Məhkəmə qərarları › İş №1(102)-1465/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1465/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1465/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi İskəndərli Emil İsmayıl oğlunun, Məhkum müdafiəçisi Bakı şəhəri “MBM” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(103)-1069/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasının rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2024-cü il tarixli, 1(103)-1069/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin ha lları:

1. Məhkum 17 avqust 1958-ci il tarixdə Hacıqabul şəhərində (keçmiş Qazı Məmməd) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), Ə.İ.Məmmədov və T.Q.Hüseynovdan ibarət məhkəmə tərkibində) 5 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum оğlu Аzərbаycаn Respublikası CM-in 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 179.3.2-ci maddəsi ilə CM-in 46-cı maddəsinə müvafiq olaraq 2 (iki) ildövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə CM-in 46-cı maddəsinə müvafiq olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edil məklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 fevral 2021-ci il tarixdən hesablanması, maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə DTX Maliyyə İdarəsinə təhvil verilmiş depozit hesabda olan 27 oktyabr 2021-ci il tarixdə 200.000 (iki yüz min) manat, 05 noyabr 2021-ci il tarixdə isə 389.760 (üç yüz səksən doqquz min yeddi yüz altmış) manat məbləğində pulun CM-in 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə edilməklə ziyanın ödənilməsinə yönəldilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına keçirilməsi hökm edilmişdir.

3. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasi ya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Z.B.Babayev (sədrlik edən), İ.A.İbrahimli və Z.A.Şirinovdan ibarət məhkəmə tərkibində) 21 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-nin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2022-ci il tarixli hökmü dəyişdiriİmişdir.

4. Həmin hökm üzrə “Məhkum Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi hima yədarlıq və laqeydlik müqabilində Şahid1 Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentin direktoru vəzifəsinə təyin edilməsi üçün 2009-cu ilin sonlarında Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında üç dəfəyə olmaqla, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 120.000 manat maddi nemət qismində pul vəsaitini özü və üçüncü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almasına dair” epizodla bağlı cinayət təqibinə CPM-nin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilmişdir.

5. Hökmlə Məhkum CM-nin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə аzаdlıqdаn məhrum еtmə ilə bağlı əsas cəza 8 (səkkiz) il 3 (üç) aya endirilmiş, Məhkum üzərində CMin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır

6. Həmin qərardan məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət məhkəmə tərkibində) 06 dekabr 2023-cü il tarixli, 1(102)-2150/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin ge ri qaytarılması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət məhkəmə tərkibində) 09 fevral 2024-cü il tarixli, 1(103)1069/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi, Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması, Məhkum müdafiəçisi Müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ izah olunması qərara alınmışdır.

8. Bundan sonra, Məhkum müdafiəçisi Müdafiəçi buraxılmış prosessual müddətin bərpa sı ilə əlaqədar vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2024-cü il tarixli, 1(103)-1069/2022 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair verdiyi vəsatətin təmin edilməməsi, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmaması qərara alınmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2024-cü il tarixli, 1(103)1069/2024 nömrəli qərarından Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

10. Kassasiya şikayətinin dəlilləri qismində apell yasiya instansiya məhkəməsinin qənaətinn qanunsuz və əsassız olması göstərilərək, qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2024-cü il tarixli, 1(103)-1069/2024 nömrəli qərarını ləğv edərək, buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

12. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi İskəndərli Emil İsmayıl oğlu kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassas iya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin q ərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

20. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq va xtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.

21. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddəti üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir.

22. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət-prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər.

23. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:

24. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin h əyata keçirilməsi qaydalarının ayrıayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir.

25. Həmin Məcəllənin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır.

26. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir.

27. Cinayət-Prosessual Məcəlləsinin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kass asiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.

28. Qanunvericiliyin normalarının məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi müddəti qərarın elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız istisna hal kimi nəzərə alaraq, kassasiya şikayəti verilməsi müddətini qərar elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün qərarın surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir.

29. Cinayət işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı Məhkum və onun müdafiəçisinin iştirakları ilə elan edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və Məhkum ərizəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(102)2150/2023 nömrəli qərarı ilə barəsində qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin CinayətKollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

30. Göründüyü kimi, məhkumun müdafiəçisinin hazırki kassasiya şikayətinin dəlilləri qismində göstərdiyi hallar yuxarıda göstərilənlərlə təkzib edilir. Belə ki, Məhkum tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 12 aylıq müddət buraxıldıqdan sonra kassasiya şikayəti veri lmişdir.

31. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətdə göstərilənlər buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul oluna bilməz. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini, yaxud onun vaxtında kassasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini təsdiq edən sübutlar əlavə etməmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(103)-1069/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tut ulmuş prosessual müddət məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır.

33. Məhk əmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

34. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2024-cü il tarixli, 1(103)1069/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(103)-1069/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasının rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2024-cü il tarixli, 1(103)-1069/2024 nömrəli qərarı Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar