Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1462/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum müdafiəçisi – Müdafiəçi4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi – Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Məcidov) Məhkum (19 avqust 1983-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Sarıcallı kəndində qeydiyyatda olmaqla yaşamış,) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 25 avqust 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim A.Ə.Məcidov) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş vəsatət təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tar ixli ilkin baxış qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibi) məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin rədd olunması haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli ilkin baxış qərarından məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs və naməlum İran İR-nın vətəndaşı “Həsən” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən 2022-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Göy məscid”in yanındakı işıq dirəyinin altında sonuncu tərəfindən gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 171,902 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 1056,869 qram olan külli miqdarda narkotik vasitə heroin və ümumi təmiz çəkisi 278,397 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımış, əldə etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə metamfeta minin bir qismini tanışı Təqsirləndirilən şəxs vermiş, xx.xx.2022-ci il tarixdə saat 08:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 1 saylı İqtisadiyyat Universitetinin yataqxanası yaxınlığında olan zaman Binəqədi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən tanışı Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılaraq ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən axtarış zamanı Məhkum əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli yapışqan kağızla bağlanmış içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 6,098 qram olan ağ rəngli kristallik hissəcikdən ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 18,535 qram olan qəhvəyi rəngli tozşəkilli maddədən ibarət, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, həmçinin idarə etdiyi “Creat Wall” markalı **-CH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa saxlanc yerində üzərində “Corella” sözü yazılmış emulsiya qabında üzərində heroinə məxsus izlər olan 02 ədəd elektron tərəzi, 01 ədəd göy rəngli üzərində “FAB” yazısı olan dəftərçə, 02 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli ayrı-ayrılıqda təmiz çəkiləri 100,0 qram və 60,0 qram olmaqla ümumi təmiz çəkisi 160,0 qram oian kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 1025,0 q ram olan qəhvəyi rəngli tozşəkilli maddədən ibarət kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 ədəd polietilen paketdə təmiz çəkisi 110,0 qram, 01 ədəd sellofan torbada təmiz çəkisi 120,0 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 4,368 qram və 01 ədəd sellofan torbada təmiz çəkisi 44,029 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 278,397 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən sonuncunun əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 5,804 qram olan ağ rəngli kristallik hissəcikdən ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 13,334 qram olan qəhvəyi rəngli tozşəkilli maddədən ibarət, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm birinci instansiya həm də apellyasiya instansiyası məhkəməsi vəsatətə baxarkən işə şablon qaydada yanaşıb, məhkəmə prosesində müddətin bərpa edilməsi üçün əsasları araşdırmayıb, məhkəmə araşdırması aparmadan, formal olaraq vəsatətə münasibət bildirərək məhkumun səhhətində problemlər olmasına dair məsələlərin öz təsdiqini tapmadığı əsası ilə vəsatəti təmin etməyib. AR CPM 383 maddəsinə əsasən, 383.1. Apellyasiya şikayə ti vermək hüququna aşağıdakı şəxslər malikdir: 383.1.1.məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə—məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi Həmin maddənin məzmunundan göründüyü kimi müdafiəçi apellyasiya şikayəti vermək hüququna malik olan şəxsdir. Həmçinin hər bir şəxs müstəqil sürətdə müdafiəçi seçmək hüququna malikdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)- 657/2023 saylı hökmünə əsasən AR CM 234.4.1 və 234.4.43 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinən Məhkum 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi hökm qanunsuzdur, şəxsin təqsirsiz olmasına dair sübutlar araşdırılmayıb. Belə ki, o hökm qəbul edilən vaxt məhkəmə prosesində özünün müdafiə hüququnu həyata keçirilməsi üçün bütün imkanlardan istfadə etmədiyinə görə, istintaq orqanlarının bir sıra sənədləri ittiham tərəfinin mövqeyinə uyğun tərtib etdiklərini görüb ( şübhəli şəxsin tutulma protokolu, şəxsi axtarış və götürmə və s.) bir növ öz taleyi ilə barışmışdır. AR PX 13 saylı CM tərəfindən verilmiş arayışa əsasən Məhkum 13 saylı CM daxil olarkən TSH -nin həkimləri trəfmdən müəayyinə edilmişdir və məhkumda psixoloji gərginlik müəyyən edilmişdir. Xəstə məhkuma xx.xx.2023-cü il tarixində ambulator, xx.xx.2023- cü il tarixində isə stasionar, xx.xx.2023-cü il tarixində stasionar, xx.xx.2024-cü il tarixində isə ambulator müalicə təyin edilmişdir. Həmçinin arayışda qeyd edilir ki, xəstə CM olduğu müddət ərzində daim ambulator nəzarət altında olmuşdur. 13 saylı CM tərəfin dən verilmiş arayış bir daha onu təsdiq edir ki, Məhkum səhhətində ciddi problemlər olub. Bunun müqabilində hökmdən apellyasiya şikayətinin verilməməsinin səbəblərindən də biri Asimin təqsirsiz olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi imkanın olmamasıdır. Səhhətində yaranmış problemlər aradan qalxdıqda, 2023-cü il sonunda 10 il müddətinə məhkum edilməsinə dair cinayət işi üzrə özünün təqsirsizliyini sübut edən şahidin məhkəmədə ifadə verməsinə razılıq verdiyini öyrəndikdə apellyasiya şikayətini vermək qərarına gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə prosesində bütün bu məqamları araşdırmaq üçün lazımı şərait yaratmamışdır. Şikayət vermə müddəti institutu səbəbsiz və əsassız süründürməçiliyin, işlərin süni şəkildə uzadılmasının qarşısını almaq üçün tətbiq ed ilən hüquq normasıdır. Lakin bu iş üzrə müddətin bərpa edilməsi və işə apellyasiya instansiyası məhkəməsində baxılması qanunsuz hökmün ləğv edilməsinə və günahsız insanın 10 il cəzaçəkməsinin qarşısını almağa gətirib çıxara bilər. Qeyd edilən cinayət işi üzrə apellyasiya şikayətinə nəzər yetirdikdə müəyyən etmək olar ki, apellyasiya şikayəti şablon qaydada tərtib edilməyib və şəxsin təqsirsiz olmasını təsdiq edən kifayət qədər faktlara əsaslanıb. Həmçinin eyni cinayət işi üzrə digər təqsirləndirilən şəxs apellyasiya şikayəti vermək hüququndan istfadə edərək cəzasının nisbətən yüngülləşdirilməsinə nail olub. Hazır ki mərhələdə, Məhkum istintaq sənədlərindəki kimi deyil yəni xx.xx.2023-cü il saat 08:50 -də yox xx.xx.2023-cü il tarixdə saat 09:00-da saxlanılmasını, polis idarəsində qanunsuz s axlanılmasını, fiziki və mənəvi zorakılığa məruz qalmasını təsdiq edən şahidlər var və müddət bərpa edilərsə həmin şahidlərin məhkəmədə dindirilməsi mümkün olacaq. Həmin hallara görə kassasiya şikayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli ilkin baxış qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi4 Azərbaycan Respublikası CPM-in 391.3.3-cü mad dəsinin nəzərdə tutduğu prosessual müddətin bərpası məsələsi üzrə qərarı mübahisələndirdiyindən (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.20-ci maddəsində göstərilən hal) kollegiya onun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1 və 384.1.1-ci maddələrinə görə təqsirləndirilən şəxs ittiham hökmündən onun elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər. Yalnız həbsdə saxlanıl an məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün sutərinin ona verildiyi andan 20 gün müddətində verilir (CPM, maddə 384.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər (o cümlədən, hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsi də birinci instansiya məhkəməsinin hökmü ndən və yaxud qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin üzrlü səbəblərdən buraxılması və CPM-in 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. Üzrlü hal dedikdə, apellyasiya şikayəti vermək hüququna malik olan şəxsi bu hüquqdan istifadə etmək imkanından məhrum edən və yaxud hüquqdan istifadə etmək imkanını əhəmiyyətli dərəcədə çətinləşdirən, məsələn ağır xəsətliyə tutulma, iradəsindən asılı olmayan səbəblərdən müvafiq qərarla tanış ola bilməməsi və s. bu kimi hallar ehtiva olunur. Lakin, Müdafiəçi4 özünün kassasiya şikayətində qeyd etdiklərindən görünür ki, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş arayışa ə sasən Məhkum 13 saylı Cəzaçəkmə Müəssisəsinə daxil olarkən TSH-nin həkimləri tərəfindən müayinə edilmişdir və məhkumda psixoloji gərginlik müəyyən edilmişdir. Xəstə məhkuma müxtəlif vaxtlarda stasionar və ambulator müalicə təyin edilmişdir. Həmçinin arayışda qeyd edilir ki, xəstə Cəzaçəkmə Müəssisəsində olduğu müddət ərzində daim ambulator nəzarət altında olmuşdur. 13 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş arayış bir daha onu təsdiq edir ki, Məhkum səhhətində ciddi problemlər olub, buna görə də yalnız hökmün çıxarılmasından 11 aya yaxın vaxt keçdikdən sonra yəni müdafiəçi ilə müqavilə bağlandıqdan sonra müdafiəçi tərəfindən buraxılmış müddətin bərpası haqqında vəsatətlə və apellyasiya şikayəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, kassasiya şikayətin ə əlavə edilmiş 13 aylı Cəzaçəkmə Müəssisəsindən verilmiş Tibbi Arayışdan da görünür ki, Məhkum 13 saylı Cəzaçəkmə Müəssisəsinə daxil olarkən TSH-nin həkimləri tərəfindən müayinə edilmişdir və məhkumda psixoloji gərginlik müəyyən edilmişdir. Xəstə məhkuma 04 mart 2023-cü il tarixində ambulator, 10 aprel 2023-cü il tarixində isə stasionar, 18 noyabr 2023-cü il tarixində stasionar, 14 yanvar 2024-cü il tarixində isə ambulator müalicə təyin edilmişdir. Həmçinin arayışda qeyd edilir ki, xəstə Cəzaçəkmə Müəssisəsində olduğu müddət ərzində daim ambulator nəzarət altında olmuşdur. Təsvir olunanlardan görünür ki, Məhkum obyektiv olaraq birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanında olmamış, Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdə stasionar və ambulat or müalicə təyin edildiyindən o, şikayət vermək hüququndan məhrum olmuş, mövcud olaraq apellyasiya şikayəti verə bilməmiş, yəni onun Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində hökmdən apellyasiya şikayəti verməməsi həqiqətən də üzrlü hallardan baş vermişdir. Azərbaycan Respublikası CPM-in 386-cı maddəsində apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa edilmə qaydası müəyyən edilmişdir. 386.1. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. 386.2. Apel lyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Belə vəsatətin baxılma günü və saatı barədə vəsatəti qaldırmış şəxsə vaxtında xəbər verilməlidir. Həmin şəxsin məhkəmə iclasına gəlməməsi vəsatətə baxılmasına mane olmur. 386.3. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi məhkumun cəza çəkdiyi dövrdə xəstə olmasını və müalicə olunub-olmamasını araşdırmamış və bu hallara hüquqi qiymət verməmişdir. Belə olan halda, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli qərarı da qanuni və əsaslı qərar kimi qiymətləndirilə bilməz. Beləliklə, kassasiya şikayətinin dəlilləri ilə razılaşan və həmin şikayətin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-674/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1462/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1462/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver