol yarısında sol döş sümüyü ön xətt üzrə İV-V qabırğalar arasında çəp istiqamətdə xətti formada 3,5x0,8sm ölçüdə sıyrıq, sol saidin aşağı 1/3-nin arxa iç səthində bir qədər oval formalı üç ədəd 1,0x0,5sm, 2,5x1,5sm və 2,0x1,0sm ölçülərdə qançırlar, sol əl pəncəsinin İİ əl darağı sümüyünün aşağı 1/3-nin arxa səthində qeyri-müəyyən formalı 3,5x2,0sm ölçüdə qançırı kimi zorlamaya xarakterik xəsarətlər yetirməklə müqavimətini sındırıb X2nın döş və sarğı nahiyələrini əlləyərək seksual xarakterli zorakılıq hərəkətlər etmiş, həmin vaxt X2 özünü müdafiə edərkən onun üzünə və bədəninə dərəcəsi təyin edilməyən xəsarətlər yetirib onu itələyərək küçəyə qaçdıqda o, sonuncunun arxasınca qaçmaqla təqib etmiş, X2 ondan qorunmaq üçün yenidən mənzilə qayıdıb qızı X3 İsmayılovaya, sonra isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdikdə, o, yenidən mənzilə daxil olaraq yaşının fiziki imkanlarını məhdudlaşdırdığı və artıq yorğun və halsız vəziyyətdə olduğu üçün ona aktiv mü qavimət göstərmək imkanına malik olmayan X2nın köməksiz vəziyyətindən istifadə edib zorlamaq məqsədilə zor tətbiq etməklə saçından tutaraq yerə yıxıb üzərinə uzanaraq sonuncunun cinsiyyət orqanını sıxmış, həmin vaxt X2nın evdə yatan azyaşlı nəvəsi X15 nənəsinin qışqırıq səslərinə oyanaraq onun hərəkətlərinə mane olmaq istədikdə, o sonuncunu kənara itələyərkən, X2 yerdən durub otaqdakı çarpayı kimi istifadə edilən divana sıxılsa da, o yenidən X2nı divandan yerə uzadıb xüsusi amansızlıqla, yəni, həmin vaxt qışqırıq səslərinə oyanmış sonuncunun 1-ci dərəcəli gözdən əlil olan atası X2 və 2-ci qrup gözdən əlil olan anası X5 fiziki qüsurlarına görə hərəkət məhdudiyyəti yarandığından ona mane olmaq imkanına malik olmadıqları üçün, sadəcə ona hərəkətlərini dayandırmağa dair yalvarışlarına məhəl qo ymayaraq sonuncuların yanında və X2nın azyaşlı nəvəsi X1un gözü qarşısında onlara xüsusi əzab və iztirab verdiyini dərk edərək zorlamaq məqsədilə divandan yerə uzadıb dizlərini X2nın hər iki ayağının üstünə qoyaraq üstünə uzanıb ayaqlarını aralayıb ayaqları arasına keçirib öz əynindəki şalvarının zəncirbəndini və kəmərini açaraq cinsiyyət orqanını çıxarıb cinsi əlaqədə olmaq üçün ereksiya vəziyyətinə gətirməyə çalışsa da, sərxoş olduğundan buna nail ola bilməmiş, həmin vaxt təkrarən X1 ona yaxınlaşıb kənara itələyən zaman X2 onu üzərindən itələyərək uzaqlaşdığından və bir az əvvəl X2 tərəfindən çağırılmış polis əməkdaşları mənzilə gələrək onu zərərsizləşdirdiyindən o, iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək, X2nı köməksiz vəziyyətindən istifadə edib zo r tətbiq etməklə xüsusi amansızlıqla zorlamağa, yəni cinsi əlaqədə olmağa cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, verilmiş ittiham əsassızdır, məhkəmələr tərəfindən işin halları araşdırılmadan ədalətsiz və əsassız nəticəyə gəlinmişdir. Məhkum qeyd olunan cinayət əməllərində özünü təqsirli bilməyərək barəsində ədalətli qərar qəbul edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2018-ci il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıx ışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kass asiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, 21 avqust 2017-ci il tarixdə saat 20 radələrində qızı X3 xalası X4yə baş çəkmək üçün Hövsan qəsəbəsinə getmişdir. Saat 21 radələrində atası X6 və anası X7 mənzildə yatmışlar, saat 22 radələrində o, televizoru söndürdükdən sonra nəvələri X2 və X1 döşəmə üzərində onlar üçün saldığı yerdə yatmışlar, bundan sonra o, mətbəx kimi istifadə edilən aynabəndə döşəmə üzərində saldığı yerdə paltarda yatmışdır. Havanın isti olması, elə cə də bütün qonşuları tanıdıqlarından mənzilin qapısını arxadan bağlamamışdır. 22 avqust 2017-ci il tarixdə saat 01 radələrində kimsə onu yuxudan oyatmış və başını qaldırdıqda qızı X3nın keçmiş əri Məhkum görmüşdür. Həmin vaxt o, X4dən hansı səbəbdən onlarda olduğunu soruşmuş və X4 sərxoş halda ondan su istəmişdir. O, yuxulu halda yerindən durub su gətirib vermiş, sonra X4 ondan qızı X3nın harada olduğunu soruşmuş və o, X3nın xalası gilə getdiyini demişdir. Həmin vaxt X4 qəflətən onu vuraraq, durmağa imkan verməyərək qızının başqa kişilərlə görüşdüyünü, onun isə buna şərait yaratdığını bildirərək X3nın əvəzinə onunla cinsi əlaqədə olacağını demişdir. O, X4ə «sən nə danışırsan, bu nə sözdür deyirsən» dedikdə, X4 onun üzünün və bədəninin müxtəlif nahiyələrinə yumruq və sillə zərbələri vurara q ona zor tətbiq edib onu döymüş sonra isə onun əynində olan sarafanı və trusiyi dartıb çıxarmağa başlamışdır. O, X4i özündən kənarlaşdırmaq məqsədi ilə X4i vurub, üzünü cırmaqlayıb itələməyə başlamış, lakin, X4 ona fikir verməyərək öz hərəkətlərini davam etdirib ona zor tətbiq edib onun tam ayaq üstə durmasına imkan verməmiş, ona qarşı seksual xarakterli əxlaqsız hərəkətlər etmişdir. O, gücünü toplayıb X4ə müqavimət göstərib çətinliklə özündən itələmiş, sonra isə duraraq mənzildən küçəyə qaçmış, həmin vaxt X4 də onun arxasınca küçəyə qaçmışdır. O, əvvəl köməyə adam çağırmaq istəsə də, sonra utandığından bunu etməmişdir. O, küçəyə qaçdıqdan sonra X4in binadan küçəyə çıxdığını, lakin, küçədə onu görmədiyini görüb maşınların arası ilə fırlanıb qaçaraq yenidən yaşadığı mənzilə qayıtmış və mob il telefonu götürərək qızı X3ya zəng edib X4in hərəkətləri barədə danışmağa başlamışdır. Həmin vaxt X3 ona polisə zəng etməsini demiş və o, X3 ilə danışa-danışa mənzildə olan telefonla polis zəng edən zaman X4 qəflətən yenidən mənzilə girmiş və ona polisə zəng etməsinə imkan verməyərək, hər iki telefonu əlindən almışdır. Bundan sonra X4 onun saçlarından tutaraq onu yerə yıxıb üzərinə uzanmış, əxlaqsız hərəkətlərini davam etdirmiş və bir-neçə dəfə onunla cinsi əlaqədə olacağını təkrar etmişdir. O, X4in altında qalaraq müqavimət göstərə bilmədiyindən kömək üçün mənzildə olan nəvələrini və valideyinlərini çağırmağa başlamışdır. Həmin vaxt nəvəsi X5 yuxudan oyanaraq X4ə yaxınlaşıb “ nənəmdən əl çək» sözlərini demiş və X4i ondan aralamaq istəmişdir. X4 bunu görüb onun üstündən durub X5i öz yeri nə uzadaraq, üstünə mələfəni salıb sakit uzanmasını demişdir. Həmin vaxt xəstə ata və anası yuxudan oyanaraq, X4ə ondan əl çəkməsini deyərək yalvarmağa başlamışlar, lakin, X4 heç kimə fikir verməmiş və öz hərəkətəlrini davam etdirmişdir. O, çətinliklə yerdən durub divana oturmaq istəyən zaman X4 ona yaxınlaşıb saçlarından və bədənindən tutaraq güclə yerə uzadıb dizlərini onun ayaqlarının üstünə qoymuş və üstündə oturmuşdur. Bundan sonra X4 onun sinəsindən basaraq ona durmağa imkan verməmiş, sonra isə əli ilə şalvarın qabağını açaraq şalvarı aşağı salmışdır. O, durmaq istədikdə X4 onun boğazını tutaraq sıxdığından o, halsız vəziyyətə düşmüşdür. O, son gücünü toplayıb X4in altından sürünəsürünə çıxmış, bu zaman mənzilin qapısı döyülmüş və o, çətinliklə durub mənzilin qapısını açmış və polisl əri görmüşdür. Polislər otağa daxil olan zaman X4in şalvarı aşağı çəkili vəziyyətdə olmuşdur. Həmin vaxt polislər ondan nə baş verdiyini soruşmuşlar və o, Məhkum hərəkətləri barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onu və Məhkum Nəsimi RPİ-nin 22-ci polis bölməsinə aparmışlar və bölmədə olan zaman o, şikayət ərizəsi yazmışdır. Məhkəmə-tibbi ekspertizasının 24.08.2017-ci il tarixli, 366 saylı rəyinə əsasən, X1 bədən səthində sağ almacıq nahiyəsində nisbətən şişkinlik fonunda bir qədər oval formalı 3,0x2,5sm ölçüdə qançır, döş qəfəsinin ön səthinin sol yarısında sol döş sümüyü ön xətt üzrə İV-V qabırğalar arasında çəp istiqamətdə xətti formada 3,5x0,8sm ölçülədə sıyrıq, sol saidin aşağı 1/3-nin arxa iç səthində bir qədər oval formalı üç ədəd 1,0x0,5sm, 2,5x1,5sm və 2,0x1,0sm ölçülərdə qançırlar, sol əl pəncəsinin İİ əl darağı sümüyünün aşağı 1/3-nin arxa səthində qeyri-müəyyən formalı 3,5x2,0sm ölçüdə qançırı kimi xəsarətlər aşkar edilmiş, qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsvir hissəsində göstərilən tarixə və şəraitə, yəni 22.08.2017-ci il tarixdə fiziki qüvvə tətbiq etməklə cinsi əlaqəyə girməyə cəhd zamanı yetirilməsi mümkündür və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin olunmur.. Onun bədəni üzərində olan xəsarətlərin xüsusiyyətlərini (xaraketirini, lokalizasiyasını və s.) nəzərə alaraq demək olar ki, bu xəsarətlərin özü tərəfindən yetirilməsi inandırıcı deyil Məhkum barəsində təyin edilmiş məhkəmə -tibbi ekspertizasının 04.09.2017-ci il tarixli 828 saylı rəyinə görə, Məhkum bədən səthində aşkar olunmuş xəsarətlər- sol dirsək çuxurunun, sağ saidin, sol dirsək oynağı nahiyəsinin, sağ əlin, döş qəfəsinin sağ yarısının, döş qəfəsinin sol yarsının, xəncərəbənzər çıxıntı nahiyəsinin, burun nahiyəsinin, üzün sol yarısının sıyrıqları, alt dodağın selikli qişasının əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən 22.08.2017-ci il tarixdə əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Məhkum bədən səthində aşkar olunmuş xəsarətlərin özü boyu hündürlüyündən yıxılaraq yaranması az inandırıcıdır, qeyd olunan xəsarətlər digər şəxs tərəfindən yetirilməsi daha çox inandırıcıdır. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi CPM-in 143- 146-cı mаddələrinin tələblərinə müvafiq sübutlar tam,həryərəfli və obyektiv tədqiq edilmiş məhkumun CM-nin 29, 149.2.4, 150.1 və 157.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi barədə əsaslı nəticəyə gəlmişdir. Məhkum ona istinad edilən cinayət əməlini törətməməsi barədə gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkumun ona qarşı irəli sürülən cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələr, şahidlərin ifadələri, ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Məhkumun təqsirsiz olması barədə dəliləri məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2018ci il tarixli hökmünın ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsin in Cinayət Kollegiyası Qərara aldı: Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar