Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1462/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum1 müdafiəçisi Sadıqov İbrahim Miri oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəm əsinin 6 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 144.2.3, 144.2.4, 29, 149.1 və 150.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2024-cü il tarixli qərarından məhkum olunmuş şəxs Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən və məruzəçi) Rüstəmov Elmin İltizam oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə) 6 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum1, xx xxxxxxxx 1985-ci il tarixdə Daşkəsən rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Daşkəsən rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla, Göygöl rayonunun Yeni Qızılca kəndində yaşayan, CM-in 144.2.3, 144.2.4, 29, 149.1 və 150.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə, CM-in 29, 149.1-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 150.1-ci maddəsi ilə 4 (dörd) il müddətə, 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 CM-in 144.2.3-cü maddəsi ilə təqsirli bilinərək b arəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə, Təqsirləndirilən şəxs1 CM-in 144.2.3cü maddəsi barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə və cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə, Təqsirləndirilən şəxs3 CM-in 32.5, 144.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə, Məhkum3 CM-in 32.5, 144.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə və Təqsirləndirilən şəxs2 CM-in 32.5, 144.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 qohumu Məhkum2 və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlama barədə razılığına gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyun 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonunun Gəncə qəsəbəsinə gəlib, sonuncunun qohumları Təqsirləndirilən şəxs2, Məhkum3 və qonşusu Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs su gətirmək üçün qəsəbədə yerləşən bulağa gedəcəyi vaxt, bulağın yanından oğurlanmasının və avtomobilin orada saxlanması üçün daha münasib yer olması barədə məlumat və məsləhətlər aldıqdan sonra, Zərərçəkmiş şəxs olduğu həmin yerə gedib Məhkum2lə birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd fiziki zor tətbiqi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin arxa oturacağına mindirib, Məhkum2 əllərindən, o, isə əlləri ilə Zərərçəkmiş şəxs ağzından tutaraq hər iki yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndindəki evinə gətirib saat 19 radələrində sonuncu ilə təbii yolla cinsi əlaqəyə girməyə cəhd göstərərkən Zərərçəkmiş şəxs aktiv müqavim ət göstərdiyindən, o, bu müqaviməti qırmaq məqsədilə Zərərçəkmiş şəxs zor tətbiq edərək əl və ayaqları ilə zərbələr vurub hər iki sağ gicgah, hər iki çiyin nahiyələrini, sağ bazunu tam əhatə edən, sol bazunun 1/3-nin bayır səthini, hər iki mil-bilək oynağının arxa səthinin, hər iki sağrı, bud və baldır nahiyələrinin çoxsaylı qançırları ilə müşayiət edilən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra təbii yolla cinsi əlaqədə olmaqla bağlı hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs kiçik cinsiyyət dodaqlarının arxa bitişməsindən anal dəliyə qədər davam edən, cırılmış yara ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirməsinə baxmayaraq Hicran İskəndərovanın öz ayaqlarını bir-birinə möh kəm sıxaraq ona fəal müqavimət göstərdiyi üçün o, öz iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs zorlamağa cəhd etmiş və bundan sonra öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs anal dəliyinə yeridərək anal dəlik nahiyyəsində saat sferblatının 12 və 6 rəqəmlərinə uyğun hissələrində cırılmış yaralar əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli hökmündən məhkum olunmuş şəxslər Məhkum1, Məhkum2, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Əhmədov Fuad Hüseyn oğlu, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Nuriyev Tofiq Tapdıq oğlu, Məhkum3 müdafiəçisi Tağıyev Şahlar Tahir oğlu, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Salahov Hünbət Rza oğlu və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, habelə dövlət ittihamçısı Rəhimov Müşfiq Rəhim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 13 noyabr 2023-cü il tarixli qərarı ilə məhkum olunmuş şəxslərin, o cümlədən Məhkum1 və müdafiəçilərin apellyasiya şikayətləri təmin edilməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti qismən, dövlət ittihamçısı M.R.Rəhimovun apellyasiya pr otesti isə - tam təmin edilərək hökm dəyişdirilmiş, hökmdən məhkum olunmuş şəxslərin, hər birisinin barəsində 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum1 CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə 9 (doqquz) il müddətə, həmin cəza isə ona CM-in 29,149.1 və 150.1-ci maddələri ilə təyin edilmiş cəzalarla CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Məhkum2 CM-in 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs1 CM-in 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs3 CM-in 32.5, 144.2.3-cü maddəsi il ə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və Məhkum3 CM-in 32.5, 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2023-cü il tarixli qərarından məhkumlar Məhkum1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və sonuncunun müdafiəçisi Süleymanov Vüqar Kazım oğlu və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə, habelə məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs2 özlərinin verdikləri kassasiya şikayətlərinə əlavələrə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və mə ruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 30 avqust 2024-cü il tarixli qərarı ilə məhkumlar Məhkum1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi V.K.Süleymanovun kassasiya şikayətləri və Məhkum1 kassasiya şikayətinə verdiyi əlavə təmin edilməmiş, məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətləri və məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətinə verdiyi əlavə qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aid hissələrdə və qismən təmin edilmiş kassasiya müraciətlərinə əsasən dəyişdirilmiş, CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 CM-in 32.5,144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın, məhkumun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifələri qoyulmuş, Təqsirləndirilən şəxs3 barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona CM-in 32.5, 144.2.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilədək endirilmiş, qərar qalan hissədə isə baxılmış kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxl anılmışdır. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2023-cü il tarixli qərarından Məhkum3 müdafiəçisi Tağıyev Şahlar Tahir oğlu və Məhkum2 müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu, hər birisi ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və həmin şikayətlərə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 6 mart 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, qərar isə adları çəkilən məhkumlara aid hissələrdə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı 21 sentyabr 2024-cü il tarixdə Məhkum1 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2023-cü il tarixli qərarından təkrarən kassasiya şikayəti vermiş və həmin şikayətə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 4 noyabr 2024-cü il tarixli qərarı ilə adı çəkilən məhkumun kassasiya şikayəti mümkünsüz hesab edilərək onun qəbul edilməsindən imtina olunmuş və bu şikayət geri qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2024-cü il tarixli qərarından məhkum olunmuş şəxs Məhkum1 kassasiya şikayəti verərək onun apellyasiya instansiyası məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qərarından verdiyi kassasiya şikayətinin icraata götürülərək b axılmasını və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına, işin müəyyən olunmuş faktiki hallarına, iş üzrə toplanmış bir sıra sübutlara və barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası işə mahiyyəti üzrə, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası onun kassasiya şikayətinə və həmin şikayətə etdiyi əlavəyə baxarkən toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş, bəzi məsələlərə düzgün yanaşmamış, nəticədə də o, ağ ır cəzaya məruz qalmışdır. Halbuki, onunla birlikdə məhkum olunmuş şəxslər özləri onun Zərərçəkmiş şəxs ilə evlənməsi üçün sonuncunun qaçırılmasını təşkil etmiş, bu işin görülməsində Təqsirləndirilən şəxs2 fəal iştirakı olsa da, Ali Məhkəmənin Cinayət Kollegiyası onun barəsində şərti məhkum etmənin tətbiq edilməsi, onun isə kassasiya şikayətinin və ona etdiyi əlavənin təmin edilməməsi və ona təyin olunmuş ağır cəzanın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Bu ədalətsiz qərarın qəbul edilməsini fonunda o, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2023-cü il tarixli qərarından təkrarən kassasiya şikayəti vermək məcburiyyətində qalmış, lakin həmin məhkəmənin 4 noyabr 2024-cü il tarixli qərarı ilə onun şikayətinin icraata qəbul edilməsindən imtina olunm uşdur. Məhkum1 fikrincə isə onun bu şikayəti də icraata qəbul edilərək həmin şikayətə yenidən baxılmalı və ona təyin edilmiş ağır cəza nisbətən yüngülləşdirilməlidir. Odur ki, qeyd olunanlara əsaslanaraq Məhkum1 onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum1 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını 4 noyabr 2024cü il tarixli qərarından verdiyi kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq məhkum olunmuş şəxs Məhkum1 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum olunmuş şəxs Məhkum1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qe yd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlar ın icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasi bətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Kon stitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İ və İİ hissələrində müəyyən edilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1-ci maddəsinin tələblər inə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.1-ci maddəsinə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. CPM-in 28.2-ci maddəsinndən görünür ki, hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Qanunvericiliyin təsvir edilən normalarından çıxış edərək məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün hazırki cinayət işinin materia llarına və prosessual hüquq normalarının digər tələblərinə müraciət etməyi zəruri bilir. Belə ki, iş materiallarından görünür ki, Məhkum1 hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilmiş cinayət əməllərini törətdiyinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli hökmü ilə CM-in 144.2.3, 144.2.4, 29, 149.1 və 150.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə, CM-in 29, 149.1-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 150.1-ci maddəsi ilə 4 (dörd) il müddətə, 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən digər proses iştirakçıları ilə yanaş,ı həmçinin Məhkum1 da apellyasiya şikayəti vermiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2023-cü il tarixli qərarı ilə onun, habelə məhkum olunmuş digər şəxslərin və müdafiəçilərin apellyasiya şikayətləri təmin olunmamış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti qismən, dövlət ittihamçısı M.R.Rəhimovun apellyasiya protesti isə - tam təmin edilərək hökm dəyişdirilmiş, hökmdən həm Məhkum1, həm də digər məhkumların, hər birisinin barəsində CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş və Məhkum1 CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə 9 (doqquz) il müddətə, həmin cəza isə ona CM-in 29, 149.1 və 150.1-ci maddələri ilə təyin edilm iş cəzalarla CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, eyni zamanda məhkum olunmuş şəxslər Məhkum2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Məhkum3 onların təqsirli bilindikləri maddələrlə təyin edilmiş cəzalar ağırlaşdırılmış, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Məhkum1 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2023-cü il tarixli qərarından kassasiya şikayəti vermək hüququna malik olan şəxs kimi (onun və ya müdafiəçisinin bu hüququ CPM-in 409.1.1-ci maddəsində nəzərdə tutulmuşdur) öz hüququndan istifadə edərək həmin qərardan kassasiya şikayəti və ona etdiyi əlavə vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət Kollegiyası digər kassasiya müraciətləri ilə yanaşı, onun da həmin şikayətinə və ona edilmiş əlavəyə baxaraq 30 avqust 2024-cü il tarixlə qərarla Məhkum1 kassasiya şikayətini və ona edilmiş əlavəni təmin etməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarını isə ona aid hissədə və onun kassasiya müraciətlərinə münasibətdə dəyişdirmədən saxlamış, həmin qərarda isə həm Məhkum1 ona qarşı irəli sürümüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməsinə, həm də ona təyin olunmuş cəzanın qanuniliyinə və ədalətliliyinə münasibətini bildirərək bu məsələlərlə bağlı qənaətini kifayət qədər inandırıcı şəkildə əsaslandırmışdır. Kassasiya icraatını tənzimləyən normaların, habelə qanunvericiliyin digər tələblərinin təhlili göstərir ki, kassasiya instansiyası məhkəməsi məhkum olunmuş şəxsin və ya onu nu müdafiəçisinin apellyasiya instansiyası məhkəməsinin hökmündən, yaxud digər yekun qərarından verdikləri kassasiya müraciətlərinə baxaraq CPM-in 419.10-cu maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etdikdə həmin şəxslərin eyni hökmdən və ya qərardan, hətta başqa məzmunda olsa belə, təkrarən kassasiya şikayətləri vermələri istisna olunur, yəni həmin şəxslər artıq belə şikayətlər vermək hüququ olmayan şəxslər hesab edilirlər. Buna baxmayaraq, yəni Məhkum1 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2023-cü il tarixli qərarından verdiyi kassasiya müraciətlərinə kassasiya instansiyası məhkəməsi tərəfindən bir dəfə baxılaraq müvafiq qərar qəbul edildiyi halda, o, artıq həmin qərardan kassasiya şikayəti vermək hüququ olmayan şəxs kimi 21 sentyabr 2024-cü il tari xdə apellyasiya instaniyası məhkəməsinin eyni qərarından və eyni məzmunda təkrarən kassasiya şikayət verərək əvvəlki müraciətlərində göstərdiyi – ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi barədə tələb irəli sürmüş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası prosessual qanunvericiliyin aşağıdakı tələblərinə istinad etməklə özünün 4 noyabr 2024-cü il tarixli qərarı ilə tamamilə qanuni və əsaslı olaraq onun həmin şikayətini hüququ olmayan şəxs tərəfindən verilmiş kassasiya müraciəti kimi qiymətləndirib bu müraciəti icraata qəbul etməkdən imtina etmiş və onun məhkum olunmuş şəxsə qaytarmışdır. Belə ki, CPM-in 412.5-ci maddəsinə görə, hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edil ə bilməz. CPM-in 415.1.1-ci maddəsinin tələbindən isə görünür ki, kassasiya şikayəti və ya kassasiya protesti onları vermək hüququna malik olmayan şəxslər tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini baxılmamış saxlamaq hüququna malikdir. Qanunvericiliyin bu tələblərinə əsaslanan kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin 4 noyabr 2024-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqe ilə razılaşır və eyni mövqedən çıxış edərək Məhkum1 13 noyabr 2023-cü il tarixli qərarından təkrarən verdiyi kassasiya şikayətinin icraata qəbul edilib baxılması üçün əsaslar görmür. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş və həmin məhkəmənin qəbul etdiyi qərarın dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən pozuntulara yol verilmədiyini müəyyən edərək 4 noyabr 2024-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını qanuni və məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası Məhkum1 kassasiya şikayətinin təmin edilməsi haqda onun müdafiəçisi İ.M.Sadıqovun, həmin şikayətin təmin ediləməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum1 kassasiya şikayəti təmin edilməməklə onun CM-in 144.2.3, 144.2.4, 29, 149.1 və 150.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noy abr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 29, 149.1 və 150.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1462/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1462/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver