Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1461/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdəə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, X5 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və nümayəndəsi Nümayəndə tərəfin dən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Cəlilabad Rayon Məhkəməsinin (hakim X6) 16 oktyabr 2020-ci il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2021-ci il tarixli qərarı ilə (hakimlər X8 (sədrlik edən), X10 və X2 ibarət tərkibdə) xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2021-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və nümayəndəsi Nümayəndə birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən verilmiş ərizə məhkəməyə daxil olmuşdur. X4 ərizədə özü və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərb aycan Respublikası CPM-nin 414.7-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nümayəndəsinin razılığı ilə öz kassasiya şikayətini, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda apellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən verilmiş ərizə təmin edilsin. X5 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2021-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1461/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1461/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver