Məhkəmə qərarları › İş №1(102)-1462/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1462/2019

13.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1462/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 17 7.2.3-1, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qurbanov Ramin Afad oğlu) xx xxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələri ilə 05 il 03 ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur, ona görə ki, o, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 31.10.2013-cü il tarixli hökmünəəsasən Azərbaycan Respublikası CM-nin 305-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və 13.07.2015-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 04 ay 09 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda tamah niyyətiləözgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 avqust 2015-ci il tarixdə saat 03 radələrində Bakışəhəri, Yasamal rayonu ərazisində «Qanlı gölün» qərb sahilində yerləşən X həyət evinin birinci mərtəbəsindəki otaqa qanunsuz daxil olub həmin otaqda kirayədə yaşayan Zərərçəkmiş şəxs44 otaqda yatmasından və qapının açıq olmasından istifadə edərək masanın üzərində qoyulmuş sonuncuya məxsus 200 manat nağd pulu, daxilində hər birinin qiyməti 5 manat 055 548 81 45 və 051 *** ** ** sim nömrələr olan 150 manat qiymətində “Nokia 301” markalı mobil telefon aparatını və daxilində 5 manat qiymətində sim nömrəsi məlum olmayan 300 manat qiymətində “Samsung Galaxy” markalı mobil tel efon aparatlarını gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs44 ümumilikdə 665 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24.10.2015-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs42 məxsus “Mercedes Benz E 220” minik markalı ** FV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini sındıraraq salondakı dirsəkaltının içərisindəki pul kisəsinin içərisindən 654 manat nağd pulu gizli talayaraq zərər çəkmişşəxs Zərərçəkmiş şəxs42 ümumilikdə 654 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25.10.2015-ci il tarixdə sa at 17 radələrində Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən nömrəsi olmayan yeni inşa olunan “Akkord Etalon” adlanan hündürmərtəbəli yaşayış binasının “C” blokunun birinci mərtəbəsində liftin qarşısındakı meydançada yığılmış əşyaların arasında selofan torbada olan Zərərçəkmiş şəxs3 məxsus 5 manat qiymətində 1 ədəd pul kisəsini içərisində 50 manat nağd pul və 650 manat qiymətində “İphone-5 S Gold” markalı daxilindəki 30 manat qiymətində 055 574 22 12 Sim kart nömrə ilə birlikdə gizli talayaraq zərər çəkmişşəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 735 manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26.10.2015-ci il tarixdə saat 16 radələrində Bakışəhəri, ünvan 3 ünvanında yerləşən “Medi Lux” tibb mərkəzinin ikinci mərtəbəsindəki kosmetologiya şöbəsində stolun üzərindən Zərərçəkmiş şəxs15 məxsus içərisində 1030 manat pul olan 2 manat qiymətində pul kisəsini gizli talayaraq zərər çəkmişşəxs Zərərçəkmiş şəxs15 ümumilikdə 1032 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28.11.2015-ci il tarixdə saat 13 radələrində Bakışəhəri, Nərimanov rayonu ərazisində yerləşən metronun N.Nərimanov adına stansiyasının içərisində Zərərçəkmiş şəxs23 məxsus əl çantasından içərisində 100 manat nağd pul, 20 manat qiymətində bir ədəd yaddaş kartı sayılan fleş kart, müxtəlif sənədlər olan 15 manat qiymətində pul kisəsini gizli talayaraq zərər çəkmişşəxs X1 ümumilikdə 135 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30.11.2015-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 3 saylı binanın həyətinə gəlib, həmin binanın arxa tərəfində saxlanılmış Zərərçəkmiş şəxs31 məxsus «AUDİ-Q 5» minik markalı ** FS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ yan qapısının şüşəsini vurub sındıraraq avtomobilin salonundakıəlcək yuvasının içərisindən 150 manat nağd pul və manata nisbətdə məzənnəsi 105 manat 12 qəpik ekvivalentində 100 ABŞ dollarını gizli talayıb ələ keçirməkləümumilikdə zərəçəkmişşəxs Zərərçəkmiş şəxs31 255 manat 12 qəpik məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30.11.2015-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri,ünvan 4 ünvanında saxlanılmış Zərərçəkmiş şəxs30 məxsus Mercedes Benz E 240 minik markalı ** NR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərindən ehtiyat hissəsi sayılan bir ədədinin qiyməti 180 manat olan 4 (dörd) ədəd şinlərini diskləri ilə birlikdə 720 manat dəyərindəəmlakını gizli talayaraq zərər çəkmiş şəxs X26 ümumilikdə 720 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03.12.2015-ci il tarixdə səhər saat 06 radələrində Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən 5 saylı yaşayış binasının arxa tərəfində saxlanılmış Zərərçəkmiş şəxs45 məxsus “NİSSAN X-TRAİL” minik markalı ** VV *** dövlət qeyd iyyat nömrəli avtomobilin sağ qabaq yan şüşəsini sındıraraq avtomobilin salonunda 800 manat qiymətində cərrahiyyəəməliyyatında istifadə olunan işıq fənərini gizli talayaraq zərər çəkmişşəxs A. Rəhimliyə ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2015-ci ilin dekabr ayında Bakışəhəri, Nəsimi rayonu ərazisindəki S.Vurğun adına parkda tapdığı Zərərçəkmiş şəxs41 məxsus “xxxx” ASC tərəfindən verilmiş alışverişüçün nəzərdə tutulmuş **********950247 nömrəli bolkartdan 21.12.2015-ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvanda yerləşən “Bizim Market Qelebe” və ünvan 4anda yeləşən “Araz” marketdə elektron məlumat daşıyıcısı hesab edilən kartdan istifadə edib gizli müxtəli f çeşidli ərzaq mallarını almaqla alış-veriş edərək zərər çəkmişşəxs Zərərçəkmiş şəxs41 ümumilikdə 500 manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21.12.2015-ci il tarixdə saat 23.30 radələrində Bakı şəhəri,Yasamal rayonu, Şərifzadə küçəsi 58 saylı binanın qarşısında saxlanılmış X2 məxsus “NİSSAN JUKE” minik markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının şüşəsini sındırmaqla avtomobilin salonundakı dirsəkaltının içərisindən sonuncuya məxsus içərisində 800 manat nağd pul olan 30 manat qiymətində pul kisəsini və hər bir qutunun qiyməti 2 manat olan 3 qutu «Davidov» siqaretlərini gizli talayaraq zərər çəkmişşəxs Zərərçəkmiş şəxs40 ümumilikdə 836 manat məblə ğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətiləözgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28.01.2016-ci il tarixdə saat 14.30 radələrində Bakışəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 1-də yerləşən Bakı şəhəri “Yasamal qəbiristanlığı”nın içərisində saxlanılmış Şahid11 məxsus “Hyundai Santa Fe” minik markalı ** UV *** dövlət qeydiyyat nömrəli avtomobilin arxa sol yan şüşəsini sındıraraq avtomobilin salonundan sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs35 məxsus içərisində 100 manat nağd pul, bir ədəd 500 manat qiymətində «Samsung Galaxy Not 3» markalı daxilində qiyməti 10 manat 070 *** ** ** Sim nömrə olan mobil telefon aparatını və müxtəlif sənədlər olan 50 manat dəyərində əl çantasını gizli talayıb ümumilikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs35 6 60 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02.02.2016-cı il tarixdə saat 03 radələrində Bakışəhəri, Yasamal rayonu, H.B.ünvan 5 ünvanında yerləşən, saxlanc yeri sayılan Zərərçəkmiş şəxs32 işlətdiyi mətbəənin qapısının üzərinə vurulmuş dəmir barmaqlıqları sındıraraq qanunsuz içəri mətbəəyə daxil olaraq mətbəədən Zərərçəkmiş şəxs32 məxsus 100 manat qiymətində 1 (bir) ədəd «Epson» markalı rəngli printer qurğusu, hər birinin qiyməti 300 manat olan 3 (üç) ədəd İMB markalı kompüter, 4782 manat ekvivalentində 3000 ABŞ dolları qiymətində 1(bir) ədəd «Mac Pro» markalı kompüter, 150 manat qiymətində 1(bir) ədəd videoizləyici və 120 manat qiymətində 1(bir) ədəd «Mustek» markalı skaner qu rğusunu gizli talayaraq, ümumilikdə 5452 manat məbləğində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs32 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12.02.2016-cı il tarixdə saat 04 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs17 işlətdiyi “Daş dövrü” maqazasının plastik giriş qapısının arasına vintaçanı salıb qapını açmaqla maqazaya qanunsuz daxil olaraq maqazadakı masanın siyirməsində içərisində 1.600 manat (bir min altı yüz) nağd pul olan səffaf selofan torbanı gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs17 ümumilikdə 1600 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 1 3.02.2016-cı il tarixdə saat 02 radələrində Bakışəhəri,Yasamal rayonu, Mətbuat prospektində 35 saylı evin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs36 məxsus “BMW 740” minik markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini sındıraraq avtomobilin salonundan sonuncuya məxsus 20 manat nağd pul və manata nisbətən məzənnəsi 355 manat 78 qəpik ekvivalentində 200 evro dəyərində «Kelvin Kleyn» markalı gödəkçəni gizli talayaraq ümumilikdə zərəçəkmişşəxs Zərərçəkmiş şəxs36 375 manat 78 qəpik dəyərində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26.02. 2016-cı il tarixdə saat 04.30 radələrində ünvan 7 ünvanında yerləşən X5 məxsus «OK» marketin giriş qapısı üzərində bərkidilmiş dəmir barmaqlıqları aralayıb giriş qapısını açaraq marketə qanunsuz daxil olub kassada olan 30 manat xırda dəmir pulları, bir ədədinin qiyməti 3 manat olan 40 ədəd «Kent» siqareti 120 manat, bir ədəinin qiyməti 2 manat 80 qəpik olan 50 ədəd «Winston» siqareti 140 manat, bir ədədinin qiyməti 2 manat 30 qəpik olan 50 ədəd «Vikeroy» siqareti 115 manat, bir ədədinin qiyməti 4 manat olan 20 ədəd «Camel» siqareti 80 manat, bir ədədinin qiyməti 3 manat olan 20 ədəd «Davidov» siqareti 60 manat və bir ədədinin qiyməti 3 manat olan 40 ədəd «Sobranie» siqareti 120 manat dəyərindəəmlakını gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs39 ümumilikdə 665 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26.02.2016-cı il tarixdə saat 18.30 radələrində Bakı şəhəri, Yasamal rayonu, ünvan 8 ünvandakı binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs33 etibarnamə ilə idarə etdiyi NİSSAN X-TRAİL minik markalı ** MX *** dövlət qeydiyyat nömrəli avtomobilin sağ qabaq yan şüşəsini sındıraraq avtomobilin salonunda qabaq sağ oturacağın üzərində içərisində müxtəlif sənədlər, 200 manat dəyərində kosmetika dəsti, 160 manat dəyərində qırmızı rəngli pul kisəsi, 100 manat nağd pul olan 400 manat dəyərindəəl çantasını gizli talayıb ümumilikdə zərəçəkmişşəxs Zərərçəkmiş şəxs33 860 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26.02. 2016-cı il tarixdə saat 20 radələrində ünvan 9 ünvanda saxlanılmış X9 məxsus Hyundai İX 35 minik markalı ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini sındıraraq salondakı oturacağın üzərindən içərisində müxtəlif sənədlər olan öz çantasında 1000 manat qiymətində “HP” markalı noteboku, 50 manat qiymətində qadın əl çantasını, bir cüt 200 manat qiymətində brilliant qaşlı uşaq sırğası, 100 manat qiymətində kosmetik ləvazimatları və 1100 manat nağd pulu gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs25ümumilikdə 2450 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05.03.2016-cı il tarixdə saat 19 radələrində ünvan 10ünvanda yerləşən meyvə tərəvəz mağazasına gəlib mağazanın satıcısı Zərərçəkmiş şəxs29ın başının mağazada olan digər müştərilərə qarışmasından istifadə edərək ona məxsus içərisində 680 manat nağd pul olan 20 manat qiymətindəəl çantasını gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs29 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03.04. 2016-cı il tarixdə saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.M.Rastoropoviç küçəsi 32-də yerləşən «Maestro» otelin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs19 idarə etdiyi Porche Cayyene minik markalı ** PK *** dövlət qeydiyyat nömrəli avtomobilin sağ qabaq və arxa qapılarının şüşələrini sındıraraq iki oturacağın arasındakı dirsəkaltının içərisində olan Zərərçəkmiş şəxs19 məxsus 150 manat dəyərində bir ədəd «Greed Oventus» kişi ətirini gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs19 ümumilikdə 150 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03.04.2016-cı il tarixdə saat 18 radələrində ünvan 11ünvanın qarşısında saxlanılmış X17 məxsus “Hyundai İX-35” markalı 90 OF-268 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sol qapısının şüşəsini sındıraraq, həmin avtomobilin salonundan Zərərçəkmiş şəxs22 məxsus içərisində manata nisbətədə məzənnəsi 192 manat ekvivalentində 126 ABŞ dollar, 390 manat nağd pul, müxtəlif sənədlər olan 50 manat qiymətindəəl çantasını gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs22 ümumilikdə 632 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkr arən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə06.04.2016-cı il tarixdə təxminən saat 03.30 radələrində ünvan 12 ünvanın qarşısındakı səkinin üzərində saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus VAZ 21214 minik (NİVA) markalı ** FU *** dövlət qeydiyyat nömrəli avtomobiln qabaq sol qapısının şüşəsini sındıraraq salondan 600 manat qiymətində 1 ədəd “Pioner 6550” manitorlu maqnitafonu yerindən çıxarıb gizli talayıb ümumilikdə zərər çəkmişşəxs Zərərçəkmiş şəxs4 600 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06.04.2016-cı il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, Çermet körpüsünün yaxınlığında Keşlə yük həyəti küçəsində saxlanılm ış Zərərçəkmiş şəxs28 məxsus MAZ 54322 yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən ehtiyat hissəsi sayılan bir ədədinin qiyməti 140 manat olan 2 (iki) ədəd akkumulyatorlarını gizli talayıb zərər çəkmişşəxs Ş. Rəsulova ümumilikdə 280 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətiləözgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07.04.2016-cı il tarixdə saat 03 radələrində ünvan 13 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs18 Rövşən oğluna məxsus Hyundai Azera minik markalı 99 FS-089 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini sındıraraq avtomobilin salonundan 300 manat qiymətindəüzərində mobil nömrəsi olmayan “Nokia Saphir” markalı mobil telefonu, qiyməti 60 manat olan 1(bir) ədəd “Trussardi” markalı kişi ətrini, 10, 20 və 50 qəpiklərdən ibarət cəmi 5 manat pulu, hər birinin qiyməti 3 manat olan 2 (iki) qutu cəmi 6 manat “Parlament”markalı siqaretlərini gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs18 ümumilikdə 371 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07.04.2016-cı il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2090-cı məhəllədə saxlanılmış Zərərçəkmiş şəxs27 məxsus KAMAZ 5410 yük markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərindən ehtiyyat hissəsi sayılan bir ədədinin qiyməti 300 manat olan 2(iki)ədəd akkumulyatorlarını gizli talayıb zərər çəkmişşəxs X4 ümumilikdə 600 manat dəyərində mad di ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12.04.2016-cı il tarixdə saat 12 radələrində ünvan 14 ünvanında 5 nömrəli xəstəxananın həyətindəki Elmi Tədqiqat İnistitutunun 3-cü mərtəbəsində yerləşən kardealogiya şöbəsinə qalxan pilləkənlərin baş tərəfində qoyulmuşşkafın içərisindən həmin şöbədə xadimə işləyən X11 məxsus içərisində müxtəlif sənədlər, daxilində 5 manat pul olan 2 manat qiymətində metro kartı, qiyməti 67 manat olan dairəvi “Versace” qızıl klonu, 60 manat nağd pulu, adına Beynəlxalq bankın verdiyi daxilində pul olmayan əmək haqqı kartı olan 15 manat qiymətində qara rəngli əl çantasını gizli talayıb zərər çəkmişşəxs T.Əsgərovaya 149 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurlu q etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14.04.2016-cı il tarixdə saat 02 radələrində ünvan 15 ünvanın qarşısında saxlanılmışZərərçəkmiş şəxs34 məxsus Mercedes Benz CLS 350 minik markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının şüşəsini sındıraraq avtomobilin salonundakı iki oturacağın arasında dirsəkaltının içərisindən 1 ədəd 340 manat qiymətində “Armani Prive”, 1 ədəd 285 manat qiymətində “Sheyx”, 1 ədəd 230 manat qiymətində “Tom Fort” markalı kişi ətirlərini, 1 ədəd 155 manat qiymətində “Samsonite” firmasına məxsus sənəd qoymaq üçün dəri sənəd qabı vəəlcək yuvasından 400 manat qiymətində “Emporio Armani” markalı kişi gün eynəyini gizli olaraq talayıb, ümumilikdə 1410 manat məbləğində zərər çəkmişşəxs X.Əkbərova maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18.04.2016-cı il tarixdə saat 13 radələrində Bakışəhəri, ünvan 14 ünvanında yaşayan Zərərçəkmiş şəxs26 məxsus həmin mərtəbənin pilləkən meydançasından 700 manat qiymətində bir ədəd elektrik mişarını gizli talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs26 ümumilikdə 700 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02.05.2016-cı il tarixdə saat 02 radələrində ünvan 16 ünvanında yerləşən M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin arxa hissəsindəki pəncərədən məktəbə qanunsuz daxil olub 1 ədədinin qiyməti 500 manat olan “HP” markalı 3 (ü ç) ədəd noutbukları, 1 ədədinin qiyməti 40 manat olan 3 (üç) ədəd “HP” markalı monitorları, 1 ədədinin qiyməti 800 manat olan 2 (iki) ədəd “LG” markalı televizorları, 1 ədədinin qiyməti 100 manat olan 4 (dörd) ədəd kamera avadanlıqlarını, qiyməti 2400 manat olan 1 ədəd “LG” markalı kondisoneri, 1 ədədinin qiyməti 159.94 manat olan 2 ədəd, 1 ədədinin qiyməti 195 manat olan 2 ədəd xalçaları, qiyməti 50 manat olan 1 (bir) rulon kovralit, qiyməti 290 manat olan 1 (ədəd) dispenseri, qiyməti 390 manat olan 1(bir) ədəd dispenseri, 1 ədədinin qiyməti 30 manat olan 11 (on bir) ədəd “Acer” markalı sistemblokları, 1 ədədinin qiyməti 80 manat olan 11 (on bir) ədəd “Acer” markalı monitorları, qiyməti 300 manat olan 1 (bir) ədəd “Genius” markalı səsgücləndiricini, qiyməti 100 manat olan 2 (iki) ədəd “Op tima” markalı proyektoru, 1 ədədinin qiyməti 30 manat olan 3 (üç) ədəd laqondaları, 1 ədədinin qiyməti 10 manat olan 3 ədəd direlləri gizli talayıb ümumilikdə zərər çəkmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakışəhəri üzrə Təhsil İdarəsinə 9289.88 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06.05.2016-cı il tarixdə saat 17.10 radələrində ünvan 17 ünvanında yerləşən Bakı Şəhəri Yasamal ASAN Xidmətinin yanında quraşdırılmış Azərbaycan Beynəlxalq Banka məxsus 877 saylı bankomatda istifadə etməklə Zərərçəkmiş şəxs12 pul vəsaitinin əldə edilməsində köməklik etmə adı ilə kartın pinkodunu öyrəndikdən sonra sonuncu X11 məxsus əmək haqqı kartını götürərək onun adına olan təqaüd kartınıələ keçirmiş və həmin günü saat 21.54-də qeyd olunan elektron məlumat daşıyıcısı hesab edilən kartı bankomata daxil etməklə 150 manat pulu gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs12 ümumilikdə 150 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12.05.2016-cı il tarixdə gecə saatlarında Bakışəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 65-ünvanında saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus «TOYOTA CAMRY» minik markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının şüşəsini sındıraraq avtomobilin salonunda yerləşən əlcək yuvasından (bardaçok) 200 manat nağd pulu gizi talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 200 manat dəyərində maddi z iyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14.05.2016-cı il tarixdə saat 22 radələrində Bakışəhəri, Nərimanov rayonu, Akademik F.Yusifov küçəsi 14/18 saylı binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs16 məxsus Hyundai Accent minik markalı ** ZJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sağ yan şüşəsini sındıraraq avtomobilin salonundakı qabaq oturacağın üzərində içərisində müxtəlif sənədlər, qiyməti 450 manat 1(bir) ədəd “Gucci” şirkətinin istehsal etdiyi müxtəlif rənglərin qarışığından ibarət olan əl dəsmalı, 350 manat dəyərində daxilində müxtəlif çeşiddə kosmetik ləvazimatları, 150 manat qiymətində “Feraqamo” markalı kosmetikanı, 150 manat qiymətində 1 ədəd “Dolce Cabana” şirkətinin is tehsal etdiyi ətir olan 2000 manat dəyərində göy rəngli əl çantasını gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs16ümumilikdə 3100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə18.05.2016-cı il tarixdə saat 23.50 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 11 a saylı binanın 4-cü mərtəbəsində pilləkənlərdəki məhəccərə trosla bağlanmış Zərərçəkmiş şəxs10 məxsus üzərində dəri çanta, dəmir baqaj, xüsusi stop və işıq əks etdirici fənərlər olan 570 manat qiymətində 1 ədəd «FORWARD–Aqris 1.0 DİSC» modeli velosipedi gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs10 ümumilikdə 570 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, t əkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24.05.2016-cı il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi ev 5, mənzil 22-də yerləşən “Zeytun 481” nömrəli aptekə gəlib, işçilərin fikirlərinin yayındığını görüb bundan istifadə edərək giriş qapısı iləüzbə-üz pəncərədən əlini uzadıb kassa aparatının altında olan üst dolabdan Zərərçəkmiş şəxs13 məxsus 200 manat pulu gizli talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ümumilikdə 200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 26.05.2016-cı il tarixdə saat 03 radələrində ünvan 20 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M. A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin birinci mərtəb əsində yerləşən “Hemodializ” şöbəsinin pəncərəsindən qanunsuz içəri daxil olaraq oradan bir ədədinin qiyməti 998 manat olan 2 ədəd televizorları, bir ədədinin qiyməti 60 manat olan 2 ədəd tuner, bir qutunun qiyməti 7,72 manat olan 31 qutu “essensiale h ampula” dərman pereparatını, bir ədədinin qiyməti 15,00 manat olan 10 ədəd tonometr fenendoskopları və hər birinin qiyməti 118,75 manat olan 2 ədəd elektron tonometr tibbi avadanlıqlarını gizli talayıb zərər çəkmişşəxs M.A.Topçubaşov adına ECMnin “Hemodializ” şöbəsinə ümumilikdə 2742.82 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27.05.2016-cı il tarixdə saat 03 radələrində Bakışəhəri,Yasamal rayonu, Q. Şərq küçəsi 33 2 saylı binanın 4-cü blokun birinci mərtəbəsində məhəccərə 15 manat qiymətində trosla bağlanmışZərərçəkmiş şəxs8 məxsus qiyməti 280 manat olan 1 ədəd «Olimpiya 26» modeli idman velosipedini trosla birlikdə gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs8 ümumilikdə 295 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurlluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30.05.2016-cı il tarixdə təxminən saat 12 radələrində ünvan 21 ünvanda yerləşən Gömrük hospitalının binrinci mərtəbəsindəki gözləmə zalında olan oturacağın üzərindən hospitala xəstə yanına gəlmiş Zərərçəkmiş şəxs9 məxsus daxilində hər birinin qiyməti 5 manat olan 050 368 94 48 və 055 *** ** ** sim kartlar olan 120 manat qiymətində «Nokia XL 1030» markalı mobil telefon apa ratını gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 130 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31.05.2016-cı il tarixdə saat 12 radələrində ünvan 21 ünvanda yerləşən Gömrük hospitalının inzibati binasının mənfi birinci mərtəbəsində yerləşən 12 saylı həkim otağındakışkafın içərisindən tibb bacısı işləyən Zərərçəkmiş şəxs6 məxsus içərisində müxtəlif sənədlər, əmək haqqı kartı, 25 manat nağd pul, 2 manat dəyərində metro kartı olan 30 manat qiymətində pul kisəsi ilə birlikdə talayaraq oğurlayıb oradan uzaqlaşmış və həmin tarixdə saat 13.36-13.40 radələrində ünvan 22 ünvanında yerləşən «SİLK VEY» bankomatınaZərərçəkmiş şəxs6 məxsus elektron məlumat daşıyıcısı hesa b edilən əmək haqqı kartını daxil edərək üzərində olan şifrəni yığıb 500 manat pul çıxarıb ələ keçirib gizli talayıb ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 557 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07.06.2016-cı il tarixdə saat 10 radələrində ünvan 23ünvanında yerləşən “ünvan 24qındakı şkafdan həkim Zərərçəkmiş şəxs21 məxsus içərisində 150 manat nağd pul olan 50 manat qiymətində pul kisəsini gizli talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs21 ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07.06.2016-cı il tarixdə günorta saatlarında ünvan 25 ünvan ında yerləşən Uşaq Nevroloji xəstəxananın 4-cü mərtəbəsindəki 405-ci palatasında azyaşlı uşağının müalicəsi iləəlaqədar yanında qalan Zərərçəkmiş şəxs7 məxsus qəhvəyi rəngli paltar çantasının qarşı cibindəki corabın içərisindən 300 manat nağd pulunu gizli talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə 300 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07.06.2016-cı il tarixdə saat 18 radələrində ünvan 26 ünvanında yerləşən “Grand” hospitalının birinci mərtəbəsindəki rentgen otağından, həmin hospitalda texnik vəzifəsində işləyən İsmətli Rail Yavər oğluna məxsus 180 qiymətində 1 ədəd istifadə edilmişÇin istehsalı“Aplle” markalı“İpad-4” modelli, DMQJR 97 UF 18P seria nömrəli, 16 GB-li, mob il telefon aparatını gizli talayıb zərər çəkmişşəxs R. İsmətliyə ümumilikdə 180.0 (yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08.06.2016-cı il tarixdə gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq hərbi şəhərciyi 334 saylı evin qarşısında saxlanılmış həmin evdə yaşayan Zərərçəkmiş şəxs14 məxsus 600 manat dəyərində “STELS” markalı velosipedi gizli talayıb zərər çəkmişşəxs Zərərçəkmiş şəxs14 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08.06.2016-cı il tarixdə saat 12 radələrində ünvan 27 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzinin 517 nöm rəli otağında müalicə olunan Zərərçəkmiş şəxs24 məxsus içərisində 3,495 manat ekvivalentində 150 rubl, 240 manat nağd pul olan 18 manat qiymətində göy rəngli pul kisəni gizli talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs24 ümumilikdə 261,5 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən bir ədəd bükümdə 0,520 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamış və 09.06.2016-cı il tarixdə saat 17.30 radələrində ünvan 29ünvanın qarşısında Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmişəməliyyat tədbirləri nəticəsində saxlanılıb 27-ci polis bölməsinə aparılaraq üzərinə baxış keçirilmiş, baxış zamanı həmin narkotik vasitə ola n heroin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmü iləMəhkum Azərbaycan Respublikası CM-nin177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-ci maddələri ilə elan olunmuş ittihamdan, zərər çəkmişşəxslər Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs36, X13, Zərərçəkmiş şəxs33, Camal zadəÜlviyyə Faiq qızı, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs14 ziyan vurmaqla oğurluq etməsi epizodları ilə bağlı bəndlər təsdiq olunmadığıüçün Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinəəsasən ittihamdan xaric edilmişvə ittiham qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxanBakıApellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Hüseynov Mirpaşa Süleyman oğlu, hakimlər Əhmədov Həsən Hüseyn oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 02 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş,MəhkumAzərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakışəhəri Yasamal rayon Məhkəməsinin 25 oktya br 2017-ci il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum təqsirli bilindiyiCM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddələri ilə təyin edilmiş 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası 04 il 06 aya endirilmiş və CM-nin 66.3-cü maddəsinəəsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası iləqismən toplanılmaqla Məhkum qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Kərimov Fərhad Abdulkərim oğlu, hakimlər Kazımov Tahir Lələkişi oğlu və Hacıqayıboy İmran Teymurxan oğlundan ibarət tərkibdə) 21 avqust 2018-ciiltarixl iqərarıilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış kassasiya protesti təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Qurbanov Ramin Afad oğlu) MəhkummünasibətdəBakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinəəsasən işə baxan BakıApellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Qasımov Əflatun İbrahim oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 25 yanvar 2019-cu il tarixliqərarıilə Bakışəhəri Yasamal Rayon Məhkəməsin in 25 oktyabr 2017-ci il tarixli hökmüdəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyinə edilən dəyişikliklər nəzərə alınmaqla barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin köhnə redaksiyası qüvvədə olduğumüddətdə çıxarılmış və Bakı Apellyasiya Məhkəməsinin qərarı isə yeni qanun qüvvəyə mindikdən sonra çıxarılmışdır. Odur ki, 20 oktyabr 2017-ci ildəAzərbaycan Respublikasının Cinayət Qanunvericiliyinə edilən dəyişikliklər nəzərə alınmaqla barəsində 05 ildən az müdddətə azadlıqdan məhrum etməcəzasının təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üç ün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum MəlikovTaleh Sabir oğlununhərəkətləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməlləri düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər məhkumun apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “... Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərə findən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürm ə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinəəsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə vəəldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiq atçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələblərinəəsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmüəsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunan hüquq normalarının tələblərini nəzərə alan birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəm ə hərəkətinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, məhkumun, zərər çəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Məhkum törətmiş olduğu cinayət əməllərini Azərbaycan Respublikası CM-nin177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 234.1-ci maddələri ilədüzgün tövsif etmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmənin ittiham hökmü cinayət işinin materiallarına tam uyğun olaraq çıxarılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2018-ci il tarixli qərarı ilə, Məhkummünasibətdə“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun tələbləri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, işin digər halları, həmçinin Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələbləri və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsi, ədalət prinsipi və sosial ədalətin bərpası, habelə təyin olunan cəzanın həm mə hkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri düzgün nəzərə alınaraq, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 234.1-ci maddələri iləcəzanın məqsədlərini təmin edən qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Odur ki, verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökmünün dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qər ar qəbul etmək səlahiyyətinə malikdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri, ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin bu mövqeyi işin hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin mövqeyin qanuniliyin şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictim ai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutula n əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar