Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1463/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 206.2 və 23 4.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı X8 Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: N.F.Quliyev (sədrlik edən), X.A.Nuriyev və A.Ə.Musayevdən ibarət tərkibdə) 20 oktyabr 2020-ci il tarixli hökmü ilə 03 oktyabr 1963-cü ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayıt Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törət məkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 23 yanvar 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər: X5 (sədrlik edən), X7 və X2 ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apely asiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli hökmü protestə əsasən dəyişdirilmiş, Məhkum təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilmə müddətinin əvvəli 22 yanvar 2020-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 22 yanvar 2020-ci ildə İran İslam Respublikasının Biləsuvar şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə, külli miqdarda 7 3,409 qram tiryək narkotik vasitəsini qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə karbon kağızına və sellofana bükərək üzərində “Shokooh” yazısı olan sabun bağlamasındakı sabunların birinin içərisində gizlədib 1 ədəd qara rəngli sellofan torbanın içərisindəki müxtəlif yuyucu vasitələrin yanında saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 22 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Kassasiya protestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2021-ci il tarixli qərarından dövlət itt ihamçısı X8 Ağa oğlu kassasiya protesti vermişdir. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Məhkum əməli məhkəmə tərəfindən əsassız olaraq CM-in 206.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə formalaşmış məhkəmə-istintaq təcrübəsinə, nə mütəxəssislərin rəyinə, nə də ki, digər hər hansı bir elm mənbəsinə istinad etmədən, Məhkum işin faktiki hallarına uyğun gəlməyən və məsuliyyətdən yayınmaq məqsədli verilmiş ifadələrinə digər sübutlarla müqayisəli yanaşmamış, yekun nəticəyə gələrkən onun ifadələrini əsas götürmüşdür. Apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə iş üzrə nəticəyə gələrkən qəbul etdiyi sübutların və onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərini hökmdə əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. C inayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmələr yekun qərar çıxararkən bir subutun qəbul, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmadan, işin faktiki hallarına uyğun olmayan, Məhkum CM-in 206.2 və 234. 4.3-cü maddələri ilə tövsif edilmiş əməlinin CM-in 206.2 və 234.1-ci maddələrinə tövsif edilməli olması kimi yalnış nəticəyə gəlməklə əməlin tövsifində səhvə yol vermişlər. Məhkum aşkar edilmiş 73,409 qram tiryək narkotik vasitə şəxsi istehlak miqdarından 146 dəfədən, külli miqdarından isə 1,468 dəfədən çox olmuşdur. Lakin, məhkəmə iş üzrə cinayət əməlinin tövsifi ilə bağlı nəticəyə gələrkən mühüm əhəmiyyət kəsb edən bu faktiki hallara qiymət verməmiş, onları araşdırmamışdır. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmənin iş üzrə hökm və qərarında şərh edilmiş hallarla onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur. Beləliklə məhkəmə kollegiyası ibtidai istintaq zamanı heç bir qanun pozuntusu olmadan əldə olunmuş və məhkəmə istintaqı zamanı tətqiq edilmiş yuxarıda qeyd olunan sübutlara (məhkum edilmiş şəxsin və şahidlərin ifadələri, baxış və götürmə protokolları, digər istintaq hərəkətlərinin protokolları) deyil, yalnız öz subyektiv mülahizələrinə və ehtimallara əsassız olaraq üstünlük vermişdir. Göründüyü kimi, Şirvan Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlamaqla daşıması hissəsinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə CPM-in 416.1.2 və 4 16.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Dövlət ittihamçısı Şirvan Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlid ir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində məhkumun əməlinin əsassız olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması mübahisələndirilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 200 5-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya protestində məhkumun əsassız olaraq CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan Apellyasiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir CM-nin 234.1-ci maddəsində Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə ləri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.31-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin külli miqdar törədilməsi nəzərdə tutulmuşdur. İttiham orqanının qənaətincə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamış və daşımışdır. Məhkum birinci instansiya məhkəməsinin qərarı ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsə də, Apellyasiya məhkəməsi həmin nəticə ilə razılaşmamış, onun əməlini CM-nin 234.4.3-cü maddəsində həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Bu nəticəyə gələrkən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Məhkum nar kotik vasitələrin satışını təşkil etməsi cinayət işinin materialları ilə öz təsdiqini tapmır. Onun üzərində aşkar olunmuş narkotik vasitələrin külli miqdarda olması heç də həmin maddələrin məhz tamah niyyəti və satış məqsədi ilə əldə olunması demək deyildir. İş materiallarında olan, “Malların yoxlanılması haqqında” 22 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, 22 yanvar 2020-ci il tarixdə saat 22 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı Məhkum gömrük nəzarətindən keçərkən saxlanılmış və yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əl yüklərinə daxil olan 1 ədəd qara rəngli sellofan torbanın iç ərisindəki müxtəlif yuyucu vasitələrin yanında olan 1 ədəd üzərində “Shokooh” yazısı olan sabun bağlamasındakı sabunların birinin içərisində karbon kağızına və sellofana bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş külli miqdarda, 73,409 qram tiryək narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Həmin fakt narkotik vasitəsinin Məhkum aşkar edilmə faktını əks etdirən onun Biləsuvar gömrük postundan keçməsinə dair DVD diskindəki videoçəkilişlə təsdiq olunur. İş materiallarında olan 28 fevral 2020-ci il tarixdə əl yüklərinə daxil olan 1 ədəd qara rəngli sellofan torbanın içərisindəki müxtəlif yuyucu vasitələrin yanında olan 1 ədəd üzərində “Shokooh” yazısı olan sabun bağlamasındakı sabunların birinin içərisində karbon kağızına və sellofana bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədi lmiş 73,409 qram tiryək narkotik vasitəsinin saxlanıldığı “Shokooh” yazısı olan sabun bağlamasının kağızına baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, “Shokooh” yazısı olan sabun bağlamasının kağızı çəhrayı rəngdədir. Uzunluğu təxmini 12 santimetrdir. Məhkəmədə tədqiq edilmiş 26 fevral 2020-ci il tarixli, 490 №-li ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı müəyyən edilmişdir ki, Məhkum çətənə bitkisi preparatlarından istifadə etmə halları olmuşdur. Hal-hazırda narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Salyan Rayon Polis Şöbəsindən alınmış 13 fevral 2020-ci il tarixli m əktubundan görünür ki, Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Salyan Rayon Polis Şöbəsinə əməliyyat məlumatları daxil olmuşdur. Lakin hər hansı əsaslı sübut müəyyən edilmədiyindən həmin şəxsin tutularaq məsuliyyətə cəlb edilməsi mümkün olmamışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011 -ci il tarixli qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxla ma, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq birinci instansiyası məhkəməsi yekun nəticəyə gələrkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hökmdə göstərmişdir ki, “ibtidai araşdirma zamanı olduğu kimi, məhkəmə iclasında da dindirilən şahidlərin ifadələrindən görünür ki, Məhkum narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmişdir. O, üzərində aşkar edilən tiryəki öz istifadəsi üçün İran İslam Respublikasından əldə edərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirmişdir. Bundan başqa, məhkəmədə müəyyən edilmişdir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən Məhkum çətənə bitkisi preparatlarından istifadə etmə halları olmuş və ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il qərarında qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılm amış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (Cinayət Prosessual Məcəllənin 351.2-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsini tövsif etməklə düzgün nəticəyə gəlmişdir. Məhkum CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılmas ı haqqında protokol və ekspertiza rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilir. Apellyasiya məhkəməsi həmin məhkum tərəfinədn törədilmiş cinayət əməllərinin tövsifini dəyişmədən saxlamaqla gəldiyi nəticə əsaslıdır və işin faktiki hallarına tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya protesti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxla
Məhkəmə qərarları › İş №1(102)-1463/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1463/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver