Məhkəmə qərarları › İş №1(102)-1464/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1464/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1464/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 2024-cü il 22 oktyabr tarixli, 1(105)-701/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (Hakim R.Mustafayev) 2024-cü il 26 avqust tarixli,1(060)-537/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin e dilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxıaraq üzərində 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 Gülbaba oğlunun sədrliyi ilə, X4 və X2 ibarət tərkibdə) 2024-cü il 22 oktyabr tarixli, 1(105)-701/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirləndirilmişdir ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,218 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 15 mart 2024-cü il tarixdə saat 11:20-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 8/35-in qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş və onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə təmiz çəkisi 0.218 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətində atasının körpəlikdən, anasının isə sonradan vəfat etdiyini, 1 azyaşlı uşağının olmasını və ailəsinin maddi vəziyyətinin ağır vəziyyətdə olduğunu və özünün ailəsinin yeganə qazanc yeri olduğunu bildirmiş, aşağı instansiya məhkəmələrinin işi ədalətli araşdırmadığını vurğulamış və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 202 4-cü il 22 oktyabr tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışın ın predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şik ayətində cəzasının yüngülləşdirilməsini xahiş edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbu lu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-pros essual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisləndirməsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsiri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilir və onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirə n və cəzasını ağırlaşdıran hallar nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş düzgün cəza növü və həddi müəyyən edilsə də, lakin CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş qəti cəzanın müddəti müəyyən edərkən yanlışlığa yol verilmiş, qismən toplama zamanı qəti cəzanın həddi tam toplamaya yaxın həddə müəyyən etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş qəti cəza azaldılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, istər birinci instansiya məhkəməsi, istərsə də, apellyasiya instansiyası məhk əməsi CM-in 66.5 və 69.3-cü maddələrini tətbiq edərkən məhkumun ziyanına yanlışlığa yol vermişlər. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cu il tarixli hökmündən görünür ki, həmin hökmlə Məhkum CM-in 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2224-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 4 gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən, yəni xx.xx.2024-cü ildən hesablanmışdır. Hazırki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Məhkum CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Məhkum qəti olaraq 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində 1 il 8 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, sonun cu hökmdə məhkuma iki hökmlə təyin edilmiş cəzalar düzgün olaraq, CM-in 66.5-ci maddəsinin və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndinin 2-ci abzasının tələblərinə uyğun təyin edilsə də, lakin hökmdə CM-in 69.3-cü maddəsinə istinad edilməsinə baxmayaraq, həmin maddənin tələblərinə əməl edilməmiş, məhkumun 1-ci hökm üzrə 4 gün həbsdə saxlandığı müddət qəti cəzadan çıxılmamışdır. Halbuki, şəxsə CM-in 66.5-ci maddəsi ilə cəza təyin edilərkən, CM-in 66.2 və 66.3-cü maddələri ilə cəza təyin edilmə prinsip və qaydaları əsas götürülməli, hər bir maddə ilə təyin edilmiş cəzalar əhatə olunduqdan, qismən və tam toplandıqdan sonra, son qəti cəzadan CM-in 69.3-cü madd əsinin tələblərinə uyğun olaraq şəxsin istintaq zamanı həbsdə saxlandığı müddət (bu müddət birinci və ya ikinci iş üzrə olmasından asılı olmayaraq) çıxılmalıdır. Belə ki, CM-in 66.2 və 66.3-cü maddələri təyin edilmiş cəzaların toplanmasını nəzərdə tutur, çıxılmış və ya məhkumun üzərində saxlanılmış cəzaların deyil. CM-in 66.5ci maddəsinin son cümləsi də məhz bu qaydanı tələb edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı CM-in 58, 66.5 və 69.3-cü maddələrinin tələblərinə uyğun olaraq dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2024-cü il 26 avqust tarixli 1(060)-537/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 22 oktyabr tarixli, 1(105)-701/2024 nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə, Məhkum təyin edilən qəti cəzaya aid hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə təyin edilmiş cəza 1 (bir) il 6 (altı) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlandığı 6 gün müddət ona təyin olunmuş qəti cəzadan çıxılsın və onun üzərində 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar