Məhkəmə qərarları › İş №1(102)-1465/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1465/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1465/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X13, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxs X7 qanuni nümayəndəsi X5, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxs X7 müdafiəçisi X12, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli, 1(104)-203/2021 nömrəli qərarından dövlət ittihamçısı X14 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. X15 xx xxxxxxxx 1992-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Gədəbəy rayonu, Samanlıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Təqsirləndirilən şəxs2 xx xxxx 1992-ci il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda ya şayan. 3. 19 yanvar 2020-ci il tarixli ittiham aktı ilə X9 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.3-cü və 126.2.4-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham irəli sürülmüşdür. 4. 03 fevral 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxslər X15 və Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsi müəyyən etmişdir ki, X15 12 iyun 2019-cu il tarixdə, saat 15 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Şahid4 ilə özünün idarə etdiyi “VAZ-2121” markalı, * *-EL-*** qeydiyyat nişanlı avtomobili ilə Gədəbəy rayonu, Qoşabulaq kəndi ərazisində yerləşən “Şahzadə” bulağına gedib orada yemək yeyib spirtli içki qəbul etdikdən sonra, yenidən spirtli içki qəbul etmək məqsədi ilə həmin şəxslərlə birlikdə saat 21 radələrində idarə etdiyi avtomobillə Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Qaya” kafesinə gələrək zalda pivə içib orta dərəcədə sərxoş vəziyyətə düşmüş və həmin vaxtı təsadüfən onlardan sonra avtobus gözləməkdən ötrü Rusiya Federasiyasına gedən Zərərçəkmiş şəxs1 yola salmaqdan ötrü Şahid1 ilə kafeyə gəlmiş keçmiş iş yoldaşı X18 Şirkətində çilingər işləyən Zərərçəkmiş şəxs2 görüb oturduğu masaya dəvət etmiş, sonra da 2015-ci ildə aralarında yaranmış şəxsi münasibətlər zəminində olan mübahisəni yada salıb bəhanə edərək, kafedə olan xeyli sayda insanlara münasibətdə eqoizm və laqeydlik nümayiş etdirib əxlaq normalarını, ictimai qaydanı kobud surətdə pozub onlara etinasızlıq göstərməklə və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə əsassız olaraq Zərərçəkmiş şəxs2 ünvanına nalayiq sözlər işlətdikdən sonra, Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs təşkil edərək kafenin həyətinə çıxmış, həmin vaxt avtobusun gəlməsini bilmək üçün kafenin həyətinə gələrək orada sakit dayanmış Zərərçəkmiş şəxs1 və Şahid1 görüb, Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 yumruqla vurarkən sonuncu da özünü müdafiə etmək üçün Təqsirləndirilən şəxs2 yumruqla vurmasından hiddətlənib, kafenin həyətində saxladığı “VAZ-2121” markalı, **-EL-*** qeydiyyat nişanlı avtomobilindən özü ilə gəzdirdiyi bir ədəd kustar üsul ilə hazırla nmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs1 vurmaq istəmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 onu tutaraq bu hərəkətlərinin qarşısını almaqla sakitlik yaratmaq istədiyini görüb daha da azğınlaşıb özünü cəmiyyətin fövqündə qoymaqla 15-20 dəqiqə ərzində ictimai qaydanın kobud surətdə pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına, təhlükə və həyəcanının yaranmasına səbəb olan hərəkətlər etmiş, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu nümayiş etdirmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş birgə yaşayış və davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qar şı saymazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, ictimai qaydanın pozulması hərəkətlərinin qarşısını alan Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə müqavimət göstərərək əlindən çıxıb Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edərək xuliqanlıq niyyətilə silah qismində istifadə etdiyi bıçaqla qəsdən vuraraq ona burun kökünün deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ gözün konyuktivasının, şüşəyə bənzər cismin, qüzehli qişanın zədələnməsi-dağılması ilə müşayiət olunan deşilmişkəsilmiş yarası (sağ gözdə tam korluq), ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (100%) daimi itirilməsinə səbəb olan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur.

6. Həmçinin birinci instan siya məhkəməsi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 12 iyun 2019-cu il tarixdə, saat 15 radələrində tanışları X18 Şirkətində sürücü işləmiş X15 və Şahid4 ilə X7 idarə etdiyi “VAZ-2121” markalı, **-EL-*** qeydiyyat nişanlı avtomobili ilə Gədəbəy rayonu, Qoşabulaq kəndi ərazisində yerləşən “Şahzadə” bulağına gedib burada yemək yeyib spirtli içki qəbul etdikdən sonra yenidən spirtli içki içmək məqsədi ilə X7 idarə etdiyi avtomobili ilə həmin şəxslərlə birlikdə saat 21 radələrində Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən ictimai yer hesab olunan “Qaya” kafesinə gələrək zalda həmin şəxslərlə birlikdə pivə içmiş, bu zaman onlardan sonra kafeyə gəlmiş Zərərçəkmiş şəxs1, X18 Şirkətinin sürücüləri Şahid1, Şahid2, Şahid3 və Zərərçəkmiş şəxs2 X2 iş yoldaşları kimi oturduğu masaya dəvət e tmiş, burada orta dərəcə sərxoş vəziyyətdə olan X3 Mehman Xaliq oğlu ilə 2015-ci ildə aralarında yaranmış şəxsi münasibətlər zəminində olan mübahisəni, yəni onun telefonundan Zərərçəkmiş şəxs2 tanışı olan qıza məxsus olan mobil telefon nömrəsini götürməsini iddia edərək bunu ona irad tutan vaxt, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 bu hərəkətinin ”kişiyə yaraşan hərəkət deyil ki, başqasının telefonundan nömrə götürsün” dedikdə Zərərçəkmiş şəxs2 ona “sənlik deyil” haqlı iradından əsəbiləşib orta dərəcə sərxoş vəziyyətdə özündən çıxaraq heç bir səbəb olmadan stolun üstündə olan içərisində pivə olan pivə bakalını Zərərçəkmiş şəxs2 doğru itələmiş, daha sonra X15 ilə xuliqanlıqda bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs2 ilə münasibətlərə kafenin həyətində aydınlıq gətirmək məqsədi ilə kafenin həyətinə çıxmış, burada da ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanının yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş birgə yaşayış davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, kafenin iş fəaliyyətinin pozulmasına və ətrafda olan oraya istirahətə gəlmiş insanların 15-20 dəqiqə ərzində narahatçılıqlarına səbəb ola n qəsdən qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə, yəni, orada olan qeyri müəyyən sayda ətrafdakılara eqoizm və laqeydlik nümayiş etdirib əxlaq normalarını pozub bunlara etinasızlıq göstərməklə heç bir əsaslı səbəb olmadan həyətdə sakit dayanmış Zərərçəkmiş şəxs1 yumruqla sinəsindən vurub ona fiziki ağrı yetirərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir.

7. Birinci instansiya məhkəməsində icraat dövründə cinayət işi üzrə təyin edilmiş stasionar məhkəmə psixiatrik ekspertizasının nəticəsi olaraq əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 hüquqi şəxsin vermiş olduğu 14 sentyabr 2020-ci il tarixli 81 nömrəli rəyinə əsasən, yoxlanılan şəxs X8 hal-hazırda «üzvi MƏNŞƏLİ EMOSİONAL LABİL (ASTENİK) P OZUNTU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10–cu baxışında kodu F 06.6) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (müdafiəçi və məhkəmə tərəfindən təqdim edilən tibbi sənədlərdə kəllə-bəyin travması aldığının qeyd edilməsi, 2009-cu il sentyabr ayında avtoqəza nəticəsində huşunun itməsi ilə nəticələnən kəllə-beyin travması keçirməsi, hərbi xidmətə çağırış zamanı psixiatriya xəstəxanasında müayinə olunması və «Orta ifadə olunmuş nevrasteniya F480» diaqnozu qoyulması, «sülh dövründə xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilməsi və s.) və haİ-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat aparması, şöb ədaxili rejimə çətinliklə tabe olması, geyiminə və təmizliyinə fikir verməməsi, özünə qapılması, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, heç kimlə ünsiyyət qurmaması, suaİları çox qısa və əsəbi tərzdə cavablandırması, simasında əsəbilik ifadə olunması, tez-tez səsinin tonunu qaldırması, ucadan danışmaqla şöbədəki sakitliyi pozduğuna görə növbətçi personal tərəfindən irad bildirildikdə bunu narazı və əsəbi tərzdə qarşılaması, əhvəİiruhiyyəsinin aşağı səviyyədə olması, halsızlıqdan, hava çatışmazlığı duyğusundan, iştahasızlıqdan və baş ağrısından şikəyətlənməsi, müayinə gedişində zahiri görünüşünə görə səliqəli olmaması, narahat və gərgin görünməsi, simasında narazılıq ifadəsinin müşahidə olunması, produktiv verbal kontakt qurmaqda çətinlik yaranması, söz ünsiyyəti zama nı söhbətə həvəssiz və qeyri-fəal şəkildə qoşulması, zəif və monoton səslə danışması, sualİara yubanmaqla cavab verməyə başlaması, təfəkkürünün ləng tempdə olmaqla torpid xarakter daşıması mnestik-koqnitiv funksiyalarında müəyyən qədər pozuntu-yaddaşında zəiflik və diqqətində dağınıqlıq nəzərə çarpması, anamnestik məlumatları xronoloji ardıcıllıqla çatdırmaqda çətinlik çəkməsi ittiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən apanlan sorğu-Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı ilə cinayət işin üzrə təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və sual gedişatında tez qıcıqlandığının, xırda qıcığa nisbətən güclü cavab reaksiayası verdiyinin, affektiv reaksiyalarının nisbətən dayanıqsız və qeyri–sabit ol duğunun, hövsələsiz və əsəbi davrandığının, konflikt yaratmağa meyl etdiyinin dərhal özünü büruzə verməsi, söhbət edərkən tez yorulduğunun nəzərə çarpması, hal–hazııkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibətinin tam həcmdə olmaması təsəvürünü yaratması, göndərildiyi ekspertizanın gedişinə və nəticəsinin necə olacağına aşkar şəkildə maraq göstərməməsi, özünün gələcək aqibətinə laqeydliklə yanaşması və s.) sübut edir. Stasionar məhkəmə psixiatrik ekspertizası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal– hazırkı ekspertiza zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxla nılan şəxs X15 ittiham olunduğu cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən «Üzvi mənşəli emosional labil (astenik) pozuntu» formasında psixi pozuntudan əziyyət çəkmişdir. Lakin Ə.M.Sadıqovda müəyyən edilən psixi pozuntu cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Ə.M.Sadıqov həyata keçirdiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Ə.M.Sadıqov ittiham olunduğu cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yo xlanılan şəxs X7 ittiham olunduğu əməlləri törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs X15 cinayət əməlini törətdikdən sonra keçən müddət ərzində neqativ təbiətli psixogen amillərin təsirinə məruz qalmışdır. Həmin amillərin təsiri nəticəsində Ə.M.Sadıqovun əziyyət çəkdiyi psixi pozuntunun gedişində dekompensasiya vəziyyəti yaranmışdır. Qeyd edilən psixi patologiyanın gedişindəki dekompensasiya vəziyyəti hazırda davam edir və onun gələcəkdə daha da dərinləşə biləcəyi istisna olunmur. Bu səbəbdən Ə.M.Sadıqov hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal–hazırkı psixi vəziyyətinə g örə Ə.M.Sadıqovun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs X7 hal-hazırkı psixi vəziyyətinə görə stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür.

8. Birinci instansiya məhkəməsində icraat dövründə cinayət işi üzrə təyin edilmiş təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının nəticəsi olaraq əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 hüquqi şəxsin vermiş olduğu 16 noyabr 2020-ci il tar ixli 122 nömrəli rəyinə əsasən, yoxlanılan şəxs X8 hal-hazırda «üzvi MƏNŞƏLİ EMOSİONAL LABİL (ASTENİK) POZUNTU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10– cu baxışında kodu F 06.6) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (müdafiəçi və məhkəmə tərəfindən təqdim edilən tibbi sənədlərdə kəllə-bəyin travması aldığının qeyd edilməsi, 2009-cu il sentyabr ayında avtoqəza nəticəsində huşunun itməsi ilə nəticələnən kəllə–beyin travması keçirməsi, hərbi xidmətə çağırış zamanı psixiatriya xəstəxanasında müayinə olunması və sülh dövründə xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi və s.) və haİ-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğ u müddət ərzində özünü narahat aparması, şöbədaxili rejimə çətinliklə tabe olması, özünə qapılması, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, heç kimlə ünsiyyət qurmaması, suaİları çox qısa və əsəbi tərzdə cavablandırması, əhvali ruhiyəsinin enməsi, müayinə gedişində gərgin görünməsi, produktiv verbal kontakt qurmaqda çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz qoşulması, diqqətində dağınıqlıq nəzərə çarpması, zəif və monoton səslə danışması, sualİara gec cavab verməsi, təfəkkürünün ləng tempdə olmaqla torpid xarakter daşıması, yaddaş və koqnitik funksiyalarında müəyyən qədər pozuntu qey olunması ittiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən apanlan sorğu-sual gedişatında tez qıcıqlandığının, xırda qıcığa nisbətən güclü cavab reaksiayası verdiyinin, affektiv reaksiyalarının nisbətən dayanıqsız və qeyri–sabit olduğunun, konflikt yaratmağa meyl etdiyinin dərhal özünü büruzə verməsi, söhbət edərkən tez yorulduğunun nəzərə çarpması, hal–hazııkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibətinin olmaması və s.) sübut edir. Yoxlanılan şəxs X15 qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən «ÜZVİ MƏNŞƏLİ EMOSİONAL LABİL (ASTENİK) POZUNTU» formasında psixi pozuntudan əziyyət çəkmişdir. Lakin Ə.M.Sadıqovda müəyyən edilən psixi pozuntu cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olumamışdır. Ə.M.Sadıqov həyata keçirdiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Ə.M.Sadıqov ittiham olunduğu cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. İstintaq zamanı Gəncə Rayonlararası Psixonevroloji Dispanserinin vermiş olduğu 01 avqust 2019-cu il tarixli 416/181 nömrəli məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyinə görə yoxlanılan şəxs X15 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Ə.M.Sadıqov hal-hazır da da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Ə.M.Sadıqov ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində, yəni anlaqlı olmuşdur. Ə.M.Sadıqovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Ə.M.Sadıqov hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarındadır. Halbuki məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi hüquqlarını müdafiə etdiyi şəxsin ağır yol-nəqliyyat qəzası keçirməsini, qəza nəticəsində ağır xəsarətlə r almasını, nəicədə psixoloji durumunun pozulmasını, bu səbəbdən onun hərbi xidmət keçməkdən azad olunduğunu bildirmişdir. Bakı şəhəri baş Səhiyyə İdarəsi 2 saylıKliniki Psixiatriya Xəstəxanasının 24 sentyabr 2010-cu il tarixli 881/2010 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı, həmçinin 12 fevral 2017-ci il tarixli AO ******* nömrəli hərbi biletin surəti məhkəmədə araşdırılmışdır. Mötəbər dövlət orqanlarının sənədlərinin təqdim edilməsindən sonra məhkəmə qaldırılan vəsatəti təmin etmiş, Ə.M.Sadıqov barəsində stasionar məhkəmə psixiatrik ekspertizası təyin olunmuşdur. Stasionar məhkəmə psixiatrik ekspertizasının 14.09.2020-ci il tarixli 81 saylı rəyində Ə.M.Sadıqovda «ÜZVİ MƏNŞƏLİ EMOSİONAL LABİL (ASTENİK) POZUNTU» kimi psixi patologiyanın olduğu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşdüyü, ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin məsləhət görüldüyü qeyd edilmişdir. Stasionar məhkəmə psixiatrik ekspertizası zamanı əvvəl ambulator şəraitdə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının rəyindəki bir neçə məlumatın yenidən hərtərəfli yoxlanımasına və həmin məlumatların dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Birincisi, ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində X7 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən, həmçinin hal-hazırda hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmədiyi göstərilmişdir. Halbuki təqdim edilən tibbi sənədlər ə görə X15 ittiham olunduğu cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən «ÜZVİ MƏNŞƏLİ EMOSİONAL LABİL (ASTENİK) POZUNTU» formasında psixi pozuntudan əziyyət çəkdiyi müəyyən edilir. İkincisi, ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində X7 ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməsi və onları idarə etmək qabiliyyətində, yəni anlaqlı olduğu qeyd edilmişdir. Stasionar məhkəmə psixiatrik ekspertizası zamanı da həmin qənaətin doğru olduğu təsdiqlənmişdir. Belə ki, aparılan araşdırmaya görə Ə.M.Sadıqovda müəyyən edilən psixi pozuntu cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum e də biləcək dərəcədə ifadə olunmamışdır. Ə.M.Sadıqov həyata keçirdiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Ə.M.Sadıqov ittiham olunduğu cinayət əməli barəsində anlaqlı hesab edilmiş, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. Üçüncüsü, ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində X7 hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı olmadığı qeyd edilmişdir. Halbuki stasionar məhkəmə psixiatrik ekspertizası rəyində X8 «ÜZVİ MƏNŞƏLİ EMOSİONAL LABİL (ASTENİK) POZUNTU» kimi psixi patologiyanın gedişində dekompensasiya vəziyyətinin yarandığı əsaslandırılmışdır. Belə ki, Ə.M.Sadıqov cinayət əməlin i törətdikdən sonra keçən müddət ərzində neqativ təbiətli psixogen amillərin təsirinə məruz qalmışdır. Həmin amillərin təsiri nəticəsində Ə.M.Sadıqovun əziyyət çəkdiyi psixi pozuntunun gedşində dekompensasiya vəziyyəti yaranmışdır. Qeyd edilən psixi patologiyanın gedişindəki dekompensasiya vəziyyəti hazırda davam edir və onun gələcəkdə daha da dərinləşə biləcəyi istisna olunmur. Bu səbəbdən Ə.M.Sadıqov hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Halhazırki psixi vəziyyətinə görə Ə.M.Sadıqovun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. Ə.M.Sadıqovun hal-hazırki psixi vəziyyətinə görə stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşah idə tələb etmədiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Göründüyü kimi, ekspertiza rəyində X7 törətdiyi əmələ görə anlaqlı hesab edilməsi öz əksini tapmışdır. Ambulator və stasionar məhkəmə psixiatrik ekspertizalarının rəylərində X7 psixi patologiyadan əziyyət çəkibçəkməməsinə və hal-hazırda psixi vəiyyətinə görə məcburi müalicə tədbirlərinə ehtiyacının olub-olmamasına münasibətdə fikir ayrılığı vardır. Ambulator məhkəmə psixiatrik ekspertizası rəyində X15 barəsində yuxarıda göstərilən şəkildə məlumatın verilməsi heç də onun psixi vəziyyətinin ambulator şəraitdə səthi müayinə olu nması kimi başa düşülməməlidir. Aşkara çıxarılan uyğunsuzluğu bir neçə səbəblə izah etmək olar. Birincisi, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Həmçinin həmin Qanunun 18ci maddəsində qeyd edilmişdir ki, təkrar ekspertiza təyin edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslığı barədə sual qoyula bilər. Artıq qeyd edildiyi kimi, ambulator məhkəmə psixiatrik ekspert izasının 01 avqust 2019-cu il tarixli 416/181 saylı rəyi verilərkən ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanmışdır. İkincisi, ambulator məhkəmə psixiatrik ekspertizası keçirilən zaman ekspertə məhdud sayda sənəd təqdim edilmişdir. Məhkəmə və müdafiəçi tərəfindən stasionar məhkəmə psixiatrik ekspertizasına təqdim edilən sənədlərin çoxu ambulator məhkəmə psixiatrik ekspertizası keçirilən zaman ekspertin ixtiyarına verilməmişdir. ekspert rəy tərtib edərkən onun bu mühüm tibbi sənədlərə istinad etmək imkanı olmamışdır. Üçüncüsü, ambulator məhkəmə psixiatrik ekspertizası çox qısa çəkən bir ekspertizadır. Qısa zaman ərzində baş tutan ambulator məhkəmə psixiatrik ekspertizası zamanı klinik müşahidə metodunun tətbiq edilməsi imkanı olduqca məhdud olur. Belə qısa müddət ərzində «ÜZV İ MƏNŞƏLİ EMOSİONAL LABİL (ASTENİK) POZUNTU» formasında psixi pozuntu əlamətləri aşkar olunmaya bilər. Adətən bu qəbildən olan ciddi psixi patologiyaların diaqnozunun dəqiqləşdirilməsi üçün uzunmüddətli klinik müşahidə aparmağa imkan verən stasionar məhkəmə psixiatrik ekspertizası təyin olunur. Dördüncüsü, «ÜZVİ MƏNŞƏLİ EMOSİONAL LABİL (ASTENİK) POZUNTU» formasında psixi pozuntunun özünün klinik gedişində əlamətlərin təzahürü baxımından müxtəliflik ola bilər. Həmin psixi pozuntu təzahür etdiyi bütün dövr ərzində eyni səviyyədə özünü göstərmir. Ola bilsin ki, ambulator məhkəmə psixiatrik ekspertizası zamanı Ə.M.Sadıqovun psixi durumu klinik cəhətdən parlaq şəkildə təzahür etməmiş, müayinəni aparan ekspertdə onun qənaətbəxş səviyyədə olması təsəvvürünü yaratmamışdır. Tibbi sənədlərdə X7 01 s entyabr 2010cu il tarixdən 06 sentyabr 2010-ci il tarixə kimi Bakı şəhəri 2 nömrəli X1 stasionar müayinədə olması, həmin dövrdə baş ağrısı, gözlərində təziq hiss etməsi, baş gicəllənməsi, beynində xışıltılı səslərin yaranması, daxili gərginlik, hövsələsizlik, yaddaşın zəifləməsi kimi şikayətlərin qeydə alınması, uşaqlıqdan tez həyəcanlanan və qıcıqlara qarşı həssas olması öz əksini tapmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Ə.M.Sadıqovun əziyyət çəkdiyi «ÜZVİ MƏNŞƏLİ EMOSİONAL LABİL (ASTENİK) POZUNTU» kimi psixi patologiya 2009-cu ildə baş vermiş avtoqəza nəticəsində huşunun itməsi ilə nəticələnən kəllə-beyin travması keçirməsindən bir müddət sonra yaranmışdır.

9. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(100)-15/2021 nömrəli qərarı ilə Azərbaycan Respubli kası CM-nin 221.3-cü və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş X9 münasibətdə iş üzrə icraat dayandırılmış, barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir. 10.Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(100)-15/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

11. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(100)-15/2021 saylı hökmündən, həmçinin məcburi müali cə təyin edilməsi və cinayət işi üzrə icraatın dayandırılması barədə həmin tarixli qərarından dövlət ittihamçısı apelyasiya protesti verərək hökmün və qərarın ləğv edilməsini, Əli Sadıqovun Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək onun barəsində ittiham hökmü çıxarılmaqla cinayət qanununun müddəalarına uyğun cəza, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tətbiqinə dair müddəalar hökmdən çıxarılmaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza təyin edilməsini xahiş etmişdir.

12. X9 münasibətə iş üzrə icraatın dayandırılması və onun barəsində məcburi müalicənin təyin edilməsi haqqında 03 fevral 2021-ci il tarixli, 1(100)-15/2 021 saylı qərarından Zərərçəkmiş şəxs1 apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, Əli Sadıqovun Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək onun barəsində ittiham hökmü çıxarılmaqla həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli qərarı ilə apelyasiya protesti qismən təmin edilmiş, apelyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş X9 münasibətə iş üzrə icraatın dayandırılması və onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müal icə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi haqqında 03 fevral 2021-ci il tarixli, 1(100)-15/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(100)-15/2021 saylı hökmü məhkum Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası artırılaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası həddində müəyyən edilmiş, hökm qalan hissədə dövlət ittihamçısının apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. X11 Məhkəməsinin C inayət kollegiyasının 31 may 2021-ci il tarixli, 1(104)203/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar

15. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr natamam, işin faktiki hallarına uyğun olmayan ekspert rəylərinə əsaslanaraq Əli Sadıqovun Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşməsi və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına dair qərar qəbul etmiş, cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) tələblərinə əsasən araşdırmamış və qiymətləndirməmişdir. Bundan başqa, məhkəmələr Təqsirləndirilən şəxs2 cəza təyin edə rkən cinayət qanununun normasını düzgün tətbiq etməyərək onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza təyin etmişlər. Məhkəmələr hadisə zamanı zorakılığın məhz Təqsirləndirilən şəxs2 tərəfindən başladılmasını, yəni, əvvəlcə onun yumruqla Zərərçəkmiş şəxs1 sinəsindən vurmasını, bundan sonra Əli Sadıqovun bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirməsi kimi işin faktiki halını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs2 şikayətçi olması xüsusatını, habelə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi halını nəzərə almayıb əsassız olaraq ona yüngül cəza təyin etmişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs2 tərəfindən törədilən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək nəticələrinin ağır olmasına dəlalə t edərək ona yüngül cəza təyin edilməsini deyil, məhz maddənin sanksiyası həddində olmaqla daha ağır cəza təyin edilməsinə dəlalət etməsinə baxmayaraq, məhkəmələr ona azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədəuyğun hesab etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 yüngül cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən ha llar kimi nəzərə almış, onun barəsində Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tətbiq edilməsini digər zərərçəkmiş şəxsin hüquqlarını poza biləcəyi əsası ilə nəzərə almadığını göstərsə də, faktiki olaraq Azərbaycan Respublikası CM-nin maddəsini tətbiq etməklə istinad edilən maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmiş, apelyasiya məhkəməsi də həmin cəza növünün təyin edilməsini əsaslı qəbul etmiş, lakin cəzanın həddi ilə razılaşmamışdır. Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan görünür ki, o, Zərərçəkmiş şəxs1 yumruqla sinəsindən vurub ona fiziki ağrı yetirərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Zərərçəkmiş şəxs2 onun yox, digər təqsirləndirilən Əli Sadıqovun əməllərinə görə zərərçəkmiş şəxs qismində tanınmışdır. Onun əməli nəticəsində zərər çəkmiş Zərərçəkmiş şəxs1 isə ondan şikayətçi olması barədə məhkəməyə ərizə vermişdir. Məhkəmələrin təqsirləndirilən şəxsə təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Beləliklə, məhkəmələr cinayət qanunu normasını düzgün tətbiq etməyərək Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, Əli Sadıqova münasibətdə isə nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərini q ərarda göstərilməmişdir. Məhkəmə kollegiyasından Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli qərarın ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsini xahiş edir.

16. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

18. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

19. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

20. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

21. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə X15 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etməkdə səhvə yol verildiyini, həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərar larının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

22. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

23. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

24. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş s übutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

25. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

26. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

27. Məhkəmə kollegiyası dövlət ittihamçısının məhkəmələrin X7 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etməklə yanlış nəticəyə gəlməsi barədə dəlillərini əsassız hesab edir.

28. Belə ki, dövlət ittihamçısı tərəfindən irəli sürülmüş eyni dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

29. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 hüquqi şəxsin vermiş olduğu 14 sentyabr 2020-ci il tarixli 81 nömrəli stasionar məhkəmə psixiatrik ekspertizasının rəyi ilə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 hüquqi şəxsin vermiş olduğu 16 noyabr 2020-ci il tarixli 122 nömrəli t əkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının rəyi ilə psixi vəziyyətinə görə Ə.M.Sadıqovun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşürdüyü müəyyən edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilir. X15 qeyd edilən cinayətləri törətdiyi vaxt əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. X4 cinayət əməlini törətdikdən sonra keçən müddət ərzində neqativ təbiətli psixogen amillərin təsirinə məruz qalmış, həmin amillərin təsiri nəticəsind ə Ə.M.Sadıqovun əziyyət çəkdiyi psixi pozuntunun gedişində dekompensasiya vəziyyəti yaranmışdır. Qeyd edilən psixi patologiyanın gedişindəki dekompensasiya vəziyyəti hazırda davam edir və onun gələcəkdə daha da dərinləşə biləcəyi istisna olunmur. Bu səbəbdən Ə.M.Sadıqov hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidanda deyildir. Hal–hazırkı psixi vəziyyətinə görə Ə.M.Sadıqovun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşdüyündən birinci instansiya məhkəməsi ona münasibətdə iş üzrə icraatı dayandırılması və onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi qənaətinə gələrkən haqlı olmuşdur.

31. Məhkəmə kollegiyas ı apellyasiya instansiya məhkəməsinin X7 barəsində gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı X9 aid hissədə əsaslı və qanuni olmuşdur. Məhkəmələr X7 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edərkən, qənaətini ona münasibətdə sübutlara əsasən müəyyən etmiş, əsaslandırmışdır.

32. Ekspert rəylərinin əsassız olması haqda kassasiya protestinin iddiası ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 269.3.2-ci maddəsinə əsasən ekspert bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıyır. Digər tərəfdən, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 29 noyabr 2019cu il tarixli, 1709-VQD saylı Qanunla “Dövlət məhkəmə eksp ertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində dəyişiklik edilmiş və ilə məhkəmə ekspertizalarının özəl hüquqi şəxslər, habelə özəl məhkəmə eksperti tərəfindən keçirilməsi imkanları yaradılmışdır. Bununla belə, kassasiya protestinin müəllifi ekspert rəylərinin əsassız olması haqda iddialarını apellyasiya instansiyası məhkəməsi qarşısında hər hansı obyektiv sübutla, kassasiya instansiyası məhkəməsi qarşısında isə hər hansı yetərli dəlillə əsaslandırmamış, rəyləri tərtib etmiş müxtəlif ekspertlər barəsində hər hansı formada araşdırmanın aparılması haqda məlumatı, yaxud irəli sürülən iddiaları təsdiq etmək üçün keçirilmiş alternativ ekspertiza təhqiqatının nəticəsini təqdim etməmişdir.

33. Kassasiya protestinin digər dəlili Təqsirləndirilən şəxs2 təyin edi lən cəzanın yüngül olması barədə olmuşdur. 34.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasit ədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin b əzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

35. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəlili yi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

36. Qeyd olunan cinayət-hüquqi normaları baxımından və məhkəmə kollegiyasının yuxarıda gətirilən mülahizələrinə nəzərən kassasiya protestinin cəza təyini ilə bağlı dəlilləri, baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxlanıldıqda müraciətdə irəli sürülmüş tələbin əsaslı olduğu müəyyən olunur.

37. Belə ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılmas ı cəzasına məhkum edilmişdir.

38. Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətə görə əsas cəza qismində iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur.

39. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarını müqayisə etdikdə isə görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına dəyişdirirərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin nəzərdə tutduğu halları, Təqsirləndirilən şəxs2 oğlunun çəkməli olduğu cəzasının növünə əhəmiyyət verməmiş, məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsinin tə min edilməsi, digər şəxslər tərəfindən oxşar yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin növ cəzanın təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticəyə uyğun olub-olmadığını lazımi səviyyədə araşdırmamışdır.

40. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, məhkəmələr hadisə zamanı zorakılığın məhz Təqsirləndirilən şəxs2 tərəfindən başladılmasını, yəni, əvvəlcə onun yumruqla Zərərçəkmiş şəxs1 sinəsindən vurmasını, bundan sonra Əli Sadıqovun bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirməsi kimi işin faktiki halını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs2 şikayətçi olması xüsusatını, habelə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi halını nəzər ə almayıb əsassız olaraq ona yüngül cəza təyin etmişdilər.

41. Məhkəmə kollegiyası kassasiya protestinin qeyd edilən dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən, eləcə də apellyasiya protesti əsasında işə baxan apellyasiya məhkəməsi bu məsələləri nəzərdən keçirməmişlər.

42. Təsvir olunanlar onu göstərir ki, kassasiya protesti əsaslıdır, baxılan işdə məhkəmələr tərəfindən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin pozuntularına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (yuxarıda qeyd olunan məsələlərin araşdırılması, eləcə də kassasiya protestində gətirilən cəzanı yüngülləşdirən halların mübahisələndirilməsi üzrə digər dəlil lərin ətraflı yoxlanılması məqsədilə apellyasiya baxışının təkrarlanması) tələb edən hala yol verilmişdir.

43. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli, 1(104)-203/2021 nömrəli qərarı Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməli, cinayət işi həmin hissədə apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli, 1(104)-203/2021 nömrəli qərarı Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilsin, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar