Məhkəmə qərarları › İş №1(102)-1467/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1467/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1467/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10 qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1 və 237.1-c i maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024cü il tarixli, 1(106)-76/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1964-cü ildə Sabirabad rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, hazırda işsiz olan, Sabirabad rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən Məhkum 2023-cü ilin aprel ayı nın əvvəllərində Sabirabad rayonu, Yenikənd kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 07 ədədini yetişdirərək kultivasiya etmiş, bundan başqa istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 16,70 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində qanunsuz daşıyaraq yaşadığı evin həyətyanı sahəsindəki yarım tikilidə bir ədəd plastik qabın içərisində qanunsuz saxlamış, 21 iyun 2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə, həyətyanı sahəsinə və həyətindəki tikililərə baxış keçirilən zaman, həyətyanı sahəsindəki bağçada xeyli miqdarda - 07 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 15000,0 qram olan əkilib- becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və yaşadığı evin həyətyanı sahəsindəki yarım tikilinin içərisində 1 ədəd plastik qabda ümumi təmiz çəkisi 16,70 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

3. Sabirabad Rayon Məhkəməsinin (sədrlik edən hakim X1) 06 noyabr 2023-cü il tarixli, 1(056)-154/2023 nömrəli hökmü ilə Məhkum CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 23 7.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 21-23 iyun 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 (iki) gün həbsdə saxlanılmasının bir həbs günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından iki gün çıxılması və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində ç əkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, ərazi narkoloji dispanserində qeydiyyata alınması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi məhkuma istinad edilən hər iki maddə ilə azadlığın məhdudlaşdırılması növdə cəza təyin edilməklə ona cinayətlərin məcmusu üzrə azadlığın məhdudlaşdırılması növdə cəza təyin edilməsini xahiş etmişdir.

5. Şirvan A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət məhkəmə tərkibində) 30 yanvar 2024-cü il tarixli, 1(106)76/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Məhkum CM-in 237.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sabirabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 1(056)-154/2023 nömrəli hökmünün dəyişdirilməsi, həmin hökmlə Məhkum CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, həmin hökmlə Məhkum CM-in 237-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, CM-i n 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Məhkum 21-23 iyun 2023-cü il tarixlərdə həbsdə saxlanıldığı iki gün və 06 noyabr 2023-cü il tarixdən 30 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 ay 24 günün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla Məhkum üzərində qəti olaraq 2 il 6 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının Məhkum yaşayış yeri üzrə cəzanın icrasına nəzarət edən yerli probasiya orqanında qeydiyyata alındığı gündən hesablanması, cəza çəkdiyi müddətdə Məhkum üzərinə yaşadığı Sabirabad rayonu, Yenikənd kəndindəki evi saat 00-00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, yaşadığı Sabirabad şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, narkoloji dispanserdə qeydiyyata alınmaq vəzifələrinin qoyulması, qərarın icrasının Məhkum yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, hökmün apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal həbsdən azad edilməsi, qərarın icrasının Məhkum saxlanıldığı Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunması qərara alınmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)-76/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında öz əksini tapan sübutlara, bir sıra qanunvericilik aktlarına istinadlar edilərək apellyasiya instansiya məhkəməsinin yekun aktının həqiqəti əks etdirməməsinə, iş materiallarının tam hərtərəfli və ədalətli araşdırılmamasına istinadlar edərək göstərmişdir ki, Məhkum apellyasiya məhkəməsi tərəfi ndən cəza təyin edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün hallan araşdırmamış, 16,70 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmə, daşıma və yaşadığı evin həyətindəki yarımtikilidə saxlama və 7 ədəd xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində əkibyetişdirərək kultivasiya etmə cinayətlərini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməlləri başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan Məhkum əsassız olaraq təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan yüngül cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayətlər törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidm ət etməmişdir.

8. Kassasiya protestinin müəllifi eyni zamanda qeyd etmişdir ki, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməllərin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur.

9. Kassasiya protestinin müəllifi protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, məhkəmə kollegiyasından Məhkum Azərbaycan Respublikası CMi n 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)76/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.

10. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

11. Qərardan məhkum verilməmişdir. və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayətləri İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X10 qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzr ə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) ol duqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün nəzərə almadığını, nəticədə əsaslar olmadığı halda Məhkum barəsində təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin etdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respu blikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)-76/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

19. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nə zərə alınır”.

21. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olmaqla cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalı və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiy yətinə uyğun olmaqla onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

22. Kassasiya protestinə diqqət etdikdə aydın olur ki, dövlət ittihamçısı Məhkum tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsini və cinayətin hüquqi tövsifini mübahisələndirməmiş, protest müəllifi apellyasiya instansiya məhkəməsinin Məhkum şəxsiyyətini, təqsirli bilindiyi cinayətin xarakterini, həmin cinayətin ictimai təhlükəliliyini, törədilmə hallarını nəzərə almadan sonuncuya münasibətdə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini mübahisələndirmişdir.

23. Öyrənilmiş cinayət işinin kontekstində apellyasiya instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Məhkum barəs ində cəza təyin edilərkən yuxarıda sadalanmış cinayət-hüquqi normalara əməl olunduğunu, o cümlədən məhkum edilmiş şəxsin şəxsiyyətinin, törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəliyinin lazımınca nəzərə alındığını iddia etmək mümkün deyil.

24. Baxılan işdə məhkəmələr tərəfindən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş və aşağıdakı sadalanmış hal apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını yüngülləşdirilən hal kimi nəzərə alınmışdır: - ilk dəfə cinayət törətməsi.

25. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrüb əsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 4cü bəndinə görə CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır.

27. Lakin görünən odur ki, apellyasiya instansiya məhkəməsi məhkumun ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kim nəzərə alarkən hər hansı bir əsaslandırma aparmamış, bu halın əsasında hansı faktların durduğunu göstərməmişdir.

28. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktından məhkəmənin istinad etmiş olduğu yuxarıda sadalanmış yüngülləşdirici halın məhkum barəsində t əqsirli bilindiyi maddələrnin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə əsas olan əlamətlərin nədə ifadə olunduğunu müəyyən etmək mümkün deyil. Belə ki, məhkəmə bu xüsusatları cəza təyini ilə bağı qiymətləndirdiyi hallar sırasında sadəcə sadalamış, məhkum barəsində təqsirli bilindiyi maddələrnin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə əsası nədə gördüyünü əsaslandırmamışdır.

29. Halbuki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məh kəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

30. Bununla da, apellyasiya instansiya məhkəməsinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn hallara əməl etməsinin öyrənilmiş cinayət işi material larından müəyyən etmək mümkün olmamışdır.

31. Hazırki iş üzrə törədilmiş cinayətin ictimai-təhlükəliliyi, törədilməsi ilə bağlı olan diqqətəlayiq hallar isə odur ki, Məhkum CM-in 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilən CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamada ifadə olunur. Həmin hərəkətlər törədildiyi andan cinayət başa çatmış sayılır. CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, ha belə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmədə ifadə olunur. Həmin hərəkətlər də törədildiyi andan cinayət başa çatmış sayılır. Şərh olunan cinayətlər formal tərkibli olmaqla obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir.

32. Apellyasiya instansiya məhkəməsi Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edərkən öz qərarını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almamış və ona azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

33. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, CM-in 59.1.1-ci m addəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Bu hal şəxsin cinayətə meyilli olmamasını, onun müəyyən münaqişəli şəraitdə müəyyən davranış forması seçməyə hazır olmamasını və həmin münaqişəli şəraitə düzgün reaksiya vermək imkanlarının məhdudluğunu göstərir və buna görə də cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Az ağır cinayətin törədilməsi bütün hallarda yüngülləşdirici hal kimi qiymətləndirilə bilməz. Bunun üçün tələb olunur ki, həmin cinayət hadisələrin təsadüfü axarı zəminində və ilk dəfə törədilmiş olsun.

34. Cinayət işi materiallarından isə apellyasiya instansiya məhkəməsinin qeyd edilən halın şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alması gör ünsə də, buna dair heç bir əsaslandırma aparmamışdır. Dolayısı ilə apellyasiya instansiya məhkəməsinin cəzanın yüngülləşdirilməsinə həsr edilmiş qərarı belə bir təəssürat yaradır ki, şəxsin ilk dəfə cinayət törətməsi onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınaraq cəzasının yüngülləşdirilməsinə səbəb olmaqdansa, əksinə məhz cəzası yüngülləşdirilməli olduğu üçün həmin hal da yüngülləşdirici hal qismində nəzərə alınmışdır.

35. Bu xüsusatların fonunda apellyasiya instansiya məhkəməsinin Məhkum törətdiyi cinayət əməlini ilk dəfə cinayət törətməsini yüngülləşdirən hal kimi qiymətləndirməsi və işin hallarına görə ona təyin edilə biləcək və Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında (234.1- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək m üddətə azadlıqdan məhrum etmə; 237.1- üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə uzlaşan nəticə kimi qiymətləndirilə bilməz.

36. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edərkən apellyasiya məhkəməsi əməlin ictimai təhlükəliliyin kəmiyyət göstəricilərini, yəni əkib-becərilən narkotik tərkibli bitkinin miqdarını, kütləsini nəzərə alınmamışdır.

37. Qeyd olunanlar onu göstərir ki, əslində apellyasiya məhkəməsinin Məhkum barəsində təyin olunmuş cəza vasitəsilə islah oluna bilməsinə inam yaratmasına, cinayətin xarakterinin, ictimai təhlük əlilik dərəcəsinin, törədilmə hallarına dair qənaəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutların məcmusundan, baxılan məsələnin həlli üçün əhəmiyyətli olan (cəzanın müəyyən edilməsinə təsir göstərən) bütün halların nəzərə alınmasından irəli gəlmir.

38. Məhkəmə kollegiyası hesab edir ki, bu qaydada, yəni Cinayət Məcəlləsinin 8, 58.3, 62ci maddələrində göstərilən, cəzanın müəyyən edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş 1 hala üstünlük verilməsi, cinayətin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi qiymət verilməməsi ilə) qəti olaraq təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdı rılması cəzası cəzanın nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də ki, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini (o cümlədən, sosial ədalətin bərpasını) təmin edə bilməz.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları)

40. Məhkəmə kollegiyası qeyd edir ki, cin ayət qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur.

41. Lakin baxılan cinayət işi materiallarından apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə uzlaşan, həmçinin Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gələn nəticəni, həmçinin cəzanın tətbiq edilməsi məsələlərinin həllində vahid məhkəmə təcrübəsinə uyğun yanaşmanı müəyyən etmək mümkün olmamışdır.

42. Təsvir edilənlər dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi üçün əsasın müəyyən olunduğunu, məhkəmələr tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir.

43. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsasla ra görə hesab edir ki, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 30 yanvar 2024-cü il tarixli, 1(106)-76/2024 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.

44. Məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hall ara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə Məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır.

45. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)-76/2024 nömrə li qərarı Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə ləğv edilsin, cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin. Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar