Məhkəmə qərarları › İş №1(102)-1465/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1465/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1465/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi X4 iştirakları ilə, Zaqatala Rayon Məh kəməsinin 22 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Şamil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı, Zərərçəkmiş şəxs nümayəndəsi X16 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənov Tural Həsən oğlu) Məhkum, xx xxxx 1968-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ort a təhsilli, təqaüdçü, əvvəllər Nərimanov Rayon Xalq Məhkəməsinin 27 iyun 1997-ci il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə əməyə mütləq cəlb edilməklə şərti cəzaya məhkum edilmiş, 14 dekabr 1999-cu il tarixdə aministiya aktına əsasən cəzadan azad olumuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsi rləndirilən şəxs və mülki cavabdeh Məhkum qarşı maddi və mənəvi zərərin ödənilməsi haqqında tələbinə dair mülki iddiasının baxılmamış saxlanılması, bu tələblə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi və onun iddia ərizəsinin verilməsi üçün ödədiyi 163.58 (bir yüz altmış üç manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun dövlət büdcəsindən alınaraq mülki iddiaçı X2 qaytarılması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 01 mart 2022-ci il tarixdə təxminən saat 22:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 132-ci kilometrliyində idarə etdiyi Vaz-21074 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə 50-55 km/saat sürətlə Balakən rayonu istiqamə tindən Zaqatala şəhəri Bayraq meydanı istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb yolun sağından sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qarşı sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, sağ gicgah sümüyünün qapalı yerdəyişən sınığı, baş beyində əzilmə, qansızma, sol bud sümüyünün orta 1/3-nin açıq sınığı, sol baldır sümüklərinin qapalı yerdəyişmiş sınığı, alın nahiyəsində, sağ yanaq nahiyəsində, alt dodağında, alt çənə nahiyəsində, sol budun orta 1/3-də əzilmiş yaralar, sağ budun yuxarı 1/3-də qançır, sağ baldırın orta 1/3-də və hər iki əlinin arxa səthində sıyrılmış yaraların əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır zərər vurmuşdur. Hökmdən dövlət ittihamçısı Əsədov Vaqif Mehralı oğlu tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi X16 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 08 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikay əti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi X16 isə kassasiya şikayəti verərək hər birisi ayrı-arılıqda həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Cinayət cəzalarının təyin edilməsi qaydalarını, əsaslarının və şərtlərini müəyyən edən CM-nin 8, 41, 58 və 59-cu maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun bəzi Qərarlarına, habelə işin müəyyən edilmiş faktiki hallarına və iş üzrə q əbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə həddən artıq yüngül cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə bununla razılaşmaqla törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq qanunvericiliyin tələblərininin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növ zəmin yaratmışlar. İşin faktiki hallarından görünür ki, hazırki iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi məhkəmə iclasında təqsirləndirilən şəxslə barışmadıqlarını bildirərək, mülki iddianın təmin edilərək təqsirləndirilən şəxsdən ümumilikdə 24528 (iyirmi dörd min beş yüz iyirmi səkkiz) manat pulun və dövlət rüsumu üçün ödənilmiş pulun tutulmasını, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi isə Məhkum yüngül cəza təyin etməklə ədalətli məhkəmə hüququnu təmin etməyərək zərər çəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışmamasını, ona ağır cəza təyin edilməsini xahiş etməsini nəzərə almamaqda haqlı olmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 420.3-cü maddəsinə dair” 19 aprel 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərər çəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsir ləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Zərərçəkmiş şəxsin xüsusi marağı cinayətin törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək hallarla yanaşı, təqsirləndirilən şəxs tərəfindən maddi və mənəvi zərərin ödənilməsi kimi hal da araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Lakin, məhkəmə zərər çəkmiş şəxsin hüquqi varisinin mövqeyini nəzərə almayaraq Məhkum yüngül cəza təyin etməklə zərərçəkmiş şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi təminatı hüququnu pozmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CMnin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə almış, cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmiş, CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhru m edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda qeyd olunan hallar məhkəmə tərəfindən əsassız olaraq təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmaqla ona aşağı həddə əsas və əlavə cəza təyin edilmişdir. Həmçinin məhkəmə mülki iddiaçının maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiasını baxılmamış saxlasa da, pul tələbinin çox cüzi bir hissəsinin təqsirləndirilən şəxs tərəfindən ödənilməsini dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi kmi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs Məhkum cəmi 24528 manat məbləğində mülki iddia tələbinin cüzi bir qismi olan 1000 manat pulu zərər çəkmiş şəxsin hüquqi varisinin ünvanına göndərməklə kifayətlənmiş, cəzala ndırılmaq təhdidi altında belə zərər çəkmiş şəxsin tələbini qarşılamağa və əzizlərini itirmiş ailənin maddi yükünü azaltmağa yönəlmiş başqa heç bir hərəkət etməmişdir. Məhkəmə isə qeyd olunan tək bu halı qabartmaqla onun təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal olması barədə nəticəyə gəlmiş, lakin, gəldiyi nəticəni hökmdə əsaslandırmamışdır. Halbuki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da, cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəz anı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Nəticədə cəza təyini zamanı zərər çəkmiş şəxsin mövqeyi və onun hüquqi mənafeyinə laqeydlik nümayiş olunmaqla cəza təyininin ümumi prinsiplərinin tələblərinə əməl olunmamışdır. Beləliklə, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyi və cinayətin xarakteri məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olmasına baxmayaraq, məhkəmə bu halları da cəza təyini zamanı nəzərə almamış, bununla da maddi hüquq normalarının tələblərini pozmuş, eyni zamanda hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, həmçinin şəxsiyyəti Məhkum məhz təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tu tulan azadlıqdan məhrum etmə və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının yuxarı hədlərində təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsi ilə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 ay 06 ay müddətə azadlıqdan məhrum etmədən ibarət aşağı həddə cəza təyin etmiş, bununla da CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərini pozmuş, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarındakı tövsiyyələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tari xli Qərarında əksini tapmış hüquqi mövqeyi nəzərə almamış, apellyasiya instansiya məhkəməsi də eyni pozuntulara yol vermişdir. Dəymiş maddi və mənəvi ziyanla bağlı məsələdə də apellyasiya instansiya məhkəməsi "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad edərək “Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını itirməsi"-ni qeyd etməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisinin öz doğma atasını itirməsini yekun olaraq gəlmiş olduğu nəticədə mənəvi zərər vurulması halı kimi qəbul etməməsi anlaşılan deyildir. Həmçinin məhkəmə öz qərarında vurulmuş maddi ziyanla bağlı arayışların birinci instansiya məhkəməsində təqdim edilməsinə baxmayaraq onların həqiqiliyinə dair sübutların təqdim edilmədiyini göstərmişdir. Bu hissədə də kollegiyanın mövqeyi səhvdir, çünki zərər çəkmiş şəxsin hüququ varisi tərəfindən birinci instansiya məhkəməsinə onun atasının vəfatı və dəfn mərasimlərinin təşkili zamanı çəkdiyi xərclərlə bağlı müvafiq yerlərdən alınmış imzalı arayışlar təqdim edilmişdir. Bu arayışlardan əlavə onların həqiqiliyinin təsdiqi üçün hər hansı əlavə sübutların əldə edilməsinə ehtiyac olmamış, bununla bağlı tərəfə heç bir təklif edilməmişdir. Əvəzində hər iki instansiya məhkəməsi yalnız təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən qəbul edilməyən zərərçəkmiş şəxsin hüquqi varisinə göndərilmiş min manat pul məbləğini artı q onun tərəfindən dəymiş ziyanın qismən ödənilməsi üçün cəhd kimi qəbul edib bu halı əsassız olaraq cəzanı yüngülləşən hal kimi nəzərə almışdır. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası cinayət və mülki prosessual qanunvericiliyinin bir sıra normalarına istinad edən zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi X16 kassasiya protesti ilə eyni məzmunlu kassasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə Məhkum barəsində cəza təyin edərkən onun əməlinin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterin i nəzərə almamış, təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə ədalətli məhkəmə hüququnu təmin etməyərək zərər çəkmiş şəxsin hüquqi varisinin Məhkumla barışmamasını, ona ağır cəza təyin edilməsini xahiş etməsini nəzərə almamaqda haqlı olmamışdır. Həmçinin şikayət müəllifi qeyd etmişdir ki, maddi və mənəvi zərərlə bağlı məhkəməyə tərəfindən bütün sübutlar təqdim edilsə də, mülki iddia tələbini əsassız olaraq baxılmamış saxlamış və apellyasiya instansiyası məhkəməsində də həmin hisssələrə hüquqi qiymət verilməmişdir. Odur ki, nümayəndə X16 qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçi Nəbiyev Əhməd Şaban oğlu nümayənd ə X16un kassasiya şikayətinə etiraz verərək həmin şikayətin təmin edilməməsini xahiş etmişdir. Kassasiya protestinə və kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda məhkəməyə ərizə ilə müraciət etməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi X16 və məhkumun müdafiəçisi Ə.Ş.Nəbiyev isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə məhkumun, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X16un və məhkumun müdafiəçisi Ə.Ş.Nəbiyevin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı B.Q.Cabbarlı tərəfindən verilmiş kassasiya protestinin və zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi X16un kassasiya şikayətin in məzmunlarından göründüyü kimi, bu müraciətlərin müəllifləri, hər birisi ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinin qərarından müvafiq olaraq verdikləri kassasiya protestində və kassasiya şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini və iş üzrə sübutlar düzgün araşdırılmadığından zərər çəkmiş şəxsin hüquqi varisinin mülki iddiasının təmin edilməməsini əsassız sayaraq öz kassasiya tələblərini CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyi n etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestini və zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi X16un kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökmün və ya qərarın ləğv edilmə si və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416 -cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya protestində və kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın yüngül olması və buna görə onun cəzasının ağırlaşdırılması üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin isə yeni apellyasya baxışına təyin olunması barədə dəlillərə və bu dəlillər üzərində qurulmuş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, müəyyən istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlinin CM-nin 263.2-ci maddəsi ilə tövsif edilməsi haqda qənaətə gəlmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin məzmunlarından görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əm əlinin hüquqi tövsifi kimi məsələlər nə dövlət ittihamçısı, nə də zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçının nümayəndəsi X16 tərəfindən mübahisələndirilmir və buna görə də, məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görməyərək həmin protestin və şikayətin dəlillərinə cavab verilmsi üçün ilk növbədə qeyd etməyi lazım bilir ki, hazırki iş üzrə Məhkum təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum bar əsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirlərin həddindən artıq yüngül olmasına dair kassasiya protestində və kassasiya şikayətində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir və məhkuma təyin olunmuş cəzanın – 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının açıq-aşkar yüngül hesab edilməsi, buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasa görə ləğv olunması üçün əsaslar görmür. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı y üngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya d igər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqıqda digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən ke çirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadl ıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsa slı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özün ün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxsləri n qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cin ayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məh kəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımın dan məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci və apellyasiya instansiyası m əhkəmələri düzgün olaraq onun tərəfindən ehtiyatsızlıqdan törədilmiş, CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər katğeqoiyasına aid olan cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, CM-nin 59.2-ci maddəsinə əsasən onun əməlindən peşman olmasını, müharibə veteranı olmasını, dəymiş ziyanı qismən ödəməsini (CM-nin 59.1.14cü maddəsində nəzərdə tutulmuş hal) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışlar. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində heç bir qanun pozuntusu görmür, çünki onlar elə həm cin ayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də qanunun tələb etdiyi kimi, işdə olan sübutlara əsasən müəyyən edilmşdir (CPMnin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin A.Ş.Abbaova cəza təyini ilə bağlı gəldikləri bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsaslar mövcud deyil. Kassasiya müraciətlərində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi c inayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya protestinin və kassasiya şikayətinin məzmunlarına görə, həm dövlət ittihamçısı, həm də zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçının nümayəndəsi məhkum olunmuş şəxs Məhkum daha ağır cəzanın təyin edilməli olmasını yalnız Məhkum zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs mülki iddia ərizəsində tələb etdiyi ziyanı ödəməməsi və məhkumun X2la barışıq əldə etməməsi ilə şərtləndirmişlər ki, bu kimi hallar da CM-nin 61.2-ci maddəsinin tələblərinə uyğun olaraq nə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alına bilməz, nə də ki təyin edilmiş cəzanın mütləq şəkildə ağırlaşdırılması üçün əsas yaratmır ona görə ki, cinayət qanunun yuxarıd a təsvir edilmiş normaları, onlara verilmiş təfsir və şərhlər də şəxsə təyin edilmiş cəzanın açıq-aşkar yüngül hesab edilməsi üçün tamamilə başqa meyarları (cinayətin xarakterini və ictimai təhlüküləlik dərəcəsini, təqsirkarın şəxsiyyətini səciyyələndirilən halları, cəzanın məqsədlərinə nail olunmasına mümkün olub-olmamasını və s.) nəzərdə tutur. Cinayət işinin materiallarından göründüyü kimi, cinayət təqibi zamanı Məhkum dəfələrlə Zərərçəkmiş şəxsla barışıq əldə etməyə cəhd göstərmiş və maddi imkanı daxilində ona dəymiş ziyanı ödəmək məqsədilə sonuncuya 1000 manat məbləğində pul verə bilməsini bildirmiş, lakin X2 həmin məbləğin ona dəymiş zərərdən qat-qat az olmasını iddia edərək Məhkum təklif etdiyi pulu qəbul etməkdən və onunla barışmaqdan imtina etmiş, bu səbəbdən Məhkum göstərilən pul u poçt vasitəsilə ona göndərmiş, yəni vurulmuş ziyanı qismən də olsa ödəmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, işin müəyən olunmuş bu faktiki hallarından çıxış edən apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq Məhkum təyin edilmiş cəzanın qanuni və ədalətli olmasını hesab edərək həmin cəzanın ağırlaşdırılmasını mümkün bilməmiş və bu zaman cinayət qanunu normalarının tələblərinin pozulmasına yol verməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş əsas cəzasının müddətinin onun təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə yaxın həddə olduğuna görə də həmin cəza açıq-aşkar yüngül cəza kimi nəzərdən keçirilə bilməz, digər tərəfdlən onun bu cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olması CM-nin 56.1.1-ci maddəsinin tələblərindən irəli gəldiyindən (həmin madəyə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün onların cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edilir) yalnız cəzaçəkmə müəssisənin başqa növdə (ümumi rejimli) müəyyən olunması üçün cəzanın ağırlaşdırılması cinayət qanununun ədalət, humanizm və hər kəsin qanun qarşısında bərabərlik prinsiplərinə ziddir. Məhkəmə kollegiyası eyni zamanda vurğulamağı lazım bilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, bu qəbildən olan işlər üzrə kifayət qədər məhkəmə hökmlərinə və qərarlarına r ast gəlmək olar ki, həmin hökm və qərarlarla CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş şəxslərə onların hətta zərər çəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etmədikləri və sonunculara vurulmuş zərəri ödəmədikləri hallarda da beş ilə qədər azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur ki, belə hökm və qərarlar da sonradan nə apellyasiya, nə də ki kassasiya qaydasında mübahisələndirilməmişdir. Bütün göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və Məhkum barəsində cəza tədbirinin seçilməsinə münasibət bildirərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərd ə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək həmin müraciətlərin göstərilən hissədə təmin edilməsini mümkün bilmir. Kassasiya müraciətlərində Məhkum qarşı maddi və mənəvi zərər tələbinə dair mülki iddianın təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-nin 397.1-ci maddəsinin müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalararının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışı nəticəsində CPM-nin 398.1.1-398.1.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş CPM-nin tətbiqi ilə bağlı yaranmış məhkəmə təcrübəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi hər hansı qərarında birinci instansiya məhkəməsinin hökmündən və ya qərarından verilmiş apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərini şərh etməklə həmin dəlillərin iş materialları ilə toplanmış obyektiv, qərəzsiz, tam və hərtərəfli araşdırılmış sübutlarla təkzib, yaxud da təsdiq edilməsini göstərməli və əsaslandırmalıdır. Bu za man, məhkəmə tərəfindən CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh olunan normaları ilə apellyasiya instansiyası məhkəməsinin üzərinə qoyulmuş vəzifə nəinki təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəza tədirinin seçilməsi, həm də iş üzrə verilmiş mülki iddianın, maddi sübutların həlli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, habelə digər məsələlərin həlli zamanı da yerinə yetirilməli dir. Bu məsələlərlə əlaqədar qəbul edilmiş qərarda isə toplanmış sübutlara CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymət verilməli və bu qiymətləndirmədən asılı olaraq çıxarılmış hökm və ya qəbul edilmiş qərar cinayət və cinayət-prosessual qanunvericiliyinin, bu kifayət etmədikdə isə ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq müqavilələrin müddəalarına, mülki, mülki-prosessual və digər qanunvericilik aktlarına istinad edilməklə lazımi qaydada əsaslandırılmalıdır. Belə nəticə həmçinin cinayət mühakimə icraatının aparılması zamanı qanunvericilik prinsipinə əməl edilməsi tələbi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin müddəlarından da irəli gəlir. Həmin maddəyə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiya sının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Bu prinsipə uyğun olaraq, cinayətprosessual qanunvericiliyinin normaları ilə tənzimlənməyən məsələlər Konstiusiyanın, beynəlxalq müqavilələrin, digər qanunların tələbələrinə əsasən həll edilməlidir. Təsadüfi deyil ki, CPM-nin 179.2-ci maddəsində də müəyyən edilmişdir ki, mülkiprosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyinin normalarının tətbiqinə yol verilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası m əhkəməsinin qərarından verilmiş kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab vermə məsələsinə məhz belə kontekstdən yanaşmaq və işin müəyyən edilmiş halları ilə yanaşı Cinayət-Prosessual, Mülki-Prosessual Məcəllərinin və digər qanunvericilik aktlarının tələblərinə əsaslanmaq lazımdır. Göstərilən tələblərlə bağlı əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsindən görünür ki, o, Məhkum törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 14.528 (on dörd min beş yüz iyirmi səkkiz) manat, mənəvi ziyana görə isə 10000 (on min) manat, ümumilikdə 24.528 (iyirmi dörd min beş yüz iyirmi səkkiz) manat və dövlət büdcəsinə ödənilmiş 163.58 (bir yüz altmış üç manat əlli səkkiz qəpik) manat məbləğində pulun mülki cavabdeh Məhkum alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, mülki iddiaçı öz ərizəsində atasının ölümü ilə bağlı özünün və ailəsinin iztirab və sarsıntılar keçirdiklərini, bunun üçün mənəvi ziyana görə 10000 manat məbləğində pulun ödənilməsi bardə tələb irəli sürmüş, mərhum atasının dəfn mərasimlərinin keçirilməsi və məzar daşının hazırlanması üçün çəkilən xərclərlə bağlı müxtəlif vaxtlarda X7, X5 və X6 tərəfindən verilmiş arayışları həmin iddia ərizəsinə əlavə etmişdir. Lakin Zərərçəkmiş şəxs bu arayışları təqdim etsə də, həmin arayışların həqiqiliyini, yəni maddi zərərin doğrudan da 14528 manat məblə ğində olmasını təsdiq edən sübutlarını nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs mülki iddiasının baxılmamış saxlanılması barədə qərar qəbul etmiş, həmçinin sonuncuya maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı bu nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası maddi və mənəvi ziyanın ödənilməsi hissəsində başqa qərarın, yəni iddianın təmin edilərək iddia ərizəsində göstərilən məbləğlərdə pul vəsaitinin Məhkum tutularaq zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi barədə qərarın qəbul edilməsi üçün əsaslar görmür və bu hallarla bağlı da kassasya şikayətinin dəlillərini qəbuledilməz sayaraq öz qənaətini aşağıdakılara istinad etməklə əsaslandırılmasını zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya mə hkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, bu konstitusiyon tələb həmçinin cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların mülki iddia qaldırmaqla vurulmuş zərərə görə həmin zərərin əvəzinin ödənilməsi tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin olunması üçün lazımi şərait və imkanlar yaradılmasını nəzərdə tutur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlə r. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.2-ci maddəsində göstərilmişdir ki, cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüqu qu nəzərdə tutulmuşdur. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyə t kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərəbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsində ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyətin əsasları müəyyən edilərək sair yüksək təhlükə mənbələri ilə bərabər nəqliyyat vasitələrindən də istifadə etməklə fiziki şəxsin vurduğu zərərə görə yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə zərərin ödənilməsi nəzərdə tutmuşdur. Qanunvericiliyin bu normalarının mənasına görə, zərərçəkmiş öz mülkiyyətindən məhrum olunduqda, yaxud da ona maddi və ya mənəvi zərər vurulduqda, o, öz əmlakını, onun əvəzini və ya ona vurulmuş digər zərəri tələb etmək hüququna malikdir və bu hüquq digər vasitələrlə yanaşı mülki iddia verməklə həyata keçirilə bilər. Məhkəmənin isə vəzifəsidir ki, belə iddia verildikdə tədqiq etdiyi sübutlara əsasən onun düzgün həll edilməsi barədə əsaslandırılmış qərar qəbul etsin. Belə təfsir həmçinin CPM-nin 179-cu və digər maddələrinin tələblərindən irəli gəlir. Belə ki, CPM-nin CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 181.1.1-181.1.2-ci maddələrinin tələblərindən görünür ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; - ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-nin 181.2.1-181.2.4-cü maddələrinə müəyyən edilmişdir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; - itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; - itirilmiş gəlirin ödənilməsini; - mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. CPM-nin 354.1.1-354.1.3-cü maddələrinin tələblərinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: - iddianın tam və ya qismən təmin edilməsi; - iddianın rədd edilməsi; - iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya sının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövçud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Konstitusiya Məhkəməsinin Plenumu digər Qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi hajların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquği münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığıhı müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da y ol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilən hüquq normasına geniş şərh verərək ölmüş zərər çəkmiş şəxsin ona vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ ilə bağlı nəticəyə gəlmişdr ki, - Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcə sinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir; - məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu öz nəticəsini və hüquqi mövqeyini mülki qanunvericiliyinin tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsin in (bundan sonra mətndə - Avropa Məhkəməsi) presedent hüququna istinad etməklə də əsaslandırmışdır. Göstərilən qərarda qeyd olunmuşdur ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (“Luluyev və digərləri Rusiyaya qarşı” iş üzrə 2006-cı il 9 noyabr tarixli, “Pelipenko Rusiyaya qarşı iş üzrə” 2014cü il 16 yanvar tarixli, “Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə” 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə” 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət dav am edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarında həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. “Maksimov Rusiyaya qarşı iş üzrə” 2010-cu il 18 mart tarixli Qərarında isə Məhkəmə qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarında “mənəvi zərər” anlayışına, belə zərərin ödənilməsinin tələb olunması hüququna, mənəvi zərərin ödənilməsi ilə bağlı işlərə baxılması qaydasına və digər məsələlərə dair geniş izah və tövsiyələr verilmiş, o cümlədən həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şə raitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə görə isə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözüm ü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensi ya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübüt kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimall arın mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AlHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Avropa Məhkəməsi bir çox qərarlarında dəfələrlə, o cümlədən “Oferta Plus S.R.L.Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli Qərarında növbəti dəfə xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 67-ci bəndində məhkəmələrə hökm çıxarıl arkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etmələri tövsiyə edilmişdir. Qərarın 68-ci bəndində izah olunmuşdur ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin Qərarın 71 və 72-ci bəndlərində isə qeyd olunmuşdur ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zə rərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırs a, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılm amış saxlanılmasına dair qərar qəbul edə bilər. Bu barədə tövsiyə “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il 5 saylı Qərarında da nəzərdə tutulmuş və məhkəmə təcrübəsinin öyrənlməsi göstərir ki, həm istintaq orqanları, həm də məhkəmələr tərəfindən həmin tövsiyələrə əsasən əməl olunur. Göstərilən Qərarın 24-cü bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263, 263-1 və 351-ci maddələrində nəzərdə tutulan nəticələrdən əlavə həm də zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olduqda məhkəmələr cinayət mühakimə icraatı zamanı CPM-nin 183cü maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq verilmiş mülki iddian ı qəbul etməli və bu iddia üzrə CPM-nin 354-cü maddəsinə əsaslanmaqla qanunun tələbinə müvafiq surətdə qərar qəbul etməlidirlər. Qanunvericiliyin tələblərinə və mənasına görə, cinayət işi üzrə verilmiş mülki iddianın əsaslı olub-olmaması barədə nəticəyə gəlmək və həmin iddia üzrə qanuni və obyektiv qərarın qəbul edilməsi üçün cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirzisiliyinə, onun əməlinin hüquqi tövsifinə və cinayət təqibi üzrə digər məsələlərlə yanaşı mülki iddia ilə də bağlı sübutlar cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən araşdırılmalı, həmin sübutlara qanuna müvafiq (CPM-nin 143-146cı maddələrində nəzərdə tutulmuş) qaydada qiymət verilməli və belə qiymətləndirmə əsasında mülki iddia üzrə düzgün qərar qəbul edilməlidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası vurğulayır ki, istər yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı, istərsə də maddi tərkibli digər cinayətlərə dair işlər üzrə verilmiş mülki iddiaların düzgün həlli üçün ilk növbədə belə cinayətlərin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın düzgün, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara əsasən müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki CPM-nin 139.0.6-cı maddəsiinin müddəalarına görə də, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar sübutlara əsasən müəyyən edilir. Əvvəla bu maddədə cinayət prosesi iştirakçısınını və ya cinayət prosesində iştirak edən digər şəxsin tələbi dedikdə, başqa tələblərlə yanaşı həmçinin zərər çəkmiş şəxsin mülki iddia üzrə irəli sürdüyü tələb də başa düşülür. Yəni bu normada da mülki iddia üzrə tələbə dair sübutların tədqiq edilməsi və bundan sonra onların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməsi mütləq şərt kimi nəzərdə tutulur. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz qərarlarında ifadə etdikləri hüquqi mövqelərindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edib hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarı yoxlayıb təhlil edərək belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı S.Zərərçəkmiş şəxs mülki iddiasını baxılmamış saxlamaqla, eyni zamanda ona mülki iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasını izah etməklə düzgün nəticəyə gəlmiş, bu iddianın təmin edilməsi üçün isə sonuncu tərəfindən təqdim olunmuş sübutlar müsbət nəticəyə gəlmək üçün kifayət etməmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilmədiyindən kassasiya müraciətlərini dəlillərin əsassız dəlillər kimi qiymətləndirilməli və bu baxımdan bu müraciətlər təmin olunmamalıdır. Belə olan halda, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dö vlət ittihamçısı H.B.İmranovun, zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi T.F.Hüseynovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli qərarı isə kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəs i ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2023-cü il tarixli qərarı dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestinə və zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi X16un kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar