Məhkəmə qərarları › İş №1(102)-1463/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1463/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1463/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Eİçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri “M.B.M” Vəkil Bürosunun vəkili Mehtiyev Əli Həsənqulu oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Mehtiyev Əli Həsənqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(101)-174/2021 saylı (hakim M.A.Xankişiyevin sədrliyi ilə, hakimlər F.Ə.Qəniyev və İ.A.Mahmudovdan ibarət tərkibdə) hökmü ilə xx.xx.1990-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müdd ətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 iyul 2019-cu il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə 255 manat 22 qəpik ekspertiza xərcinin təqsirləndirilən şəxs Məhkum dövlət nəfinə tutulması, iş üzrə maddi sübut olan və Bakı şəhər BPİ-nin təchizat şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 2,011 qram, 0,071 qram heroin və 20 ədəd bükümdə qalıq çəkisi 0,662 qram psixotrop maddə metamfetaminin məhv edilməsi hökm edilmişdir. Hökmdən Azərbaycan Respu blikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehrəliyev Cövdət Sərvər oğlu tərəfindən verilmiş apelyasiya protesti və müdafiəçi Mehtiyev Əli Həsənqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 17 iyun 2021-ci il tarixli hökmü ilə apelyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkməyə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2019cu il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Mehtiyev Əli Həsənqulu oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış, daşımış və satmışdır Belə ki, Məhkum satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda 2,592 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 20 ədəd bükümdə ümumilikdə 0,992 qram çəkidə psixotrop maddə metamfetamin əldə etmiş və gələcəkdə satışını həyata keçirməsi üçün həmin narkotik vasitə və psixotrop maddəni hissələrə bölərək 3 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda çəkiləri 0,057 qram, 0,068 qram və 0,056 qram olmaqla, ümumilikdə 0,181 qram çəkidə narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, bir ədəd üzərində «Winchester» yazısı olan siqaret qutusunun içərisinə qoyduğu 10 ədəd şəffaf sellofan bükümlərində külli miqdarda cəmi 2,411 qram çəkidə narkotik vasitə heroin və 20 ədəd siqaretin gümüşü kağız bükümlərində ümumilikdə 0, 992 qram çəkidə psixotrop maddə metamfetamini isə yaşadığı ünvan 2 ünvanına daşıyaraq yaşayış sahəsinin birinci mərtəbəsindəki otaqda paltar rəfində olan özünə məxsus qış gödəkcəsinin sol qolunun iç hissəsində gizlətməklə saxlamış, Məhkum tanışı Şahid1 əvvəllər qanunsuz olaraq narkotik vasitə heroin satması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları tərəfindən 24 iyul 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum saat 23:00-da ünvan 2 ünvanında yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd yaşıl rəngli idman şalvarının sol ayaq cibindən satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıdığı 3 ədəd polietilen kəsiyi bükümlərində ayrıayrılıqda çəkiləri 0,057 qram, 0,068 qram və 0,056 qram olmaqla, ümumilikdə 0,181 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları tərəfindən 25 iyul 2019-cu il tarixdə saat 01:40-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Məhkum icazəsi və iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə baxış keçirilərkən evin birinci mərtəbəsindəki otaqda paltar rəfində olan özünə məxsus qış gödəkcəsinin sol qolunun iç hissəsində satış məqsədi ilə əldə edərək həmin yerdə gizlətməklə saxladığı bir ədəd «Winchester» yazılı siqaret qutusunun içərisində kimyəvi komponent tə rkiblərinə və xarici əlamətlərinə görə bir qədər əvvəl üzərindən aşkar olunmuş narkotik vasitə heroinlə eyniyyət təşkil edən 10 ədəd şəffaf sellofan bükümlərində külli miqdarda cəmi 2,411 qram çəkidə narkotik vasitə heroin və 20 ədəd siqaretin gümüşü kağız bükümlərində ümumilikdə 0,992 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Mehtiyev Əli Həsənqulu oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Məhkum barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, iş mat eriallarında olan 25 iyul 2019-cu il tarixli baxış, axtarış və götürmə protokolundan görünür ki, protokolun tərtib olunduğu tarix 25 iyul 2019-ci il göstərilsə də, protokolun üzərinə rəis tərəfindən dərkənar xx.xx.2019-ci tarixdə qoyulmuşdur. Eyni zamanda 24 iyul 2019-cu il tarixli baxış, şəxsi axtarış və götürmə protokolundan görünür ki, həmin protokolun kitabda qeydə alınması əvvəl xx.xx.2019-cu il tarix yazılmış, sonradan isə 25 rəqəmi 24 rəqəmnəi düzəldilmişdir. Bütün bunlar onu göstərir ki, istintaq orqanı Məhkum ağır ittiham verilməsi üçün bütün imkanlardan istifadə etmişdir. Həmçinin, 25 iyul 2019-cu il tarixli baxış, axtarış və götürmə protokolu AR CPM-nin baxış, axtarış və götürmə istintaq hərəkətlərinin aparılması qaydalarını pozulmaqla tərtib edilməsi, protokolda göstərilən tari xlərdən də göründüyü kimi həmin istintaq hərəkətlərinin aparılması vaxtının düzgün göstərilməməsi də onu təsdiq edir ki, protokol real vəziyyəti əks etdirmir. Ona görə də həmin protokol və protokolda olan məlumatlar hüququ qüvvəsi olmayan edilməli və protokol ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməzdi. Lakin məhkəmə kollegiyası AR CPM-nin 125-ci maddəsinin tələblərinə əməl etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd olunan protokola hökmdə konkret hüquqi qiymət verməmiş, sübutlar kimi ümumi qaydada göstərmişdir. Apellyasiya məhkəməsi işdə olan bu sənədlərə və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə obyektiv hüququ qiymət verməmişdir. Məhkəmə hökmünün özündən də görünür ki, məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq ed ilmiş sübutlara deyil, istintaq orqanın gəldiyi nəticəyə uyğun Məhkum əməlinə hüquqi qiymət vermişdir. Bir sözlə istintaq orqanının təsir dairəsindən kənara çıxmamışdır. Sanki məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların əhəmiyyəti yoxdur. Cinayət işinin məhkəmə baxışı zamanı Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir mötəbər sübutun olmamasına baxmayaraq, məhkəmə kollegiyası əsassız olaraq Məhkum guya narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və daşıması qənaətinə gəlmişdir Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmünün ləğv edilməsini və Məhkum əməlinin düzgün tövsif edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində çıxış edən müdafiəçi Ə.H.Mehtiyev, 25 iyul 2019-cu il tar ixli baxış, axtarış və götürmə protokolunun tərtib olunmasına baxmayaraq, üzərindəki dərkənarın 24 iyul 2019-cu il tarixli olduğunu, bu məsələyə nə birinci instansiya məhkəməsinin, nə də ki apellyasiya məhkəməsinin lazımı qiymət vermədiyini, texniki səhv kimi qiymətə verilsədə bunun doğru olmadığını, Məhkum narkotik vasitənin yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirib kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilərək Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və yaxud sübutlarda olan qeyri-müəyyənliyi, Məhkum şəxsiyyətini nəzərə alınaraq təyin olunmuş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəm əsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Eİçin Tofiq oğlu çıxış edərək, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaqda və apellyasiya instansiyası məhkəməsində tam sübuta yetirildiyini bildirib, əməlin xarakterinin və ictimai təhlükəliliyinin, hadisə zamanı şəxsin üzərindən və yaşadığı evdən çıxarılmış narkotik vasitənin nəzərə alaraq kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası C inayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməklə əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyy ətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cina yət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə fak tlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şika yətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum əməlini tövsif edərkən, verilmiş ittihamla razılaşmayaraq, onun Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini Məhkum ifadəsi, dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə tam sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə aşkar edilən narkotik vasitələri və psixotrop maddələrinin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi ilə bağlı yekun nəticəyə gələrkən, Məhkum üzərindən və yaşayış yerindən aşkar olunan həmin narkotik vasitə və psixotrop maddəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyinin nə ibtidai istintaq, nə də ki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamasına, Məhkum ibtidai istintaq zamanı üzərindən və yaşayış yerindən aşkar olunan narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən alması barədə ifadələrinə əsaslanmışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi isə m əhkəmə baxışı zamanı sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitə və psixotrop maddələri külli miqdarda satış məqsədilə əldə etdiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan təkzibedilməz dəlillərə əsasən, Məhkum həm ibtidai istintaq, həm də birinci instansiya və apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqı zamanı üzərindən aşkar olunan narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirsə də, məhkəmə ibtidai istintaq zamanı dindirilmiş Şahid1 və digər şahidlərin ifadələrinə, ekspertiza rəylərinə əsaslanaraq heç bir yerdə işləməyən şəxsin şəxsi istifadəsi üçün yuxarıda qeyd edilən miqdarlarda narkotik vas itə və psixotrop maddə ala bilməsini real və ağlabatan hesab etməmiş və məhkum edilmiş şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasının göstərici olduğu qənaətinə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən iki aydır keçmiş arvadı X3 ilə bi rlikdə narkotik vasitədən istifadə etmişdir. Onlar İstifadə etdikləri narkotik vasitələri müxtəlif şəxslərdən əldə etmiş, son vaxtlar isə narkotiki Əli adlı şəxsdən almışdır. 21 iyul 2020-ci ildə narkotik vasitə əldə etmək üçün Əlinin yaşadığı İçərişəhərə gedib onunla yaşadığı evin qarşısında görüşərək 10 manat müqabilində narkotik vasitə olan heroin alaraq üzərində saxlamışdır ki, sonradan istifadə etsin. 24 iyul 2019-cu il tarixdə günorta saatlarında o, Şəbinə ilə görüşərək üç gün əvvəl Əlidən 10 manata aldığı bir büküm nakotiki Şəbinə ilə birlikdə istifadə etmişlər. Həmin gün saat 16 radələrində Azərbaycan prospektində «Monoiit» adlanan binanın qarşısında olan zaman onlara mülki geyimdə şəxslər yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirib özülərini təqdim etmişlər.Onlara da, özl ərini təqdim etmələrini bildirmişlər. Həmin vaxt nə etmələrini bilməyib özlərini təqdim etməmişlər. Polis əməkdaşları onların özlərini qeyri səmimi apardıqlarını bildirib orada nə etiklərini soruşmuşlar. Onlar etiraf edərək bir qədər əvvəl narkotik vasitə qəbul etdiklərini söyləmişlər. Bundan sonra polis əməkdaşları onları 9-cu polis bölməsinə dəvət etmışlər. Həmin polis bölməsində onun üçün tərcüməçi və vəkil dəvət olunaraq üzərinə şəxsi aştarış keçirilmişdir.Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və ya qanunsuz əşya aşkar edilməmişdir. Apellyasiya məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadən fərqli olaraq bildirmişdir ki, o, Əhmədlidə qeydiyyatda olsa da İçəri Şəhərdə dükanda konsultant kimi işləmişdir. Hazırda təqsirləndirilən Qur lanov Əli onun dostu, məhlə uşağıdır.Onun narkotiklə bağlı saxlanıldığını bilir.İstintaq zamanı verdiyi ifadəni xatırlamır.Məhkəmədə də iştirak etməmişdir. Hadisə belə olmuşdur ki, o, məhəllədə duranda polis əməkdaşları ona yaxınlaşmış, həmin vaxt Məhkum ora gəlmiş, polis əməkdaşları onu görən kimi tutmuşlar.Bir nəfər polis də onu saxlamış, onları bölməyə gətirmişlər.Tutulduqları gün polis əməkdaşları onları bölməyə aparmışlar. Ona təzyiq etmişlər ki, Məhkum narkotik almağa gəlməsi barədə ifadə versin. O, Məhkum həmin vaxt narkotik almamışdır. Ondan qabaq X2 müstəntiqin yanına qaldırmışlar.Bir saat onun işi çəkmiş, onun müstəntiqin yanında qalması 10 dəqiqə təxminən davam etmişdir. Həmin vaxt polis əməkdaşları ona təzyiq etsələr də o, Məhkum narkotik almağa görə gəlmədiyini demiş, heç bir sənədə də qol çəkməmişdir. Onun qabağına bir sənəd qoyaraq imzalamasını, imzalasa bayıra çıxaracaqlarını demişlər. O da həmin sənədi oxumadan imzalamışdır. Hazırda ona təqdim edilən xx.xx.2019-cu il tarixli istintaq ifadəsində «ifadəmi oxudum sözlərimlə düz yazılıb imzamla təsdiq edirəm» sözlərini o yazmışdır. İstintaq materiallarında olan ifadədə olan imzanın onun özünə məxsus olduğunu təsdiq edir. Lakin həmin ifadənin məzmunu ilə tanış olmadan imzalamışdır. Apellyasiya icraatında Şahid1 xx.xx.2019-cu il tarixli istintaq ifadəsində «ifadəmi oxudum sözlərimlə düz yazılıb imzamla təsdiq edirəm» sözlərini özünün yazdığını, həmin ifadəsində olan imzanın onun özünə məxsus olduğunu təsdiq etməsini nəzərə alıb, bunu azadlığa çıxması üçün etdiyini, əslində həmin ifadənin məzmunu ilə tanış olmadan imzaladığına dair ifadəsinə münasibətdə göstərilir ki, o, apellysaiya məhkəməsində bu qaydada davranışı ilə faktiki olaraq həmin ifadənin məzmununun həqiqiliyini təsdiq etmişdir. Həmçinin, iş materiallarında olan, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019cu il tarixli 2376 nömrəli ekspert rəyindən görünür ki, Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan, məhkəmə kimyəvi ekspertizasının 27 dekabr 2019-cu il tarixli 31827 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Vətəndaş Məhkum aşkar olunmuş maddi sübut...» sözləri olan zərfdə ki üç ədəd bükümdə ümumi təmiz çəkisi 0,131 qram olan narkotik vasitə heroinlə, üzərində «...Vət. Məhkum yaşadığı mənzildən aşkar edilmiş...» sözləri olan zərfdəki 10 ədəd bükümdəki ümumi təmiz çəkisi 2,211 qram olan narkotik vasitə heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Belə ki, iş materiallarından görünür ki, Məhkum aşkar edilib götürülən metamfetaminin külli miqdar təşkil etməsi və ondan aşkar edilib götürülmüş dövriyyəsi qadağan olunmuş predmetlərin növ müxtəlifliyi (heroin, metamfetamin), yəni heroin narkotik vasitəsinin 10 ədəd, metamfetamin psixotrop maddəsinin 20 ədəd bükümlərdə müəyyən edilməsi onun həmin narkotik vasitələri məhz satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edən hal kimi qə bul edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən verilmiş ittihamla razılaşmayaraq işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, CPM-nin sübutetməyə dair 33, 125, 139, 144, 146-cı maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin Məhkum narkotik vasitələr və psixotrop maddələri külli miqdarda müxtəlif növlərdə əldə etməsinə baxmayaraq satış məqsədi ilə əldə etmədiyi barədə verdiyi ifadələrinə görə məhz satış məqsədi olmadan əldə etməsinə dair gəldiyi nəticə keyfiyyətli məhkəmə araşdırmasının nəticəsi kimi qəbul edilə bilməz. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum əməli Azərbaycan Respubl ikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli ü çün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilm işdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Mehtiyev Əli Həsənqulu oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə ə sasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Mehtiyev Əli Həsənqulu oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2021-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar