Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1466/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbay can Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Firdovsi Zülfü oğlu) Məhkum, xx xxxx 1982-ci il tarixdə Masallı rayonunun Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Kolatan kəndində qeydiyyatda olan və yaşayan, CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zamanı 18 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesabı ilə hesablanaraq həmin cəzadan çıxılmaqla məhkumun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və onun üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdud larını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, Məhkum cəzasının icrasının yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi və onun cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmışdır. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum 2022-ci ilin mart ayında Masallı rayonu, Kolatan kəndində yerləşən mərhum qardaşı X6 məxsus fərdi yaşayış evinin həyatyanı sahəsində qanunsuz olaraq əkdiyi toxumlardan bitən tərkibində narkotik maddələr ola n ümumilikdə 7 ədəd, yəni xeyli miqdarda çətənə bitkilərinə qulluq etməklə onları yetişdirib həmin bitkiləri kultivasiya etmiş və 18 avqust 2022-ci il tarixdə, saat 21 radələrində Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Masallı rayonu, Kolatan kəndində yerləşən mərhum qardaşı x6ə məxsus evin həyətyanı sahəsinə baxış keçirilərkən torpaq səthində yetişdirilmiş, ümumi təmiz çəkisi-6965,0 qram olan 7 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı İsmayılov Elmar Nağı oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 21 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı R.P.Almazov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Cəza təyin etmənin prinsipləri, şərtləri və qaydaları təsbit edilmiş CM-nin müvafiq maddələrinə, Azəbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına istinad edən dövlət ittihamçısı R.P.Almazov kassasiya protestini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsi və onunla razılaşan Şirvan Apelyasiya Məhkəməsi tərəfindən yekun məhkəm ə aktları qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutları məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin 143-146-cı maddələrinə əsasən tədqiq edilməmiş, nəticədə təqsirləndirilən şəxsə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onun şəxsiyyətinə uyğun olmayan cəza təyin olunmuşdur. Belə ki, Məhkum təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayətlər kateqoriyasına aid olmaqla, birbaşa qəsdlə törədilmiş, cinayətin əsas obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyektləri isə bir sıra ictimai təhlükəsi zlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret olaraq müəyyən insanın-fərdin sağlamlığıdır. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə '‘Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Lakin, hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı normalarının tələblərini nəzərə almamış, Məhkum törətdiyi cinayət əməlinin daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Bundan başqa, iş materialların da görünür ki, Məhkum 7 ədəd, hündürlükləri 0,80 sm-dən 3,0 m-dək, ümumi çəkisi 6965,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini mərhum qardaşına məxsus yaşayış evinin həyətyanı sahəsində əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, lakin məhkəmə nəzərə almamışdır ki, bu miqdarda çətənə bitkisinin yetişdirilməsi və ondan narkotik vasitə istehsal edilərək dövriyyəyə buraxılması digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsini, ictimai təhlüksizliyi və əhalinin sağlamlığını poza və cəmiyyət üçün mənfi nəticələr doğura bilərdi. Həmçinin məhkəmələr Məhkum təqsirləndirildiyi maddənin sanksiyasının aşağı həddində, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edərkən onun himayəsində 4 azyaşl ı uşaqlarımın olmasını, bundan başqa törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, ailənin yeganə qazanc gətirəni olduğunu CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, CM-nin 61-ci maddəsində nəzəıdə tutulan cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Dövlət ittihamçısı daha sonra qeyd edir ki, CM-nin 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması onun könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməlidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin həıəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirlən dirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, məhkəmələr Məhkum cəza təyin etmə məsələsini həll edərkən yuxarıda qeyd olunan halları cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş, bununla da CPM-nin 139-cu maddəsinin tələblərini pozmuşlar. Bundan başqa, məhkəmələr təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsir edəcəyini qeyd etsələr də, bunun nədə ifadə olunduğunu qəbul etdikləri yekun məhkəmə aktlarının təsviri-əsaslandırıcı hissəsində göstərməmişlər. Qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında digər proses iştirakçıları ilə yanaşı Məhkum də qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin o, naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-nin 419.4- cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı R.P.Almazov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayı b aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyas ı məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktın a münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici i fadələri ilə yanaşı şahidlərin ifadələrinə, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara, maddi sübutlara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlini CM-nin 237.1-cimaddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya protestinin məzmununa görə, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilmsi üçün əvvəla qeyd edir ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin əməlləri törətmiş şəxsin CM-nin 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarındırılmasına səbəbə olur. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur: 1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə; 2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bi tkiləri yetişdirmə; 3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş - yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində də tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunverici insan və vətə ndaş hüquqlarının qorunması və müdafiəsi sahəsində, habelə cinayət qanunvericiliyi sahəsində müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək Konstitusiya ilə nəzərdə tutulan hədlərdə cinayət qanununun müddəalarının məzmununu, o cümlədən ictimai təhlükəli əməllərin törədilməsinə görə cəzaları və şəxsin cinayət törətməsinin digər cinayət-hüquqi nəticələrini müəyyən etməkdə haqlıdır. İctimai təhlükəli əməlin müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə hüquqi tənzimləmə hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasi blik, hüquqi müəyyənlik, tarazlıq prinsipləri əsasında həyata keçirilməlidir. Sadalanan prinsiplərə əməl olunması beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan irəli gəlir. Hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə əsaslanır və bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərə görə məsuliyyət müəyyən edən normalar cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərki bli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur. Göründüyü kimi, CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibi ndə xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilmiş cinayət hüquqi tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın – 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görm ür. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun göstərilən normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqıqda digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tu tulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habe lə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-nin 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Hazırki iş üzrə məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən haqlı olaraq həm qanunverciliyin yuxarıda göstərilən tələblərindən, həm də CMnin 58.1-ci maddəsinə verilmiş təfsirdən çıxış edərək sonuncuya onun təqsirli bilindiyi CMnin 237.1-ci maddəsinin sanksiyasında alternativ cəzaların müəyyən edilməsini nəzərə alıb ona həmin cəzalardan ən yüngülü növündə - cərimə cəzasını deyil, məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafq hesab etmişlər ki, məhkəm ə kollegiyası da həmin cəzanı ədalətli və qanuni hesab edərək onun açıq-aşkar yüngül cəza olması barədə nəticəyə gəlmək üçün heç bir əsas görmür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1. 14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdır an halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinay ət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əmə lləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şərai tinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmələr düzgün olaraq onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı məhkumun himayəsində dörd azyaşlı uşaqlarının olmalarını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş hal), CMnin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyələndirilməsini, ilk dəfə cinayət törətdiyini, ailəsinin yeganə təminatçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül olan azadlı ğın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmişlər. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil ir əli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Həmçinin məhkumun mənfi cəhətdən xasiyyətləndirilməsi, onun cinayət törətməyə meyilli şəxs olması da iş materialları ilə müəyyən edilmir. Əksinə, bu materiallara görə, Məhkum fərdi əməklə məşğul olur və onun cəmiyyətdə hər hansı mənfi davranışı ilə bağlı məlumat cinayət işinin materiallarında yoxdur, onun yaşadığı yer üzrə müsbət cəhətdən xasiyyətləndirilməsi isə hələ məhkəməyədək icraat zamanı ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilmiş və bu hal ittiham aktında da əksini tapmışdır. Bundan başqa, məhkəmə kollegiyası onu da vurğulayır ki, Məhkum törətdiyi cinayət (CM-nin 237.1-ci maddəsində müəyyən edilmiş) CM-nin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” adlandırılan CM-nin 26-cı fəslində nəzərdə tutulmuşdur və həmin cinayətin obyekti narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi və insanların sağlamlığının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ictimai münasibətlərdir. Narkotik vasitlələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin əlavə obyekti kimi ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətinin pozulması o halda nəzərdən keçirilə bilər ki, həmin cinayətlər həmçinin bu obyektlərə qəsd edilməklə törədilmiş olsun, yaxud da belə cinayətlərin törədilməsi nəticəsində ictimai təhlükəsizliyə zərər yetirilsin, ya da dövlət idarə və müəssisələrin normal fəaliyyəti pozulmuş olsun. Məhkum barəsindəki cinayət işindən, o cümlədən ona elan olunmuş ittihamdan məhkumun ictimai təhlükəsizlik qaydalarını pozması, bu qaydalara qəsd etməsi, yaxud da onun törətdiyi əməl nəticəsində dövlət idarə və müəssisələrin normal fəaliyyətinin pozulması görünmür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların ümumilikdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması mümkün deyil ona görə ki, belə halların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. Eyni zamanda, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi hallar da CM-nin 61.2-ci maddəsinin tələbinə əsasən nə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alına, nə də ki təyin edilmiş cəzanın mütləq şəkildə ağırlaşdırılması üçün əsas yarada bilməz ona görə ki, cinayət qanunun yuxarıda təsvir edilmiş normaları, onlara verilmiş təfsir və şərhlər şəxsə təyin edilmiş cə zanın açıq-aşkar yüngül hesab edilməsi üçün tamamilə başqa meyarları (cinayətin xarakterini və ictimai təhlüküləlik dərəcəsini, təqsirkarın şəxsiyyətini səciyyələndirilən halları, cəzanın məqsədlərinə nail olunmasına mümkün olub-olmamasını və s.) nəzərdə tutur. Digər tərəfdən məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin əsaslandıqları halların cəzanı yüngülləşdirən hallar kimi hesab etmələrində də heç bir qanun pozuntusu görmür, çünki belə hallarn cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması üçün CM-nin 59.2-ci maddəsinin tələbləri imkan verir və bu hallar qanunun (CPM-nin 139.0.5-ci maddəsinin) tələb etdiyi qaydada, yəni iş üzrə araşdırılmış sübutlara əsasən müəyyən edilmşdir. Məhkəmə kollegiyasının fikrincə, CM-nin 59.2-ci maddəsi məhkəmələrə onlara verilmiş səlahiyyətlərdə n sui-istifadə etmədən cəza təyin etmə məsələsini həll edərkən iş üzrə araşdırılmış sübutlarla təsdiq olunduğu halda təqsirkarın törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan, onun şəxsiyyətini səciyyələndirən, məhkumun ailə vəziyyətinə və onun üzvlərinə aid olan istənilən halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına imkan yaradır. Həmçinin kassasiya protestinin CM-nin 72-ci maddəsində nəzərdə tutulmuş halların, yənin Məhkum törətdiyi əməldən səmimi peşman olmasının düzgün olmayaraq məhkəmələr tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməsinə dair dəlilinə münasibət bildirən məhkəmə kollegiyası əvvəllər qəbul etdiyi bir çox qərarlarında (məsələn, X3 oğlunun CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə 10 yanvar 2022 -ci il tarixli qərarında) ifadə etdiyi mövqeyə uyğun olaraq növbəti dəfə qeyd edir ki, CM-nin 72-ci madəsində nəzərdə tutulmuş əsaslar cəzanın yüngülləşdirilməsini deyil, səmimi peşmanşılıqla bağlı ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsi cinayət məsuliyyətndən azad etməni özündə ehtiva edir və cinayət məsuliyyətindən azad etmə törədilən cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və cəza təbiq etməkdən imtina etməsidir. Cəzadan azad etmə məsuliyyətdən azad etmədən fərqli olaraq, şəxsin mühakiməsindən, yəni ittiham hökmü çıxarıldıqdan sonra tətbiq olunur. İş materiallarından göründüyü kimi Məhkum cinayət məsuliyyətindən azad olunmamış, o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinərək cinayət qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cəzalandırılmışdır. Səmi mi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etməyə dair tələblər nəzərdə tutulmuş CM-nin 72.1-ci maddəsinə əsasən isə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi, həmin maddədə qanunverici cinayət törətmiş şəxsin səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün mütləq şəkildə məcmu şəklində aşağıdakı şərtlərin olması barədə tələb irəli sürür: a) şəxs yalnız böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə təqsirləndirilməli; b) həmin şəxs könüllü gəlib təqsirini boynuna almalı; c) belə şəxs cinayətin ü stünün açılmasına fəal kömək etməli, cinayət nəticəsində dəymiş ziyanı ödəməli və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmalıdır. Səmimi peşmanlığın dispozitiv əlamətləri kimi cinayət qanunvericiliyində cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hallar nəzərdə tutulmuşdur ki, belə hallar müəyyən edildikdə böyük ictimai təhlük törətməyən cinayət törətmiş şəxs həmin hallara əsasən cinayət məsuliyyətindən azad edilə bilər. Şəxsin digər kateqoriyalara aid (az ağır, ağır və ya xüsusilə ağır) cinayətər törətməsi halında isə hətta səmimi peşmanlıqla bağlı yuxarıda göstərilən başqa hallar müəyyən edildikdə belə onun CM-nin 72.1 -ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə olduqda isə məhkəmələr cəza təyini zamanı səmimi peşmanlığın müəyyən edilməsinə dəlalət edən halları həm ayrıayrılıqda, həm də cəm şəklində səmimi peşmanlıq kimi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə ala bilərlər. Hazırki işin hallarına görə, əvvəla Məhkum törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aiddir və buna görə məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında onun CM-nin 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini heç müzakirə belə etməmişlər, baxmayaraq ki, onun cinayət törətdikdən sonra etdiyi hərəkətlər, ibtidai araşdırma zamanı davranışı və verdiyi ifadələr məhkum olunmuş şəxsin təqsirini boynuna almasına, cinayət təqibinin bütün mərhələlərində eyni cür ifadələr verməsi onun ittham olunduğu cinayəti törətməsini etiraf etməsinə dəlalət edir və səmimi peşmanlıqla bağlı bu hallar araşdırılmış sübutlarla təsdiq olunur. Təsvir edilənlərdən belə nəticə hasil olur ki, Məhkum səmimi peşmanlığı ilə bağlı bütün hallar araşdırılmış sübutlarla öz təsdiqini tapır və məhkəmələr də bu halları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində səmimi peşmanlıq kimi nəzərə alarkən heç bir qanun pozuntusuna, o cümlədən CM-nin 72.1-ci maddəsinin tələblərinin pozulmasına yol verməmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza təyini zamanı cinayət törətmiş şəxsin səmimi peşmanlığı məsələsinə təkcə cinayət hüquqi normalarının tələbləri baxımından deyil, həm də fəlsəfi nöqteyi nəzərdən diqqət yetirilə və bu hal da təqsirkarın şəxsiyyətini səciyələndirən, dig ər tərəfdən isə cəzanı yüngülləşdirən hal kimi cəza təyini zamanı nəzərə alına bilər. Belə ki, fəlsəfi mənada peşmançılıq şəxsin etdiyi və ya etmədiyi hərəkətlərə görə keçirdiyi dərin təəssüf hissidir. Bu hissi keçirən şəxslərin digərlərindən fərqi ondan ibarətdir, onlar etdikləri hərəkətə, onun nəticələrinə biganə yanaşmır və etdikləri, yaxud da etmədikləri hərəkətə görə mənəvi əziyyət çəkirlər, bunu isə istər ifadələrində, istərsə də digər hərəkətlərində ifadə edə bilərlər. Məhkəmə kolegiyası hesab edir ki, belə səmimi peşmanlıq həmçinin hər hansı cinayətin törədilməsinə görə təqsirli bilinmiş şəxsin cinayət törətməyə meylli şəxs olmamasının və tez bir zamanda islah oluna bilməsinin göstəricisidir. İş üzrə araşdırılmış sübutların, Məhkum verdiyi ifadələrin təhlili göstərir ki, o, bütün i fadələrində törətdiyi əmələ görə pemançılıq çəkməsini bildirmiş, onun bu hissi keçirməsi ibtidai araşdırmanan ilkin mərhələsindən başlayaraq verdiyi ifadələrin biri-biri ilə üst-üstə düşən məzmunu ilə də təsdiq olunur ki, bu hallar da məhkumun yuxarıda göstərilənlərlə yanaşı həm də fəlsəfi nöqteyi nəzərdə səmimi peşmanlığından xəbər verir. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi sənədərə, o cümlədən beynəlxalq müqavilələrə nəzər yetirildikdə, görünür ki, bu sənədlər əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə bağlı görülən və görülməli olan tədbirlərə, belə əməllərə qarşı həyata keçirilən mübarizəyə həsr olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarş ısı alınsın. Məhkəmə kollegiyasının qənaətinə görə, belə mübarizə o halda müsbət nəticələrini verə bilər ki, digər tədbirlərin görülməsi ilə yanaşı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə məşğul olan şəxslər aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilsin və törətdikləri əməllərə müvafiq olaraq cəzalandırılsınlar, digər tərəfdən isə narkomaniya xəstəliyinə duçar olmuş şəxslər (Məhkum kimi) vaxtında müalicə olunaraq cəmiyyətə qovuşa bilsinlər və onların bundan sonra göstərilən vasitə və maddələri qanunsuz olaraq əldə edə bilmələri və onlardan istifadə etmək imkanları aradan qaldırılsın. Son dövrdə qanunvericilik sahəsində həyata keçirilən islahatlar da məhz bu məqsədlərə nail olunmasına yönəlmiş və cinayət qanununda edilmiş bir sıra dəyişikliklər narkotik vasit ələrdən və ya psixotrop maddələrdən istifadə etmələri nəticəsində narkomaniya xəstələyindən əzab çəkən, buna görə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin daha sərt cəzalandırılmalırının deyil, onlara qarşı humanist mövqedən çıxış etməyi tələb edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosia l ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. Bununla yanaşı həmin Sərəncamın 10-cu bəndində cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə isə tapşırılmışdır ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: 10.1. cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; 10.2. cinayətlər in sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; 10.3. törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; 10.4. azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; 10.5. həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasını n sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması. Həmin tövsiyə və tapşırığa uğun olaraq CM-də bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsinə və tətbiqinə dair normalar nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində CM-nin Ümumi və Xüsusi hissələrində bir çox dəyişikliklər edimiş, o cümlədən CM-nin 237.1-ci madd əsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Belə olan halda da məhkəmə kollegiyası Məhkum onun təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsi üçün əsaslar görmür. Məhkum xeyli miqdarda əkib-yetişdirdiyi tərkibində narotik maddə olan çətənə bitkisi kollarının şəxsi istehlak miqdarından dəfələrlə çox olmasının məhkəmələr tərəfindən nəzərə alınmaması barədə kassasiya protestinin dəlilinə cavab olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarla yanaşı həmçinin qanunsuz kultivasiya edilən, tərkibində narkotik vasitələr olan bitkilərin Siyahısı da (kassasiya protestində göstərildiyi kimi, İ, deyil, İİİ Siyahı) təsdiq edilərək həmin Siyahıda çətənə növlü bitkilərin 3-15 ədədi (6-30 hissə) CM-nin 237.1-ci maddəsinin tərkibini yaradan xeyli miqdar, CM-nin 237.2-ci maddəsinin tərkbini yaradan külli miqdarının aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Göründüyü kimi, istər göstərilən qanunda və CM-nin 237-ci maddəsində, istərsə də III Siyahıda çətənə növlü bitkilərinin şəxsi istehlak miqdarı müəyən edilməmişdir və müəyyən edilə bilməzdi, çünki narkotik vasitələrin aludəçisi həmin bitkilərin özlərini yox, belə bitkilərin yarpaqlarından və ya digər hissələrindən istehsal edilmiş narkotik vasitəni istehlak edir, yaxud da istehsal etdiyi narkotik vasitəni satmaq məqsədi daşıyır. Məhkum qardaşına məxsus fərdi yaşayış evinin həyətində aşkar edilmiş çətənə növlü bitkilərin müvafiq hissələrindən hansı miqdarda narkotik vasitə istehsal edəcəyi, onun həmin narkotik vastəni satmaq niyyətində olması toplanmış sübutlarla müəyyən edilmədiyindən belə əməllərin törədilməsinə görə ona qarşı ittiham irəli sürülməmiş və sonuncunun kultivasiya etdiyi kolların sayı 7 ədəd, yəni xeyli miqdarda olduğundan o, bu əməlinə müvafiq olaraq CM-nin 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, sonradan isə Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmışdır. Bu zaman məhkəmə yuxarıda şərh olunanlarla yanaşı onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini də kifayət qədər nəzərə almış, apellyasiya instansiyası məhkəməsi də tamamilə haqlı olaraq birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşmışdır. Dövlət ittihamçısı isə bunun əksinə olan nəticəni, yəni Məhkum mütləq qaydada azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu həm kifayət qədər əsaslandıra, həm də kassasiya instansiyası məhkəməsini buna inandıra bilməmişdir. Buna görə, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələnd irilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1466/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1466/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver