Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1463/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, bəraət almış şəxs X3 və Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) 23 iyun 2023-cü il tarixli 1(008)-22/2023 nömrəli hökmü ilə 14 noyabr 1994-cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Salyan rayonu, Qaraçala ərazi dairəsi, Qaraçala qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu nömrəsiz evdə yaşamış X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edil miş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi həbsdə saxlandığı 2 gün müddət nəzərə alınmış və qəti olaraq onun üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin ittiham hökmünə əsasən X8 təqsirli bilinmişdir ona görə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda beş ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,213 qram, 1,246 qram, 1,347 qram, 1,464 qram və 1,235 qram, ümumi çəkisi 6,505 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın qarşısına daşımış, 28 oktyab r 2021-ci il tarixdə, saat 17:30 radələrində həmin yerdə özünü şübhəli apardığına görə Sabunçu RPİ-in CAŞ-in əməkdaşları tərəfindən saxlanılaraq 13-cü PB-nə gətirilmiş, Polis Bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ kağızın içərisində beş ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,213 qram, 1,246 qram, 1,347 qram, 1,464 qram və 1,235 qram, ümumi çəkisi 6,505 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər - Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Elmar Rəhimov) 22 dekab r 2023-cü il tarixli, 1(103)-1838/2023 nömrəli hökmü ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 1(008)-22/2023 nömrəli hökmü ləğv edilmiş, X6 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, cinayət işinin materialları ilə X4 CM-in 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Cavidan Şəmsizadəyə CM-in 234.1-ci maddəsi ilə bəraət verərkən qeyd etmişdir ki, Cavidan Şəmsizadənin əleyhinə olan sübutların mənbəyi, mötəbərliliyi və mümkünlüyü şübhə doğurur. Belə ki, cinayət işinin materiallarında mövcud olan 28 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə” istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 125.2.2 və 125.2.3cü maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən mümkünsüz sübutdur. Cinayət işinin materialları öyrənilərkən müəyyən olundu ki, X4 şübhəli şəxs qismində tutulması haqqında 28 oktyabr 2021-ci il tarixdə saat 18:10-da protokol tərtib edilmiş, həmin protokolu müdafiəçi imza etmiş, eyni zamanda həmin tarixdə sa at 18:25-dən 18:40-dək tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında qərarı imzalamış, şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. İbtidai istintaq orqanının CPM-in tələblərinə əsasən Cavidan Şəmsizadənin müdafiə hüququnu təmin etmək üçün dövlət hesabına təyin etdiyi Müdafiəçi1 həmin istintaq hərəkətində iştirak etməsi müdafiəçinin vəzifəsidir və onun vəzifəsini yerinə yetirməməsi şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması deyil, müdafiəçinin intizam məsuliyyətinə səbəb ola bilər. Eyni zamanda cinayət işi materiallarında X4 ibtidai istintaqa ərizə ilə müraciət edərək şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətində müdafiəçinin iştirak e tməməsinə etiraz etmədiyini bildirmişdir. Bundan başqa həmin hal ibtidai istintaq zamanı müstəntiq tərəfindən yoxlanılmış və Cavidan Şəmsizadə özü ifadəsində göstərmişdir ki, belə bir ərizə ilə müraciət etməsinin səbəbi, cibində narkotik olduğunu bilməsi və vəkilin yanında həmin narkotik vasitə aşkar olunacağı halda həmin vəkilin onu məhkəmədə müdafiə edə bilməyəcəyindən ehtiyat etməsi olmuşdu. Videoçəkiliş zamanı da Cavidan Şəmsizadə narkotik vasitənin ona məxsus olmadığı deyil, həmin ot tərkibli maddənin marixuana olmamasını ümid etmişdir. Məhkəmələrin sadaladığı sübutları dəlil kimi qəbul etməmələrində əsas istinad nöqtələri təqsirləndirilən şəxsin bədən səthində sağ göz yuvası ətrafı xəsarətinin olması, bununla da, onun polislərin fiziki təsirinə məruz qalması barədə iddialarının təs diqlənməsi və təzyiqlərin nəticəsində etiraf məzmunlu ifadələr verməsi olmuşdur. Halbuki, istintaq orqanı Cavidan Şəmsizadənin gözündə xəsarətinin olmasını özü də təsdiqləyir və həmin xüsusatla bağlı C.Şəmsizadə 28 oktyabr 2021-ci il tarixdə 13-cü polis bölməsinə gətirilərkən akt da tərtib edilmiş, həmin xəsarətlərin yaranması halı da dəqiqləşdirilmişdir. Belə ki, apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının sorğusuna əsasən Sabunçu Rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilmiş aktdan görünür ki, C.Şəmsizadənin sağ göz yuvası ətrafı nahiyəsində xəsarət aşkar edilmişdir. Aktda onun həmin xəsarətləri yıxılaraq aldığın bildirdiyi qeyd edilmişdir. Hər bir ittiham sübutunun, xüsusən ilkin sənədləşdirmənin sübutların mümkünlüyü şərtlərinin pozulması, yəni şəxsin özünün iddia etdiyi k imi, ona qarşı fiziki və psixi təsir nəticəsində əldə olunması yalnız iş üzrə toplanmış digər mötəbər dəlillərin məcmusu ilə təsdiqləndiyi və şəxsi iddiaları həqiqət kimi qəbul edilməli olduğu halda, bu xüsusatlara heç bir əhəmiyyət verilməmişdir, cinayət işində olan digər məlumatlar, məhkəmələrin obyektivliyi şübhə doğurmayan həmin məlumatları, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində verdiyi qismən etiraf ifadəsini, şəxsi axtarış və götürmə protokolunu, video görüntünü hansı mötəbər əsaslarla sübut kimi qəbul etməmələri anlaşılmaz qalmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, müdafiəçinin isə kassasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. X6 qarşı irəli sürülmüş ittihamından görünür ki, 28 oktyabr 2021-ci il tarixdə saat 17:30-da o, özünü sübhəli apa rdığına görə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin İdarənin 13-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sol yan cibindən beş kağız bükümündə 6,505 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq orqanı X6 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. X1 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 18 oktyabr 2021-ci il tarixli protokolu, onun özünün etirafedici ifadəsi, habelə baxışda iştirak etmiş polis əməkdaşlarının şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının rəyi və maddi sübut təqdim e tmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, X2 məqsədi olmadan narkotik vasitəni istehlak miqdarından artıq miqdarda qanunsuz əldə etməsi və saxlaması təsdiq olunmuş və onun barəsində CM-in 234.1-ci maddəsi ilə ittiham hökmünü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə müdafiəçinin apellyasiya şikayətinə əsasən baxıb, cinayət işi üzrə sübutları yenidən araşdırıb nəticəyə gəlmişdir ki, X4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya məhkəməsi öz hökmündə qeyd etmişdir ki, X4 üzərində axtarış müdafiə hüququnun pozulması ilə keçirilmiş, həmin istintaq hərəkətində iştirak edən polis əməkdaşları ziddiyyətli və digər sübut larla uzlaşmayan ifadə vermişlər, cinayət işinin halları da ittihamın sübutlarının mötəbərliyinə şübhə doğurur. Ona görə də, həmin sübutların mötəbərliyinə əsaslı şübhələr mövcuddur. Kassasiya protestində isə qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, X4 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən qanunların aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139- cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut məns ubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə mü vafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, istintaq orqanı tərəfindən X4 istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuananı hər hansı bir şəxsdən əldə etməsi, həmin narkotik vasitəni kiməsə satması və ya satmaq barədə hər hansı bir şəxslə sövdələşməsi faktları müəyyən edilməmişdir. X4 barəsində CM-in 234.1-ci maddəsi ilə ittiham yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən X4 üzərində şəxsi axtarış zamanı 5 ədəd bükümdə 6,505 qram narkotik vasitə olan marixuananın aşkar edilib götürülməsi barədə protokola, həmin istintaq hərəkətində iştirak etmiş polis əməkdaşları Şahid2 və Şahid1 ifadələrinə və maddi sübuta əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb- almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmin sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, X4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, birinci instansiya məhkəməsində cinayətin törətməməsini, saxlanıldığı vaxtda onun üzərində heç bir narkotik vasitənin olmamasını, narkotik vasitənin ona polis əməkdaşları tərəfindən qoyulmasını göstərmişdir. C.N.Şəmsiz adə birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi ifadələrdə göstərmişdir ki, o heç bir cinayət törətməmişdir. 28 oktyabr 2021-ci il tarixdə o polis əməkdaşları tərəfindən saxlanılmış, əvvəlcə idarəyə sonra isə bölməyə gətirilmişdir. Onu döyüb xəsarət yetirmişlər. Üzərində heç bir narkotik vasitə olmamışdır. Narkotik vasitəni onun üzərinə qoymuşlar. Döyülüb xəsarət alması ilə bağlı heç yerə müraciət etməmişdir. Hesab etmişdir ki, ona yenə xəsarət yetirərlər. Üzərinə narkotik vasitənin qoyulması onun kirayə qaldığı evin sahibinin kirayə pulun ödəməməsi barədə Sabunçu Rayon Polis İdarəsinə etdiyi şikayətə görə olmuşdur. Şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 məhkəmələrdə Cavidan Şəmsizadənin saxlaması və onun üzərində narkotik vasitələrin aşkar edilməsi ba rədə ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli və ziddiyyətli ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, X4 narkotik dövriyyəsi ilə məşğul olması barədə polis orqanlarına əməliyyat məlumatı daxil olmamış və onun ətrafında qanunsuz narkotik vasitələrin əldə edilməsi və saxlanması ilə əlaqədar heç bir əməliyyat-axtarış tədbirləri keçirilməmişdir. Polis əməkdaşları Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrdə göstərmişlər ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 33 nömrəli evin qarşısında xidmət apararkən özünü şübhəli aparıldığına görə bir şəxsi saxlamış və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirmişlər. Bölmədə saxlanılan şəxsin X8 olması müəyyən edilmiş və onun üzərində axtarış keçirilmişdir. Axtarış zamanı C.N.Şəmsiz adənin üzərində beş ağ kağız bükümündə marixuana aşkar edilmişdir. Cinayət işində olan raportdan da görünür ki, polis əməkdaşları Şahid2 və Şahid1 C.N.Şəmsizadənin saxlanılması barədə həmin xüsusatları raportda qeyd etmişlər. Raportda qeyd edilmişdir ki, C.N.Şəmsizadə onlar tərəfindən saat 17:30-da saxlanılmışdır. Məhkəmə iclaslarında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 göstərmişlər ki, saxlanıldıqdan sonra C.N.Şəmsizadə əvvəl Sabunçu Rayon Polis İdarəsinə gətirilmiş, sonra isə oradan həmin idarənin 13-cü Polis Bölməsinə gətirmişlər. Şahid2 göstərmişdir ki, axtarış zamanı C.N.Şəmsizadənin üzərində heroin aşkar edilmişdir. Şahid1 isə göstərmişdir ki, şəxsi axtarışın nəticələri xatırlamır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş C.N.Şəmsizadənin ş əxsiyyətini təsdiq edən portal sənədlərindən görünür ki, həmin sənəd sistemdən C.N.Şəmsizadənin tutulmasından 8 saat 30 dəqiqə əvvəl 28 oktyabr 2021-ci il tarixdə saat 08:52-də çıxarılmışdır. Belə olan halda C.N.Şəmsizadənin polis əməkdaşları tərəfindən 28 oktyabr 2021-ci il tarixdə saat 17:30-da özünü şübhəli aparıldığına görə saxlanılması və polis bölməsinə gətirildikdən sonra onun şəxsiyyətinin müəyyən edilməsi barədə ifadəsi şübhə doğurur. Bundan başqa, cinayət işinə əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 28 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Cavidan Şəmsizadənin narkotik vasitəni qanunsuz olaraq əldə edilməsi və saxlaması barədə heç bir məlumat olmadığı halda Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı E.X11 Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə şübh əli şəxs qismində tutmuş və üzərində videoçəkilişlə axtarış aparmışdır. Məhkəmə kollegiyası X6 qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən “Şəxsi axtarış və götürmə haqqında” 28 oktyabr 2021-ci il tarixli protokolun mötəbərliyini müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CPM-in 19.4.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 86.2.3-ci maddəsinə əsasən təhqiqatçı şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etməlidir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Həmçinin CPM-in 90.7.2-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Cinayət işinin materiallarından görünür ki, tut ularkən C.N.Şəmsizadə ərizə ilə müraciət edərək, ona dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş və təhqiqatçının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X12 müdafiəçi qismində təyin edilmişdir. İşə əlavə edilmiş sənədlərdən həmçinin görünür ki, şübhəli şəxs Cavidan Şəmsizadəyə vəkil X12 müdafiəçi qismində təqdim edilmiş, onun hüquq və vəzifələri müdafiəçinin iştirakı ilə izah edilmiş və müdafiəçinin iştirakı ilə o, təhqiqatçı tərəfindən 28 oktyabr saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” protokolda da qeyd edilmişdir ki, C.N.Şəmsizadə vəkil X9 iştirakı ilə tutulmuşdur. Bundan sonra təhqiqatçı C.N.Şəmsizadənin üzərində axtarış və götürmə aparılması barədə qərarı qəbul etmiş, h əmin qərarla müdafiəçini tanış etmiş və şübhəli şəxs C.N.Şəmsizadəyə onun üzərində axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsi barədə kompüter vasitəsi ilə çap edilmiş ərizə imza etdirərək, həmin tarixdə saat 18:25-də, yəni şübhəli şəxsə onun xahişi ilə müdafiəçinin təqdim edilməsindən 15 dəqiqədən sonra şübhəli şəxs üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan keçirmişdir. Axtarış aparıldıqdan sonra təhqiqatçı müdafiəçinin iştirakı ilə C.N.Şəmsizadədən izahatı almışdır. Məhz bu şəxsi axtarış zamanı şübhəli şəxsin üzərində onun ittihamının əsasını təşkil edən narkotik vasitə heroin aşkar edilmiş və götürülmüşdür. Məhkəmə kollegiyası nəzərə alır ki, Cavidan Şəmsizadə müdafiəçidən imtina etməmiş, axtarış vaxtı vəkil X12 onun müdafiəçisi olmuşdur. Qeyd edilməlidir ki, məhkəmə iclasında məhkum göstərmişdir ki, o, onun üzərində şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsi barədə ərizə ilə təhqiqatçıya müraciət etməmiş, bütün sənədləri polis əməkdaşlarının təsiri altına imza etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin hallarını və cinayət-prosessual qanunun normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, şübhəli şəxsin iştirakı ilə gün ərzində ardıcıl olaraq axtarışdan əvvəl və axtarışdan sonra keçirilmiş prosessual hərəkətlərdə müdafiəçinin iştirak etməsi, lakin iştirakı zəruri olduğu halda şübhəli şəxsin axtarışının müdafiəçinin iştirakı olmadan aparılması həm qanun tələblərinin kobud pozulması, həm də anlaşılmayan və şübhə doğuran haldır. Göründüyü kimi Cavidan Şəmsizadənin üzərində axtarış aparıldığı zaman müdafiəçinin iştirakı məcburi olmuş, lakin təhqiqatçı tərəfindən qanunun normalarının tələblərinə zidd olaraq şübhəli şəxsin üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan, yəni müdafiə hüququnun pozulması ilə keçirmişdir. Azərbaycan Respublikası 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkumun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsinə gəldikdə məhkəmə kollegiyası qeyd e dir ki, istər birinci instansiya, istərsə də apellyasiya icraatında X8 ifadələrində özünü təqsirli bilməyərək göstərmişdir ki, həmin ifadə polis işçilərin təsiri altında vermiş, onu döyüb xəsarət yetirmişlər. Üzərində heç bir narkotik vasitə olmamışdır. Narkotik vasitəni onun üzərinə qoymuşlar. İş materiallarından həmçinin müəyyən olunur ki, məhkum polis əməkdaşları tərəfindən tutulduqdan sonra onun sağ göz yuvası ətrafında xəsarətlər olmuşdur. Qeyd olunan işin faktiki hallarından görünür ki, X5kı xəsarətlər polis orqanının sərəncamında olarkən yaranmış və müdafiə tərəfinin bu dəlili ittiham tərəfindən təkzib edilə bilməmişdir. Həmin faktın özünün mövcud olması və ittiham tərəfindən tamamilə təkzib edilə bilməməsi ən azından işdə olan ittiham sübutlarının mötəbərliyini şübhə altına alır ki, bu da cinayət prosessual məcəllənin 351.3.3-cü maddəsinin tələbləri baxımından əsassız ittiham hökmünün çıxarılması ilə nəticələnə bilər. Belə ki, cinayət işinin materiallarını nəzərdən keçirdikdə təqsirləndirilən şəxsin xəsarətinə dair akt və fotoşəkillər iş materiallarında öz əksini tapır, lakin bu halın araşdırılması ilə bağlı cinayət təqibi orqanın hər hansı reaksiyası öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, işin bu hallar C.N.Şəmsizadənin ibtidai istintaq zamanı verdiyi ifadənin mümkünlüyünə və mötəbərliyinə şübhə ilə yanaşmasına əsas verir və həmin ifadə mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası həmçinin X4 ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsinə münasibətdə həmçinin q eyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmçinin apellyasiya icraatında müəyyən edilmişdir ki, Cavidan Şəmsizadə saxlanıldıqdan sonra Sabunçu Rayon Polis İdarəsinə aparılmış, bir müddət orada saxlanıldıqdan sonra 13-cü Polis Bölməsinə aparılmış və üzərinə axtarış və götürülmə aparılmışdır. Sabunçu Polis İdarəsinin məktubunda bu hal inkar olunsa da, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid2 ifadəsində X4 tutulduqdan sonra Polis İdarəsinə gətirildiyini, orada bir müddət saxlanıldıqdan sonra 13-cü polis bölməsinə aparıldığını bildi rmişdir. Cavidan Şəmsizadənin tutulduqdan dərhal sonra deyil, müəyyən müddət keçdikdən sonra üzərində axtarış və götürmə aparılmasının səbəbini iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, həbslə axtarış arasındakı vaxt boşluğu sübutun "qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olur. Qərarda həmçinin göstərilir ki, yuxarıdakı mülahizələrlə əlaqədar ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlü kdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, X6 qarşı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən baxış keçirilməsi barədə protokol şübhə doğurur və mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası polis əməkdaşlarının şahid ifadələrinin mötəbər olmamasına dair düzgün nəticəyə gəlmişdir. İstintaq orqanı tərəfindən təqdim edilmiş digər sübut – məhkəmə bioloji ekspertizasının rəyi ekspert tədqiqatına təqdim edilm iş narkotik vasitənin növü və miqdarını müəyyən edir və məhkum tərəfindən həmin narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanması digər sübutlarla təsdiq olunduğu halda onun təqsirinin müəyyən edilməsində mötəbər sübut kimi çıxış edə bilər. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, hazırkı işdə ibtidai araşdırma orqanı tərəfindən əldə edilmiş və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar X6 istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Müəyyən olunmuş bu ziddiyyət ittiha mın sübuta yetirilməsində kifayət qədər əsaslı şübhələr yaratmaqla həmin şübhələrin aradan qaldırılması üçün hər hansı bir digər sübut məhkəməyə təqdim edilməmişdir. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 14 5.3-cü maddələri). Cinayət işindən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi X6 Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin birinci instansiya məhkəməsi X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi sübutlara qiymət verərək işin yuxarıda qeyd edilən halları nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri yalnız onun üzərində narkotik vasitənin aşkar edilməsi ilə əlaqədar müəyyən olunduğu halda, birinci instansiya məhkəməsi həmin narkotik vasitəsinin təhqiqat orqanı tərəfindən kobud qanun pozuntuları ilə keçirilmiş istintaq hərəkətlərinin nəticəsində aşkar edilməsi faktına qiymət verməmiş, Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmənin ittiham hökmü şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş, mümkün və mötəbər olmayan sübutlara əsasən çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, X6 qarşı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham mötəbər sübutlarla təsdiq olunmur, onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar yoxdur və bu səbəbdən bu ittiham əsaslı və sübuta yetirilmiş hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sü butlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X4 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X8 barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə ya naşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü çıxarmış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2023cü il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərba ycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X8 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1463/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1463/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver