Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1467/2022 02.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum1 müdafiəçisi, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Quliyev Pərviz Fazil oğlunun iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 233-1.1, 310 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 avqust 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Quliyev Pərviz Fazil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), M.A.Xankişiyev və İ.A.Mahmudov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 178.3.2, 233-1.1, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 233-1.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum1 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında r əhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 05 may 2020ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin Məhkum2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 73-1.2, 39.1.11-ci və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilməklə, barəsində cinayət təqibinə xitam verilmiş, Məhkum3 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 6 6.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 01 (bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən, 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmdən Məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), Ə.S.Seyfəliyev və R.M.Abdulov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmü Məhkum1aid hissədə d əyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq əldə etməklə saxlayıb daşıyaraq gəzdirmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin və bilə-bilə qanunsuz hərəkətin müqabilində vəzifəli şəxsə özünün vasitəsilə birbaşa və dolayı yolla maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrar təhrik etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli və külli miqdarda əmlaklarını vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiy yətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vəzifəli şəxsin səlahiyyətlərini təkrar mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Belə ki, o, yeznəsi Zərərçəkmiş şəxs2 özünə avtomobil almaq istədiyini və buna görə xeyli miqdarda pul vəsaitinin olduğunu eşidib həmin pulu ələ keçirmək məqsədilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli m iqdarda əmlakını ələ keçirməklə bağlı planı həmin ərəfədə ona bildirən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girməklə, aralarında əvvəlcədən planlaşdırılmış vəzifə bölgüsünə əsasən o, 2018-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs2la görüşə faktiki olaraq cinayətdən xəbərsiz olan X12 adına rəsmiləşdirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən kirayə götürdüyü “Lexus 470” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində görüşərək, görüntü yaradıb guya həmin avtomobili Məhkum2 cəzaçəkmə müəssisəsində qumar oyunlarında qazandığı pul vəsaitlərinin əvəzində ə ldə etdiyini və idarə etmək məqsədilə ona verdiyini Zərərçəkmiş şəxs2 deyərək sonuncunu inandırmışdır. Zərərçəkmiş şəxs2 avtomobili görüb bəyəndikdən sonra almaq niyyətində olduğunu Məhkum2 bildirdikdə, Zərərçəkmiş şəxs2 cinayətkar qrupun üzvü Məhkum2 vasitəsilə 9200 manata, yəni dəyərindən ucuz qiymətə satmağın mümkünlüyünü bildirib, həmin 9200 manat puldan 2018-ci ilin fevral ayından Məhkum2 borclu olduğu 4000 manatını çıxmasını və qalan 5200 manat pulu isə verməsini deməklə yalan vəd verib Zərərçəkmiş şəxs2la 2018-ci ilin mart ayının əvvəllərində razılaşmaqla sonuncunun etibarından sui-istifadə edərək aldatmışdır. X10 cəza çəkdiyi 15 saylı cəzaçəkmə müəssisəsində ortaq dostları - cinayətdən xəbərsiz olan Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 2018-ci ilin mart ayının ortalarında bir neçə gün ərzində vahid niyyətlə ardıcıl olaraq və fasilələrlə 1500 manat, 300 manat, 200 manat, 2018-ci ilin mart ayında Novruz bayramı ərəfəsində günorta saatlarında Zərərçəkmiş şəxs2 onun yanına görüşə gəldikdə orada sonuncudan cəzaçəkmə müəssisəsinin şəxsiyyəti istintaqa məlum olmayan əməkdaşı vasitəsilə 900 manat, həmin gün axşam saatlarında Məhkum2 tapşırığı əsasında Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında özü 300 manat, qeyd olunan cəzaçəkmə müəssisəsində Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 2018-ci ilin mart ayının sonlarında 500 manat, 2018-ci ilin aprel ayının əvvəllərində 100 manat olmaqla cəmi 3800 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Bundan sonra qardaşı Məhkum2 ilə əvvəlcədən planlaşdırdıqları cinayət əməlini davam etdirərək Zə rərçəkmiş şəxs2 inam yaratmaq məqsədi ilə 2018-ci ilin aprel ayının axırlarında eyni qaydada “Lexus 470” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili kirayə götürüb, Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında verərək qısa müddət ərzində avtomobilin alqısatqısı ilə bağlı sənədləşdirilməsini təmin edəcəyini vəd verdikdən təxminən iki-üç gün sonra,guya avtomobilin sahibi olan və guya kriminal aləmdə “X11” ləqəbi ilə tanınan, faktiki olaraq həmin avtomobilə heç bir aidiyyəti olmayan X3 avtomobillə bağlı narazılıq etdiyini və geri qaytarılmasını tələb etdiyini bəhanə edərək həmin avtomobili Zərərçəkmiş şəxs2 geri almış, daha sonra Məhkum2 guya avtomobilin sahibi olan “X11” ləqəbli şəxslə aralarında olan narazılığı həll edəcəyinə və onun tərəfindən avtomobilin tezliklə Zərərçəkmiş şəxs 2 təhvil veriləcəyinə dair yenidən yalan vəd verərək sonuncunu inandırıb, Məhkum2 həmin cəzaçəkmə müəssisəsində Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 2018-ci ilin may ayının əvvəlində əlavə olaraq 1400 manat, ardınca özü 2018-ci ilin may ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba prospekti 337 ünvanında yerləşən “Amburan Mall” ticarət mərkəzinin qarşısında guya “Lexus 470” markalı avtomobilə enerji cihazının alınması adı ilə Zərərçəkmiş şəxs2 175 manat, sonuncu dəfə isə 2019-cu ilin mart ayının ortalarında ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs2 hələ də avtomobilin satılacağına inandırıb guya avtomobilin təmir edilməsi adı ilə sonuncudan özü 420 manat olmaq la, ümumilikdə 5795 manat məbləğində pul vəsaitini hissə-hissə vahid niyyətlə ələ keçirməklə qardaşı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan əlavə o, 2019-cu ilin yay aylarında istintaqa məlum olmayan gündə və mənbədən 01 ədəd soyuq silah hesab edilməyən pnevmatik tapançanı, 01 ədəd soyuq silah hesab edilməyən qandalı və qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) 02 ədəd “SDT” markalı “S588” modelli portativ əl stansiyalarını qanunsuz olaraq əldə edib özündə saxlamaqla idarə etdiyi avtomobillərdə, o cümlədən “Mercedes” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyıb Bakı şəhəri ərazisində ist intaqla müəyyən edilməyən müxtəlif ünvanlarda gəzdirmiş, 05 may 2020-ci il tarixdə saat 19-20 radələrində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Şimali Dress, L.Starçuk küçəsi 17,20 nömrəli evin qarşısında saxlanılarkən istifadəsində olan “Mercedes” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zaman 01 ədəd soyuq silah hesab edilməyən pnevmatik tapança, 01 ədəd soyuq silah hesab edilməyən qandal və qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) 02 ədəd “SDT” markalı “S-588” modelli portativ əl stansiyaları aşkar edilərək götürülmüşdür. Bundan başqa o, yaşadığı Mərdəkan qəsəbəsindən tanımaqla dostluq münasibətində o lduğu Şahid1 mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin olmasına görə maddi imkanının və gəlirinin yaxşı olduğunu bildiyindən, 2019-cu ilin mart ayının sonundan etibarən vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə sonuncunun bilmədiyi başqa bir mobil nömrədən istifadə etməklə guya kriminal aləmdə tanınan “X11” ləqəbli X3 adından cinayətdən xəbərsiz olan yeznəsi Zərərçəkmiş şəxs2 vasitəsilə Şahid1 ismarıc göndərib sonuncunun tez-tez Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum2 görüşünə getməsinə görə guya Şahid1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparıldığı nı və məsuliyyətə cəlb olunacağını bildirdikdən sonra, özü Şahid1la görüşüb “X11” ləqəbli X3 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yüksək vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Şahid1 cinayət məsuliyyətinə cəlb olunmamasında köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib, “X11” ləqəbli şəxsin tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə dolayı yolla maddi nemət olan 20000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamd an və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019-cu ilin aprel ayında ünvan 6 ünvanda yerləşən “Bilgah beach” adlı otelin yaxınlığında “X11” ləqəbli şəxsə təqdim edəcəyi adı ilə Şahid1 5000 manat, bir neçə gün sonra eyni adla ünvan 7 ünvanda yerləşən “Kral” şadlıq sarayının yanında Şahid1 8000 manat, bir neçə gün sonra Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 7000 manat olmaqla, cəmi 20000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Eyni niyyətlə üzərində gəzdirdiyi 1 ədəd soyuq silah hesab edilməyən pnevmatik tapançanı, 01 ədəd soyuq silah hesab edilməyən qandalı və qanunla mülki dövriyyədə olmasına yol verilməyən 02 ədəd “SDT” markalı “S-588” modelli portativ əl stansiyalarını dostluq münasibətində olduğu Şah id1 göstərib özünə qarşı inamı formalaşdırmaqla, özbaşına özünü Şahid1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi kimi təqdim etmiş, ardınca Şahid1 Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi kimi geniş səlahiyyətlərə və imkanlara malik şəxs olaraq həmin Xidmətdə işləyən səlahiyyətli digər vəzifəli şəxslərlə əlaqələrinin olmasına dair sonuncuda fikir formalaşdırıb, vahid niyyətlə törətdiyi cinayət əməlini davam etdirərək Şahid1 08 iyul 2019-cu il tarixdən etibarən Türkiyə Respublikasının İstanbul şəhərində olduğunu bildiyindən, Mərdəkan qəsəbəsində qonşusu olan sonuncunun atası Şahid7 yaşadığı evin qarşısında tanımadığı avtomobillərin olduğunu görüb, 2019-cu ilin iyul ayında Şahid1 istifadəsində olan Türkiyə Respublikasının mobil operatorlarına məxsus +90-* **-***-**-** saylı mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsilə ismarıc göndərməklə Şahid1 atasının yaşadığı evin qarşısında Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxslərinin avtomobillərinin dayandığını, mülkiyyətində ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin olmasına görə həmin Xidmətin əməkdaşlarının problem yaradacaqlarını deyərək Şahid1 ondan köməklik xahiş etməsinə nail olduqdan sonra, Dövlət Təhlükəsizliyi Xidmətində onu guya xidmətə qəbul etdirən, reallıqda isə mövcud olmayan Nizaməddin Paşayev ad və soyadlı həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə və ümumi himayədarlığa görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müs bət həll edəcəyini yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, 2019-cu ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə Şahid1 atası Şahid7 sonuncunun yaşadığı ünvan 9 ünvanda cinayətdən xəbərsiz olan Şahid4 tərəfindən 5000 manat məbləğində pulun götürülüb Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində istintaqla dəqiq müəyyən olunmayan ünvanda özünə çatdırılmasına nail olduqdan sonra, eyni adla 2019cu ilin avqust ayının əvvəllərində Şahid1la əlaqə saxlayıb guya X12 çatdırılması üçün əlavə olaraq 3000 manat məbləğində pulun lazım olduğunu bildirib razılaşaraq Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünva nda həmin 3000 manat pulu Şahid1 qəbul etməklə, cəmi 8000 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, özbaşına özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi kimi təqdim etdiyi Şahid1la 2019-cu ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid adına olan parkdakı çayxanada oturub söhbət edərkən sonuncuya məxsus olan “Qaraj-73” adlı kafe kimi fəaliyyət göstərən ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin işlədilməsində yaranacaq problemləri guya işlədiyi Xidmətdə rəisi, reallıqda isə mövcud olmayan X12 ad və soyadlı vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi himayədarlıq qarşılığında hər ay 600 manat pulun özünün vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi müqabilində danı şığa girə biləcəyinə dair yalan vəd verib onu aldadaraq, razılıq əldə etdikdən sonra özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019-cu ilin sentyabr ayından 2020-ci ilin may ayı da daxil olmaqla Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən olunmayan müxtəlif ünvanlarda hər ay 600 manat məbləğində olmaqla, cəmi 5400 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, Şahid1 iş axtarmasını bildiyindən sonuncuya guya kriminal aləmdə tanınan “X11” ləqəbli X3 reallıqda mövcud olmayan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayan tanışı Xəzri İmanov ad və soyadlı şəxs vasitəsilə 10000 manat qarşılığında qeyd olunan şəhərdə işə qəbul etdirə biləcəyinə dair yalan vəd verib Şah id1 aldadaraq Dubay şəhərində yaşamaq üçün üç illik işçi vizasının düzəldilməsi, sığorta olunması, qeyd olunan şəhərdə adına bank hesabının açılmaqla həmin hesaba pul qoyulması adı ilə Şahid1 2019-cu ilin sentyabr ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən olunmayan ünvanda ilkin olaraq 5000 manat, 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər olan müddət ərzində istintaqla müəyyən edilməyən müxtəlif vaxtlarda və müxtəlif ünvanlarda hissəhissə 5000 manat olmaqla cəmi 10000 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, Şahid1 barəsində guya Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma aparılmaqla “Saxla” statusu ilə adının məhdudiyyətlər siyahısına daxil olduğunu və həmin məhdudiyyəti tutduğu vəzifəsinə görə aradan qaldırmaq imkanı na malik olduğunu yalandan bildirib, bunun üçün sonuncu Xidmətdə guya işləyən, lakin reallıqda isə mövcud olmayan Nizaməddin Paşayev ad və soyadlı vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2020-ci ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə ünvan 12 ünvandakı yaşayış evinin qarşısında 8000 manat məbləğində pul vəsaitini, ümumilikdə 51400 manat məbləğində Şahid1 məxsu s pul vəsaitini vahid qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Şahid1 külli miqdarda əmlakını dələduzluq yolu ilə təkrar ələ keçirmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin və bilə-bilə qanunsuz hərəkətin, habelə ümumi himayədarlıq müqabilində vəzifəli şəxsə özünün vasitəsilə birbaşa və dolayı yolla maddi nemətin rüşvət qismində verilməsinə Şahid1 təhrik etmiş və özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılmasını, xalqın və ölkənin milli maraqlarını, insanın, cə miyyətin və dövlətin hüquq və mənafelərini və bu sahədə həyata keçirilən fəaliyyətini kölgə altına alaraq həmin Xidməti nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, Məhkum1 dostluq münasibətində olduğu Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, ortaq tanışları Şahid1 mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin olmasına görə maddi imkanının və gəlirinin yaxşı olduğunu, habelə, sonuncunun 06 avqust 2019-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə gələrkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən İstanbul ş əhərində kriminal həyat tərzi keçirən şəxslərlə yaxın əlaqədə olması barədə məlumatın yoxlanılması məqsədi ilə “Saxla” statusu ilə məhdudiyyətlər siyahısına daxil edilməsindən xəbərdar olduqlarından, vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə Məhkum3 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xidmət edən yüksək vəzifəli şəxslə yaxın münasibətlərinin olmasını Şahid1 çatdırdıqdan sonra, sonuncunun qeyd olunan İdarədə barəsində yoxlanılan məlumatla əlaqədar gələcəkdə hər hansı bir cinayət təqibinin aparılmaması üçün köməklik göstərilməsi ilə bağlı xahişi əsasında Məhkum3, Şahid1 guya həmin tanışlarının vasitəsilə köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Məhkum3 vasitəsilə maddi nemət olan 30000 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid1 barəsində yoxlanılan məlumat üzrə hər hansı bir cinayət təqibinin aparılmayacağına dair yalandan vəd verib, sonuncunu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özlərinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək pulun 5000 manat məbləğində hissəsini 06 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində istintaqa dəqiq məlum olmayan ünvanda götürməklə, ardınca Məhkum3 tərəfindən 07 avqust 2019-cu il tarixdə axşam saatlarınd a özünün iştirakı ilə ünvan 14 ünvanda yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yanında 5000 manat, eyni niyyətlə 08 avqust 2019-cu il tarixdə sonuncu ünvanda özünün iştirakı ilə 5000 manat, daha sonra Şahid1 ünvan 15 ünvanda yerləşən evini 22 avqust 2019-cu il tarixdə "xxxx" QSC-nin “Mərdəkan” filialında girov qoyub ipoteka müqaviləsi əsasında götürdüyü 40.000 manat məbləğində puldan ünvan 16 ünvanda yerləşən Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin yaxınlığında özünün iştirakı ilə 15000 manat olmaqla cəmi 30000 manat məbləğində pul vəsaitini əldə edildikdən sonra, Məhkum3 əlavə olaraq gördüyü işlərin müqabilində şirinlik adı ilə 500 manat istəyib 2019-cu ilin sentyabr ayının əvvəllərində ünvan 18 ünvanda yerləşən “Şaurma № 1” adlı restoranın yanında görüşüb götürməklə ümumilikdə 30500 manat məbləğində pul vəsaitini alıb qabaqcadan əlbir olduğu Məhkum3 ilə şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Şahid1 xeyli miqdarda əmlakını vahid niyyətlə dələduzluq yolu ilə təkrar ələ keçirmiş, qabaqcadan əlbir olduğu Məhkum3 ilə bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrar təhrik etmişdir. Bundan başqa, Məhkum1 öz cinayət əməllərini davam etdirərək vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə, 2019-cu ilin avqust ayında yeznəsi Zərərçəkmiş şəxs2 guya kriminal aləmdə tanınan “X11” ləqəbli X3 adından istintaqa məlum olmayan xarici ölkəyə aid mobil operatora məxsus mobil nömrənin “WhatsApp” proqramı vasitəsilə ismarıc göndərməklə 2300 manat məbləğində borc pula ehtiyacının olduğunu deyib onu aldadaraq, Zərərçəkmiş şəxs2 əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2019-cu ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə guya Nəriman İbrahimova çatdırılması üçün 2300 manat pulu özü şəxsən ələ keçirdikdən sonra, elə həmin gün Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 19 ünvanda, guya “X11” ləqəbli şəxsin əlavə ondan da 300 manat məbləğində pul istədiyini bildirib həmin pulu da ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 2600 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 2019-cu ilin sentyabr ayında üzərində gəzdirdiyi 1 ədəd soyuq sil ah hesab edilməyən pnevmatik tapançanı, 01 ədəd soyuq silah hesab edilməyən qandalı və qanunla mülki dövriyyədə olmasına yol verilməyən 02 ədəd “SDT” markalı “S-588” modelli portativ əl stansiyalarını yeznəsi Zərərçəkmiş şəxs2 göstərib özünə qarşı inamı formalaşdırmaqla özbaşına özünü Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi kimi təkrar təqdim etməklə geniş səlahiyyətlərə və imkanlara malik şəxs kimi həmin Xidmətdə işləyən səlahiyyətli digər vəzifəli şəxslərlə əlaqələrinin olmasına dair sonuncuda fikir formalaşdırıb, vahid niyyətlə törətdiyi cinayət əməlini davam etdirərək etibardan suiistifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə, 2019-cu ilin noyabr ayında istintaqla müəyyən edilməyən gündə guya kriminal aləmdə “X11” ləqəbi ilə tanınan X3 adından istintaqa məlum olmayan mobil nömrədən Zərərçəkmiş şəxs2 istifadə etdiyi mobil telefona guya Gürcüstan Respublikasından Türkiyə Cümhuriyyətinə keçmək istəyərkən saxlanılması barədə ismarıc yazdıqdan sonra Ömür Müseybovla özü əlaqə saxlayıb “X11” ləqəbli şəxslə “WhatsApp” proqramı vasitəsilə olan danışıqlar aparılmasından Dövlət Təhlükəsizliyi Xidmətində məlumatın olduğunu və araşdırma aparıldığını yalandan deyərək, guya rəisi olan qeyd olunan Xidmətin vəzifəli şəxsi, reallıqda isə mövcud olmayan Nizaməddin Paşayev ad və soyadlı şəxsdən xahiş edərək danışıqlarla bağlı Zərərçəkmiş şəxs2 barəsində araşdırma aparılmayacağına inandırıb, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəx s2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 250 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində yerləşən “Qabırğa” adlı restoranda olan 250 manat məbləğində yemək hesabının ödənilməsi adı ilə pulun verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019-cu ilin noyabr ayında istintaqla müəyyən edilməyən gündə həmin məqsədlə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində istintaqla dəqiq müəyyən olunmayan ünvanda Zərərçəkmiş şəxs2 250 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, özbaşına özünü Azərbaycan Respublikası Dövlət Tə hlükəsizliyi Xidmətinin vəzifəli şəxsi kimi təqdim etdiyi Zərərçəkmiş şəxs2 2020-ci ilin fevral ayının əvvəllərində “X11” ləqəbli X3 adı ilə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayıb, guya “X11” ləqəbli şəxs barəsində Bakı şəhər prokurorluğunda araşdırma aparılarkən sonuncu ilə Zərərçəkmiş şəxs2 “WhatsApp” proqramı vasitəsilə əlaqəsi olduğuna görə prokurorluğun müstəntiqi tərəfindən Zərərçəkmiş şəxs2 100 manat məbləğində cərimə olunduğunu deyərək aldadıb, həmin cəriməni guya özü ödədiyindən həmin pulu qaytarmasını bildirməklə ünvan 19 ünvanda Zərərçəkmiş şəxs2 100 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, özbaşına özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi kimi təqdim etdiyi yeznəsi Zərərçəkmiş şəxs2la yenidən “WhatsApp” proqramı vasitəsilə “X11” ləqəbli şəxsin adı ilə ümumi mövzuda yazışmalar apardıqdan sonra 2020-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs2 zəng edərək guya “X11” ləqəbli şəxslə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırma zamanı sonuncu ilə yeni telefon əlaqələri aşkar olunduğuna görə növbəti gün saat 09:00da Dövlət Təhlükəsizliyi Xidmətinə çağırıldığını bildirib, səhərisi gün saat 09:00-da həmin Xidmətin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs2 qarşılayaraq “Daewoo Espero” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirdikdən sonra özünə məxsus mobil telefonla guya qeyd olunan Xidmətdə xidmət edən vəzifəli şəxslə danışırmış kimi görüntü yaratmaqla Zərərçəkmiş şəxs2 inam yaradıb, sonuncuya barəsində guya Dövlət Təhlükəsizliyi Xidmətində toplanmış materialların prokuror luq orqanına göndəriləcəyini, nəticədə cinayət məsuliyyətinə cəlb olunaraq həbs ediləcəyini yalandan bildirib, guya xidmət etdiyi qurumda rəisi olan reallıqda isə mövcud olmayanX12 ad və soyadlı vəzifəli şəxsin vasitəsilə Ömür Müseybovun cinayət məsuliyyətinə cəlb edilməməsinə köməklik etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2700 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarınd a yaranmış etibarlı münasibətdən istifadə edərək, həmin məqsədlə hissə-hissə olmaqla 20 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən C.Naxçıvanski adına hərbi liseyin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs2 1900 manat, həmin günün axşamı sonuncunun yaşadığı ünvan 19 ünvanında 100 manat, 21 fevral 2020-ci il tarixdə sonuncu ünvanın qarşısında 700 manat və sonuncu dəfə eyni yerdə 2020-ci ilin mart ayının əvvəllərində 450 manat məbləğində və iki gün sonra 200 manat olmaqla cəmi 3350 manat, 2019-cu ilin avqust ayı daxil olmaqla 2020-ci ilin aprel ayınadək olan müddət ərzində ümumilikdə 6300 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini vahid qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin, y əni Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını dələduzluq yolu ilə təkrar ələ keçirmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin və bilə-bilə qanunsuz hərəkətin müqabilində vəzifəli şəxsə özünün vasitəsilə birbaşa və dolayı yolla özü üçün maddi nemətin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs2 təkrar təhrik etmiş və özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılmasını, xalqın və ölkənin milli maraqlarını, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərini və bu sahədə həyata keçirilən fəaliyyətini kölgə altına alaraq həmin Xidməti nü fuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vəzifəli şəxsin səlahiyyətlərini təkrar mənimsəmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Məhkum1 əməlində CM-in 233-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olmaması əsası ilə barəsində həmin hissədə olan cinayət işinin xitam edilməsi, əməlin CM-in 178.3.2-ci maddəsi ilə olan hissəsinin həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından iş üzrə gəlinən nəticələr əsassızdır. Müdafiəçi hesab edir ki, Məhkum1 aşkar olunmuş 02 ədəd “SDT” markalı “S-588” modelli portativ əl stansiyaları qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalar hesab edilməsinə dair ekspertin rəyi əsassızdır. Müdafiəçinin fikrincə, X.Məmmədzadənin dələduzluq yolu ilə ələ keçirdiyi özgə əmlakının məbləği də külli miqdar təşkil etmədiyindən onun əməlinin CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi P.Quliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəmə si birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 əsassız olaraq CM-in 233-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, həmçinin əməlin CM-in 178.3.2-ci maddəsi ilə olan hissəsinin həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən “Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Az ərbaycan Respublikası CM-in 233-1-ci maddəsinə əsasən “Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 233-1.1-ci maddəsinə əsasən “Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 310-cu maddəsinə əsasən “ Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquql arının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinə əsasən “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkə n həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə m alikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qa nuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarla rında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı X2 ittiham olunduğu cinayət əməllərinin törədilməsinə dair sübutların tədqiqi zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual h üquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum1 əməlini Azərbaycan Respublikası CM-in 178.3.2, 233-1.1, 310 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Mə hkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum1 qeyd edilmiş cinayət əməlinin törədilməsində təqsiri özünün məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə digər təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum3 ifadələri, Zərərçəkmiş şəxs2 ifadəsi, şahidlər Şahid4, X10, Şahid9, Şahid8, Şahid7, Şahid6, Şahid3 və Şahid5 ifadələri, məhkəmə-ballist ik ekspertizasının 14 iyul 2020-ci il tarixli, 3/656 nömrəli rəyi, kompyutertexniki ekspertizasının 24 iyul 2020-ci il tarixli, 5/356 nömrəli rəyi, məhkəmə-fonoskopik ekspertizasının 09 sentyabr 2020-ci il tarxili, 4/442 nömrəli rəyi, baxış keçirilməsi haqqında 12 iyun 2020-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş fotocədvəl və 29 sentyabr 2020-ci il tarixli protokol, CD diskə baxış keçirilməsi haqqında 28 iyul 2020-ci il tarixli protokol, "xxxx" MMC-dən, "xxxx"MMC-dən və "xxxx"MMC-dən daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında 19 sentyabr 2020-ci il, 23 sentyabr 2020-ci il və 03 oktyabr 2020-ci il tarixli protokollar, məktublar, çıxarışlar, müqavilələr, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Resp ublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əm lakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o ha lda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında m əlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əml akı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, X.Məmmədzadənin cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, izahatlar, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində məhkuma bəraət verilməsi üçün göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası eyni zamanda Məhkum1 CM-in 178.3.2-ci maddəsi ilə təyin еdilmiş cəzaya aid hissədə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikas ı CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə ağır cəza təyin etmişdir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 58-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Məhkum1 əvvəllər məhkum olunmamışdır, zərərçəkmiş şəxslərlə barışıb, cinayət nəticəsində dəymiş ziyanı ödəmişdir, törətdiyi cinayət əməlindən səmimi peşman olmuşdur, himayəsində 2 azyaşlı uşağı vardır, yaşayış və xidmət yeri üzrə müsbət xarakterizə olmuşdur və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. CPM-nin 404-cü maddəsinin tələbinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş h üdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət mə suliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstəri lən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgü n müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəbdən yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 233-1.1, 310 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 26 avqust 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bu cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum1 təyin edilmiş Azərbaycan Respublikası CM-in 233-1.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1467/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1467/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver