Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1464/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X8, Məhkum müdafiəçisi Müdafiəçi1 və bəraət almış şəxs X14 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fe vral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən Ələkbər Hüseynov) 25 oktyabr 2022ci il tarixli, 1(051)-4/2022 nömrəli hökmü ilə, xx xxxxxx 1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, Mingəçevir şəhəri, F.Əzimov küçəsi 7 №-li evin 18 №-li mənzilində qeydiyyatda olmaqla, yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə a zadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 iyul 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, məhkum olunmamış, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 52 №-li evin 21 №-li mənzilində qeydiyyatda olmaqla yaşamış X16 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. İşin halları: İstintaq orqanının mövqeyinə əsasən Məhkum xx.xx.2020-ci il tarixdə saat 17 radələrində BCD sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai Sonata» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Naxçıvan küçəsi ilə şəhərin Yeni Həyat qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələbinə əsasən sürücü dönmə zamanı təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, həmçinin həmin Qanununun 42-cı maddəsinin 6-cı hissəsinin tələbinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda həmin tələblərə əməl etməyib həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, həmçinin həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq həmin maddə nin tələbinə əsasən hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda həmin sürətdən yüksək sürətlə hərəkət etdirməməli olduğu halda həmin tələblərə əməl etməyib yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, gəldiyi sürətlə hərəkətini davam etdirmiş və bu zaman sağa dönməzdən əvvəl həmin istiqamətdə hərəkət hissəsində kənar vəziyyəti tutmadan avtomobili yolunun mərkəzə yaxın hissəsindən sağa döndərərkən həmin vaxt onunla eyni istiqamətdə, yəni Mingəçevir şəhəri, Naxçıvan küçəsi ilə Yeni Həyat qəsəbəsi istiqamətində saatda 130-140 km sürətlə hərəkətdə olan sürücü X12 idarə etdiyi «Mercedes Benz» markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanad hissəsini özünün idarə etdiyi avto mobilin sağ qapısının qanad hissəsi ilə birləşən yerindən vurmuş, nəticədə Kamil Ağayev idarəetməni itirərək idarə etdiyi «Mercedes Benz» markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarındakı kənarındakı zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC “Mərkəzi Aran” X18 və Satışı İdarəsinə məxsus 318,74 (üç yüz on səkkiz manat yetmiş dörd qəpik) manat dəyərində beton işıq dirəyinə vurub aşırıb yararsız hala salaraq yolun ehtiyyat torpaq sahəsinə keçib orada yerdə əyləşmiş piyadalar Zərərçəkmiş şəxs5, X9, Zərərçəkmiş şəxs6 və X7 vuraraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X10 dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan qapalı kəllə beyin travması, sağ gicgah sümüyünün basılmış yerdəyişən sınığı, kəllə əsasının sınıqları, sağ gicgah paylarının əzilməsi, travmatik beyindaxili qanaxma, alt çənədə sıyrığı xəsarətləri, Zərərçəkmiş şəxs5 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan sol bazunun qapalı yerdəyişən sınığı, sağ incik sümüyünün açıq yerdəyişən sınığı, kəllənin sol ənsə sümüyünün açıq qapalı sınığı, sol iç topuğun yerdəyişən sınığı, kəllənin sol ənsə sümüyünün açıq qapalı sınığı, sol baldırın çapılmış yarası, kəllənin sol ənsə nahiyəsinin çapılmış yarası, bədənin çoxsaylı sıyrılmış yaraları xəsarətləri, Zərərçəkmiş şəxs6 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan omba sümüyünün qapalı sınığı, sağ 2-4-cü qabırğaların qapalı yerdəyişən sınıqlar ı nəticəsində inkişaf edən travmatik şokun əmələ gəlməsi ilə nəticələnən xəsarətləri, zərərçəkmiş şəxs X6 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan sağ mil və dirsək sümüklərinin açıq yerdəyişən qəlpəli sınıqları, sol qamış və incik sümüklərinin açıq sınıqları xəsarətləri yetirmiş, həmin beton dirəkdən və avtomobildən qopan hissəciklərin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəyməsi nəticəsində Zərərçəkmiş şəxs3 qapalı kəllə beyin travması, başbeyin silkələnməsinin əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs3 sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs4 burun nahiyəsinin yarasının əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan eh tiyatsızlıqdan Zərərçəkmiş şəxs4 sağlamlığına yüngül zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X17 travmatik beyindaxili qanaxmadan hadisə yerində ölmüşdür. Bundan başqa aparılmış istintaq zamanı X16 ittiham elan edilmişdir ondan ötəri ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Naxçıvan küçəsi ilə şəhərin Yeni Həyat qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» haqqında Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni yaşayış məntəqələri daxilində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 3.24 y ol nişanı ilə “Maksimum sürətin məhdudlaşdırılması” 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 50 km/saat sürətlə hərəkət etməli olduğu halda, Qanunun bu tələbinə əməl etməyərək yolda avtomobili 130-140 km/saat sürətlə hərəkət etdirərək, həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə əməl etməyib yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, gəldiyi sürətlə hərəkətini davam etdirmiş və bu zaman şəhərin Naxçıvan küçəsi ilə Yeni Həyat qəsəbəsi istiqamətində hərəkətdə olan və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci və 6-cı hissəl ərinin tələblərini pozaraq yolun sağ hissəsi ilə kənar vəziyyəti tutmadan sağa dönmək istəyən sürücü Məhkum idarə etdiyi «Hyundai Sonata» markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qapısının qanad hissəsi ilə birləşən yerindən öz idarə etdiyi avtomobilin sol qanad hissəsi ilə sürtmüş, nəticədə idarəetməni itirərək avtomobili yolun kənarındakı zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC “Mərkəzi Aran” X18 və Satışı İdarəsinə məxsus 318,74 (üç yüz on səkkizmanat yetmiş dörd qəpik) manat dəyərində beton işıq dirəyinə vurub aşırıb yararsız hala salaraq ehtiyyat torpaq sahəyə keçib həmin torpaq sahəsində yerdə əyləşmiş piyadalar Zərərçəkmiş şəxs5, X9, Zərərçəkmiş şəxs6 və X11 vurub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X10 dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan qapalı kəllə beyin travması, sağ gicgah sümüyünün basılmış yerdəyişən sınığı, kəllə əsasının sınıqları, sağ gicgah paylarının əzilməsi, travmatik beyindaxili qanaxma, alt çənədə sıyrığı xəsarətləri, Zərərçəkmiş şəxs5 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan sol bazunun qapalı yerdəyişən sınığı, sağ incik sümüyünün açıq yerdəyişən sınığı, kəllənin sol ənsə sümüyünün açıq qapalı sınığı, sol iç topuğun yerdəyişən sınığı, kəllənin sol ənsə sümüyünün açıq qapalı sınığı, sol baldırın çapılmış yarası, kəllənin sol ənsə nahiyəsinin çapılmış yarası, bədənin çoxsaylı sıyrılmış yaraları xəsarətləri, Zərərçəkmiş şəxs6 yetirilərkən həyat üçün təhl ükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan omba sümüyünün qapalı sınığı, sağ 2-4-cü qabırğaların qapalı yerdəyişən sınıqları nəticəsində inkişaf edən travmatik şokun əmələ gəlməsi ilə nəticələnən xəsarətləri, zərərçəkmiş şəxs X6 yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərini daşıyan sağ mil və dirsək sümüklərinin açıq yerdəyişən qəlpəli sınıqları, sol qamış və incik sümüklərinin açıq sınıqları xəsarətləri yetirmiş, həmin beton dirəkdən və avtomobildən qopan hissəciklərin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəyməsi nəticəsində Zərərçəkmiş şəxs3 qapalı kəllə beyin travması, başbeyin silkələnməsinin əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs3 sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs4 burun nahiyəsinin yarasının əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs4 sağlamlığına yüngül zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X17 travmatik beyindaxili qanaxmadan hadisə yerində ölmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədov) 09 fevral 2023-cü il tarixli 1(107)-48/2023 nömrəli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(051)-4/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxs X7 hüquqi varisi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(107)-48/2023 nömrəli qərarın dəyişdirilməsi və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək X12 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı ləğv edilməsi və iş yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandır mışdır ki, həm istintaq gedişində, həm də Mingəçevir Şəhər Məhkəməsində işə baxılan zaman işin araşdırması düzgün aparılmamış, həm istintaqda həm də məhkəmədə sübutlar saxtalaşdırılmış, şahid ifadələri dəyişdirilmiş və müdafiə tərəfindən sübut kimi təqdim olunmuş hallar demək olar araşdırılmamışdır. Belə ki, ittiham aktında və hökmdə Məhkum ifadəsi yanıltmalarla yazmışlar. Göstərilmişdir ki, guya Məhkum Yol hərəkəti haqqında qanunun 42.1 və 42.6-cı, 50.1 və 64.1-ci maddəsinin tələblərini pozmuşdur. Lakin iş materialları ilə və video görüntülərdən də aydın görünür ki, o, sözügedən qanunvericiliyin heç bir maddəsinin tələbini pozmamışdır. İttiham aktı, hökmdə və qərarda göstərilmiş maddələrlə bağlı Məhkum dönməyini (42-ci maddə) və ya sürət həddini aşmağını (50-ci maddə) təsdiq edən heç bir sübut yoxdur. Onun dönməyi və manevr qaydalarını pozmağı ilə əlaqədar heç bir sübut yoxdur, əksinə Kamil Ağayevin yüksək surətlə avtomobili idarə etməsi öz təsdiqini tapan yetərincə sübut var. Bundan əlavə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 öz ifadələrində göstərmişlər ki, Mercedes Benz markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil yüksək surətlə gələrək onların üzərindən keçmişdir. Onların ifadələrində sözügedən hər 3 maneəni (bardiyoru, kötük və işıq dirəyi) Mercedes markalı avtomobilin dağıtması görünür. Hətta zərərçəkmişlər Mercedes markalı avtomobilin maneələri dağıtdıqdan sonra zərərçəkmiş şəxslərin üst-başının maşın yağı olması və Elgizin Xudiyevin özünün də dediyi kimi ayağının üzərində maşın təkərinin izi olması onun avtomobilin yüksək surətlə hərəkət inə və hadisənin baş verməsində birbaşa təqsiri olmasına dəlalət edir. İş üzrə Şahid1 istintaqda verdiyi ifadəsindən göründüyü kimi hadisə Mercedes Benz markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 avtomobili yüksək surətlə idarə etməsi səbəbindən olmuşdur. Zərərçəkmiş şəxs, şahid ifadələri, hadisə yerinə baxış protokolları, video görüntü və işdə olan digər sənədlərlə Məhkum hadisənin səbəbkarı olmamağı açıq-aşkar sübut olunur. İstintaqın orqanının səhlənkarlığı və təqsiri ucbatından cinayət işinin materiallarında mövcud olan və istintaq tərəfindən ekspertizaya təqdim olunan 01 ədəd optik disklə qeydə almış video-yazılar təkrar yazma olduğundan, yəni həmin videogörüntülər ekrandan çəkilmə üsulu ilə əldə edildiyindən hadisə iştirakçısı olan hər iki avtomaşının hansı sürətlə hərəkətdə olmasının müəyyən edilməsinin ekspertiza tətqiqatı tərəfindən mümkün olmadığı nəticəsinə gəlinmişdir. Belə olan halda hadisə anında avtomobillərin konkret hansı sürətlə hərəkətdə olduğu yalnız istintaqın təqdim etdiyi subyektiv mülahizəyə əsaslanır. Şübhəli və maraqlı məqam isə ondan ibarətdir ki, ekspert tərəfindən “Hyundai Sonata” markalı avtomobilin 20 km\s sürətdə və “Mervedes Benz” markalı avtomobilin isə həm 130-140 km\s, həm də 60 km\s sürətdə hərəkətdə olması şəraitdə sürücünün hadisənin qarşısını alma imkanının olub-olmamasına dair ikili təqdiqat aparılmaqla iki alternativ rəy verilmiş, lakin ekspert qarşısında konkret şəkildə hüquqlarını müdafiə etdiyim Məhkum idarə etdiyi “Hyundai Sonata” markalı avtomobilin 40-50 km/saat sürətlə və K.Ağayevin idarə etdiyi “Me rcedes Benz” markalı avtomobilin 130-140 km\saat sürətlə, həm də 60 km\saat sürətlə hərəkətdə olması şəraitində sürücü Məhkum baş vermiş hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasının müəyyən edilməsinə dair rəyin verilməsindən ekspert açıq-aşkar yayınmış və bununla bağlı ekspert qarşısında 2 ekspertiza üzrə konkret qoyulmuş sualların cavablandırılmaması səbəbləri də həmin rəylərdə öz əksin tapmamışdır. Yanacaqdoldurma məntəqəsinə məxsus olan müşahidə kamerası vasitəsi ilə hadisənin ilkin toqquşma anından sonadək başvermə görüntüsü videolentə alınmışdır, lakin hansısa səbəbdən istintaq orqanı tərəfindən diskdəki təqdim edilmiş vediogörüntülər yalnız qəza iştirakçısı olan hər iki avtomobilin bir birinə yaxınlaşması anına qədər olan görüntünü əhatə etməklə yarımçıq şəkildə iş materiallarına əlavə olunmuşdur ki, bu da hazırki iş üzrə aparılmış ekspertiza tətqiqatlarının obyektiv şəkildə aparılmasına şübhə yaradır. Yuxarıda sadalananlardan göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülən ittihamın əsasını təşkil edilən yeganə sübut ekspert rəyidir ki, bu da ziddiyətli, şübhəli və qeyri-mötəbər olmaqla hazırki ittihama əsas verə bilməz. Kassator hesab edir ki, iş üzrə mövcud olan ekspert rəyi təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət edə bilməz. Bundan sonra Məhkum heç bir təqsiri olmamasına baxmayaraq ona cəza qanunla nəzərdə tutulmuş yuxarı həddə verilmişdir. Bu cür haqsızlıq ədalət mühakiməsinin ədalətsizliyinə dəlalət edir. Ondan heç kim şikayətçi olmadığı, o zərərçəkmiş şəxslərə kömək etdiyi halda, zərərçəkmiş şəxslərl ə barışdığı halda ona müvafiq maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq cəzanın verilməsinin qeyri mümkün olduğu halda ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bu isə məhkəmə tərəfindən göstərilən qərəzin ən əsas vasitəsidir. Bundan əlavə mənim himayəmdə iki azyaşlı uşağım var və ailədə yeganə işləyən şəxs mənəm. Lakin mənim təqsirsiz olduğum halda belə barəmdə olan yüngülləşdirici halların nəzərə alınmaması təəccüb doğurur. Şəki Apellyasiya Məhkəməsində ondan şikayətçi olan X5 Möylamovdan şikayət və tələbi olmamasını bildirsə də bu qərarda öz əksini tapmamışdır. Beləliklə müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı mötəbər sübutlarla öz təqsirini tapmamışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Birinci instansiya məhkəməsi bəraət hökmünü onunla əsaslanmışdır ki, təqsirləndirilən şəxs Kamil Ağayevə elan olunmuş ittiham sübuta yetirilmir. Belə ki, məhkəmə təqsirləndirilən şəxs X12 əməlində cinayət tərkibinin olmasına şübhələrin və boşluğun aradan qaldırılması üçün, əlavə və təkrar məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizaları təyin etmiş, təyin edilmiş ekspertiza rəylərindən də görünür ki, X12 əməlində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması aşkar olunmamış dır. Bundan başqa yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olmasına baxmayaraq müvafiq görüntülərin elektron daşıyıcısı istintaq orqanı tərəfindən alınmamış, sadəcə olaraq həmin görüntülər elektron daşıyıcından telefon vasitəsi ilə çəkiliş edilərək cinayət işinə əlavə edilmişdir. Bu da, yəni telefon vasitəsi ilə çəkiliş ekspert tərəfindən X12 idarə etdiyi avtomobilin surətini müəyyən edilməsini mümkün etməmişdir. İbtidai araşdırma zamanı müstəntiq X3 həddini aşmasına, yəni “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 3.24 yol nişanı ilə “Maksimum sürətin məhdudlaşdırılması” 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 50 km/saat sürətlə hərəkət etməli olduğu halda, qanunun bu tələbinə əməl etməyərək yolda avtomobili 130-140 km/saat sürətlə hərəkət etməsinə görə ittiham irəli sürmüş və həmin ittihamda Şahid1 ifadəsi əsas tutulmuşdur. Lakin məhkəmə istintaqı zamanı Şahid1 belə bir ifadə verməməsini bildirmiş, eyni zamanda nəqliyyat vasitəsinin surət həddi şahid ifadəsi əsasında müəyyən edilə bilməz. Apellyasiya məhkəməsinin cinayət kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə eyni xarakterli mövqedən çıxış edərək bəraət hökmünün əsaslı olması qənaətinə gəlmişdir. Kassator hesab edir ki, kollegiya qərarı əsassız olduğundan ləğv edilməsi və iş üzrə bəzi sübutların obyektiv tədqiqi məqsədilə iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi məqsədəmüvafiqdir. Belə ki, ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 sentyabr 2020-ci il tarixli, 8/1344 saylı rəyinə əsasən Mercedes Benz markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Bundan başqa ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqında kompleks əlavə məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə videotexniki ekspertizasının 14 yanvar 2021-ci il tarixli rəyinə əsasən təhlükə yaranan andan toqquşmaya kimi Hyundai Sonata markalı avtomobilin 20 km/saat sürətlə 9,5 metr (8+1 =9,5) məsafə qət etməsi və Mercedes Benz markalı avtomobilin 130-140 km/saat sürətlə hərəkətdə olması şəraitində Mercedes Benz markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün 64-cü maddənin 1-ci hissəsinin (3.24 “Maksi mum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə Kamil Ağayevə bəraət verərkən əsas amil kimi hadisə vaxtı onun avtomobili hansı surətlə idarə etməsinin məhkəmə istintaqında müəyyən edilə bilməməsinə istinad etmiş və bununla da onun təqsirinin sübuta yetməməsi nəticəsinə gəlmişdir. Lakin iş materiallarından görünür ki, hadisə vaxtı X24 Benz markalı avtomobil Hyundai Sonata markalı avtomobillə toqquşduqdan sonra 8,6 metr məsafə qət edib yolun kənarındakı beton maneəni dəf edərək onu keçmiş, beton işıq dirəyinə dəyib onu aşırmış və hətta bundan sonra da 5 metr məsafə qət edib dayanmışdır. X19 markalı avtomobil 25,2 metr məsafə qət etmişdir. Kamil Ağayev ifadəsində hadisə vaxtı avtomobili 60 km/saat su rətlə idarə etdiyini göstərmiş, halbuki 60 km/saat surətlə hərəkət edən avtomobil digər avtomobillə toqquşduqdan və yolun kənarındakı beton maneəyə dəyərək surətinin azalmasını nəzərə alaraq beton işıq dirəyinə dəydikdən sonra dayanmalı idi. X29 markalı avtomobil beton işıq dirəyinə dəydikdən sonra dayanmamaqdan əlavə onu aşıraraq 5 metr kənara düşmüşdür. Bütün bunlar isə həmin avtomobilin 60 km/saat surətlə deyil, yüksək sürətlə hərəkətdə olmasına dəlalət edir ki, bu da təkcə Məhkum təqsirindən deyil eyni zamanda Kamil Ağayevin də təqsirindən yol- nəqliyyat hadisəsinin baş verməsi ilə 1 nəfər şəxsin ölümünə, 5 nəfər şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnmişdir. Həm birinci instansiya məhkəməsi, həm apellyasiya instansiyası məhkəməsinin sübutların tədqiqi zam anı nəzərdən qaçırdığı və işin obyektiv həlli üçün zəruri olan bəzi xüsusatları qeyd etmək istəyir. Belə ki, kompleks məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 15 iyul 2022-ci il tarixli 8/1520 nömrəli rəyində qeyd edilmişdir ki, “hadisədən əvvəl avtomobillərin eyni istiqamətdə hərəkətdə olması nəzərə alınmaqla qeyd edilir ki, təhlükə yaranan anda, yəni Hyundai Sonata markalı avtomobil sağa dönməyə başlaya anda Mersedes markalı avtomobilin toqquşma yerindən olduğu məsafə həmin anda avtomobillər arasında olan məsafədən (15 metrdən) böyük olur. Bu isə onu izah edir ki, məhkəmə tərəfindən qərarda göstərilən məsafə real hadisə mexanizminə uyğun deyildir. Reallıqda həmin məsafə 15 metr məsafədən daha böyük olmuşdur”. Rəyin həmin halla bağlı nəticə hissəsində də «Ağayevin hadisənin qarşıs ının alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək üçün məhkəmə tərəfindən sürücü «Ağayevin hərəkəti üçün təhlükənin yaranma anı, həmin andan Hyundai Sonata markalı avtomobilin toqquşma yerinə kimi qət etdiyi məsafə barədə məlumatlar məhkəmə tərəfindən təqdim edilmədiyi üçün Ağayevin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqatın aparılmasının qeyri-mümkün olması qeyd edilmişdir. Diqqət yetirilərsə ekspert Kamil Ağayevin “hadisənin qarşısının alınması üçün texniki imkanı olmamasını” deyil onun hərəkətləri üzrə müvafiq məlumatlar təqdim edilmədiyindən və ya rəyin özündə göstərildiyi kimi məhkəmə tərəfindən “real hadisə mexanizminə uyğun olmayan” formada təqdim edildiyindən bu hərəkətlər üzrə tədqiqatın aparılmasının qeyri-mümkünlüyü qənaətinə gəlmişdir. Birin ci instansiya məhkəməsi isə həmin rəyi təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması üçün əsas kimi qəbul edərək onu məsuliyyətdən kənar etmişdir. Apellyasiya məhkəməsinin cinayət kollegiyası da həmin xüsusata nəzər yetirmədən rəylər arasında olan və ümumilikdə Kamil Ağayevin təqsirliliyinin kəmiyyətcə üstünlük təşkil etdiyi bir halda bu xüsusatın üzərində sükutla keçmişdir. Digər diqqət yetirilməli məqam avtomobillərin hadisədən əvvəlki mövcud surətləri ilə bağlı ziddiyyət təşkil edən və kollegiya tərəfindən araşdırılmayan bir başqa məqamdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı dövründə nədənsə məhkəmə zərərçəkmiş şəxslərin, digər təqsirləndirilən şəxs Məhkum hadisə zamanı avtomobillərin surəti ilə bağlı ifadələrini ümumiyyətlə nəzərə almadan, yalnız bir şahidin surətlə bağlı ifadəsinin də qəbul edilməz olduğu qənaətinə gələrək ekspertiza təyini ilə bağlı qərarlarında yalnız təqsirləndirilən şəxs Kamil Ağayevin ifadəsini “əsas” götürmüş və həmin ifadə əsasında qərar tərtib etmişdir. Lakin məhz elə Kamil Ağayevin ifadəsini təkzib edən faktiki iş materiallarında mövcud olan və məhkəmənin öz iclas protokollarına daxil etmiş olduğu bir sıra ifadələr mövcuddur ki, birinci instansiya məhkəməsi bu ifadələri gözardı edərək təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasına mane ola biləcəyi qənaətinə gəlməklə bu ifadələri ekspertiza təyini zamanı nəzərə almamışdır. Lakin 15 iyul 2022-ci ii tarixli 8/1520 nömrəli rəydə ekspert məhkəmənin təqdim etdiyi həmin məlumatları “real hadisə mexanizminə uyğun olmayan” məlumatlar kimi səciyyələndirmək lə bir növ məhkəmənin bu cəhdinin baş vermiş hadisənin real mexanizmi ilə ziddiyyət təşkil etməsini təsdiq etmişdir. Həmin ifadələrdən birində təqsirləndirilən şəxs Məhkum ifadəsində “özünün hadisə baş verən zaman avtomobili 60-65 km/saat surətlə idarə etməsini göstərir, (cild 01, səhifə 39) Lakin nədənsə məhkəmə ekspertiza təyini zamanı onun öz ifadəsini deyil digər təqsirləndirilən şəxs Kamil Ağayevin onun avtomobilinin surəti barədə “mülahizəsini” əsas götürür. Hətta təqsirləndirilən şəxs qismində ifadəsində belə Məhkum avtomobili 4050 km/saat surətlə idarə etməsini bildirsə belə (cild 01, səhifə 169) yenədə məhkəmə ekspertiza təyini qərarında məhz Kamil Ağayevin ifadəsində göstərmiş olduğu “20 km/saat” surətini əsas götürür. Maraqı və kinayə doğuran bir məqamdır ki, məhkəmə avtomobil i idarə edən şəxsin deyil onun arxasınca hərəkət edən şəxsin avtomobilin surəti barədə versiyasını həqiqəti əks etdirən hal kimi qəbul etmişdir. Əlbətdə apellyasiya məhkəməsinin cinayət kollegiyası tərəfindən bu məsələlər istintaq yolu ilə yenidən araşdırılsaydı məhz surətin 20 km/saat götürülməsinin əslində aparılmış ekspertiza zamanı Kamil Ağayevin təqsirsizliyinin riyazi hesablamalar yolu ilə sübut edilməsinə hesablanmış olması müəyyən edilə bilərdi. Məhkum hətta yol-nəqliyyat hadisələri ekspertizasının 03 sentyabr 2020-ci il tarixli 8/1344 nömrəli rəyi ilə tanış olarkən də etiraz edərək özünün sağa dönmə əməliyyatı etməməsini, 40-50 km/saat surətlə hərəkətdə olmasını qeyd etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 ifadəsində “hadisənin Mersedes markalı avtomobilin yüksək surətlə hərəkət etməsi nəticəsində baş verməsini" qeyd etmişdir. Eyni tipli digər bir ifadəyə nəzər saldıqda Zərərçəkmiş şəxs6 da “hadisənin məhz Mercedes markalı avtomobilin yüksək surətindən baş verməsini" qeyd etmişdir. Yenə də zərərçəkmiş şəxslərdən olan Zərərçəkmiş şəxs4 Sarvan qızının ifadəsinə nəzər yetirdikdə o da digər zərərçəkmişlər kimi “hadisənin Mercedes markalı avtomobilin yüksək surətlə hərəkət etməsi nəticəsində baş verməsini" qeyd etmişdir, (cild 02, səhifə 213) Artıq bu ifadələrə istinad edərkən ibtidai istintaq dövründə verilmiş deyil məhz “məhkəmə istintaqı” dövründə verilmiş və məhkəmə iclas protokollarında göstərilmiş ifadələrə istinad etdiyimi də hörmətli kollegiyanın diqqətinə çatdırmaq istəyirəm. Digər bir Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı dindirilərkən hadisənin baş verm əsini Mercedes markalı avtomobilin yüksək surətlə hərəkəti ilə əlaqələndirmişdir, (cild 02, səhifə 214) Həmin şəxs həmçinin ifadəsinə əlavə olaraq “Mercedes markalı avtomobili plakatın üzərindən görməsini, onun arxadan çox yüksək surətlə gəlməsini və hətta avtomobilin arxa hissəsindən (yanmış yanacaq artıqlarının xaric olunduğu hissə) qara tüstü çıxmasını belə qeyd etmişdir. Birinci instansiya məhkəməsinin 01 iyul 2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, təqsirləndirilən şəxs Kamil Ağayev ifadə verən zaman özünün “Hyundai Sonata markalı avtomobili 15 metrdən görməsini bildirir”. Lakin yuxarıda qeyd edildiyi kimi ekspert rəyi ilə bunun hadisənin baş vermə mexanizmi ilə uyğunsuzluq təşkil etməsi ekspertlər tərəfindən təkzib olunmuşdur. Həmin iclas protokolunda ifadəsi qeyd olunmuş Məhkum isə özünün 40-50 km/saat surətlə hərəkətdə olmasını və 20 km/saat surətlə hərəkətdə olması barədə ümumiyyətlə ifadələrində heç nə deməyini göstərmişdir. Göründüyü kimi, cinayət işi üzrə toplanmış sübutlarla yəni, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla X12 törətdiyi cinayət əməli tam sübuta yetirilmiş olsa da, nəticə etibarilə məhkəmə tərəfindən iş üzrə toplanmış sübutlara birtərəfli yanaşmaqla onlara düzgün və obyektiv hüquqi qiymət verilməmiş, əsassız nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası cinayət işini nəzərdən keçirib, kassasiya şikayəti və kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, prokurorun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və kassasiya protesti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili hazırkı cinayət işi üzrə Məhkum təqsirsiz olduğuna baxmayaraq məhkəmələr tərəfindən onun barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Dövlət ittihamçısı3 kassasiya protestinin başlıca dəlili həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsinin X21 barəsində bəraət hökmü çıxarılmasının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası həm kassasiya şikayətinin, həm kassasiya protestinin dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sü buta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlini n cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə yaranır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noy abr 2013-cü il tarixli 5 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qan unvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 12-ci bəndində qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, 12 iyun 2020-ci il tarixdə saat 17 radələrində Məhkum «Hy undai Sonata» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Naxçıvan küçəsi ilə şəhərin Yeni Həyat qəsəbəsi istiqamətində olan yolun sol hərəkət hissəsi ilə hərəkətdə olarkən sağa dönməyə başlamış və həmin vaxt daha yüksək sürətlə eyni istiqamətdə həmin yolun sağ hissəsi ilə hərəkətdə olan X22 tərəfindən idarə edildiyi «Mercedes Benz» markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobili toqquşmuşdur. Toqquşma nəticəsində «Mercedes Benz» markalı avtomobil idarə olunmayan vəziyyətə düşərək yoldan çıxmış və yolun kənarında olan zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, X9, Zərərçəkmiş şəxs6 və X1 ağır zərər, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 sağlamlığına yüngül zərər vurmuşdur. Aldığı bədən xəsarətlərindən zərərçəkmiş şəxs X17 ölmüşdür. Hazırki cinayət işi üz rə 08 sentyabr 2020-ci il tarixli 8/1344 №-li, 14 yanvar 2021-ci il tarixli 8/2054 №-li, 10 fevral 2022-ci il tarixli 8/3091 №-li və 15 iyul 2022-ci il tarixli 8/1520 №-li məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları keçirilmişdir. Hər dörd ekspertiza rəyində ekspertlər nəticəyə gəlmişlər ki, sürücü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin maddənin 6-cı hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla – bəraət almış şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə yol-nəqliyyat və məhkəmə-tibbi ekspertizalarının rəyləri, istint aq hərəkətlərinin protokolları və digər iş materialları ilə təsdiq edilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla və işin hallarına uyğun gəlmir. Belə ki, Məhkum ifadəsində göstərmişdir ki, o hadisə vaxtı sağa dönməmiş, düz hərəkət etmişdir. Məhkum avtomobillərin toqquşmasına səbəb olan təhlükəli manevr, yəni yolun sol hərəkət hissəsindən sağa dönməsi bəraət almış şəxs X13, şahidlər Şahid5 və Şahid6 Bəhmən oğlunun ifadələri, “QRES OİL” yanacaq doldurma məhtəqəsinin videomüşahidə kamerasının yaddaşında olan videogörüntülərə baxış keçirilməsi barədə 12 iyun 2020-ci il t arixli protokolla və avtomaşınların 10-15 dərəcə bucaq altında toqquşması barədə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 fevral 2022-ci il tarixli rəyi ilə təsdiq olunmuşdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr yuxarıda qeyd edilən sübutlara əsasən düzgün nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsiri təsdiq olunmuşdur. Kamil Ağayevin əməlində CM-in 263.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu ilə bağlı apellyasiya protestinin dəlillərinə münasibətdə isə məh kəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı hazırki cinayət işi üzrə yolnəqliyyat hadisələri ekspertizaları təyin edərkən qərarlarda sürücü X12 Mercedes Benz markalı avtomobili 130-140 km/saat sürətlə idarə etməsini göstərmişdir. Həmin qərarlara əsasən cinayət işi üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının 08 sentyabr 2020-ci il tarixli 8/1344 №-li və 14 yanvar 2021-ci il tarixli 8/2054, 4/1034 №-li rəylərindən görünür ki, X12 Mercedes Benz markalı avtomobili 130-140 km/saat sürətlə idarə etdiyi halda onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bununla əlaqədar istintaq orqanı X16 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 yanvar 2021-ci il tarixli 8/2054, 4/1034 №-li rəyinə əsasən X12 Mercedes Benz markalı avtomobili 60 km/saat sürətlə idarə etdiyi halda onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, lakin qanunun bu pozuntusu ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Belə ki, rəydən görünür ki, X2 Benz markalı avtomobili həmin yolda olan sürət məhdudiyyətinə uyğun, yəni 50 km/saat sürətlə idarə etsə belə, onun hadi sənin qarşısını almağa texniki imkanı olmazdır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salıb qeyd edir ki, istintaq orqanının X21 tərəfindən Mercedes Benz markalı avtomobilin 130-140 km/saat sürətlə idarə edilməsi barədə gəldiyi nəticə cinayət işi üzrə toplanmış sübutlara əsaslanmır. Belə ki, K.A.Ağayev özü və onun idarə etdiyi avtomaşında sərnişinlər qismində olmuş Şahid5 və Şahid6 ifadələrində göstərmişlər ki, K.A.Ağayev avtomaşını 60 km/saat sürətlə idarə etmişdir. Məhkəmə iclasında hadisəni görən zərərçəkmiş şəxslər və digər şahidlər göstərmişlər ki, K.A.Ağayevin idarə etdiyi avtomaşın yüksək sürətlə hərəkət etmişdir. Lakin onlar sürətin konkret parametri haqqında heç nə göstərməmişlər. İttiham tərəfindən məhkəməyə K.A.Ağayevi n avtomobili 60 km/saat sürətlə deyil, daha yüksək sürətlə idarə edilməsi barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmələr sübutlara Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinin tələblərinə uyğun qiymət verərək düzgün olaraq nəticəyə gəlmişlər ki, X21 tərəfindən yol hərəkəti qaydalarını pozmasına yol verilsə də, onun Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Göründüyü kimi istintaq orqanı X12 ittihamını mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsi nə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə kollegiyas ı hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıdakı məsələlərə baxaraq Kamil Ağayevin təqsirliliyinin sübuta yetməməsi barədə düzgün olan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 346.1.2-ci maddəsinin tələb etdiyi kimi təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi sualına müsbət cavab vermək mümkün olmadığı halda, məhkəmə onun CPM-in 351.3-cü maddəsinin tələb etdiyi qaydada təqsirliliyini sübuta yetmiş hesab edə bilməz. İşə yenidən baxan apellyasiya məhkəməsinin cinayət kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqs irləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi X16 CM-in 263.2-ci maddəsi ilə bəraət verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətləri və apellyasiya protesti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum və X21 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protesti nin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin və protestin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə məhkum olunmasına, X16 isə həmin maddə ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1464/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1464/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver