Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1466/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyas ının 20 oktyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Oruc Cəlilov, hakimlər Nizami Quliyev və Aqil Musayevdən ibarət tərkibdə) 1(099)-138/2020 saylı, 27 iyul 2020-ci il tarixli hökmü ilə 21 iyul 1971-ci ildə İmişli rayonun Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, İmişli rayonun Gövhərli kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı, eləcə də ev dustaqlığında qaldığı müddəti, cəmi 4 (dörd) ay müddət təyin edilən cəzaya hesablanaraq üzərində qəti olaraq 6 (altı) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, İmişli Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş və çəkilməmiş 1 (bir) il müddətinə islah işləri cəzası CM-in 68.1 və 68.1.3-cü maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü hesabı ilə hesablanmaqla 3 (üç) ay müddət azadlıqdan məhrumetmə cəzası hesab e dilməsi və CM-in 67.1-ci maddəsinə əsasən, yeni təyin edilmiş cəzaya qismən birləşdirilib Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın qorunmasında iştirak edən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq, habelə xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayətləri etmişdir. Belə ki, o, 24 mart 2019-cu il tarixdə, saat 20 radələrində qohumu - bacısının əri Zərərçəkmiş şəxs2 İmişli rayonunun Məzrəli kəndindəki evinin həyətində quraşdırılmış ictimai yer hesab olunan mağarda keçirilən toy məclisi zamanı sərxoş vəziyyətdə xuliqanlıq edərək heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyaraq, toy mağarının daxilində cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək insanlarda qorxu və həyəcan hisslərinin yaranmasına səbəb olmaqla zor tətbiq edərək qardaşı oğlu X5 qəflətən yumruqla zərbə vurmaq istəmiş, lakin XXX əlləri ilə başını tutub zərbələrdən qorunaraq, həm də məlum olmayan mənbədən əldə etdiyi göz yaşardıcı qazdan istifadə edib Məhkum üzünə püskürtmüş, bu zaman XXXun atası Zərərçəkmiş şəxs1 toy şənliyi keçirilən mağarının daxilində qarışıqlıq yarandığını və ictimai qaydanın pozulduğunu görərək ictim ai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirib qardaşı Məhkum sakitləşdirib nizam-intizama dəvət etmək istəyərkən, Məhkum heç bir əsas olmadan zor tətbiq edərək yumruğu ilə qardaşı Zərərçəkmiş şəxs1 baş nahiyəsindən vuraraq onu yerə yıxmaqla ona alın nahiyəsində sağda sıyrıq, sol gözün bayır bucaq nahiyəsində və boynun sol yan səthində çənə sümüyünün sol qanadına kimi yayılmış qançırlardan ibarət sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, bundan sonra o, azğınlaşaraq öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib mağarda istifadə olunan 2 (iki) ədəd kauçuk materialdan hazırlanmış stulu, stolların üzərində düzülmüş 10 (on) ədəd saxsı qabı, 10 (on) ədəd şüşə stəkanı aşırıb sındırmaqla, toy mağarının çadırının bir hissəsini cırmaqla və məclis üçün bişirilmiş tortu əli ilə vurub aşırmaqla özgənin 500 (beş) yüz manat dəyərində əmlakını qəsdən məhv edərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmuş, daha sonra qardaşı oğlu XXXu axtarmaq üçün toy mağarından çıxıb Zərərçəkmiş şəxs2 evinin qarşısında-həyətdə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək özündə olan soyuq silah hesab edilməyən məişət təyinatlı zavod üsulu ilə hazırlanmış mətbəx bıçağından silah qismində istifadə edərək xuliqanlıq niyyəti ilə qardaşı Zərərçəkmiş şəxs1 döş nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq, ona xuliqanlıq niyyəti ilə döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna keçən, diafraqmanı zədələyən və qarın boşluğuna keçən, soltərəfli hemotoraksla müşayiət olunan yaradan ibarət, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Şirv an Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Rafiq Cəfərov və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)-516/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2020-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçiləri Orxan Məmmədli və Ulduzə Əhmədova tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və Məhkum barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlil ləri: Müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsi şikayətə baxarkən məhkəmədə sübutları lazımi qaydada araşdırmamış, iş üçün xüsusi əhəmiyyət kəsb edən hallara qiymət verməmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə araşdırması zamanı onu bıçaqla kimin vurmasını görmədiyini demiş, iş üzrə təqsirləndirilən şəxsdən şikayət etməmişdir. Hətta o, öz ifadəsində tanımadığı şəxsin onu vurmasını bildirmiş, qaranlıq olmasına baxmayaraq əgər, onu qardaşı vursaydı o, qardaşını tanıyardı. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək, Şövqinin sağ əlindəki bıçaqla Mustafanın sinəsindən vurmasını bildirmiş və bu ittiham tərəfinin sübutu hesab edilmişdir. Lakin Zərərçə kmiş şəxs2 məhkəmə iclasında ifadə verərək, ibtidai istintaqda yalan ifadə verməsini, Şövqinin Mustafanı bıçaqla vurmasını görmədiyini, Şövqinin əlindən acıqlı olması üçün, belə bir ifadə verməsini bildirmişdir. Yəni, artıq şahidin ibtidai istintaqda verdiyi ifadəsinə istinad etməkdə məhkəmə haqlı olmamışdır. Çünki, məhkəmə yalnız məhkəmə iclasında tədqiq edilən sübutlara istinad edə bilərdi. Hətta, X1 ibtidai istintaqda ifadə verərək, Şövqinin əlində bıçaq olmasını gördüyünü, bıçağı alıb əlüzyuyanın içinə atdığım, bıçağın üzərində qan ləkəsinin olmasını xatırlamadığını bildirmişdir. Yəni, əgər Şövqi Mustafanı bıçaqla vursaydı o, bıçağın üzərində qan ləkəsi olardı və hadisənin hər bir detalını xatırlayan X4 bu halı da görmüş olardı. X1 məhkəmə iclasında ifadə verərək, ibtidai istintaqda ve rdiyi ifadəsini təkzib etmiş, yalan ifadə verməsini göstərmişdir. Əslində məhkəmə şahidlərin məhkəmə iclasında verdiyi ifadələri əsas götürməli olduğu halda, məhkəmə bu ifadələrin ibtidai istintaq zamanı verilən ifadələrlə təkzib edilməsini göstərmişdir. Yəni, məhkəmə şahidlərin məhkəmə iclasında verdiyi ifadələrinin yalan olmasını, həmin ifadələrin həmin şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrlə təkzib olunmasını göstərmiş, bununla da, cinayət prosessual qanunvericiliyinin tələblərinə əməl etmədən qərar qəbul etmişdir İşin hallarından da görünür ki, Zərərçəkmiş şəxs2 və X1 məhkəmə iclasında ifadə verərək, ibtidai istintaqın gedişində verdiyi ifadənin yalan olduğunu könüllü olaraq bildirmişlər. İbtidai araşdırma zamanı çox sayda şahid dindirilmiş, lakin, heç bir şahid Məhkum bıç aqla Zərərçəkmiş şəxs1 Əlhümbət oğluna xəsarət yetirməsini gördüyünü deməmişdir. Bunu deyən yeganə şahid Zərərçəkmiş şəxs2 isə məhkəmə iclasında bunu Şövqinin əlindən hirsli olduğu üçün dediyini bildirmişdir. Zərərçəkmiş şəxs1 Əlhümbət oğluna bıçaqla xəsarət yetirilməsi faktı ilə əlaqədar Məhkum təqsirli olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə olduqda isə, məhkəmə ibtidai araşdırma orqanının məhkəməyə təqdim etdiyi və məhkəmədə öz təsdiqini tapmayan sübutlara istinad edərək ittihamedici hökm qəbul edə bilməzdi. Qeyd edilənlərdən əlavə, məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirəm ki, məhkəmə tərəfindən bir ailənin toy məclisinə ictimai yer kimi, orada toplanmış şəxslərə cəmiyyət kimi istinad etməkdə məhkəmə haqlı olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs2 və X 4 öz həyətlərində qızları üçün toy mərasimi keçirmiş və həmin toya öz qohum və tanışlarım dəvət etmişlər, hadisə isə onların həyətində (yəni ictimai olmayan yerdə) qohumların arasında baş vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışı nın predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olmasıdır. Məhkəmə kollegiyası bu barəd ə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili Məhkum hazırkı cinayət işində təqsirinin sübuta yetirilməməsi, təqsirsiz olduğundan barəsində bəraət hökmünün çıxarılmamasının və icraata xitam verilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə q arşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqında özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq və məhkəmə icraat zamanı verdikləri ifadələrlə və işin digər materialları ilə təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində izah edilir ki, CM-in xuliqanlığa görə məs uliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, ə xlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində izah verilir ki, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər (ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəminində olan mübahisə, dalaşma və s. hərəkətlər) sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkə n nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də CM-in 221-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin Qərarın 6-cı bəndində iz ah edilir ki, CM-in 221.2.2-ci maddəsində göstərilən ictimai qaydanın pozulmasının qarşısını almaqda iştirak edən digər şəxslər dedikdə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində verilmiş izahından irəli gələn müddəaları CM-in 126.2.4-cü maddəsinə aid etməklə belə nəticəyə gəlmək olur ki, şəxsin əməlinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma (CM-in 126.2.4-cü maddəsi) o vaxt tövsif oluna bilər ki, bu zaman təqsirkar davranışı ilə ictimai qa ydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasına ağır xəsarət yetirir). Habelə təqsirkar xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqla yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqaşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 126.2.4-cü maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Zərərçəkmiş şəxs2 ifadəsi, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi 28 mart və 08 iyul 2019-cu il tarixli ifadələri, şahidlər XXX və XXXanın ibtidai istintaq zamanı verdikləri ifadələri, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri, maddi sübutlar, birinci instansiya məhkəməsində elan edilməklə tədqiq olunmuş digər sənədlərlə təqsirləndirilən şəxs Məhkum silah qismində istifadə olunan əşyadan, yəni mətbəx bıçağından istifadə etməklə ictimai qaydanın qorunmasında iştirak edən Zərərçəkmiş şəxs1 zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətləri etməsi, habelə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurması sübuta yetirilmişdir, sonuncunun əməlləri CM-in 221.3 və 126.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin f aktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxd ur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəf inin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1466/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1466/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver