Məhkəmə qərarları › İş №1(102)-1466/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1466/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1466/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının,Məhkum və onun müdafiəçisi Həşimov Çingiz İbinyaman oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli, 1(103)-116/2022 nömrəli qərarından dövlət ittihamçısı Emil Mirzəyev tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 6 iyun 1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış. 2.30 aprel 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM) 29,177.3.1, 177.3.1, 179.2.2, 179.2.3, 179.2.4, 193-1.3.1, 193-1.3.2, 29,202.1, 202.1, 29,271.2.1, 29,271.2.2, 271.2.2, 29,272.2.1, 29,272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddə ləri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3.Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum mütəşəkkil dəstə tərkibində hüquq verən rəsmi sənədi tamah niyyətilə istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb mütəşəkkil dəstə tərkibində biləbilə saxta sənəddən tamah niyyətilə istifadə etmiş, mütəşəkkil dəstə tərkibində elektron məlumat daşıyıcısından və informasiyatexnologiyalarından istifadə edərək xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurlamış, mütəşəkkil dəstə tərkibində kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən tamah məqsədilə daxil olaraq kompyuter sisteminə, həmin sistemdən və bu sistem daxil ində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatlarını buna hüququ olmadan tamah niyyətilə ələ keçirmiş, kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək məqsədi ilə həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla tamah niyyətilə mütəşəkkil dəstə tərkibində toplamış, mütəşəkkil dəstə halında qeyriiəri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət yolu ilə əldə edildiyini biləbilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıb, maliyyə əməliyyatları həyata keçirməklə vahid niyyətlə külli miqdarda pul vəsaitini leqallaşdırmış, mütəşəkkil dəstə tərkibində elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə ed ərək özgə əmlakını gizli olaraq təkrarən talayıb oğurlamağa, mütəşəkkil dəstə tərkibində kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən tamah məqsədilə təkrarən daxil olmağa, kompyuter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatları buna hüququ olmadan mütəşəkkil dəstə tərkibində tamah niyyətilə təkrarən ələ keçirməyə və kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək məqsədi ilə həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla tamah niyyətilə mütəşəkkil dəstə tərkibində təkrarən toplamağa cəhd etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda z iyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, özgə əmlakını elektron məlumat daşıyıcıları və informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq oğurlamaq, hüquq verən rəsmi sənədləri vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamaq və bilə-bilə saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmək, kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən daxil olmaq, kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək üçün həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla toplamaq məqsədilə tanışları Bakı şəhər'sakinləri Bəylərli Namiq Camal oğlu, Mahmudov Nuran İsrail oğlu, Muradov Bəhruz Novruzağa oğlu, Az ərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin vergi risklərinin təhlili idarəsinin direktoru vəzifəsidə işləmiş, 14 fevral 2019-cu ildən isə qeyd olunan vəzifədən azad edilərək 14 avqust 2019- cu il tarixədək Vergilər Nazirliyinin sərəncamında olmuş Cəfərov Aqşin Əlövsət oğlu və istintaqla müəyyən edilməyən digərləri ilə həmin çoxsaylı cinayətləri törətmək üçün sabit cinayətkar qrup yaradaraq mütəşəkkil dəstə tərkibində qabaqcadan birləşməklə əlbir olub, ümumi cinayətkar məqsədlərinə uyğun aralarında ciddi vəzifə bölgüsü apararaq, o cümlədən, Nuran Mahmudov ƏDV depozit hesablarında pulları olan səhmdar cəmiyyətlərin axtarılıb tapılması, Aqşin Cəfərov səhmdar cəmiyyətlərin ƏDV depozit hesablarında hansı məbləğdə pulların olmasına dair mə lumatların toplanması, Bəhruz Muradov ƏDV depozit hesablarında pulları olan səhmdar cəmiyyətlərin rəhbərlərinin elektron imzalarının əldə olunması, özü səhmdar cəmiyyətlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və fəaliyyət sahəsinə və cəmiyyətlərin rəhbərlərinə dair məlumatların toplanması, Namiq Bəylərli hüquq verən rəsmi sənədlərin istifadə etmək məqsədi ilə saxtalaşdırılmaqla qanunsuz hazırlanması, kompyuter sisteminə daxil olmaq hüququ olmadan ora daxil olaraq həmin sistemdə saxlanılan kompyuter məlumatlarının ələ keçirilməsi, səhmdar cəmiyyətlərin rəhbərlərinin elektron imzalarından istifadə edərək cəmiyyətlərin ƏDV depozit hesablarında olan pulların faktiki olaraq idarə etdikləricəmiyyətlərin ƏDV depozit hesablarına köçürülməsi, həmçinin, istintaqla şəxsiyyətləri müəyyən edilməyə n cinayətkar dəstənin digər üzvləri oxşar funksiyaları yerinə yetirməklə həmin cinayətkar məqsədlərinin həyata keçirilməsi üçün 2019-cu ilin mart ayından həmin ilin iyul ayınadək olan müddətdə dəstə üzvü Namiq Bəylərli elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ƏDV depozit hesabından informasiya texnologiyalarından istifadə etməklə pul vəsaitini gizli yolla talamaq məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və fəaliyyət sahəsinə dair məlumatları, Cəmiyyətin direktoru Nümayəndə1 elektron imzasının alınması üçün 2019-cu ilin aprel ayının 12-dən 15-dək olan tarixlərdə sonuncunun cəmiyyətlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və fəaliyyət sahəsinə və cəmiyyətlərin rəhbərlərinə dair məlumatları şəxsən əldə edib dəstə üzvü Nuran Mahmudov vasitəsi ilə 2019-cu ilin mart ayında Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə Namiq Bəylərliyə verməklə, kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək üçün həmin məlumatları tamah niyyətilə toplamaq məqsədi ilə həmin Cəmiyyətin ƏDV depozit hesabında hansı məbləğdə pul vəsaitinin olmasına dair məlumatları dəstənin digər üzvü Cəfərov Aqşin Əlövsət oğlunun Azərbaycan Respublikası Vergilər Nazirliyində işləyən istintaqla müəyyən edilməyən tanışları vasitəsilə əldə etməklə 12 aprel 2019-cu il tarixdə “Akwin, Ceferov” adlı +99455- ***-**-** saylı mobil nömrə ilə “WhatsApp” proqram təminatı vasitəsilə dəstənin digər üzvü Namiq Bəylərlinin “beylerovnamiq1969” adlı +99***-***-** -** saylı mobil telefonuna göndərməsi ilə Namiq Bəylərliyə verdikdən sonra cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü Nümayəndə1 imzasının, eləcə də Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu Şahid1 imzası və adına hazırlanmış Azərbaycan Respublikasının dairəvi möhürünün əksini həmin müddət ərzində istintaqa məlum olmayan yer və şəraitdə digər sənəddən dəstə üzvü Namiq Bəylərli əldə edib müvafiq (skayner və digər) qurğu vasitəsilə ona məxsus olan “Acer” markalı “N16Q2” modelli “NXGBER01782112E807600” seriya nömrəli “notebook” tipli kompyuterin yaddaşına köçürməklə cinayət əməlini davam etdirərək Nümayəndə1 adından dəstə üzvü Bəhruz Muradova guya müəyyən səlahiyyətlər, yəni "xxxx" QSC-nin sənədlərini vergi orqanlarına təqdim etmək, dövlət və qeyri-dövlət təşkil atlarında onu təmsil etmək. “ASAN xidmət” mərkəzlərində “Asan imza", Milli Sertifikat Xidmətləri Mərkəzi və poçt xidməti mərkəzlərində “Elektron imza" almaq və sair hüquqlarını verməsi görüntüsü yaradan 7 may 2019-cu il tarixli etibarnaməni Namiq Bəylərli tərtib edib kağız daşıyıcı üzərinə çap etdikdən sonra etibarnamənin “imza” qrafasındakı “Nümayəndə1” soyad və adının qarşısında, eləcə də, “Notariusun imzası”, “notarius” qrafalarına Namiq Bəylərli ona məxsus kompyuterin yaddaşına köçürdüyü müvafiq imzaların təsvirini surətçıxaran qurğu (printer) vasitəsilə çap edərək tamah niyyətilə istifadə etmək məqsədilə hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, cinayətkar əməllərini davam etdirərək "xxxx" QSC-nin direktoru Nümayəndə1 adına “Elektron imza”nın alınması üçün 24 may 2019-cu il tarixd ə Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə elektron qaydada sonuncunun adından Namiq Bəylərli müraciət edib, həmin müraciətlə əlaqədar 31 may 2019-cu il tarixdə Məlumat Hesablama Mərkəzində “Elektron imza”nı qəbul etməkdən ötrü dəstənin üzvü Bəhruz Muradova həqiqi etibarnamə olması görüntüsü yaradan 7 may 2019-cu il tarixli hüquq verən saxta rəsmi sənədi Nuran Mahmudov vasitəsilə 31 may 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Səməd Vurğun» bağının qarşısında verilməsinə və qeyd olunan etibarnamə əsasında Nümayəndə1 adına olmaqla elektron məlumat daşıyıcısı hesab olunan “Asan imza”nın dəstənin üzvü Bəhruz Muradov saxta sənəd Azərbaycan Respub likası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin ünvan 2 ünvanında yerləşən inzibati binasında təqdim edilib mütəşəkkil dəstə tərkibində tamah niyyətilə istifadə etməklə 31 may 2019-cu il tarixdə Bəhruz Muradov şəxsən aldıqdan sonra, dəstə üzvü Namiq Bəylərli Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə və vaxtda kompyuter sisteminə daxil olmaq hüququ olmadan orada saxlanılan kompyuter məlumatlarını və özgənin hesabında olan pul vəsaitini ələ keçirmək məqsədilə informasiya texnologiyası hesab olunan həmin elektron imza vasitəsilə kompyuter sistemi hesab olunan ƏDV depozit hesabına tamah məqsədilə qanunsuz daxil olaraq kompyuter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan və kommersiya sirri hesab olunan "xxxx" QSC-nin əlavə dəyər vergisi sub-uçot məlumatlarını buna hüququ olmadan tamah niyyətilə mütəşəkkil dəstə tərkibində qanunsuz istifadə etmək məqsədilə gizli yolla ələ keçirərək həmin sub-uçot hesabdan cinayətdən xəbərsiz olan İsmayılov Natiq Cabbar oğlunun təsisçisi olduğu və faktiki olaraq dəstə üzvü Nuran Mahmudov tərəfindən idarəçiliyi həyata keçirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) sub- uçot hesabına guya 277.500 (iki yüz yetmiş yeddi min beş yüz) manat dəyərdə məhsulun aiqı-satqısının aparılması və həmin əməliyyat üzrə 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləğdə ƏDV-nin qeyd edilən Cəmiyyətin hesabına köçürülməsini 5 iyun 2019-cu ildə təmin edərək, həmin pul vəsaiti üzərində sərəncam vermək hüququ və imkanı yaranmaqla mütəşəkkil dəstə halında "xxxx" QSCnin əlavə dəyər vergisi sub-uçot hesabından 49.950 (qırx doqquz min doqquz yüz əlli) manat məbləğdə özgə əmlakı olan ƏDV-ni informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla gizli yolla talamaqla mütəşəkkil dəstə tərkibində oğurlayıb, bundan sonra qeyd edilən şəxslərlə mütəşəkkil dəstə tərkibində Salyan rayonunun Çadırlı kəndi ərazisindəki yanacaq doldurma məntəqəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmin mütəşəkkil dəstənin tərkibinə daxil olmayan fiziki şəxs********** saylı VÖEN-lə fəaliyyət göstərən Şahid3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qeyd edilən məbləğdə pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitinin əldə edilməsini n həqiqi mənbəyini, yəni oğurluq yolu ilə əldə olunmasını gizlətmək məqsədilə dəstənin digər üzvü Namiq Bəylərli 49.950 manat məbləğdə pul vəsaitindən istifadə edərək cinayətkar niyyətini pərdələməklə ayrı-ayrı maliyyə əməliyyatları həyata keçirmək və əqd bağlamaq yolu ilə, o cümlədən göstərilən məbləği faktiki olaraq Nuran Mahmudov tərəfindən idarə olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sub-uçot hesabından guya 26 aprel 2019-cu il tarixli 11/20193 nömrəli müqavilə və 27 may 2019-cu il tarixli EAAU seriyalı 955803 №-li elektron qaimə əsasında 98.333,33 manat (doxsan səkkiz min üç yüz otuz üç manat otuz üç qəpik) dəyərdə 136.831,7690 litr benzin yanacağı məhsulunun alqısatqısının aparılması üçün, həmin əməliyyat üzrə avans qaydasında 49.950 manat məbləğin Şahid3 ƏDV depozit subuçot hesabına köçürülməsinin zəruriliyi görüntüsü yaradaraq, dəstənin digər üzvü Namiq Bəylərli 5 iyun 2019-cu il tarixdə 102442 №li əməliyyatla vahid qəsdlə əvvəlcə avans təyinatlı 10 manat, həmin gün 102335 №-li əməliyyatla isə əlavə olaraq 49.940 manat pul vəsaitini Şahid3 ƏDV depozit sub-uçot hesabına köçürməklə, ümumilikdə külli miqdar təşkil edən cəmi 49.950 manat pul vəsaitini hesabdan hesaba köçürməklə, qeyd olunan pul vəsaitinin müqabilində qabaqcadan əlbir olduqları Şahid3 Şahid5 vasitəsi ilə 2019-cu ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Bakı Metropoliteninin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında əldə etdiyi 10.000 manat pulu mütəşəkkil dəstənin digər üzvləri Nuran Mahmudov, Aqşin Cəfərov, Bəhruz Muradov, Namiq Bəylərli və qeyriləri aralarında bölüşdürüb ş əxsi ehtiyaclarına sərf edərək cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda pul vəsaitinimaliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaq yolu ilə əldə edilməsinin həqiqi mənbəyini gizlətməklə vahid niyyətlə leqallaşdırmışdır. Bundan başqa, o, təkrarən, eyni niyyətlə, Nuran Mahmudov, Aqşin Cəfərov, Bəhruz Muradov, Namiq Bəylərli və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində aralarındakı eyni xarakterli vəzifə bölgüsünə uyğun olaraq, ********** saylı VÖEN-lə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ƏDV depozit hesabında olan pul vəsaitini eyni forma və üsullarla gizli yolla talamaq məqsədilə 2019-cu ilin mart ayında dəstə üzvü Namiq Bəylərli həmin Cəmiyyətin direktoru Nümayəndə2 anket məlumatları, Cəmiyyətin hüquqi ünvanına, elektron ünvanına, əlaqə t elefon nömrəsinə dair məlumatları şəxsən əldə edib dəstə üzvü Nuran Mahmudov vasitəsi ilə Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə və vaxtda Namiq Bəylərliyə verməklə, sonuncu tərəfindən istintaqla müəyyən edilməyən saxta sənədlərdən istifadə edilməklə həmin Cəmiyyətin direktoru Nümayəndə2 elektron imzasının alınması üçün MMC-yə dair ƏDV depozit hesabında olan vəsait barədə kommersiya sirri təşkil edən məlumatları dəstə üzvü Cəfərov Aqşin Əlövsət oğlundan, sonuncunun Azərbaycan Respublikası Vergilər Nazirliyində işləyən istintaqla müəyyən edilməyən tanışları vasitəsilə əldə etməklə, 2019-cu ilin aprel ayında “Akwin, Ceferov” adlı +99***-***-**-** saylı mobil nömrə ilə “WhatsApp” proqram təminatında qeydiyyatdan keçmiş dəstənin digər üzvü Cəfərov Aqşin Əlövsət oğlunda n dəstənin digər üzvü Namiq Bəylərlinin “beylerovnamiq1969” adlı +99***-***-**-** saylı mobil telefonuna göndərməsilə əldə edərək 2019-cu ilin iyun ayında Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə elektron qaydada Nümayəndə2 adından müraciət edib, müraciətdə “Şirkətin əlaqədar şəxsi” qrafasında dəstənin digər üzvü Muradov Bəhruz Novruzağa oğlunu qeyd edərək, həmin müraciətlə bağlı ********* kodlu elektron bildiriş verilməsi ilə əlaqədar 19 iyun 2019-cu il tarixdə dəstənin üzvü Bəhruz Muradov Nuran Mahmudovla qeyd olunan Mərkəzə gedib, “Elektron imza”nın qəbul edilməsi Bəhruz Muradova həvalə edildiyindən, sonuncu “Elektron imza"nın hazır olubolmadığı ilə maraqla nan zaman Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzin əməkdaşları tərəfindən ifşa olunduqlarına görə, özünün və dəstə iştirakçılarının iradələrindən asılı olmayan səbəbdən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edərək "xxxx" MMC-nin ƏDV depozit hesabında olan 4.309,31 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrarən gizli olaraq talayıb oğurlamağa, kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemdə saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə qəsdən tamah məqsədilə təkrarən mütəşəkkil dəstə tərkibində həmin sistemə daxil olmağa, kompyuter sisteminə, həmin sistemdən və bu sistem daxilində ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatları buna hüququ olmadan tamah niyyətilə mütəşəkkil dəstə tərkibində təkrarən ələ keçirməyə və kommersiya sirlərini təşkil edən məlumatlardan qanunsuz istifadə etmək məqsədi ilə həmin məlumatları sənədlərin saxtalaşdırılması və sair qanunsuz üsulla tamah niyyətilə mütəşəkkil dəstə tərkibində təkrarən toplamağa cəhd etmişlər. Bundan əlavə, o, 24 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** VÖEN-i əsasında dövlət qeydiyyatına alınmaqla tikinti və təmir işlərinin həyata keçirilməsi ilə məşğul olan “RAMZ Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs1, sonunc unun yaxın qohumları sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində dövlət qeydiyyatına alınmaqla tikinti və təmir işlərinin həyata keçirilməsi ilə məşğul olan Zərərçəkmiş şəxs3(********** VÖEN) və Zərərçəkmiş şəxs2 (********** VÖEN) ilə aralarında olan şifahi razılaşmaya əsasən həmin Cəmiyyətin, o cümlədən, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mühasibi vəzifəsinə işə qəbul olunmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 saylı qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarifİxtisas Sorğu Kitabçası”na əsasən, mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılm asının, təsərrüfat- maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin- tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək, maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda əks etdirmək, məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək, dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək, təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və maliyyə, vergi və digər hesabatların göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak etmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş həmin Cəmiyyətə və fiziki şəxslərə məxsus əmlakı təkrarən mənimsəməklə talamaq məqsədilə 24 yanvar 2019-cu il tarixdən 1 i yul 2019-cu il tarixədək olan müddətdə "xxxx" MMC-nin təmir işləri apardığı ünvan 3 ünvanında yerləşən 10 nömrəli sanatoriya tipli internat məktəbinin inzibati binasında Cəmiyyətin direktoru Zərərçəkmiş şəxs1 həmin Cəmiyyətin vergi borclarının ödənilməsi üçün hissə-hissə olmaqla cəmi 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini şəxsən alaraq, Cəmiyyətin vergi borcları üzrə ödəniş aparmayaraq şəxsi ehtiyaclarına sərf etməklə, həmin məbləğdə, həmçinin, eyni niyyətlə, cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs3 bank hesablarından istifadə etmək və sair məsələlərə dair özünə Bakı şəhəri 1 saylı notariat kontorunda verdiyi 27 may 2019-cu il tarixli etibarnamədən istifadə edərək Zərərçəkmiş şəxs3 "xxxx" ASC-də olan AZ24AİİB******************** saylı hesabından xx.xx.2019 -cu il tarixdə 112MSCD191610001 №-li məxaric orderi ilə 73,89 manat və 112MSCD191610002 №-li məxaric orderi ilə 14.778 manat olmaqla cəmi 14.851,89 manat (on dörd min səkkiz yüz əlli bir manat səksən doqquz qəpik) pulu ünvan 4 ünvanında yerləşən “28 May” filialında məxaric edib, həmin pul vəsaitindən 9.851,89 manatını Zərərçəkmiş şəxs3 verib, qalan 5.000 (beş min) manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, həmin məbləğdə, həmçinin, eyni niyyətlə, cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs2 bank hesablarından istifadə etmək və sair məsələlərə dair Bakı şəhəri 1 saylı notariat kontorunda verdiyi 27 may 2019-cu i! tarixli etibarnamədən istifadə edərək Zərərçəkmiş şəxs2 "xxxx" ASC-də olan AZ19AİİB******************** saylı hesablaşma hesabından 10 iyun 2019-cu il tarixdə 112MSCD191610056 №-li məxaric orderi ilə 43,59 manat, eyni tarixdə 112MSCD191610057 №-li məxaric orderi ilə 8.718 manat, xx.xx.2019-cu il tarixdə 112MSCD191750017 №-li məxaric orderi ilə 31,41 manat, eyni tarixdə 112MSCD191750018 №-li məxaric orderi ilə 6.282 manat və xx.xx.2019-cu il tarixdə 112FTRQ191780001 №-li məxaric orderi ilə 3.520 manat olmaqla, cəmi 18.595 (onsəkkiz min beş yüz doxsan beş) manat pul vəsaitini ünvan 4 ünvanında yerləşən “28 May” filialında məxaric edərək, həmin pul vəsaitindən 13.595 manatını Zərərçəkmiş şəxs2 verərək, qalan 5.000 (beş min) manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, həmin məbləğdə, ümumilikdə qeyd edilən qaydada "xxxx" MMC, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məxsus olmaqla ona etibar olunmuş cəmi 18.500 (on səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır. 4.Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 1(101)-1139/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1, 179.2.2, 179.2.3, 179.2.4, 193-1.3.1, 193-1.3.2, 29,202.1, 202.1, 29,271.2.1, 29,271.2.2, 271.2.2, 29,272.2.1, 29,272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləs inin 193-1.3.1, 193-1.3.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29,271.2.1, 29,271.2.2, 271.2.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29,272.2.1, 29,272.2.2, 272.2.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 v ə 320.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə qəti olaraq Məhkum 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 5.Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. 6.Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli, 1(103)116/2022 nömrəli qəra rı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 1(101)-1139/2021 saylı hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,272.2.1, 29,272.2.2 və 272.2.2-ci maddələri ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilərək verilmiş ittiham üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,272.2.1, 29,272.2.2 və 272.2.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən, həmin maddələrlə ona bəraət verilmişdir Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1, 179.2.2, 179.2.3, 179.2.4, 193-1.3.1, 193-1.3.2, 29,271.2.1, 29,271.2.2 və 271.2.2-ci maddələri ilə təyin olunan əsas cəzaları Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 1(101)-1139/2021 saylı hökmü qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 7.Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli, 1(103)116/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya protestini n dəlilləri

8. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd etmişdir ki, məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilmədiyindən, bunun nəticəsi olaraq Nəzərov Sehran Dadaşbala oğluna irəli sürülmüş ittihamdan CM-nin 185.2.1-ci maddəsi ilə əsassız bəraət verilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 feval 2022-ci il tarixli, 1(103)116/2022 nömrəli qərarının ləğv ed ilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. İİİ Hüquqi məsələlər

9. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normal ara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 11.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 12.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azı ndan həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 13.Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsaslarla əlaqələndirmişdir. 14.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səl ahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli, 1(103)116/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 15.Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

16. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sü butlara əsasən müəyyən edilməsini tələb edir. 17.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə m alikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Balakən Rayon Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərardadı, 23 iyul 2021-ci il).

19. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

20. Belə ki, iş üzrə toplanmış subutların məcmusundan, həm birinci instansiya məhkəməsində, həm də hazırda apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə araşdırmasının nəticələrinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1, 179.2.2, 179.2.3, 179.2.4, 193- 1.3.1, 193-1.3.2, 29,202.1, 202.1, 29,271.2.1, 29,271.2.2, 271.2.2, 320.1 və 320.2-ci maddələri ilə, nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması və Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 29,272.2.1, 29,272.2.2 və 272.2.2-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gəlmişdir.

21. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarında cinayət işi üzrə toplanmış sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, verilmiş ittiham üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,272.2.1, 29,272.2.2 və 272.2.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən, həmin maddələrlə ona bəraət verilməli, habelə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1, 179.2.2, 179.2.3, 179.2.4, 193-1.3.1, 1931.3.2, 29,271.2.1, 29,271.2.2 və 271.2.2-ci maddələri ilə təyin olunan əsas cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum qəti cəza təyin olunmalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 1(101)-1139/2021 saylı hökmü qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır

22. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya instansiyası məhkəməsinin qərarını təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası m əhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar maddi və prosessual cinayət hüquq normalarına uyğun qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

23. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2022-ci il tarixli, 1(103)-116/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1- ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 fevral 2021-ci il tarixli, 1(103)-116/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar