Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1464/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fe vral 2022-ci il tarixli qərarından Məhkum Tapdıq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Eldar Mikayılov və Siyavuş Hacıyev) 1(101)-1468/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli hökmü ilə 02 noyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2da yaşamış Məhkum Tapdıq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Tapdıq oğlu təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 18 aprel 2021-ci il tarixdə, saat 1 radələrində ünvan 3 ünvanda yerləşən binanın qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs küçədə söyüş söyməsini irad tutduqdan sonra aralarında yaranmış mübahisə zamanı əvvəlcədən üzərində saxladığı zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədəninə bir zərbə vuraraq, ona daxili qanaxma və dalağın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimər Habil Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Həsən Əhmədov) 1(103)-173/2022 nömrəli 25 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1468/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs və Məhkum Tapdıq oğlu tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum Tapdıq oğlu verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apelyasiya məhkəməsinə qaytarılması barə də qərar qəbul edilsin. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarından Məhkum Tapdıq oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 22 noyabr 2022-ci il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasında məhkəmə baxışınadək, yəni 22 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Tapdıq oğlunun ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbayca n Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum Tapdıq oğlu tərəfindən verilmiş kassasiya şikayətləri məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarından Məhkum Tapdıq oğlu tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1464/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1464/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver