Məhkəmə qərarları › İş №1(102)-1462/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1462/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1462/2023 07.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi – XXX10nun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs2 hüquqi varisi Şahid6 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən ve rilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ə.Əliyev, hakimlər N.N.Mirzəyev və B.M.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxx 1985-ci il tarixdə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli və himayəsində iki azyaşlı uşağı olan, “XXX15” internet portalının təsisçisi və rəhbəri işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2nda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə mü əssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 22 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Şükürov, hakimlər X.H.Səmədov və A.M.Eyvazovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi2 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli hökmü dəyşdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2023-cü il tarixli qərarından Mə hkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ünvan4-da yaşayan, ünvan5 orta məktəbində fizika müəlliməsi işləmiş Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə tələb etməklə əmlakını ələ keçirmək məqsədilə sonuncunun yarıçılpaq halda çəkilmiş rüsvayedici fotoşəkillərini istintaqa məlum olmayan mənbədən əldə edərək həmin rüsvayedici fotoşəkilləri özünə məxsus olan “XXX15” internet saytında və həmin adlı “youtube” internet səhifəsində yayacağı və Zərərçəkmiş şəxs1 işlədiyi işdən çıxartdıracağı hədəsi ilə hədəqorxu gəlib həmin məqsədlə 2021-ci ilin oktyabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə saat 11 radələrində Şahid1 yaşadığı ünvan6-də yerləşən evində Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində pulunu qəsdən hədə-qorxu il ə tələb etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan7-də yerləşən “Zeytun 9 Yevlax” aptekinin əczaçı-provizoru Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə tələb etməklə əmlakını ələ keçirmək məqsədilə razılığa gələrək bu cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 06 fevral 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs3 əczaçı-provizor işlədiyi həmin aptekə gələrək əlində olan “Redmi” markalı mobil telefonun videokamerası ilə gizli çəkiliş aparaq Zərərçəkmiş şəxs3 “Amaril 4mq” adlanan dərman vasitəsini 7 manat 50 qəpik pul ilə aldıqdan sonra Təqsirləndirilən şəxs ilə qabaqcadan razılaşdıqları kimi Zərərçəkmiş şəxs3 işlədiyi aptekdən aldığı həmin dərman preparatının satışının apteklərdə qadağan olunmasının Zərərçəkm iş şəxs3 diqqətinə çatdırılmaqla barəsində olan videogörüntünü internet səhifələrində yayımlayacaqları adı ilə sonuncunun əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək niyyətilə həmin dərman vasitəsini almasını özündə əks etdirən çəkiliş apardığı videogörüntünü və bununla bağlı özünə məxsus internet səhifəsində yayımlayacağı məqalənin yazısını həmin gün saat 22:46-da özünə məxsus 055 *** ** ** mobil telefon nömrəsi ilə istifadə etdiyi “Redmi” markalı həmin mobil telefonun “WhatsApp” tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs özünə məxsus 050 ******* mobil telefon nömrəsi ilə istifadə etdiyi “Samsung Galaxy A 51” markalı mobil telefonunun “WhatsApp” tətbiqinə göndərmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs3 əczaçı-provizor işlədiyi “Zeytun 9 Yevlax” aptekinə gələrək sonuncunun həmin aptekdə satılması qadağan edilmiş “Amaril 4mq” adlanan dərman vasitəsinin satışı ilə məşğul olmasını deyərək Məhkum 06 fevral 2022-ci ildə həmin aptekdə çəkdiyi və ona göndərdiyi videogörüntünü mobil telefonla Zərərçəkmiş şəxs3 nümayiş etdirmiş, daha sonra həmin videogörüntünü Məhkumla birlikdə sonuncuya məxsus olan “XXX15” internet saytında və həmin adlı youtube internet səhifəsində yayacaqları hədəsi ilə Zərərçəkmiş şəxs3 orada hədə-qorxu gəlib həmin videogörüntülərin yayımlanmayaraq silinməsi üçün 07 fevral 2022-ci ildə saat 16 radələrində ünvan7-də yerləşən “Zeytun 9 Yevlax” aptekində Zərərçəkmiş şəxs3 5000 (beş min) manat məbləğində pulunu qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədəqorxu ilə tələb etmişdir. Bundan başqa o, X5 İdarəsinin xxx55ndə həmin vaxtı baş məsləhətçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 xeyli miqdarda pulunu təkrarən hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 ilə aralarında 25 yanvar 2022-ci il tarixdə mobil telefonla aparılmış sonuncunun rüsvayedici səsyazısının üzərinə Zərərçəkmiş şəxs2 fotoşəklini yerləşdirməklə videogörüntü formasında hazırlayaraq özünə məxsus “XXX15” youtube internet səhifəsində xx.xx.2022-ci ildə “mədəniyyətsiz mədəniyyət işçisi jurnalisti təhqir etdi+18” başlığı ilə yayımlamış, Zərərçəkmiş şəxs2 həmin videogörüntüdən məlumatlı olmasını bildikdən sonra öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 həmin rüsvayedici səs yazısının əks olunduğu videogörüntünü özünə məxsus olan “X XX15” youtube internet səhifəsindən silinməsi, daha aktiv olaraq izlənilən və populyar olan digər internet səhifələrində yayımlanmaması və sonuncunun barəsində Mədəniyyət Nazirliyinə müsbət fikirlər bildirməklə onu işdən çıxartdırmayacağı adı ilə Zərərçəkmiş şəxs2 hədə-qorxu gəlib həmin səsyazısının özünə məxsus “XXX15” youtube internet səhifəsindən silinməsi və daha aktiv olaraq izlənilən və populyar olan digər internet səhifələrində yayımlanmaması üçün 2022-ci ilin fevral ayının 11-də saat 16 radələrində ünvan8-da yerləşən X5 İdarəsinin xxx55nin inzibati binasında Zərərçəkmiş şəxs2 xeyli miqdarda 15000 (on beş min) manat pulunu təkrarən hədə-qorxu ilə tələb etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlara və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, o cümlədən Məhkum zərərçəkmiş kimi tanınmış şəxslərdən hədəqorxu ilə pul tələb etməsini, ümumiyyətlə onlardan pul istəyib almasını təsdiq edən sübutlar olmadığı, əksinə həmin şəxslər özlərinin qanunsuz əməllərinə görə ona pul təklif etdikləri, lakin o, bundan imtina etdiyi, zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə pulu şahid qismində dindirilmiş Şahid1 Məhkum adından sui-istifadə etməklə özü üçün istədiyi halda, məhkəmələr Məhkum cinayətə aidiyyətini müəyyən etmədən və təqsirliliyini sübuta yetirmədən, eləcə də əvvəllər məhkum olunmadığını nəzərə alınmadan onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirli bilmişlər. Müdafiəşi Müdafiəçi2 kassasiya şikayətin də göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsasla xitam veriməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetmyə dair cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə Məhkum hər hansı bir cinayətə aidiyyəti olmadığı, təsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.3 və 416.1.11-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayəti ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum aid hissədə y oxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum heç bir cinayətə aidiyyətinin olmadığını, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 şahid qismində dindirilmiş Şahid1 Məhkum adından sui-istifadə etməklə özü üçün pul istədiyini, Məhkum isə zərərçəkmiş kimi tanınmış şəxslərin heç birindən ümumiyyətlə pul tələb etmədiyini və almadığını, əksinə onların Məhkum özlərinin qanunsuz əməllərinə görə pul təklif etdiklərini, lakin Məhkum pul almaqdan imtina etdiyini iddia etməklə, bunlara, eləcə də təqsirliliyinin sübuta yeririlməməsinə baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, bəraətverici əsasla Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqına kassasiya tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qan unların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi barədə tələbin (o cümlədən, cinayətə aidiyyətinin olmamasına, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çı xış edə, beləliklə də onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə birlikdə götürülməklə 182.2.1, 182.2.2, 182.2.4-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməllərində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn mümkün və mötəbər sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, müdafiəçinin baxılan işdə Məhkum cinayət əməllərinə aidiyyətini və t əqsirliliyini təsdiq edən sübutların olmaması haqqında iddiasının əksinə olaraq, hökmdə məhkəmənin Məhkum hərəkətlərinin faktiki məzmununa dair nəticələri, yəni onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 onlar barədə rüsvayedici məlumatları yayacağı ilə hədələməklə (hədə-qorxu gəlməklə) sonuncuların əmlakını (müvafiq olaraq 1000, 5000 və 15000 manat məbləğində pulunu) tələb etməsi zərərçəkmiş şəxslərin, şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid6, X1, Şahid8, Şahid7 ifadələri, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ilə bağlı olan epizodda iştirak etmiş Təqsirləndirilən şəxs mobil telefonuna, eləcə də Məhkum özünün mobil telefonuna baxış keçirilməsi haqqında 22 fevral 2022-ci il tarixli protokollar, zərərçəkmiş Zərərçəkmiş şəxs2la onun və Məhkum ümumi tanışları Şahi d2 arasında (15.000 manat pulun tələb edilməsi ilə bağlı) danışıqların səs yazısına baxış keçirilməsi və götürmənin aparılması haqqında 21 fevral 2022-ci il tarixli protokol, digər istintaq hərəkətlərinin protokolları və başqa materiallar vasitəsi ilə əsaslandırılmışdır. Qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə olunmaqla şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də həmin sübutlardan çıxış etməklə Məhkum müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini cavablandırdığından, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də ka ssasiya şikayətində məhkəmələrin çıxardıqlarıı nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, məhkəmələrin Məhkum cinayət əməllərinin faktiki məzmunu və onun Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirli olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4cü maddələri ilə cəza təyin edilərkən, cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozu ntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Qeyd olunanlar hökmün və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində sadalanan, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.1 – 416.1.3, 416.1.11-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum mü dafiəçisi Müdafiəçi2, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və vəfat etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 hüquqi varisi Şahid6 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və Təqsirləndirilən şəxs barəsində olan 7 fevral 2023-cü il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və Təqsirləndirilən şəxs barəsində olan 07 fevral 202 3-cü il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar